Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə5/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   2   3   4   5   6   7   8   9   ...   44

17
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
minləri nəzərdə tutulur. Ona görə  də toplanmış faktik ma- 
terialları  səciyyələrinə görə  aşağıdakı qruplara ayırmaq məq- 
sədəuyğundur: 1) digər  İran dillərində  təsadüf olunmayan söz- 
lər; 2) digər  İran dillərindən bəzilərində yaxın məna və fonetik 
variantda təsadüf olunan sözlər. 
 
Tat dilinin ümumiran mənşəli sözləri 
 
Tat dilinin lüğət tərkibinin  əsas hissəsini ümumiran mən- 
şəli sözlər təşkil edir. 
Bu qəbildən olan söz və terminlər tarixi inkişaf prosesin- 
də  dəyişikliyə  ya  heç  məruz  qalmamış,  ya  da  mü əyyən  də- 
rəcədə fonetik, morfoloji, semantik dəyişikliklərə  məruz qal- 
mışlar. Bunlar – fel, isim, sifət, say, əvəzlik, zərf və s. kimi 
müxtəlif nitq hissələrinə, eləcə  də, köməkçi niq hissələrinə 
aiddir. 
Tat dilinin leksik fondunu, əsasən,  İran mənşəli söz və 
terminlər təşkil etsə  də, bu dildə xeyli miqdarda Azərbaycan, 
ərəb və fars sözləri, eləcə  də, rus dilindən və Dağıstan (ləzgi, 
qrız, buduq, xınalıq v ə s.) dillərindən keçmiş söz və terminlər 
var. 
Y.Nazarova yəhudi tat dilinin leksik sistemindən bəhs 
edərkən bu dilin lüğət tərkibinin  əsas hissəsinin ümumiran 
mənşəli olduğunu qeyd edir və bu lek sik vahidlərə aid ziğis- 
te(n)  «yaşamaq,  mövcud  olmaq»,  omore(n)  «gəlmək»,  menq 
«ay»,  ğov  «su»,  nu  «çörək»,  ğəsb  «at»,  duxdər  «qız»,  merd 
«kişi»,  verf  «qar»,  sər  «baş»,  raç  «gözəl»,  bülünd  «hündür», 
əki «bir», sad «yüz »  kimi  sözləri misal gətirir (93, 66). 
Tat dili tarixən  İran dilləri ailəsində  fəaliyyət göstərmiş, 
həmin dil ailəsinə məxsus bir sıra fonetik, leksik-qrammatik və 
sintaktik    xüsusiyyətləri    bu    günə    kimi    mühafizə    edərək 


18
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
saxlamışdır.   Tarixi  inkişaf   prosesind ə   o,   müstəqil   dil   kimi 
dildaxili və dilxarici amillərin təsiri nəticəsində müəyyən dəyi- 
şikliklərə    məruz    qalmışdır    ki,    bu    d əyişikliklər    leksika 
sahəsində də özünü göstərmişdir. 
Bu mənada tat dilinin ümumiran mənşəli (leksik layı) söz 
və    terminlər    dedikdə,    həm    fonetik,    qrammatik,    leksik - 
semantik, həm də sintaktik (əsasən, söz birləşmələri, izafət) 
cəhətdən digər  İran dillərindən müəyyən fərqli xüsusiyyətlər 
kəsb etmiş leksik lay nəzərdə tutulur. 
Tat dilində  təkhecalı sözlər V, VC, VCC, CVC, CVCC 
quruluşlarına malikdir. Tat dili üçün hecanın qapalılığı  sə ciy- 
yəvidir.   Bununla   belə,   CV   tip li   təkcecalı   sözlər  də   qeydə 
alınır. Məsələn, nu «çörək». 
Dilin bu sahəsinə aid leksik layını  nəzərdən keçirdikdə 
aydın olur ki, burada nitq hissələrindən  ən sabit və  dəyişikliyə 
az məruz qalan feldir. Bunu aşağıda g ətirdiyimiz nümunələrin 
qədim fars, Avesta, qədim hind, orta fars və s., eləcə də müasir 
İran   dillərinin  bəziləri   ilə   apardığımız   müqayisələrdə   daha 
aydın görmək mümkündür. 
a)  Fellər:  tat.  bərdan//bərbən  «aparmaq» – av., qəd. fars. 
bar-, qəd. hind. bhar-, talış.  bard-; tat. bastan//bəstən  «bağ- 
lamaq» – av. band, qəd. fars. band, basta, tal.  bast-, tat. 
verıx//veruxtən  «qaçmaq» – av. rack, parf. virixt, tal. vit-; tat. 
niştan//neştən  «oturmaq» – av. oşta-, qəd. fars. nişadaya,  tal. 
nişt  fars.  neşt;  tat.  suxtan//soxtən  «yanmaq» – av. suxta,  tal. 
süt; tat. çiran//çirən  «yığmaq, toplamaq» – av. kay-/çay-, çin, 
qəd. hind. çinofi;  qəd. fars. kl. fars. çinad;  tac.  çidan,  müasir 
fars.  çidan,  tal.  çtat.  çimərdan//şümərdən  «saymaq» – av., 
qəd. fars. (ş) maq, əf.  şmerəl,  tac.  şumərdan, tal. aşmard-; tat. 
kişf(an)/küşf(ən)/küşdən  «öldürmək»  –  av.,  qəd.  fars.  kauş-
tac.  kuştan, tal. kışte; tat; furuxtan//füruxtən  «satmaq» – av., 


19
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
qəd. fars. frauxta, orta fars. fravaxta, tac. furuxtan, müas. fars. 
furuxtan, tal. havate; tat. pursiran//pursisən  «soruşmaq» – av., 
orta fars, parf. purs (pwrs), bəluc.  purs,  əf. puxtəna, tac. pursi- 
dan, müas. fars. pursidən
b)  Saylar:  tat.  çar//çor  «dörd»  –  av.,  qəd.  fars.  çatvar
qəd. hind. çatvarah,  çali.  çuar,  xələc.  cuar,  tac.  čor,  əf.  çalor
os.  çıppar, tal. ço, işkaşim.  ccfur; tat. panc//pənc  «beş» – av., 
qəd.  fars.  panca,  çalu.  panc,  tac.  panç,  əf.  pandc,  işkaşim. 
pund; tat. haft//həft  «yeddi» – av., hapta, qəd. fars. hapt,  qəd. 
hind.  hapta, tac. xaft,  əf.  ovə, os. avd, tal. haft,  işkaşim.  uvd
tat.  çil//cül  «qırx» – av. cadwarə  –  cand,  qəd. hind. çatvarum, 
kl. fars. çıhıl, müas. fars. cehil, bəluc.  cil,  sanqesari;  çel, tac. 
çil,  əf.  çalvext, os.  çıppur, tal. cıl; tat.  haftod//həftad  «yetmiş » 
– av., haptaitit, qəd. hind. haptadi, orta fars. haftad, bəluc.  (h) 
aptod, sanqesari. hefta, tac. xaftod,  os.  avday,  tal.  hafto; tat. 
duzdəh//düvdəh   «on   iki»   –   av.,   dvandasa,   parf.   dvandas 
(dwnds), orta fars. dvaz dah, bəluc.  dvazda (h), tac. duvozdax, 
əf.   dvolasəm,   os.   diiadaesaem,   tal.   donza//davıdi,   xələc. 
duazda
İran dillərinin  əksəriyyətində  işlənən saylar mənşəcə  ən 
qədim dövrlərə aidliyi ilə seçilir. 
«Bir»  mənasında   olan   sözün   hind -Avropa   dillərindəki 
qədim variantı  aiwa  olmuşdur. Avestada aeva//ouva, qəd. fars. 
aiva, qəd. hind. e-ka  hind-Avropa dillərinə  məxsus  oi-/-ei  «o » 
sözündən  əmələ  gəlmişdir (126, 45). Müasir fars dilində  yek
talış dilində «i» kimi işlənir.  İngilis dilində  one  (van), rus di- 
lində  odin  eyni kökdəndir. Bu say Azərbaycan dilində  də  işlək 
olmuşdur: müasir Azərbaycan dilində müəyyən məqamlarda 
istifadə   olunur.   Bununla   yanaşı,  tat  dilinin  lüğət  tərkibində 
«yek» tərkib hissəli bir sıra ümumiran mənşəli sözlər də var ki
onlar da Azərbaycan dilinə aid materiallarda qeydə alınır. Belə 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə