Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə55/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   52   53   54   55   56   57   58   59   60

 
113
“Stolun yuxarı başında parlaq epoletli və sinəsini ordenlər bəzəyən polkovnik Novruzov 
əyləşmişdi. Yüksək əhval-ruhiyyəli polk komandirinin yanında iki qadın var idi. Biri onun həyat 
yoldaşı, digəri isə böyük qızı idi. 
... Polkovnik Novruzov əlini qaldırdı, böyük yumruğu içərisində üzəri gümüşlə işlənmiş 
Qafqaz buynuzu demək olar ki, görünməz oldu. Məclisi sükut bürüdü. Novruzovun da əksər 
hərbçilər kimi gur səsi olsa da çox danışmağı sevməzdi. Elə bu gur səslə də o, Vətən və əlahəzrət 
imperator haqqında bir neçə  dəyərli söz deyəndən sonra sanki çiynindən ağır yük götürülmüş 
kimi “ura” qışqırdı. Zabitlər hamılıqla onun səsinə səs verdilər. Sonra isə komandirin, komandir 
xanımının və qızının sağlığına badə qaldırıldı. 
Başqa bir səhifədə isə S.Semanov yazır: “Polkovnik Novruzovun döyüş vaxtı  əsəbləri 
gərildi. O, elə  qızardı ki, üzünün rəngi yaxasındakı müqəddəs Anna ordeninin parıltısı ilə 
həmahəng oldu. Dərhal onun gur səsi eşidildi. O, komanda verdi: 
- Şeypurçular irəli çıxsınlar, siqnal versinlər!” 
Rus-türk müharibəsi başlananda polkovnik Kərimbəy Novruzov ikinci Nijeqorod süvari 
divizionunun komandiri olmuşdur. 1877-ci il mayın on səkkizində  Bəyliəhməd kəndi 
yaxınlığında gedən odlu döyüşlərdə Kərimbəyin divizionu düşmənin beş minlik qoşununu pərən-
pərən salmış, onların iki topunu ələ keçirmişdir. Sağ cinahdan gələn əlavə qüvvə isə qəfil zərbə 
endirərək Kərimbəyin divizionunu mühasirədə məhv etmək istəmişdir. Lakin qorxmaz komandir 
özünü itirməmiş, güclü qüvvə ilə irəliləyən düşməni süngü döyüşü ilə geri oturtmuşdur. 
Polkovnik Novruzovun divizionu səhərə yaxın təqib etdiyi düşməndən çoxlu qənimət və dörd 
top  ələ keçirmişdir. Bu döyüşdə göstərdiyi qeyri-adi qəhrəmanlığa görə polkovnik Kərimbəy 
Novruzov “Müqəddəs Georgi ordeni” ilə  təltif olunmuşdur. Komandan general-leytenant 
Kondukov isə Kərimbəyi bu rəşadətinə görə brilyantla bəzədilmiş qılıncla mükafatlandırmışdır. 
1913-cü ildə Tiflisdə ali zabitlər üçün buraxılmış “Sorğu kitabçası”nın yüz altmış 
dördüncü səhifəsində igid həmyerlimiz haqqında belə bir qısa qeydə rast gəldik. “Qvardiya 
polkovniki Kərimbəy Novruzov bir müddət Yelizavetpol quberniyasında məhkəmə  rəisi 
vəzifəsində işləmişdir. Hazırda istefada olan polkovnikdir”. 
Süvari generalı A.Brusilovun 1923-ci ildə qələmə aldığı “Mənim xatirələrim” kitabında 
bir general həmyerlimiz haqqında da məlumat var. Maraqlıdır ki, indiyədək Azərbaycan hərb 
tarixində general-mayor Ağasıbəy Avşarovun adına heç yerdə rast gəlməmişik. Nə tarixi, nə də 
bədii əsərlərdə general Avşarovun adı belə çəkilmir. 
1897-ci ildə general-mayor Ağasıbəy Avşarov Peterburq Süvari Məktəbinin rəisi 
vəzifəsinə təyin olunur. Həmin ildən də polkovnik A.Brusilov həmyerlimizin müavini işləmişdir. 
A.Brusilov xatirələrində, S.Semanov isə general Brusilov haqqında yazdığı kitabında 
həmyerlimizin hərbi fəaliyyəti barədə  bəzi tənqidi fikirlər söyləsələr də, onun ordudakı 
xidmətlərini dana bilməmişlər. S.Semanov “Brusilov” kitabının altmış  səkkizinci səhifəsində 
yazır: 
“1897-ci ildə general-mayor Ağasıbəy Avşarov Peterburq suvari məktəbinin rəisi təyin 
olundu. O, Azərbaycanın kübar nəslinin nümayəndəsi idi. Azərbaycan Rusiya tərkibinə daxil 
olduqdan sonra onun ulu babaları bütün yerli nəcabətli kübar ailələri kimi - islam dinini 
saxlamaq  şərtilə rus dvoryanları ilə eyni hüquqa malik idilər. Azərbaycanlıların  əksəriyyəti 
orduda, xüsusilə  də suvari alaylarında  şərəflə qulluq edirdiləp General Avşarov geniş ürəyə 
malik, hərbi işi yaxşı bilən bir sərkərdə idi. Amma onda asiyalılara məxsus hiyləgərlik və bir az 
da tənbəllik vardı. 
1902-ci il fevralın 3-də general-mayor Ağasıbəy Avşarovu Peterburq Süvari Məktəbinin 
rəisi vəzifəsindən azad edib qərargahda süvari ordunun baş müfəttişi təyin etdilər”. 
 
Təəssüf ki, adı çəkilən müəlliflərin heç biri nə general-mayor Ağasıbəy Avşarovun, nə də 
qvardiya polkovniki Kərimbəy Novruzovun sonrakı taleyindən məlumat verirlər.  Şübhəsiz ki, 
respublikamızda iki şöhrətli sərkərdənin nəvə-nəticələri yaşayır. Və əgər yaşayanlar varsa, hərb 
tariximizin səhifələrini zənginləşdirmək xatirinə bizə yazmağı unutmasınlar. 
  
 


 
114
PORT-ARTUR QƏHRƏMANLARI 
  
Gecə keçirdi, istirahət etməyə hazırlaşırdım. Birdən telefon zəng çaldı. “Belə bivaxt, 
kimdi   görəsən?” - deyə fikirləşib dəstəyi qaldırdım. Zərif səsli bir qadın üzrxahlıq edib: 
  
- Mənə filankəs lazımdır, - dedi. 
  
- Mənəm, eşidirəm sizi... 
- Geç olduğu uçün bağışlayın, sizi narahat edən Qalina Semyonovna Səfərovadır. 
Telefonunuzun nömrəsini indicə  çətinliklə öyrənə bildim. Tərtib etdiyiniz general-leytenant 
Əliağa Şıxlinskinin “Xatirələrim” kitabını mən də maraqla oxudum, Bilirsiniz, sizi niyə narahat 
elədim?   Bizdə 1905-ci   ildə   nəşr olunmuş “Niva” jurnalı saxlanılır. Orda Əliağa Şıxlinski və 
Səmədbəy Mehmandarov haqqında yazılar var, şəkilləri də  dərc olunub.   Amma   nədənsə   
Şıxlinskinin   kitabına    yazdığınız “İzahlar və qeydlər” bölməsində bu barədə   oxuculara   heç   
bir məlumat verməmisiniz. 
  
Qalina    Semyonovna, - dedim, - mənim   o mənbədən   xəbərim yoxdur. Çox sağ olun 
ki, bu barədə məlumat verdiniz. Günü sabah kitabxanaya gedib... 
  
- Kitabxanaya niyə, - deyə Qalina Semyonovna etiraz etdi, - məmnuniyyətlə    jurnalı 
müvəqqəti istifadə  üçün sizə  verə bilərəm. 
Ertəsi gün Q.Səfərovanın Şors küçəsindəki mənzilində görüşüb jurnalı birgə vərəqlədik. 
“Niva” jurnalı 1905-ci il dördüncü nömrəsinin yetmişinci səhifəsində Əliağa Şıxlinskinin 
altı nəfər döyüşçü zabit və iki qadınla birgə çəkilmiş şəklini dərc edib. Şəkilaltı yazıda oxuyuruq: 
“Port-Artur müdafiəsinin igid artilleriya komandiri Əliağa  Şıxlinski Suişin kəndi 
yaxınlığındakı Drakonovıy Xrebet dağına atəş açaraq yaponların hücumunu dəf etmişdir. 
Podpolkovnik Şıxlinski göstərdiyi rəşadətə görə “Müqəddəs Georgi” ordeninə təqdim edilmişdir. 
Üçüncü istehkamda olan bu hadisəni neçə illər keçəndən sonra Əliağa  Şıxlinski belə 
xatırlamışdır: 
“Tamamilə açıqda duran toplarımın atəşi, hücum edən yapon piyada qoşununu geriyə 
oturtdu. Atışma səsini eşidən polkovnik Mehmandarov general Nadeinin yeraltı qazmasından 
çıxaraq yanıma gəldi. Fikirləşdim ki, ehtiyatsızlığıma görə hirslənəcəkdir. Vəziyyətlə tanış 
olduqdan sonra dedi:   
- Yaxşı eləmisiniz. Birinci batareyanın bir vzvodunu da sizə köməyə göndərərəm. 
Mehmandarov tədbir və sərəncamlarımı bəyəndiyini söyləyib, öz məntəqəsinə qayıtdı. Bu 
əməliyyata görə  mən, köhnə orduda qəhrəmanlıq ordeni olan Georgi Pobedonessov ordeninə 
təqdim edildim”. 
Jurnalın həmin səhifəsində  həmyerlimiz Səməd bəy Mehmandarovun da şəkli verilib. 
Haqqında isə belə bir məlumat yazılıb: 
“Yeddinci Şərqi Sibir artilleriya briqadasının general-mayoru Səməd bəy Sadıq bəy oğlu 
Mehmandarov Port-Artur müdafiəsindəki qəhrəmanlığına görə dörduncü dərəcəli “Müqəddəs 
Georgi” ordeni ilə təltif olunub”. 
Onu da xatırladaq ki, Port-Arturda Ə.Şıxlinski və S.Mehmandarovdan başqa da yapon 
samuraylarına qarşı döyüşən həmyerlilərimiz olmuşdur. General-mayor Mirkazımbəy 
Talışxanov, Hüseynxan Naxçıvanski,  İbrahimağa Usubov, Firidunbəy Vəzirov, qvardiya 
polkovniki Kərimbəy Novruzov, polkovnik Həsənbəy Yadigarov, Səmədbəy Qasımlı, poruçik 
Ağababa Sadıqov və hələ adını bilmədiyimiz onlarca başqaları. 
Dövrdən, quruluşdan asılı olmayaraq oğullar həmişə Vətənin əsgəridirlər. Vətən nə vaxt 
təhlükə qarşısında olsa, igidlər bir səslə silaha sarılmağa hazırdırlar.  İyirminci  əsr tarixə 
“nəfəsindən” barıt püskürəndə igidlərimiz də ayağa qalxıb Vətənin müdafiəsinə gediblər. 
Ötən  əsrin ortalarında Qarabağ igidlərinin,  Şirvan alayının, Kəngərli döyüşçülərinin, 
Qazax süvari dəstələrinin yadellilərə qarşı qeyri-adi qəhrəmanlıqlarının  şahidi olan xalqımızın 
böyuk oğlu M.F.Axundov fəxrlə deyirdi: “doğmamış Qafqazda analar qorxaq”. 
Hələ bir az da əvvəl (1828-ci ildə) məşhur rus tarixçisi Platon Zubov “Gürcüstan və 
Qafqaz haqqında altı məktub” əsərində yazırdı: 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə