GiRİŞ İncəsənətin növləri. Bədii obraz Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir



Yüklə 81,55 Kb.
səhifə19/20
tarix26.07.2023
ölçüsü81,55 Kb.
#119976
1   ...   12   13   14   15   16   17   18   19   20
analiz movzu

POLİFONİK FORMALAR
İmitasiyalı və imitasiyasız polifoniya
Çoxsəslilikdə hər bir səsin eyni hüquqa malik olması, eyni bərabər mövqe tutması polifoniya adlanır. Polifoniya- çoxsəslilik deməkdir. Polifonik əsərdə əsas və müşayiət edici səs olmur. Bütün səslər eyni hüquqa malik olur. Polifoniya adətən imitasiyalı və imitasiyasız olur:
1. İmitasiyalı polifoniyada- bir səs o biri səsi əks etdirir.
2. İmitasiyasız polifoniyada- səslər fərqli olaraq ziddiyyətli melodik xətt birlikdə səalənir.
Tarixi polifonik üslub ciddi(XII-XV) və sərbəst(XVII-müasir dövr) polifoniyadan ibarətdir.
Ciddi polifoniyada musiqinin ifadə imkanlarının istifadəsində bir sıra məhdudiyyətlər var.
Sərbəst polifoniyada isə belə məhdudiyyətlər olmur.
FUQA
Fuqa (mənası-qoşmaq,qovmaq) imitasiyalı polifoniyanın ən yüksək formasıdır. Fuqada səslər eyni mövzunu təmsil edən melodiyanı təkrar edir. Əsas mövzu "Duks" adlanaraq- "rəhbər" mənasını, "cavab" isə "Komeks" adlanaraq- "müşayiətçi" mənasını bildirir. Adətən fuqanın mövzusu həcm etibarilə çox da böyük olmur- bir xanə yarım, yaxud iki xanə təşkil edir və melodik xüsusiyyətə malikdir. Beləliklə o, çox asanlıqla yadda saxlanılır, eşitmə vasitəsilə təyin edilir.
Mövzu fuqanın əvvəlində bir səsli ifa edilir. Sonra II səs- cavab səslənir. Cavab cümləsi D tonallığında səslənir. Cavab ifadəsi 2 növdə olur: “real” cavab və “tonal” cavab.
Real-cavab zamanı mövzu dəyişilməmiş olaraq, eynilə, olduğu kimi D tonallığına transpozisiya edilir.
Tonal-cavab zamanı isə mövzu bəzi dəyişikliklərə uğrayaraq təkrar edilir.
Fuqada səslərin miqdarı müxtəlif-2, 3, 4, 5 ola bilər.
Mövzuların T və D tonallığında birinci dəfə səslənməsi fuqanın “ekspozisiyası” adlanır.
Mövzuların bir və ya digər səsdə ifa olunması zamanı mövzular arası quruluşlar-intermediyaların olması mümkündür. Onlar modulyasiya xüsusiyyəti daşıyaraq mövzunu bir növ yeniləşdirir. İntermediyalar sekvensiyavari inkişaf edərək, mövzuların intonasiyaları əsasında qurulur.
Adətən fuqalar 3 hissədən ibarətdir:

Yüklə 81,55 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə