H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə22/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   18   19   20   21   22   23   24   25   ...   88

__________________________________________________ 
 
66 
270. Masallı- Azərbaycanda inzibati rayon. 1930-cu ildə təşkil 
edilib.  Şərqdən Xəzər dənizi, Kiçik Qızılağac körfəzi ilə 
əhatələnir. Sahəsi 792 km
2
. Mərkəzi Masallı şəhəridir. C.1-63, 69, 
74, 92, 93, 97, 102, 533; C.3-64;  C.4-223;  C.5-304, 313, 314; 
C.6-55, 232; C.7-91-93, 97; C.8-203; 
271. Mehdi Hüseynzadə,  Mehdi Hənifə  oğlu  Hüseynzadə 
(1918-1944) – Yuqoslaviyada və  Şimali  İtaliyada Müqavimət 
hərəkatı  iştirakçısı, məşhur partizan, Sovet İttifaqı  Qəhrəmanı, 
leytenant. Mehdi Hüseynzadə partizan hərəkatında fəal iştirak 
etmiş  və hitlerçilərə qarşı mübarizədə  cəsurluğu ilə  əfsanəvi 
şöhrət qazanmışdı. C.1-562; C.3-313, 317; C.5-187, 188, 315; 
272. Mehri, Meqri, Miqri rayonu- Ermənistan  ərazisində 
azərbaycanlıların yaşamış olduqları  ərazi. Tarixi mənbələrdə bu 
ərazinin Azərbaycana məxsus olduğu göstərilir.  C.6-466, 467; 
C.8-212, 213, 214; 
273. Mədinə Gülgün,  Mədinə  Nəsrulla qızı  Ələkbərzadə 
(1926-1991)- Azərbaycan şairi. Əməkdar İncəsənət xadimi. 1938-
ci ildə ailəliklə  Cənubi Azərbaycana köçmüş, milli demokratik 
hərəkata qoşulmuşdur. Milli hökumət irtica qüvvələri tərəfindən 
boğulduqdan sonra Bakıya qayıtmışdı. Vətən məhəbbətinin,  İran 
xalqlarının, o cümlədən azərbaycanlıların azadlıq mübarizəsinin 
tərənnümü şeir və poemalarının əsas mövzusudur. C.8-237; 
274. Məhəmməd Hatəmi (1943)- İranın siyasi, ictimai və 
dövlət xadimi, hiccət-əl-islam, seyid. 1989-1992-ci illərdə  İranın 
mədəniyyət və islam oriyentasiyası naziri olmuşdur. 1997-ci ildən 
İran İslam Respublikasının Prezidenti olmuşdur. C.9-453;  
275. Məhəmməd Peyğəmbər (SƏS),  Məhəmməd ibn 
Abdullah (570/571-632)- İslamın banisi, siyasi və dövlət xadimi. 
İslama görə  Məhəmməd  əleyhüssəlam böyük peyğəmbər və 
Allahın elçisi sayılmış, “Qurani-Kərim”i xalqa çatdırmışdır. C.1-
480, 481; C.2-27, 74, 81, 82, 144, 145, 147, 157; C.3-106; C.4-
195, 196, 201; C.8-156, 161; 
276. Məhsəti Gəncəvi (?-?)- XII əsr Azərbaycan  şairi. 
Məhsəti Gəncəvi rübai janrında yazmışdır. Rübailəri dünyəviliyi, 
humanizmi, nikbinliyi ilə seçilir. C.1-156, 580; 


__________________________________________________ 
 
67 
277. Məlik Məhərrəmov,  Məlik Məlik oğlu Məhərrəmov 
(1920-1944)- polkovnik, Sovet İttifaqı Qəhrəmanı. C.3-317; C.5-
315; C.6-270; 
278. Məmməd Araz,  Məmməd  İnfil oğlu  İbrahimov. 
Azərbaycanın Xalq şairi. Azərbaycan Respublikası Dövlət 
mükafatı laureatı. Azərbaycan Respublikasının “İstiqlal” ordeni 
ilə təltif olunmuşdur. Adına “Məmməd Araz” ədəbi mükafatı təsis 
edilmişdir. C.1-200; C.3-361-365, 367; 
279. Məmməd  Əmin Rəsulzadə (1884-1955) – Azərbaycan 
Xalq Cümhuriyyətinin qurucularından biri. Görkəmli ictimai-
siyasi xadim, publisist, “Müsavat” partiyasının yaradıcılarından 
biri. 1922-ci ildən mühacirətdə yaşamış, 1955-ci ildə Ankarada 
vəfat etmişdir. C.1-154, 156, 159, 197; C.2-5, 539; C.3-456; C.4-
459;  C.5-141, 422, 470-472, 474, 475; C.6-308, 341, 468; C.9-
209, 215; 
280. Məmməd İsgəndərov, Məmməd Əbdül oğlu İsgəndərov 
(1915-1985)-  İctimai-siyasi xadim, neftçi-geoloq. O, 1959-1961-
ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 
1970-1971-ci illərdə M.İsgəndərov Azərbaycan EA-nın Dərin neft 
və qaz yataqları problemləri  İnstitutunun direktoru vəzifəsində 
çalışmışdır. C.6-455; 
281. Məmməd Səid Ordubadi,  Məmməd Səid Hacağa oğlu 
Ordubadi (1872-1950)- Azərbaycan yazıçısı,  şair, dramaturq, 
publisist, ictimai xadim. M.S.Ordubadi Azərbaycan ədəbiyyatında 
daha çox 1930-40-cı illərdə yazdığı tarixi romanları ilə 
məşhurdur. O, Azərbaycan  ədəbiyyatında tarixi roman janrının 
əsasını qoymuşdur. C.6-456; 
282. Mərəzə-  Şamaxı rayonunda şəhər tipli qəsəbə. Rayon 
mərkəzindən 30 km cənub-şərqdə. Bakı-Şamaxı avtomobil yolu 
kənarında Qobustandadır. 1943-1959-cu illərdə eyniadlı rayonun 
mərkəzi olmuşdur. C.6-64, 65; 
283. Məsud Yılmaz (1947)- Türkiyənin siyasi və dövlət 
xadimi. 1997-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri 
olmuşdur. Ana Vətən Partiyasının başqanıdır.  C.6-111-116, 118, 
119, 123-127, 129-133, 135, 136, 354, 360, 468; C.7-156; 


__________________________________________________ 
 
68 
284. Mikayıl Abdullayev, Mikayıl Hüseyn oğlu Abdullayev 
(1921-2002)- görkəmli Azərbaycan rəssamı. Azərbaycan təsviri 
sənətinin inkişafında mühüm rol oynamışdır. SSRİ Xalq rəssamı, 
SSRİ  Rəssamlıq Akademiyasının müxbir üzvü, Azərbaycan 
Dövlət və Beynəlxalq “Nehru” mükafatları laureatıdır. 
Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə  təltif 
olunmuşdur. C.5-227; C.8-335; 
285. Mikayıl Müşfiq, İsmayılzadə Mikayıl Mirzə Əbdülqadir 
oğlu (1908-1939)- şair. Poeziyasının  əsas qayəsi müasirlik, 
xəlqilik, humanizm olmuşdur. Onun lirikası forma etibarilə 
novatorluğun  ən yaxşı nümunələrindəndir. Azərbaycanın  ən 
dəyərli milli ziyalı nümayəndələrini məhv edən sovet totalitar 
rejiminin repressiya qurbanlarındandır. C.2-7; C.6-309; 
286. Milli Məclis- Azərbaycan Respublikasının “Milli 
Məclisin təsdiq edilməsi haqqında” 17 may 1996-cı il tarixli 
qanunu. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci 
maddəsinin 
İV hissəsinə uyğun olaraq Azərbaycan 
Respublikasının Milli Məclisi (bundan sonra Milli Məclis 
adlanacaq) Azərbaycan Respublikasının Konstitusiyası ilə onun 
səlahiyyətlərinə aid edilmiş məsələləri müstəqil həll edir. İlk dəfə 
İranda 1245-ci ildə çağrılmışdır. 
Milli Məclisin fəaliyyətinin  əsas prinsiplərini aşkarlıq, siyasi 
plüralizm və çoxpartiyalılıq, məsələlərin sərbəst müzakirə 
olunması  təşkil edir. Milli Məclisin hər çağırışının növbəti və 
növbədənkənar sessiyaları ardıcıl sıra sayı ilə adlanır. Bu zaman 
iclaslar keçirilir. Bu iclaslarda Milli Məclisin deputatlarının 
iştirakı məcburidir. Milli Məclisi 123 deputat təmsil edir.  
Milli Məclis Azərbaycan Respublikasının paytaxtı Bakı 
şəhərində yerləşir. Milli Məclisin binasının xüsusi rejimi Milli 
Məclisin sədrinin sərəncamı ilə müəyyən edilir. Milli Məclisin 
sədrinin icazəsi olmadan Məclisin binasında axtarış aparıla 
bilməz. Hazırda Milli Məclisin Sədri Oqtay Əsədovdur.  C.1-12, 
13, 15, 22-24, 50, 51, 54, 60, 61, 63, 68-72, 75, 77, 78, 80, 90, 92, 
94-96, 98, 102-105, 114, 117, 145, 163-165, 167, 169, 174, 180, 
190-192, 195, 197, 222, 238, 246, 247, 250, 255, 260-262, 275, 
321, 326-329, 330, 332, 333, 341, 342, 442, 455, 535, 574, 586, 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə