GiRİŞ İncəsənətin növləri. Bədii obraz Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir


BİR SIRA DİGƏR DƏYİŞİKLİKLƏRDƏN İBARƏT OLAN SONATA FORMASI



Yüklə 81,55 Kb.
səhifə16/20
tarix26.07.2023
ölçüsü81,55 Kb.
#119976
1   ...   12   13   14   15   16   17   18   19   20
analiz movzu

3. BİR SIRA DİGƏR DƏYİŞİKLİKLƏRDƏN İBARƏT OLAN SONATA FORMASI. Reprizada bəzi elementlərin- bağlayıcı, tamamlayıcı, bəzən hətta əsas mövzuda olan müəyyən elementlərin ötürülməsi, olmaması bu növdə öz əksini tapır. Bəzi hallarda reprizaya yeni tematik elementlər daxil olur, tonallıq planı dəyişmiş yeni bağlayıcı mövzu, ekspozisiyadakı mövzuların birinin variasyalaşması və s. özünü göstərir.
Sonata forması müstəqil əsərlərdə istifadə edilir. Ən çox sonata, instrumental ansambllar, simfoniya, konsertlərin I, bəzən isə final hissələri sonata formasında yazılır. Operaların uvertüraları, ayrı-ayrı instrumental əsərlərin- fantaziya, simfonik poema, uvertüraların da əsasında sonata forması yerləşir.
RONDO- SONATA FORMASI
Adından da məlum olduğu kimi rondo-sonata forması hər iki formanın rondosonata formalarının vəhdətindən yaranır.
Rondo-sonata formasında əsas mövzu-yəni refren 4 dəfə səslənərək təkrar olunur. Belə təkrarlar dəqiq olduğu kimi eləcə də variasiyalaşmış da ola bilər. Rondo formasında olduğu kimi burada da B və C epizodları var. Burada B epizodu rondo dormasından fərqli olaraq, 2 dəfə təkrar olunur. I dəfə əsərin D tonallığında, yaxud paralel tonallıqda(sonata formasının köməkçi mövzusu kimi), II dəfə isə refrenin, III təkrarından sonra əsas tonallıqda səslənməlidir. Bu xüsusiyyət rondo-sonata ilə sonata alleqro formasını ümumiləşmişdirən cəhətdir.
Rondo-sonata formasının II C epizodu refrenlərlə, eləcə də B epizodu ilə ziddiyyət təşkil edir. C epizodu xarakteri, formanın aydınlığı, quruluşu etibarilə sərbəstdir və tamlığı, müstəqilliyi, bitkinliyi ilə diqqəti cəlb edir. Əksər halda C epizodu sadə üç hissəli formaya əsaslanır.
Bəzən C epizodu əvəzinə A refren işlənir. Bu işlənmə sonata formasındakı işlənməni xatırladır. Refrenlə epizodlar arasında bağlayıcı quruluşlar, eləcə də axırda koda ola bilər.
Rondo formasında olduğu kimi, rondo-sonata formasında da yalnız C epizodu hazırlıqsız, gözlənilmədən səslənir. Rondo-sonata formasının axırında səslənən kodanın musiqi materialı əvvəlki mövzuların birinə əsaslana bilər.

Yüklə 81,55 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə