Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə53/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   49   50   51   52   53   54   55   56   ...   60

 
108
Ata hirslə yorğanı üstündən atıb, yerində oturdu: 
- Nə demək istəyirsən, bu dəfə nə olacaq? Gavə ehtiyatla: 
- Mən... mən demirəm... bütün şəhər danışır ki, Sovet ordusunun İrandan çıxarılması 
haqqında o tayda - şuralarda fərman imzalanıb, Sovet ordusu burdan çıxıb getsə,    bizim milli 
hökumət Səttarxan və Xiyabani hərəkatı kimi... 
Gavənin dili gəlmədi desin ki, məhv olacaq.  
Bu bəd xəbər ataya məlum idi. Ona görə  də son günlər  əsəbi adi. Oğlunu ruhdan 
salmamaq üçün dərindən nəfəs alıb  kədərlə: 
- Bu çox böyük namərdlik olar, - dedi. 
Gecədən xeyli keçənə kimi general   yata   bilmədi.   Qaranlıq otaqda fikri fikrə caladı... 
... Cəfər Məmmədzadə  Cənubi Azərbaycan  milli hökumətinin müdafiə naziri idi. 
Xalqının azadlığı  uğrunda çalışan general çətin və mürəkkəb   həyat yolu keçmişdi.   İlk   
gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərmişdir. Gəncliyində 
onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar   vəziri   olanda   
isə general Cəfər Gavian kimi tanınmışdı. Onun atası  Təbriz yaxınlığındakı  Səhlan kəndindən 
idi. Yoxsul kəndli olan Məhəmmədəli kişini ağır həyat dözümlü və iradəli etmişdi.   Kəndli 
həyatının sərt güzəranı, ağa torpağı becərmək onu cana doydurmuşdu.  Əsrin  əvvəllərində 
Səttarxan hərəkatı başlananda  savalanlı Məhəmmədəli kişi böyük qardaşı İsrafillə mücahidlərin 
sırasına qoşuldu. Dəmir iradə və şəxsi bacarıq onu siyasi cəhətdən şüurlu bir fədaiyə çevirdi, o, 
oxumaq, yazmaq öyrəndi. Xalq qəhrəmanı  Səttarxanın tanınmış mücahidlərindən biri və gizli 
inqilabi hərəkatın məşvərətçisi oldu. Səttarxan 1910-cu il aprelin on beşində Tehranda böyük 
təntənə ilə qarşılananda mücahidlərlə birgə çəkdirdiyi şəkildə - ön cərgədə  savalanlı 
 Məhəmmədəli kişi də vardı. Həmin tarixi şəklin əsli indn də nəvəsi Marksda saxlanılır. 
Səttarxanın azadlıq hərəkatı mürtəce  İran hakimləri tərəfindən yatırıldıqda, savalanlı 
Məhəmmədəli də  həbsə alındı. Həbsdən azad olandan bir az sonra çəkdiyi işgəncələrdən vəfat 
etdi. 
Məhəmmədəli Səhlanlının obrazı Makulu Pənahinin “Səttarxan” romanında öz əksini 
tapmışdır. General Cəfər Məmmədzadənin böyük qardaşı  İsrafil də inqilabi işdə  fəal çalışan 
fədailərdən idi. O, Azərbaycanın şanlı oğlu Heydər Əmioğlunun mübarizə yoldaşı olmuşdur. 
... General 1974-cü ildə öz dəst-xətti ilə yazdığı tərcümeyi halında qeyd edir ki, inqilabi 
fəaliyyətə 1908-ci ildən, on üç yaşında gənc bir fədai kimi Səttarxan hərəkatından başlamışam. O 
vaxta qədər Təbrizdə dini təhsil almışam. 
İnqilab məğlubiyyətə uğrayanda, o, qardaşı İsrafillə şah təzyiqindən qaçıb Bakıya pənah 
gətirir.  İki il Bakıda dərzilik edən Məşədi Cəfər yenidən Təbrizə qayıdır. Qulamhüseyn xan 
Rzazadənin evində təşkil olunmuş İran sosial-demokrat firqəsinin beşinci hövzə iclasında iştirak 
edir. Şeyx Məhəmməd Xiyabani hərəkatında fədai başçılarından biri olur. 
İftixarla demək olar ki, general Cəfər Məmmədzadə çox zəngin və  kəşməkəşli inqilabi 
həyat yolu keçib. Onun həmin dövrdəki gizli fəaliyyəti  Əkrəm Səlimzadənin və Rzabala 
Nurəliyevin məşhur çekist İslam  Əliyev haqqında yazdıqları “Son döyüş” kitabçasında təsvir 
olunub: 
“İslam Təbrizdə Məşədi ilə görüşdü. Söhbət zamanı Məşədi dedi: 
- Partiyamızın növbəti ikinci qurultayına hazırlıq görülür, Mərkəzi Komitə belə məsləhət 
görür ki, sizi  Təbrizə çağıraq. İndi burada daha ciddi işlər gedir. Siz bu işlərdə   bizə daha yaxşı 
kömək edə bilərsiniz. 
- Nə işdə? - deyə İslam soyuqqanlılıqla soruşdu. 
- Silahlı dəstələrimiz var. Onlara rəhbərliyi sənə tapşıracağıq. 
İslam etiraz etmədi. 
O, Mərənddən Təbrizə köçdü. 
... 1922-ci ilin fevral ayının ilk günlərində  Təbriz çox narahat idi. Küçələrdə tez-tez 
nümayişlər olurdu. Şah istibdadından cana doymuş xalq ajanları döyür, hökumət idarələrini 
tanımaq istəmirdi. Həmin ayın doqquzunda Məşədinin gizli şəraitdə yaşadığı evinə bir neçə 
adam toplaşmışdı. Onların arasında Məşədi,  İslam,  şair Lahuti, doktor Rəhim xan, Tağı  Şərqi, 


 
109
Bürhani və başqaları var idi. Onlar kiçik müşavirə keçirdilər. Tez də dağılışdılar. Bu hadisədən 
bir - iki saat sonra Təbrizin müxtəlif məhəllələrində atışma başlandı, bütün gecəni davam etdi. 
Səhər isə hökumət artıq xalq fədailərinin əlində idi”. 
Xalqımızın azadlığı  uğrunda özünü oda-közə vuran Məşədi Cəfər 1922-ci ildə  məşhur 
şair Əbülqasım Lahuti hərəkatında yaxından iştirak edərək fədai başçısı olur. Bir az sonra şahlıq 
rejiminin ağırlığı  nəticəsində bu hərəkat da yatırılır. Məşədi Cəfər ikinci dəfə doğma Bakıya 
pənah gətirir, təhsilini artırmaq üçün partiya kursuna daxil olur. 
1924-cü ildə Azərbaycan Kommunist Partiyasının sərəncamı ilə  Məşədi Cəfər 
Naxçıvandakı dağ-mədən fəhlə həmkarlar ittifaqının sədri vəzifəsinə işə göndərilir. Üç il sonra 
üçüncü Kominternin tapşırığı ilə yenidən  İrana göndərilən Məşədi Cəfər Təbrizdə, Rəştdə, 
Mazandaranda və Tehranda gizli inqilabi iş aparır. 
1930-cu ilin sonlarında ajanlar onu həbs edir. Məhkəmənin 3472/14 nömrəli qərarının 
surəti oğlu Marksda qalır. Onun mətni belədir: “Cəfər Kavian ona görə məsuliyyətə alınır ki, Bir 
may münasibətilə intibahnamələr nəşr etdirib Tehranda yayırmış. O, Kommunist Partiyasına 
mənsubdur. İrandakı və xaricdəki kommunistlərlə yaxından əlaqə saxlayır. İran məmləkətinə və 
onun istiqlaliyyətinə zidd bir adamdır. Ona görə  də  Cəfər Kavianın yoldaşları  İran qanun 
məcəlləsinin iyirmi yeddinci maddəsi ilə, Kavianın özü isə  həmin qanunun iyirmi səkkizinci 
maddəsi ilə mücazat olunub həbs olunurlar. Hökm yerinə yetirilir.” 
Altı il yeddi ay Qəsri-Qacar zindanının uça və qalın divarları, dəmir qapıları  mərd 
Azərbaycan oğlu Cəfər Kavianın mübarizə  əzmini qıra bilmir. Qəddar Rza şah hakimiyyəti 
həbsdən sonra onu Zəncan şəhərinə sürgün edir. O, Sovet ordusu   İrana gəldikdən sonra, 1941-ci 
ildə sürgündən azad olunur. 
1945-ci il dekabrın on ikisində  Cənubi Azərbaycanda silahlı üsyan nəticəsində xalq 
Azərbaycan Demokratik firqəsinin banisi Seyid Cəfər Pişəvərini milli hökumətin baş naziri təyin 
etdi. O taylı qardaşlarımız çoxdan arzuladıqları günə çatdılar. Onlar İran çərçivəsində milli 
muxtariyyət aldılar. Azərbaycan dili rəsmi dövlət dili oldu. Ana dilimizdə orta və ali məktəblər 
açıldı. Səkkiz saatlıq iş günü bərpa olundu. Səttarxana və Bağırxana heykəl ucaldıldı. 
Azərbaycanlıların həyatında tamam yeni bir yüksəliş dövrü başlandı. Həmin gün tarixə “21 Azər 
hərəkatı” kimi daxil oldu. 
Fədailər Azərbaycanın  şəhər və  kəndlərini istilaçı  İran qoşunlarından təmizlədilər. 
Fövqəladə bacarığa və hərbi məharətə malik olan Cəfər Kavian Azərbaycan Milli hökumətinin 
qərarı ilə general-mayor rütbəsi ilə təltif olunub, müdafiə naziri təyin edildi. 
Həmin ili “Nəcate-İran” qəzeti yazırdı: 
“General Kavan hal-hazırda Azərbaycanın həm qoşun hissəsinə, həm də Azərbaycan 
milis idarələrinə başçılıq edir. Bu şəxs qədim mübariz İran azadxahlarından biri olub və 
Azərbaycan Demokratik hərəkatında, eyni halda İran Demokratik hərəkatında iyirmi beş il 
qabaqdan ta indiyə kimi iştirak edibdir. 
O, Rza şah dövründə illərlə  həbsdə olmuş  və  həyatının çox dövrünü zindanda 
keçirmişdir. “21 Azər hərəkatı”nda Cəfər Kavian canfəşan fədai olmuş və Azərbaycanın bütün 
fədai dəstələrinin rəhbərliyini öz əlinə almış, gözəçarpan dərəcədə fədakarlıq göstərmişdir. Ona 
görə də Azərbaycan Demokratik hökuməti Cəfər Kavianı hərbi vüzarətxananın vəziri təyin etdi. 
O, öz silahdaşları - azadxah Seyid Cəfər Pişəvəri,  Şəbüstəri, doktor Cavid və başqaları ilə 
Azərbaycan Demokrat Partiyasını, milli hökumətin fəaliyyətini yüksəklərə qaldıraraq mürtəce 
irticanı çıxılmaz vəziyyətdə qoymuşdur”. 
Azərbaycan Demokrat Partiyası  və milli hökuməti Cəfər Kavianın xalq qarşısındakı 
xidmətlərini yüksək qiymətləndirmişdir. S.C.Pişəvərinin imzası ilə Mərkəzi Komitənin 1946-cı 
ilin sentyabr tarixli əmrində deyilir ki, ağaye general Cəfər Kavian, xalq qarşısında əməyinizə və 
əncam verdiyiniz xidmətlərə görə Mərkəzi Komitənin təsvibi üzrə siz Səttarxan ordeni ilə təltif 
olunursunuz. 
General Cəfər həm də hökumətin yeni təsis etdiyi “21 Azər” medalı ilə təltif olunmuşdur. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə