H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə11/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   7   8   9   10   11   12   13   14   ...   88

__________________________________________________ 
 
33 
114. “416-cı Taqanroq” diviziyası, 416-cı Azərbaycan 
diviziyası- 1942-ci ilin mart-sentyabr aylarında Azərbaycanda 
yaradılmış milli diviziya. Diviziyaya Taqanroq şəhərinin azad 
edilməsi uğrundakı döyüşlərdə göstərdiyi yüksək  əsgəri xidmətə 
görə “Taqanroq” diviziyası adı verilmişdir. Sovet İttifaqı marşalı 
D.K.Jukov diviziyanı Berlinə ilk yol açan hissələrdən biri 
adlandırmışdır. Diviziya Berlinin qapısı sayılan Küstrin şəhərinin 
alınmasında, Berlin əməliyyatında, Kayzer sarayının 
təmizlənməsində fəal iştirak etmişdir. C.3-423; C.6-271;
 
115. Dünya Bankı- BMT-nin hökumətlərarası 
ixtisaslaşdırılmış idarəsi. 1945-ci ildə ABŞ-da Bretton-Vuds 
çərçivəsi sistemində yaradılmışdır.  İdarə heyəti Vaşinqtondadır. 
Məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial 
inkişafına kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və 
iştirakçıları yalnız Beynəlxalq Valyuta Fondunun üzvləridir. 
Banka 130-dan artıq dövlət daxildir. 1992-ci ildən Azərbaycan 
Respublikası Dünya Bankının üzvüdür. C.2-333;  C.3-260, 412, 
413, 462, 463; C.7-131, 139, 150, 185, 280, 281, 361; C.8-150, 
166, 222, 223, 259; C.9-230, 233;    
 

 
116. EKO- İqtisadi  Əməkdaşlıq Təşkilatı. Qərərgahı 
Tehrandadır. 1992-ci ildən Azərbaycan Respublikası bu 
Beynəlxalq təşkilatın üzvüdür. C.1-18;  C.4-484;  C.5-311;  C.6-
100, 101, 105, 106, 109, 277, 281-283; C.8-121;  C.9-439, 442, 
443, 445; 
117. Eksson – dünyada ən iri və  ən qocaman sənaye 
müəssisələrindən biri. Mənzil-qərərgahı Texas ştatının Dallas 
şəhərində yerləşir. 1882-ci ildə Con Rokfeller tərəfindən 
yaradılmışdır. Hazırda dünyanın 90-dan çox ölkəsində  fəaliyyət 
göstərir. Korporasiyada 95 min adam işləyir. 18 ölkədə yerləşən 
30 neftayırma müəssisəsinin tam və ya şərikli sahibidir. C.3-385-
387; C.4-388, 407, 411; C.5-27; C.7-43, 121, 392; C.9-7; 


__________________________________________________ 
 
34 
118. Elçibəy Əbülfəz Əliyev- Əbülfəz Qədirqulu oğlu Əliyev 
(1938-2000). 1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsi 
(AXC) Partiyasının sədri, 1992-1993-cü illərdə Azərbaycan 
Respublikasının Prezidenti olmuşdur.  C.1-10, 13, 22-27, 40, 46, 
50, 52, 53, 59, 60, 70, 104, 113-115, 117, 119, 122, 135, 136, 162, 
192, 194, 197, 238, 274, 275, 409, 589, 590, 591; C.2-  22, 62, 
263, 367, 533, 552; C.3-88, 289, 399; C.4-32, 33, 35, 39, 183, 
189, 430, 460, 468; C.6-46, 183, 184, 243, 246, 470; C.7-278, 
483; C.8-50, 51, 52, 216, 217, 340; C.9-316, 317, 319, 320, 346, 
347, 400; 
119. Elçin, Elçin  İlyas oğlu  Əfəndiyev (1943)- Azərbaycan 
yazıçısı, ictimai və dövlət xadimi. Azərbaycan Respublikasının 
Xalq yazıçısı. Azərbaycan Yazıçılar Birliyinin katibi, Xaricdə 
Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni  Əlaqələr “Vətən” 
Cəmiyyətinin sədri vəzifəsində  işləmişdir. 1993-cü ildən 
Azərbaycan Respublikasının Baş nazirinin müavinidir. 
Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif edilmişdir. 
C.1-326, 330, 535; C.2-92, 95, 96, 100, 102, 169, 387; C.3-43, 
133, 190, 191, 361; C.4-7, 13, 14, 426; C.5-200, 201, 
341; C.7-161-163, 167-170, 257
120. Eldar Həsənov, Eldar Hümbət oğlu Həsənov (1955)- 
1995-2000-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru 
olmuşdur. 2001-ci ildən Azərbaycan Respublikasının Rumıniyada 
Fövqəladə  və  Səlahiyyətli səfiridir.  C.2-337;  C.3-300, 302, 357; 
C.4-155, 157, 182, 205, 206, 215, 216; C.5-363, 364; C.6-46, 49; 
C.7-148; 
121. Eldar Quliyev, Eldar Tofiq oğlu Quliyev (1941)- kino 
rejissoru. Azərbaycan Respublikasının Xalq artisti. Azərbaycan 
Dövlət mükafatı laureatı. Azərbaycan Respublikasının “Şöhrət” 
ordeni ilə təltif olunmuşdur. C.7-446; C.9-264; 
122. Eldar Salayev, Salayev Eldar Yunis oğlu (1933)- fizik, 
fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1979), 1983-
cü ildən Azərbaycan EA-nın prezidenti olmuşdur.  C.1-300, 316; 
C.2-92, 102, 461, 524; C.7-170;  C.8-361, 371, 374, 376, 377, 
378, 380, 381; 


__________________________________________________ 
 
35 
123. Elf Akiten – Fransada  ən böyük şirkət. 80 ölkədə 
fəaliyyət göstərən 833 şirkətdən ibarətdir. Karbohidrogenlərin 
kəşfiyyatı, hasilatı  və satışı, kimya və neft-kimya sənayesi, 
farmokologiya və kasmetologiya sahələri  şirkətin  əsas fəaliyyət 
istiqamətləridir. Elmi-tədqiqat fəaliyyətində 8 min elmi işçi 
çalışır. C.5-275; C.6-414, 416; C.7-43, 122, 238, 392, 398; C.8-
241, 244, 251, 259, 262, 266, 269, 273, 274, 278, 281, 284, 290, 
303, 316, 323; C.9-6, 91, 92, 131; 
124. Elman Rüstəmov- Milli Bankın sədri. C.6-62, 68; C.7-
54, 112, 232;
 
125. Elmira Axundova, Elmira Hüseyn qızı Axundova 
(1953) – publisist, “Literaturnaya qazeta”nın və “Azadlıq” (ABŞ) 
radiostansiyasının Azərbaycan Prezidenti yanında  Əfvetmə 
Komissiyasının üzvüdür. “Həsənbəy Zərdabi” mükafatı 
laureatıdır. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə  təltif 
olunmuşdur. C.1-39; C.5-35; 
126. Elmira Qafarova, Elmira Mikayıl qızı Qafarova (1934-
1993)- Azərbaycanın siyasi və dövlət xadimi. Müxtəlif illərdə 
respublikanın Maarif naziri, Xarici İşlər naziri, Nazirlər Soveti 
sədrinin birinci müavini, Azərbaycan Respublikası Ali Sovetinin 
sədri kimi məsul vəzifələrdə çalışmışdır. C.1-327; 
127. Etibar Məmmədov, Etibar Salidar oğlu Məmmədov 
(1955). Azərbaycan Milli İstiqlal Partiyasının sədri. 1990-1995 və 
1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuşdur.  C.1-194, 
249, 252, 587-590; C.4-170, 171, 180, 181; C.6-246, 252; 
 
 
Ə 
 
128. Əcəmi, Əcəmi Əbubəkr oğlu Naxçıvani (XII əsrin 20-ci 
illəri- XII əsrin sonu)- orta əsr Azərbaycan memarlığının görkəmli 
nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi. O, 
Naxçıvanda Yusif ibn Küseyir türbəsini, Möminə xatun türbəsini, 
böyük Cümə  məscidini və  mənbələrdə “Darülmülk” adlandırılan 
Eldəgizlər sarayını yaratmışdır. C.1-161; C.4-10, 11; 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə