GiRİŞ İncəsənətin növləri. Bədii obraz Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir


MUSİQİ ƏSƏRİNDƏ MƏZMUN VƏ FORMANIN VƏHDƏTİ



Yüklə 81,55 Kb.
səhifə3/20
tarix26.07.2023
ölçüsü81,55 Kb.
#119976
1   2   3   4   5   6   7   8   9   ...   20
analiz movzu

MUSİQİ ƏSƏRİNDƏ MƏZMUN VƏ FORMANIN VƏHDƏTİ
İncəsənətdə, xüsusilə musiqi incəsənətində, istənilən əsərdə məzmun və formanın qarşılıqlı əlaqəsi özünün göstərir.
Məzmun dedikdə ictimai tarixi gerçəkliyin, insan xarakterinin, duyğu və həyəcanlarının əsərdə bədii əksini başa düşürük. Məzmunsuz bədii əsər ola bilməz. İstənilən məzmun da öz ifadəsini formada tapır. Məzmun üçün fikir və hisslərin, ideya və həyəcanlarının geniş dairəsi nəzərdə tutulur. Eyni zamanda geniş obyektiv aləm də məzmunun predmeti ola bilər. Məsələn, xalq şənliyi, inqilabi mübarizənin təntənəsi və s. İri musiqi əsərlərində hətta müəyyən fəlsəfi ideyalar da verilə bilər. Məsələn, həyat və ölümə münasibət, insanın taleyilə mübarizəsi və s.
Musiqi məzmunu aydın və konkret olaraq musiqinin ifadə vasitələri ilə açılır. Məzmun və formanın qarşılıqlı münasibətində birinci yeri məzmun tutur. Çünkü o sənətkarın əsərində yaranan ideanı əks etdirir. Forma isə bu məzmunun daşıyıcısı kimi ikincidir. Tarixi inkişaf mərhələsində forma və məzmunun əlaqəsində elə anlar olub ki, forma məzmundan geri qalıb. Yəni köhnə forma yeni məzmunu təmin etməyib. Elə hallar da olub ki, məzmun tez bir vaxtda özünə uyğun forma əldə edib. Məsələn, Bethoven və inqilabi dövr.
Tarixən əmələ gələn bütün ifadə vasitələrinin cəmini çox vaxt "musiqi dili" adlandırırlar. "Musiqi dili" ifadəsi məcazi məna daşıyır. Yəni musiqi dilinin danışıq dilindən fərqli olduğunu bilmək lazımdır. Musiqi dilinin son dərəcə geniş imkanları vardır. O biləvasitə musiqi incəsənətinə xidmət edir.Müxtəlif xalqların musiqi dili öz milli xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, azərbaycan xalq mahnısı, rus xalq mahnısı, gürcü xalq mahnısı və s. Lakin ədəbi əsərlərdən fərqli olaraq, musiqi əsərinin başqa xalqların “musiqi dilinə” tərcümə edilməsinə heç bir ehtiyac yoxdur. Ümumiyyətlə, musiqi dili dedikdə tarixi inkişaf prosesində əmələ gələn musiqi vasitələri məcmusu başa düşülür.
MUSİQİ FORMASININ HİSSƏLƏRİNİN FUNKSİYASI
Musiqi forması məzmun etibarilə eyni, lakin müxtəlif hissələrin birləşməsindən yaranan tam, bitmiş əsər formasıdır.Musiqi forması bu və ya digər məzmunun açılmasında bir neçə mərhələ keçir. Bu cür inkişaf yalnız musiqi formasına deyil, incəsənətin bütün formalarına xasdır. İri planda mərhələ belədir: dramaturgiyanın başlanğıcı, inkişafı və nəticə. Bu 3 mərhələ musiqi əsərinin formasını təyin edir. Musiqi formasında 6 əsas funksiya var:

Yüklə 81,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə