________________Milli Kitabxana________________
Bu kitab "Xaqani Şirvani. Seçilmiş əsərləri" (Bakı, Yazıçı, 1985)
kitabı əsasında təkrar nəşrə hazırlanmışdır.
Tərtib edəni:
Məmmədağa Sultanov
İzahların müəllifləri:
Əkrəm Cəfər
Məmmədağa Sultanov
Ön sözün müəllifi və
elmi redaktoru:
Xəlil Yusifli
894.361'1 - de 21
AZE
Xaqani Şirvani. Seçilmiş əsərləri. "Lİder nəşriyyat", Bakı, 2004,
672 səh.
Çoxəsrlik və zəngin ədəbi ənənəyə malik olan Azərbaycan xalqı dünya şöhrəti
qazanmış bir çox söz ustadları yetirmişdir. Onların sırasında "Divan" və "Külliyyat"
müəllifi Əfzələddin Xaqani Şirvaninin özünəməxsus yeri var. Xaqaninin dərin
humanizmlə aşılanmış, bir-birindən gözəl əsərləri Yaxın və Orta Şərq xalqlarının böyük
marağına səbəb olmuş, onun son dərəcə poetik və fəlsəfi məzmunlu şeirlərinə şaırlər
çoxlu nəzirələr, bənzətmələr yazmışlar.
Xaqani yaradıcılığı Azərbaycan və dünya poeziyasının qiymətli hadisələrindən biridir.
Oxuculara təqdim olunan bıı kitabda qüdrətli şairin ölməz ədəbi irsinin böyük bir
hissəsi - "Töhfətül-İraqeyn" əsəri, ruhu oxşayan lirik qəzəlləri, fəxriyyə, mədhiyyə və
fəlsəfi qəsidələri, zəmanə və zəmanə əhlindən şikayətləri, qitə və rübailəri, özü və əsil-
nəsəbi haqda yazdığı şeirlər toplanmışdır.
ISBN 9952-417-23-1
© "LİDER NƏŞRİYYAT", 2004
________________Milli Kitabxana________________
XAQANİ ŞİRVANİ VƏ ƏDƏBİ İRSİ
Bir Əcəm türküyəm, dəricə deyən,
Yalvac tanıyanam. Tanrı istəyən,
Xaqani Şirvani
Azərbaycanda İntibah dövrü ədəbiyyatının ilk qüdrətli nümayəndəsi dahi şair Xaqani
Şirvanidir. O, Nizamiyə qədər ədəbiyyata güclü ictimai-humanist məzmun və yüksək
sənətkarlıq gətirmişdir. Xaqani Azərbaycan ədəbiyyatında ilk poemanın müəllifi olmuş,
çoxəsrlik tarixə malik qəsidə janrını əlçatmaz bir yüksəkliyə qaldırmışdır. Onun əsərləri
çoxcəhətli humanist məzmunu ilə seçilir. İlk dəfə Xaqani irsində şərin ehtiraslı inkarına,
xeyrin, gözəlliyin odlu-alovlu təsdiqinə
rast gəlirik. Xaqaninin
əsərləri dünya
ədəbiyyatının, xüsusən İntibah dövrü sənətkarlarının ən yüksək yaradıcılıq nümunələri ilə
yanaşı durmağa layiq və qadirdir. Şərqin Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami,
Məhəmməd Füzuli kimi dahiləri Xaqani dühasına pərəstiş etmiş, ondan təsirlənmiş, bəzi
əsərlərinə cavablar yazmışlar. 15-20 il Nizamidən əvvəl yaradıcılığa başlayan Xaqaninin
əsərlərində artıq Nizami poeziyasının nəfəsi duyulur. XÜ əsr Azərbaycan İntibahı özünün
ən uca zirvələrinə Xaqani poeziyası ilə birgə yüksəlmişdir.
Əbu Bədil Əfzələddin İbrahim İbn Əli Nəccar İbn Osman İbn İbrahim Həqaiqi
Həssanül-Əcəm Xaqani Şirvani 1126-cı ildə Şamaxı şəhərində anadan olmuşdur.
Əsərlərində dönə-dönə Şamaxı şəhərində, hörmətli bir ailədə doğuluğunu yazan şairin
babası toxucu, atası dülgər, əmisi və əmisi oğlu isə həkim və alim idilər. Şairin anası
Rabiə müsəlmanlığı qəbul etmiş xristian qızı idi. Anasının atası sərkərdə, babası isə Kiçik
Asiyanın Toqat şəhərindən olan möbid imiş. Atası, oğlu İbrahimi də dülgər etmək istəyir,
onun təlim-tərbiyəsinə az diqqət yetirirdi.
Əmisi Kafiəddin Ömər ibn Osman onu körpəlikdən öz himayəsinə alır, Quranı,
fəlsəfə, riyaziyyat və başqa elmləri öyrədir. 15-16 yaşlarında şeir yazmaqda mahir
olduğunu görən əmisi ona Həssanül-Əcəm (yəni Əcəm Həssanı) təxəllüsü verir.
Təxminən, 18 yaşında saraya dəvət olunan sənətkar əvvəlcə sevinir, şadlanır, mədhiyyələr
yazır. Sonradan onun mənəvi aləmində bir oyanma baş verir. Xaqani Şırvanşahlar
sarayından can qurtarmaq üçün yollar arayır. Xorasana, İraqa getmək istəyir, ömrü boyu
Xorasana can atan sənətkar bu arzusuna nail ola bilmir. İki dəfə Ərəb və Əcəm İraqını
səyahət etmək üçün Kəbə ziyarətinə gedir. İki dəfə həbsxanaya düşür. Həbsxanada olduğu
vaxtlarda
________________Milli Kitabxana________________
Məşhur "Həbsiyyə şeirləri" silsiləsini yaradır. 1151-ci ildə Xaqaninin əmisi Kafiəddin
Ömər vəfat edir. Xaqani əmisinin ili çıxandan sonra 1152-ci ildə bir kəndli qızı ilə evlənir.
Əbdülməcid və Rəşid adlı oğlanları, bir neçə qızı olur. 1176-cı ildə Kəbə ziyarətindən
sonra Xaqani vətənə qayıtmır, ömürlük Təbrizdə məskən salır. Şamaxıda 25 il bir yerdə
ömür sürdüyü sevimli arvadını, 20 yaşlı oğlu Rəşidi, əmisi Kafiəddin Öməri, əmisi oğlu
Vəhidəddin Osmanı və başqa yaxın adamlarını itirən sənətkar bir də oraya qayıtmaq
istəmir. Axsitan, Qızıl Arslan və başqaları onu saraylara dəvət edirlərsə də, dahi sənətkar
heç bir saraya getmir, müxtəlif bəhanələrlə dəvətləri rədd edir. Təbrizdə olarkən Xaqani
iki dəfə evlənir. Şair 1199-cu ildə Təbrizdə vəfat edir. Məqbərətüş-şüərada dəfn olunur.
Qəbri indi də durur.
Xaqani Təbrizdə yaşadığı müddətdə Şərqin bir çox ölkə və şəhərlərində yaşayan
dostları, qohumlari ilə yazışırdı. Hələ birinci Kəbə səfərindən sonra Dərbənd və Gəncədə
bir növ sürgündə olan şair, orada çoxlu dostlar qazanır, 1159-cu ildə Gəncədə ikən
qızdırma xəstəliyinə tutulan və Gəncəli Şəmsəddin Təbib tərəfindən müalicə edilən
Xaqani, ehtimal ki, onda 18-19 yaşlarında olan Nizami Gəncəvi ilə də görüşür, dostlaşır.
Ona görə də Xaqani ölən zaman Nizami ona mərsiyə yazır. Həmin mərsiyədən hələlik
aşağıdakı bir beyt məlumdur:
Hey deyirdim ki, mənə mərsiyə Xaqani yazar,
Heyf, Xaqaniyə mən mərsiyə yazdım axır.
Xaqani Şirvani əslən bir oğuz türkü ailəsində doğulmuşdur. "Töhfətül-İraqeyn"də
bununla bağlı yazır: "Bir Əcəm türküyəm, dəricə deyən, yalvac tanıyanam, Tanrı istəyən".
Buradakı Əcəm türkü ifadəsi eynilə bugünkü Azərbaycan türkü, Azərbaycanlı sözlərinin
sinonimi kimi qəbul edilə bilər. Maraqlıdır ki, şair Allah sözü yerinə onun türk qarşılığı
kimi Tanrı və peyğəmbər sözünün də qarşılığı olan "yalvac" sözünü işlədir.
Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanından, "Töhfətul-İraqeyn"
poemasından, epistolyar nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Təbüdir
ki, bunlar Xaqani irsinin hamısı deyildir. Özünün də dönə-dönə xatırladığı kimi, şairin
yaradıcılığı bütün Şərq ədəbiyyatı üçün yeni hadisə idi. Yenilikçi, orijinal sənətkar olan
Xaqaninin yaradıcılığının əsasını dərin və güclü hümanizm təşkil edir. "Uşaqlıqdan
adətim bu olmuşdur ki, inciyim, ancaq incitməyim". Bu sözlərin sahibi olan şair heç də
şərə qarşı laqeydlik, mərhəmət göstərməmişdir. O, həmişə xalqın, həqiqətin, gözəlliyin
tərəf-