Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə89/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   85   86   87   88   89   90   91   92   ...   101

 
258 
sonra  ağır  məsuliyyət  daĢıdığını  göstərir.  Halbuki  belə  böyük 
məqama Peyğəmbərlə (s) sadəcə qohumluq vasitəsilə çatmaq qeyri-
mümkündür. 
Ġndi isə əhli-sünnənin məĢhur mənbələrində nəql olunan bir sıra 
rəvayətləri qeyd edirik: 
1)  Buxarinin  “Səhih”  kitabında Əbu  Səid Xudrinin  belə  dediyi 
nəql olunur: “Biz Peyğəmbərdən (s) soruĢduq: “Ya Rəsuləllah! Sənə 
necə salam verməyin qaydası aydındır. Necə salavat göndərməyi isə 
bilmirik?”  Peyğəmbər  (ə)  buyurdu:  “Belə  deyin:  “Əllahummə  səlli 
əla  Muhəmmədin  əbdikə  və  rəsulik,  kəma  səlləytə  əla  Ġbrahimə  və 
ali-Ġbrahim  və  barik  əla  Muhəmmədin  və  əla  ali-Muhəmməd,  kəma 
barəktə əla Ġbrahim!” (İlahi! Bəndən və rəsulun Məhəmmədə salavat 
göndər,  necə  ki,  İbrahim  və  onun  övladlarına  salavat  göndərdin. 
Məhəmməd  və  onun  övladlarına  bərəkət  yetir,  necə  ki  İbrahimə 
bərəkət verdin!)
1
  
Yenə  həmin  kitabda  məĢhur  səhabə  Kəb  ibn  Ücrədən  nəql 
olunur  ki,  müsəlmanlar  həzrət  Peyğəmbərdən  (s),  ona  necə  salavat 
göndərmək  barədə  soruĢduqda,  onlara  bu  qaydada  salavat 
göndərməyi  öyrətdi:  “Əllahummə  səlli  əla  Muhəmməd  və  ali-
Muhəmməd,  kəma  səlləytə  əla  ali-Ġbrahim,  innəkə  həmidun  məcid! 
Əllahummə,  barik  əla  Muhəmməd  və  əla  ali-Muhəmməd,  kəma 
barəktə əla ali-Ġbrahim, innəkə həmidun məcid!”  (İlahi!  Məhəmməd 
və  onun  övladlarına  salavat  göndər,  necə  ki  İbrahim  övladlarına 
salavat  göndərdin.  Həqiqətən,  Sən  uca  və  tərifə  layiqsən.  İlahi! 
Məhəmməd  və  onun  övladlarına  bərəkət  yetir,  necə  ki  İbrahim 
övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tərifə layiqsən!)
2
  
Buxari bu hədisləri “salavat” ayəsinin təfsirində qeyd etmiĢdir. 
2)
  Əhli-sünnənin  ikinci  məĢhur  mənbəsi  sayılan  “Səhihi-
Müslim” kitabında Əbu Məsud Ənsaridən belə nəql olunur: “Bir gün 
Peyğəmbəri-əkrəm  (s)  bizim  yanımıza  gəlmiĢdi.  Biz  Səd  ibn 
Ubadənin  məclisində  idik.  Sədin  oğlu  BəĢir  dedi:  “Ya  Peyğəmbər! 
Allah-taala  bizə  sənə  salavat  göndərməyi  göstəriĢ  vermiĢdir.  Sənə 
necə salavat göndərək?” 
Peyğəmbər  (s)  bir  az  sükut  etdikdən  sonra  buyurdu:  “Deyin: 
Əllahummə  səlli  əla  Muhəmməd  və  əla  ali-Muhəmməd,  kəma 
                                                 
1
 “Səhihi-Buxari”, 6-cı cild, səh. 151, Beyrutun “Darul-ceyl” çapı. 
2
 Yenə orada. 


 
259 
səlləytə  əla  ali-Ġbrahim  və  barik  əla  Muhəmməd  və  əla  ali-
Muhəmməd,  kəma  barəktə  əla  ali-Ġbrahim  fil-aləmin,  innəkə 
həmidun  məcid!”  (İlahi!  Məhəmməd  və  onun  övladlarına  salavat 
göndər,  necə  ki  İbrahim övladlarına  salavat  göndərdin.  Məhəmməd 
və  onun  övladlarına  bərəkət  yetir,  necə  ki  o  zaman  İbrahim 
övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tərifə layiqsən!)
 1
 
3)  Süyuti  “Əd-durrul-mənsur”  təfsirində  Əbu  Səid  Xudrinin 
rəvayətini  Buxari,  Nisai,  Ġbn  Macə  və  Ġbn  Mərdəveyhdən  nəql 
etmiĢdir.
2
  
Yenə həmin kitabda Əbu Səid Ənsarinin rəvayəti Termizi, Nisai 
və Ġbn Mərdəveyhdən
3
, azacıq fərqlə Malik, Əhməd, Buxari, Müslim, 
Əbu Davuddan (onlar da Əbu Əhməd Saididən) nəql olunmuĢdur.
4
  
Hakim  NiĢapuri  “Əl-müstədrəkü  ələs-səhiheyn”  kitabında  Ġbn 
Əbi  Leylidən  belə  nəql  edir  ki,  Kəb  ibn  Ücrə  mənim  yanıma  gəlib 
dedi: “Peyğəmbərdən (s) eĢitdiyim müjdəni sənə deyimmi?” 
Dedim: “Bəli!” 
Dedi: “Peyğəmbərdən (s) soruĢdum ki, sənin Əhli-beytinə necə 
salavat göndərək?” 
Peyğəmbər  (s)  buyurdu:  “Deyin:  Əllahummə  səlli  əla 
Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla Ġbrahim və əla ali-
Ġbrahim, innəkə həmidun məcid! Əllahummə, barik əla Muhəmməd 
və əla ali-Muhəmməd, kəma barəktə əla Ġbrahim və əla ali-Ġbrahim, 
innəkə  həmidun  məcid!”  (İlahi!  Məhəmməd  və  onun  övladlarına 
salavat  göndər,  necə  ki,  İbrahimə  və  onun  övladlarına  salavat 
göndərdin.  Həqiqətən,  Sən  uca və tərifə  layiqsən. İlahi!  Məhəmməd 
və  onun  övladlarına  bərəkət  yetir,  necə  ki,  İbrahimə  və  onun 
övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tərifə layiqsən!” 
“Səhihi-Müslim”  və  Səhihi-Buxari”də  mövcud  olmayan 
hədisləri nəql edən Hakim NiĢapuri  yazır:  “Bu hədisi eyni sənəd və 
mətnlə Buxari “Səhih” kitabında Musa ibn Ġsmayıldan nəql etmiĢdir. 
Mənim  burada  onu  təkrar  etməyimin  səbəbi  “Əhli-beyt”  və  “ali” 
                                                 
1
  “Səhihi-Müslim”,  1-ci  cild,  səh.  305,  hədis:  65,  Beyrutun  “Ehyau  turasil-
ərəbi” çapı. 
2
 “Əd-durrul-mənsur”, 5-ci cild, səh. 217. 
3
 Yenə orada. 
4
 Yenə orada. 


 
260 
sözlərinin  eyni  olduğunu  göstərməkdir.
1
   Diqqət  yetirmək  lazımdır 
ki,  Hakim  NiĢapuri  bu  hədisi  Əhli-beytin  Əli  (ə),  Fatimeyi-Zəhra 
(ə.s), Həsən (ə) və Hüseyn (ə) olduğunu açıq-aydın göstərən “Kisa” 
hədisindən  sonra  nəql  etmiĢdir.  Bu  da  öz  növbəsində  dərin  məna 
kəsb  edir.  Bundan  sonra  Hakim  NiĢapuri  “səqəleyn”  hədisini,  onun 
ardınca  Əbu  Hüreyrənin  hədisini  nəql  edir.  Orada  deyilir: 
“Peyğəmbər  (s)  Əli,  Həsən  və  Hüseynə  (ə)  baxıb  buyurdu:  “Mən 
sizinlə müharibəyə qalxan hər kəslə müharibə, sizinlə sülh edən hər 
kəslə sülh edirəm.”
2
  
Məhəmməd  ibn  Cərir  Təbəri  də  “Təfsir”  kitabında  “salavat” 
ayəsinin  təfsirində  yuxarıdakı  rəvayəti  azacıq  fərqlə  Musa  ibn 
Təlhədən  və  onun  atasından,  baĢqa  bir  rəvayəti  Ġbn  Abbasdan, 
üçüncü  bir  rəvayəti  Ziyad  və  Ġbrahimdən,  dördüncü  rəvayəti  isə 
Əbdür-Rəhman ibn BəĢir ibn Məsud Ənsaridən nəql etmiĢdir.
3
  
Beyhəqi  də  “Sünən”  adlı  məĢhur  kitabında  bu  haqda  çoxlu 
rəvayət  nəql  etmiĢdir.  Onların  bəzisi  namazda  təĢəhhüd  vaxtı 
müsəlmanların  vəzifəsini  aydınlaĢdırır.  Məsələn,  Əbu  Məsud  və 
Əqəbət  ibn  Əmrin  hədisində  belə  deyilir:  “Bir  kiĢi  gəlib 
Peyğəmbərin  (s)  yanında  əyləĢdi.  Biz  də  orada  idik.  O  dedi:  “Ya 
Rəsuləllah!  Sənə  salam  verməyi  bilirik.  Lakin  namaz  qılanda  sənə 
salavat  göndərməyin  qaydasını  bilmirik.  Sənə  necə  salavat 
göndərək?”  Peyğəmbər  (s)  bir  qədər  susdu.  Hətta  biz  o  həzrəti  belə 
görüb fikirləĢdik ki, kaĢ kiĢi belə bir sual verməyəydi. Sonra Həzrət 
buyurdu:  “Mənə  salavat  göndərmək  istəsəniz,  belə  deyin: 
Əllahummə  səlli  əla  Muhəmmədin-nəbiyyil-ummiyy  və  əla  ali-
Muhəmməd,  kəma  səlləytə  əla  Ġbrahim  və  əla  ali-Ġbrahim  və  barik 
əla  Muhəmmədin-nəbiyyil-ummiyy  və  əla  ali-Muhəmməd,  kəma 
barəktə  əla  Ġbrahim  və  əla  ali-Ġbrahim,  innəkə  həmidun  məcid!” 
(İlahi!  Ümmi  peyğəmbərin  Məhəmməd  və  onun  övladlarına  salavat 
göndər,  necə  ki  İbrahim  və  onun  övladlarına  salavat  göndərdin. 
Ümmi  peyğəmbərin  Məhəmməd  və  onun  övladlarına  bərəkət  yetir, 
necə ki İbrahim və onun övladlarına bərəkət verdin. Həqiqətən, Sən 
uca və tərifə layiqsən!) 
                                                 
1
 “Əl-müstədrəkü ələs-səhiheyn”, 3-cü cild, səh. 147. 
2
 Yenə orada, səh. 147. 
3
 “Camiul-bəyan”, Təbəri, 22-ci cild, səh. 32, Beyrutun “Darul-mərifət” çapı. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə