Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə15/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   11   12   13   14   15   16   17   18   ...   159

48

Mirzə Əbdürrəhim Talıbov

...Nə isə, çəməndəki öküzlər mənim gəlişimi o qədər də zə-

rərli görmədilər, mən də onların qonaqpərvərliyini yüksək də-

rəcədə kafi  hesab etdim. İşıqlı günəş altında bir saata yaxın din -

cəlib, canımı qızdırdıqdan sonra ayağa qalxaraq otlamağa baş-

la dım; bir eşşəyin iştahı qədər o çəmənlikdən bəhrə apardım. 

Biz eşşək tayfasının sizlərdən üstünlüyümüzdən biri budur 

ki, öz iştahımız qədər yeyib doyduqdan sonra sabahın azuqəsi 

və ehtiyatı fi krinə düşmərik. Çünki Allahı ruzi verən hesab edi-

rik. Sizlər isə ilahi nemətlərdən faydalandığınız zaman ləzzət 

apar maq,  şükür etmək əvəzinə, azuqə və ehtiyat toplamaq xə-

yalı ilə öz hisslərinizi korlayır, nə yediyinizi belə bilmirsiniz.



Çunke va kəştəm zi neykare-berun,

Ruy avardəm be peykare-dərun.

Aləmira loqmə körde dər kəşid,

Mədəəm nərəzanan həl mün məzid.

1

Günəş batdı. Uzaqdan iki kəndli göründü. Onlar gəlib 

mənim yanımdan keçdilər. Bir-biri ilə söhbət edirdilər. Nis-

bətən böyüyü özündən kiçiyə dedi:

– Qardaş, deyillər bu cəngələ təzədə qurd gəlibdir.

O birisi:

– Qurd? – deyə soruşdu. – Kim sənə dedi?

– Musaabadlılar deyirdilər ki, bizim bir eşşəyimizi qurd 

yeyibdir.

– Bah, nə deyirsən. Musaabadlıları tanımırsan? Özləri bu 

biçarə heyvanı öldürüblər, qurdun boynuna qoyublar.

Əziz ağam, bu sözləri eşitdim, amma yerimdən əsla tər-

pən mədim. Bu çəməndə bitən otlar o qədər sıx və uca idi ki, 

kəndlilər məni görmürdülər.

1

      Cəlaləddin Ruminin “Məsnəvi” kitabından iki beytdir. Tərcüməsi:



Xarici çarpışmadan qurtarcağın,

Daxili hərbə girişmişdim, bir baxın.

Aləmi bir loğmatək uddum, yenə

Mədəm isə qışqırır: Azdır mənə!




49

Kitab yüklü eşşək

İnəkləri kəndlilərə məxsus bir avazla çağırıb, bir yerə top-

layaraq, kəndə tərəf qovdular. 

Mən haqqında danışılan qurddan qorxmurdum. Bu o de-

mək deyildir ki, biz eşşəklər siz aslan kişilərdən daha igid və 

cə sarətliyik. Biz də qorxuruq. Qorxma mış və qorxmayan an-

caq ağılsızdır. Musaabadlıların qurd tərəfi ndən öldürülmüş 

hesab etdikləri, haqqında danış dıqları eşşək, cənab alinin nö-

kə ri olan mən idim, özümü diri və sağlam gördüyüm üçün 

qurd məsələ sinin yalan olduğunu bilirdim.

Gecəni fi kirsiz və arxayınlıqla yatdım. Səhər tezdən yuxu-

dan ayılıb duracaq, sizin dediyiniz kimi, qəlyanaltı etməyə 

baş ladım. Bu vaxt mal-qaranın yavaş-yavaş uzaqdan çəmənə 

gəl diyini gördüm. Lakin bədlikdən, iki zırpı it də onlarla gə-

lirdi. Uzaqdan iy duyan kimi, hürməyə başlayıb, mənə tərəf 

cumdular.



Haşiyə

“Mənim hörmətli ağam olan cənab aliyə gizli qalmasın 

ki, iy dedikdə, bu nə burnu qıcıqlandıran üfunət, nə də xoş bir 

ətirdir... Biz eşşək tayfası siz əşrəfi -məxluqatdan daha tə miz 

və ətirliyik. Bu müddəanı o sübut edir ki, əgər sizlərdən on 

nəfər kiçik bir otaqda gecəni səhərə qədər qalsa, bədə ninizin 

xaricin dən və daxilindən gələn iydən həm özünüz narahat olar-

sınız, həm də sizlərdən başqa birisi oraya daxil olarsa, üfunət-

dən bo ğular. Buna görə, müxtəlif hiylələr işlətməyə – bədəni 

yumağa, cürbəcür  ətirlər sərf etməyə  məcbur olursunuz ki, 

bir gə yaşayış zamanı biri-birinizdən iyrənməyəsiniz. Biz isə 

əksinə, əgər on baş bizim həmcinsimizdən gecəni səhərədək, 

gündüzü axşama dək, bəlkə də bir neçə gün dalbadal kiçik bir 

tövlədə bağlanıb qalsaq, nə özümüz bir-birimizdən çimçəşər, 

nə də sizlər mənzili mizə daxil olduqda burnunuzu tutarsınız. 

İfrazatımız ayağımızın altında olmasına baxmayaraq, əşrə-




50

Mirzə Əbdürrəhim Talıbov

fi -məxluqat olan sizlərin bir çoxu nuz bizim həmin ifrazatı-

mızdan faydalanırsınız”.

Nə isə, itlər mənim iyimi duyub üstümə cumdular. Mən 

çəmənlikdən baş götürüb yaxınlıqdakı meşəyə qaçdım. Hey 

qaçıb-qaçıb, nəhayət, başqa bir çəmənə çatdım.

Biz sizlər kimi, öz saat və dəqiqələrimizi müəyyən etmək 

üçün bir cihaz ixtira etməmişik. O cihazı deyirəm ki, sizləri 

ölümə və məhvə doğru yaxınlaşdırır. Özünüz başa düşmədən, 

həyatınızın dəqiqələrini sayırsınız. Bizlər belə bir cihaz ixtira 

etməmişik və yoxumuzdur. Allah bizə elə bir şüur vermişdir 

ki, günün vaxtını cihazsız da bilirik.

Mən meşədəki çəmənliyə çatdıqda məlum oldu ki, əvvəl-

ki çəməndən neçə ağac uzaqlaşmışam. Musaabaddan, mənim 

əziyyət və yorğunluq məkanım olan o yerdən on ağac uzaqda 

olduğum üçün daha bir adam məni tanımır, tutub zor ilə zülm-

kar sahibimin yanına aparmaq qorxusu yoxdur. Bundan sonra 

gizlənmək lazım deyil. Artıq özümü aşkara çıxarmalı və heç 

kəsdən qorxmamalıyam.

Üçüncü fəsil

Bir ay tam asudəliklə bu meşə və çəmənlikdə yaşadım. Bu 

müddət ərzində bəzən tənhalıq üzündən ürək sıxıntısı baş verir-

di. Keçmiş sahibimin evini və öz dostlarımı xatırlayırdım. La-

kin bir cəmiyyətin içərisində bədbəxt yaşa maqdansa,  tənha ya-

şamaq mənə daha xoş idi. Mütəfəkkir kimi fərdlər və cə miyyət 

haqqında tədqiqat aparır, ünsiyyət və guşənişinliyi öyrənirdim.

Nəhayət, belə nəticəyə gəldim ki, əgər bir kəs tək və yalqız 

olub, xoşbəxt həyat sürərsə, bu öz tayfasında, öz qəbiləsində, 

öz vətənində və yaxud hər hansı bir cəmiyyətdə bədbəxtliklə 

yaşamaqdan yaxşıdır.



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə