Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə57/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   52   53   54   55   56   57   58   59   60

 
117
Qərb cəbhəsinin aviasiya general-mayoru Şidlovskinin, hərbi təyyarəçi  ştabs-kapitan 
Sabelnikovun və baş zabit, kapitan Lazarevin imzası ilə  təsdiq olunmuş,  əski rus əlifbası ilə 
yazılı iri bir vərəqdə iyirmi üç yaşında qəhrəmanlıqla həlak olan təyyarəçinin göstərdiyi 
hünərdən danışılır. 
... On altıncı hava gəmisinin artilleriya zabiti poruçik Qayıbov Qərb cəbhəsi qərargahının 
tapşırığı ilə 1916-cı il sentyabrın 12-də Borunıya hücum etmiş, intendant və artilleriya 
anbarlarını, aerodromu, 89-cu alman ehtiyat diviziyasını bombardman etmişdir. 
Qayıbova düşməni havadan bomba və pulemyot atəşinə tutmaq, həm də düşmən 
mövqeyinin  şəklini çəkmək kimi mühüm hərbi tapşırıq verilmişdi. O, elə ilk uçuşunda strateji 
cəhətdən çox vacib olan Neman üzərindəki nəhəng körpünü partladıb, alman qoşunlarının və 
döyüş sursatlarının daşınmasının qarşısını almışdır. 
Zenit batareyalarının atəşinə baxmayaraq Qayıbov böyük cəsarətlə Borunıda rəqibin 
nəzərdə tutulmuş anbar və qərargahını dağıdıb külə döndərmişdir. 
Vilen istiqamətindəki bombardman vaxtı onun təyyarəsinə eyni zamanda dörd düşmən 
qırıcı  təyyarəsi hücum etmişdir. Bunların ikisi “Albatros”, ikisi isə “Fokker” tipli idi. Qeyri-
bərabər döyüş zamanı igid şahin düşmənin üç qırıcı  təyyarəsini vurmuş, özü isə aldığı ciddi 
zədədən təyyarəsi ilə bərabər yerə düşərək həlak olmuşdur. 
Səhərisi gün düşmən təyyarəçilərinin atdığı kağızlarda yazılırdı ki, qəhrəmancasına 
vuruşaraq, həlak olduğu üçün poruçik Qayıbovu hətta almanlar özləri  əsgəri qaydada dəfn 
etdilər. 
Ölümlə nəticələnən misilsiz qəhrəmanlığına görə, poruçik Qayıbov ikinci dəfə dördüncü 
dərəcəli müqəddəs Georgi ordenilə təltif olunub. 
Vaxtsız ölüm Fərruxun qısa ömrünə  əbədiyyət gətirdi. Adı xalqının tarix kitabına zərli 
hərflərlə yazıldı. Bu cəsur şahin haqqında “Azərbaycan tarixi” kitabının ikinci cildində ürəkaçan 
sətirlər var: “Birinci dünya müharibəsi illərində ilk azərbaycanlı hərbi təyyarəçi poruçik Fərrux 
Qayıbov da müqəddəs Georgi ordenilə  təltif olunmuşdu. On altı nömrəli “İlya Muromets” 
təyyarəsində uçan Fərrux Qayıbov düşmən istehkamlarını dağıdır, hava döyüşlərində alman 
təyyarələrini pulemyot atəşinə tutur, havadan düşmən mövqelərinin şəklini çəkirdi. 1916-cı ilin 
sentyabrında Qayıbov rus hava donanmasının Volnada olan hərbi məntəqələrə hücumunda 
iştirak etmişdi. Şəhər üzərində şiddətli hava döyüşü olmuşdu. On altı nömrəli “İlya Muromets” 
öz üzərinə  gələn dörd düşmən təyyarəsinin hücumunu bir saat müddətinə  dəf etmiş, onlardan 
üçünü vurmuş, nəhayət özü də yandırılmışdı. Ekipajla birlikdə  Fərrux Qayıbov da həlak 
olmuşdu”. 
Kür qırağında bir yaşılbaş sonanın ahından səmada durna qatarı pozuldu. Bu səs ucsuz-
bucaqsız Rusiya çöllərində bir qartal məzarını diksindirdi. Taleyin hökmünə bax, Kür sahilində 
böyüyən bir gənc Neman uğrunda vuruşaraq iyirmi üç yaşında əbədiyyətə qovuşdu. 
Şəkillərə baxıram: mavi gözlü, qalın bığlı bir gənc təlim vaxtı, dostlarıyla istirahət 
zamanı deyib-gülür, komandirlə söhbət edir, döyüş dostları ilə təkərli top yanında... 
Şəkillərdən biri diqqətimi xüsusilə cəlb edir; geniş və səması tərtəmiz təyyarə meydanı, 
Fərrux hərbi libasda təyyarədən düşüb gülə-gülə dostlarına tərəf gəlir. Görünür, növbəti uçuşdan 
zəfərlə qayıdıb. 
Qovluqda yaşıl rəngli bir karton parçasına 6 balaca şəkil səliqəylə yapışdırılıb. Şəkillərin 
altında qara rənglə rus dilində yazılıb: “8 sentyabr 1916-cı ildə güclü döyüş zamanı 
qəhrəmanlıqla həlak oldular. Ekipajın heyəti aşağıdakılardan ibarətdi: komandir - poruçik Dmitri 
Dmitriyeviç Makşev, komandir köməkçisi, poruçik Mitrofon Aleks Raxmin, artilleriya zabiti 
poruçik Fərrux ağa Qayıbov və nəzarətçi poruçik Oleq Sergeyeviç Karpov”. 
Yaşıl kartonun o biri üzündəki şəkildə isə səliqəli bir otağın küncündə qoyulmuş stolun 
üstündə  şamlar yanır.  Şəklin aşağısındakı yazını zorla oxumaq olur. “Qrafinya Uspenskayanın 
evində mərdliklə həlak olmuş təyyarəçilərin yas mərasimi, 22 sentyabr 1916-cı il”. 
Qovluqdakı  sənəd və  şəkillərlə tanış olub qurtardıqdan sonra Nərmin xanıma belə bir 
sualla müraciət edirəm: 
- Bəlkə Fərruxun yaxın adamlarından birini tanıyasınız? 


 
118
- Bu  sənədləri bizə  Fərruxun gəncədə yaşayan mərhum bacısı Dilrüba təqdim etmişdi. 
İndi Qayıbovlar nəslindən Bakıda yaşayanı çoxdur. Siz isə birinci növbədə Zülfüqar müəllimi 
görməlisiniz. O,  bizim muzeyə Qayıbovlar haqqında çox qiymətli sənəd və şəkillər təqdim edib. 
Hələlik Zülfüqar Qayıbovun ünvanını tapa bilmədiyimdən arabir muzeyə baş  çəkirdim. 
Bəlkə muzey işçiləri mənim sorğumdan sonra Fərrux haqqında yeni bir sənəd tapıblar fikriylə bir 
gün yenə muzeyə getdim. Nərmin xanımı soruşdum. “Məzuniyyətdədir” - dedilər. Geri qayıtmaq 
istəyəndə: 
- Bir dəqiqə ayaq saxlayın, - deyə  işçilərdən biri məni çağırdı. - Səhv etmirəmsə siz 
təyyarəçi Fərrux Qayıbovla maraqlanırsınız, eləmi? 
- Bəli, - dedim. 
- Bir azca gözləyin, təyyarəçiyə məxsus yeni bir eksponat tapmışıq. 
Bir azdan Sara Cavanşirova ipək bir yaylıqla qayıdır. Üstündə Peterburqdakı Pavlova 
teatrının afişası olan bu zərif yaylığı illərin sınağı zərrəcə soldurmayıb. 
Yaylıqda 5 noyabr 1912-ci ildə verilmiş iyirmi birinci konsert-balın proqramı  əski rus 
əlifbası ilə  həkk olunub. Konsert-bal sözlərinin altında: “Kasıb azərbaycanlı - müsəlman 
tələbələrinin nəfinə” yazılıb. 
Konsert-balın proqramı üç şöbədən ibarətdir. Birinci və ikinci şöbələrdə rus, Avropa 
bəstəkarlarının  əsərləri, operalardan parçalar verilib. Uçüncü şöbədə isə Azərbaycan milli 
rəqslərindən “Uzundərə”, “Qaytağı”, və “Cəngi” rəqslərinin oynanıldığı göstərilir. 
Konsertin baş himayədarı  tələbə  İslambəy Hacıbəylinskidir. Məsul təşkilatçısı  Gəray 
Cabağıyevdir. 
Yaylıq bu günlərdə general-leytenant Əliağa  Şıxlinskinin  şəxsi  əşyalarının arasından 
tapılıb. 
Bu ipək yaylıq zərfə qoyulub üstündə belə yazılmışdı: “İlk tayyarəçi Fərrux Qayıbova 
məxsusdur”. 
 
 
“CANLI TARİX”LƏ SÖHBƏT 
 
“Canlı tarix” olan adamlar haqqında çox eşitmişdim. Lakin belələriylə görüşmək hələlik 
mənə nəsib olmamışdı. Onunla söhbətimdən sonra elin bu sözü nahaqdan işlətmədiyinə bir daha 
əmin oldum. 
Zülfüqar Həmid oğlu Qayıbov  əslində biologiya üzrə mütəxəssis olsa da, ədəbiyyat və 
tarixi də yaxşı bilir. 
O, 1537-ci ildən başlayan igid bir nəslin “canlı tarixi” - dir. Onun öz əliylə tərtib etdiyi 
“Qayıbovlar nəslinin tarixi” xəritəsində ilk azarbaycanlı  hərbi təyyarəçi poruçik Fərrux 
Məmmədkərim oğlu Qayıbovun adını  çətinliklə tapdıq. Xəritədə Qayıbovlar nəslinin anadan 
olduğu il, sənəti, keçdiyi həyat yolu və ölüm tarixi öz əksini tapıb. Bu nəsil rus artilleriyasının 
“allahı” general-leytenant Əliağa Şıxlinskini, XIX əsrin görkəmli şairləri Mirzə Nəbi Qayıbovu, 
Abbasağa Naziri, Fədai Mirzə  Məhəmməd Qayıb oğlunu, XIX əsrin görkəmli riyaziyyatçısı 
Əbdülkərim Qayıbovu, ilk hərbi  şəfqət bacısı Nigar xanım Qayıbovanı  (Şıxlinskaya) və başqa 
görkəmli şəxsiyyətləri tərbiyə edib yetişdirmişdir. 
Fərrux Qayıbov 1893-cü ildə Qazax qəzasının Qıraq Salahlı  kəndində anadan olub. 
Atasını çox erkən itirən Fərrux, əmisi Səmədağa Qayıbovun himayəsində böyüyüb. Maarifpərvər 
Səmədağa da o dövrün tanınmış ziyalısı olmuş, böyük demokrat-yazıçı Cəlil Məmmədquluzadə 
ilə bir müddət “Şərqi-Rus” qəzetində  işləmişdir. Balaca Fərrux doğma kəndində görkəmli 
pedaqoq  Əhmədağa Mustafayevin 1874-çü ildə  təşkil etdiyi beşsinifli “Rus-tatar məktəbi”ni 
bitirdikdən sonra Tiflis kadet korpusuna daxil olmuşdur. 
- Yadımdadır, o vaxt kəndimizin camaatı, xüsusilə yaxın qohumlarımız  Əliağa 
Şıxlinskinin qarasınca deyinirdi ki,  uşağı yoldan çıxarıb apardı. Sonralar qocalardan və Əliağa 
Şıxlinskinin özündən eşitdim ki, Fərruxun hərbi işə çox marağı varmış. Hətta  Ə.Şıxlinski rus 
dilində “İlk azərbaycanlı təyyarəçi Qayıbov” adlı hərbi memuar da yazmışdır. Memuarda deyilir 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə