GiRİŞ İncəsənətin növləri. Bədii obraz Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir


Ritmsiz melodiya ola bilməz. Ritm musiqinin nəbzi olaraq, melodiyanı təşkil edən və onun xarakterinə böyük təsir göstərən amildir. Harmoniya



Yüklə 81,55 Kb.
səhifə5/20
tarix26.07.2023
ölçüsü81,55 Kb.
#119976
1   2   3   4   5   6   7   8   9   ...   20
analiz movzu

Ritmsiz melodiya ola bilməz. Ritm musiqinin nəbzi olaraq, melodiyanı təşkil edən və onun xarakterinə böyük təsir göstərən amildir.
Harmoniya- verilmiş melodiyaya gözəllik və rəngarənglik gətirir. Melodiya ilə harmoniya sıx əlaqəlidir. Onların birləşməsində melodiya əsas, aparıcı, harmoniya isə müşayiət funksiyası daşıyır.
Temp- musiqidə əsas rol oynayır. Eyni bir musiqi tez və ağır tempdə müxtəlif təəssürat yaradır.
Melodiyanın ifadəsində ölçü, metr, xanələrin rolu böyükdür.Hər mövzu kiçik motivlərdən ibarətdir. Motivlərin frazalara, frazaların cümlələrə birləşməsi nəticəsində bitmiş bir period yaranır.
PERİOD FORMASI
Period (dövr) ən sadə musiqi formasıdır. İlk dəfə mahnı, rəqs janrında yaranan bu forma sonradan demək olar ki, homofonlu musiqinin bütün janrlarının quruluşunda böyük rol oynamağa başlamışdır. Musiqi fikrini tam və ya nisbətən tamamlayan, müxtəlif kadensiyalı iki cümlənin birləşməsindən əmələ gələn musiqi quruluşuna period forması deyilir. Quruluşuna görə period tərkib hissələrə ayrılır. Onun kadensiya ilə bitən ən böyük hissəsi cümlə adlanır. Ən kiçik period 8 xanəli perioddur: 4x+4x. Bu period 2 cümlədən ibarətdir: I cümlə- başlanğıc və ya sual, II cümlə- cavab adlanır. Cümlələr vasitəsilə periodun növləri müəyyən edilir. Periodun aşağıdakı növləri var:
1. Kvadrat period- əgər periodda musiqi fikri 2x+2x, 4x+4x, 8x+8 xanələrə bölünərsə, buna kvadrat period deyilir.
2. Qeyri-kvadrat period- bu periodda musiqi fikri 3x+3x, 5x+5x, 7x+7x və s. xanələrə bölünür.
3. Qapalı period- daxili yönəlmələrə baxmayaraq musiqi fikri bir tonallıq çərçivəsində inkişaf edir.
4. Açıq və ya modulyasiyalı period- period bir tonallıqda başlayıb, başqa bir tonallıqda bitir.
5. Təkrar quruluşlu period- bu periodun II cümləsinin əvvəli I cümlənin materialına əsaslanır.
6. Bir cümləli period- bu period cümlələrə bölünmür və bir cümlədən təşkil olunur. Periodun orta hissəsində heç bir dayanacaq olmur, fikir tamlığı ancaq son kadensiyada özünü göstərir.

Yüklə 81,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə