Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə58/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   54   55   56   57   58   59   60   61   ...   70

 
233 
Yenə onundur: 
 
Əfsus ki, sənin çiçəyinin çevrəsini tikan bürüdü,  
Qarğa gəldi, laləni dimdiyinə aldı,  
Sənin çənənin civəsi qaraldı (üzünin qırmızılığı 
                                                             getdi), 
Sənin ləl kimi olan dodağın paslandı (göyərdi). 
 
 
HƏKİMİ-MƏNƏVİ ŞEYX NİZAMİ GƏNCƏVİ 
 
O cənabın günyəsi və adı Əbu Məhəmməd Nizaməddin İlyas 
ibni-Yusif ibni-Müəyyəd olub, doğulduğu və öldüyü yer Gəncədir. 
Onun böyüklüyü və fəzilətlərini söyləməkdən dil acizdir. Sözlərin-
dən şairlik dərəcəsi və rəyi aşkardır. Zərifliyi, söz və söhbətilə məc-
lis bəzəməkdə, ümumun rəyincə onun misli olmamışdır. Bütün 
şairlər onun ustalığını etiraf etmişlər. 
Onundur: 
 
Bu fənndən (şairlikdən) istəmə,  
Bu (şöhrət) Nizami ilə bitmişdir. 
 
İlk gənclik dövründə «Vis və Ramin» kitabını Sultan Mahmud 
Səlcuqi adına nəzm etmişdir. Bəziləri bu kitabı Nizami Əruziyə 
nisbət verirlər, lakin təlif dövrünü nəzərə aldıqda bu fikir doğru 
çıxmır. Cənab  Şeyx,  Əxi Fərəc Zəncaninin müridlərindən olub, 
ömrünün axırlarında guşənişinlik rəsmini qəbul edərək, batini 
saflaşdırmağa məşğul olmuşdur. Bu xüsusda özü deyir: 
 
Rəna gül qönçə arasında həzin-həzin, 
Mənim kimi guşənişinliyə (inzivayə) çəkilmişdir... 
 
 
234
Şeyx hicri 576-cı (=1181)
1
 ildə Tuğrul ibni-Arslan dövründə 
vəfat etmişdir. Gəncənin yaxınlığında gözəl bir türbəsi vardır. 
Xarabalığa üz tutmuş  olan  bu  türbənin bəzi yerlərini, Qarabağda 
yaşayan qazaqlı mirzə Adıgözəl indi təmir etdirməkdədir.  Şeyxin 
«Məxzənüləsrar», «Həft peykər», «Leyli və  Məcnun», «Xosrov və 
Şirin» və  «İskəndərnamə»dən ibarət olan beş  mənzum dastanını 
vəfatından sonra alim adamlar toplayıb, «Xəmsə» adlandırmışlar. 
Bu  əsərlər  şeir sənəti nöqteyi nəzərindən bütün dünyada məşhur 
olub, müəllifinin kəskin fikrinə  və qüvvətli təbinə açıq  şahiddir. 
Onun «Xəmsə»dən başqa 20.000 beytdən ibarət bir divanı 
olmuşdur. Bu divanda onun sənətkaranə üslubilə yazılır: 
 
Dünya qaranlıq və yol çətindir, atının cilovunu çək.  
Bir müddət varlıq aləmindən ruhani aləmə çəkil.  
Təbiət qarğalarını ünsiyyət bağından qov, çıxar.  
Səadət quşlarını imtahan toruna çək.  
Elə ki, mənəviyyat aləminə aşina oldun...  
Minlərcə mənəviyyat şərbətini birnəfəsə bol-bol 
                                                            iç. 
Onun hikmətilə sərməst olunca fələkin çadırını 
                                                            yıx, dağıt. 
Ərşin sütununu sarsıt, göyün ipini çək. 
Onun yolunu ayaqla getmə, onun camalına batini gözlə 
                                                            bax. 
Onun sözünü dil ilə söyləmə, onun şərabını ağızla 
                                                            içmə. 
Ey Nizami, bu nə əşardır ki, sənin təbindən büruzə 
                                                           gəlir! 
Heç bir kəs sənin rəmzini bilmir, dilini saxla, 
                                                           dilini saxla! 
                                                 
1
 Mətndə yanlışlıq var, qəbri üzərindəki kitabəyə əsasən Nizami 576-cı (=1181) ildə 
deyil, 605-ci (=1209) ildə vəfat etmişdir. 


 
235 
USTADÜŞŞÜƏRA ƏBÜLÜLA GƏNCƏVİ 
 
Onun haqqında ancaq bu qədər məlumdur ki, o böyük xaqan 
Mənuçehrin dövründə Şirvanın məliküşşüərası olub, yüksək bir şən 
və iqtidara malik olmuşdur. Xaqani və Fələki onun şagirdlərindən-
dir. Həmdüllah Mustovfi «Tarixi-güzidə»də yazır ki, Əbülüla öz 
qızını Xaqaniyə verdi. Əbülülanın qızını almaq istəyən Fələki 
bundan incidi və köçüb getmək istədi. Ustadı ona 20.000 dirhəm 
bağışlayıb dedi: Bu əlli türk kənizinin qiymətidir ki, hər biri mənim 
qızımdan daha gözəldir. Fələki buna razı oldu. Xaqani yüksək 
mövqe və  şöhrətə malik olandan sonra, qürrələnib ustadının 
xatirini incidirdi. Əbülüla bu xüsusda deyir: 
 
Qitə 
 
Sən ey Əfzələddin, əgər doğrusunu soruşsan, 
Sənin əziz canına and olsun ki, səndən razı deyiləm. 
Sənin adın Şirvanda dülgər oğlu idi, 
Sənə Xaqani ləqəbini mən verdim, 
Sənə çox yaxşılıq etdim. 
Sənə oğul deyib, müəllimin oldum. 
İndi nə üçün mənim hörmətimi saxlamırsan? 
Sənə qız, mal və şöhrət verdim. 
Mənə nə qədər deyəcəksən ki, bir çox sözlər söylədin! 
Bu cür sözlər yadımda deyildir. 
Söyləmədim-söylədim, söylədim-söyləmədim, 
Verdim-vermədim. 
 
HÜSSANÜLƏCƏM XAQANİ ŞİRVANİ 
 
Onun ləqəbi və adı Əfzələddin İbrahim ibni-Əli Nəccar olub
əsli  Şamaxının yuxarısında Məlhəmli kəndindədir. Bir çox elm və 
fənlərdə mahir və şeirdə ustad olmuşdur. Yüksək bir mövqeyə ma-
 
236
lik olub, barmaqla göstərilirdi. Fazil kimsələr onu Hüssanüləcəm 
deyə adlandırmışlar... 
Əvvəllərdə təxəllüsü Həqayiqi idi, sonralar isə, Xaqani-kəbir tə-
rəfindən ona Xaqani ləqəbi verilmişdir. Onun lətifələrindən biri bu-
dur ki, o bir gün aşağıdakı beyti yazıb, xaqanın hüzuruna göndərdi: 
 
 
 
Mənə bir kürk bağışla ki, məni qucağına alsın.  
Yaxud bir gözəl sevgili ver ki, qucağıma alım. 
Vəşəq, dəri kürkə deyilir, vişaq isə sevgilinin çöhrəsindən iba-
rətdir. Xaqan qəzəblənib, Xaqanini öldürməyə əmr verdi. Xaqanın 
qəzəbi ona görə idi ki, nə üçün hər ikisini birdən istəməmişdir. Xa-
qani bunu xəbər alınca, bir milçək tutub Xaqanın hüzuruna 
göndərdi. Milçək göndərmək ona işarə indi ki, milçək bir nöqtə 
əlavə etməklə «ba vişaqi              » sözünü «ya vişaqi -            » ha-
lına salmışdır. 
Əsirəddin Axsikəti Xaqani ilə müşaərə  (şeirləşmək) arzusuilə 
Türkistandan Şirvana gəlmişdi. Yolda Arslan ibni-Tuğrulun iltifatına 
nail olub, Xaqani ilə yazışmağa başladı. Xaqani bu qəzəli yazıb ona 
göndərdi: 
 
Qitə 
 
Əql mənim barmaqlarım arasındakı qələmin xəritə 
                                                                 çəkənidir. 
Söz mənim bir ifadəmin sevimli yedəkçisidir. 
Dünyanı yaradan Allaha and olsun ki, 
Dövr mənim dövrüm və zaman mənim zamanımdır. 
Söz qəhətliyi ilində mən zəmanənin Yusifiyəm, 
Mənim dilim ürəyi acların
1
 mehmannəvazıdır. 
                                                 
1
 Söz aclarının. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə