Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə25/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

76
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
«uzaq  əmi»,  gal  (zərən)  «çağırmaq»,  da  «pis  (uşaq  dilində)», 
  «xırda  balıq»,  çəh  «çirk,  kir»,  ərsi  «toy»,  keret  «dəfə»  , 
ləhmə  «palçıq»,  zə  rəyin  «meşə  ağacı»,  şə  di  «gavalı  növü», 
həsü  «xəşil»  sözlərini  bu  qəbildən  sayır  (22,  151).
Fars  alınmaları  -   Azərbaycan  tatlarının  ləhcə  və  şivələ­
rində  işlənən  fars  mənşəli  sözlər  agah//agoh//aqah//aqoh 
«agah»,  ahən//ohun  «dəmir»,  bab//bob  «layiq,  münasib»,  ba- 
bat//bobət//babut,  orta  hal,  «vəziyyət»,  baxış//bəxş  «bəxşiş, 
bağışlama,  hədiyyə,  ehsan»;  «mərhəmət,  şəfqət»,  birinc//bü- 
rünc  «düyü»,  buy//bü  «iy»,  bilind//bülünd//bülənd  «uca,  yük­
sək,  hündür»,  qədirdan//qədirdan  «qədir  bilən,  qiymət  bilən», 
damad//domod 
«kürəkən», 
dəstgirə//dəstgir/dəsgir 
«qulp,
dəstək»;  «səbət»,  dilkəş//dilkeş  «könül  çəkən,  cəlbedici,  xoşagə­
lən,  valehedici;  «muğam  adı»,  diltanq//diltənq//diltəng  «qəlbi, 
ürəyi  sıxılan,  darıxan;  «dilxor,  məyus»,  ənar//ənor  «nar», 
yek//yək  «bir,  tək»,  kam//kom  «mətləb,  istək,  arzu,  murad», 
kaman//kamon  «yay»  (silah);  «qövs»,  kar//kor  «iş,  əməl,  məş­
ğələ,  peşə»;  kisəbur  «cibgir,  oğru»,  kur  «kor»,  kuh  «dağ», 
gürg//girg//qurq  «canavar»,  lağar//loğər  «arıq,  zəif,  cansız», 
ləziz  «ləzzətli,  dadlı»,  lərzə  «titrəyiş»,  ləbələb  «kənarına  qə­
dər,  dopdolu»,  mahi//mohin  «balıq»,  ləng//lanq//lənq  «çolaq, 
şikəst,  axsaq»;  «usanma,  dayanma,  gecikmə»;  məğz  «beyin, 
ağıl»;  «damaq»;  «bir  şeyin,  məsələnin  əsli,  əsası,  canı»,  mü- 
lüh//mələh//mələx  «çəyirtkə»,  mərd//mard  «kişi»;  «ər»;  «adam», 
muy//mu//mü  «tük,  saç,  tel»;  micə//micə  «kiprik»,  peyda//pöydö 
«aşkar,  zahir,  meydanagəlmə,  çıxma»,  peyman//peymun  «and, 
əhd»;  «bağlaşma,  razılaşma»;  rubah//ruva  «tülkü»,  rubaru//rübə- 
 «üz-üzə, üzbəüz».


77
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili 
Tat  dilində  rus  dilindən  alınmalar.
XIX  əsrin  birinci  yarısında  Az ərbaycanın  Rusiyaya  il­
haq  edilməsindən  sonra  Az ərbaycan  xalqı  ilə  rusların  arasında 
ictimai-iqtisadi,  siyasi  və  mədəni  əlaqələr  inkişaf  etmiş  və 
genişlənməyə  başlamışdlır.  Bu  dövrdən  başlayaraq, 
rus 
dilindən  Azərbaycan  dilinə  sözlər  keçməyə  başlamışdır. Zaman 
keçdikcə  belə  sözlərin  sayı  artmışdır.  Rus  dilind ən  alınmalar 
Azərbaycan 
dili 
vasitəsilə  tat  dilinə 
də 
daxil 
olaraq 
işlənməkdədir  (65, 
102-103).  Məs: 
qarnizun, 
kamandır,
kapitan,  podpolkovnik,  pulk,  saldat,  mayur,  buxaltir,  matrus, 
maşinist//moşinçi,  şovir  (şofer),  tıraxturist//traxturçi,  sumo- 
var//sümovar/simvar,  vedrə,  lum,  bulaşə  (yubka),  rumkə,  qu- 
ruşkə//kuruşkə, fənar,  silis,  cimix//cimix  (cmıx),  abed,  çuxutkə 
(çaxotka-dan, pirvoy/surt (əla növ),  zoud (zavod).
Tat  dilində  digər  dillərdən  alınmalar.
Dağ  yəhudilərinin  dilində  qədim  yəhudi  sözləri  qorunub 
saxlanmışdır.  Alınma  dili  öz  döğma  dilin ə  çevirən  (bunun 
analogiyası  dünya  xalqlarında  olduqca  çoxdur)  yəhudilər  ailə- 
məişət,  xüsusilə  din  və  onun  mərasimlərinə  dair  leksik 
vahidləri  (bunların  bəziləri  yəhudi  dili  ilə  qohum  olan  qədim 
ərəb  dili  leksemləri  ilə  eyniyyət  t əşkil  edir)  tat  dilinə  gətirmiş, 
beləliklə  də,  alınma,  özününkü  olmayan  (qeyri  -semit  dil  olub, 
İran  dillər  qrupuna  daxil  olan)  tat  dilini 
bir  növ
özününküləşdirmiş,  ona  milli-semit  tərkibi  vermişlər.  Bu  da 
təbiidir.  Çünki  yəhudilər  tat  deyillər,  Azərbaycana  gələndən 
sonra  tat  dilini  qəbul  etmişlər. 
(Yaxın  vaxtlara  q ədər 
Azərbaycanda  olmuş,  bu  torpağa  köçüb  g əlmiş  bəzi  tatdilli 
erməni  kəndlərinin  əhalisi  kimi).  Məs.:  Tat  dilində  müsəlman 
ay  adları  ilə  yanaşı,  indi,  əsasən,  Avropa  ay  adları  işl ədilir. 
Yəhudilərsə  mart  ayı nın  20-21-dən  başlanan  aylar  qədim


78
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
yəhudi  adları  ilə  adlandırırlar:  nisan  (mart-aprel),  iyer  (aprel- 
may),  sivon  (may-iyun),  tomuz  (iyun-iyul),  ov  (iyul-avqust),  ilül 
(avqust-sentyabr),  tişri  (sentyabr-oktyabr),  xəşvon  (oktyabr- 
noyabr),  kisləv  (noyabr-dekabr),  divid  (dekabr-yanvar),  şəvəd 
(yanvar-fevral),  odor (fevral-mart;  uzun ildə:  voodor).
Dağ  yəhudiləri  bu  gün  belə  danışdıqları  tat  dilind ə  yəhu­
di-semit  (ivrit)  dilinin  ən  qədim  qatlarına  gedib  çıxan  çox lu 
dini,  ailə-məişət  termin-sözlərini  işl ədirlər.  Bu  leksik  vahidlər 
bu  gün  də  həmin  ləhcənin  sabit  leksik  tərkibini  təşkil  edir. 
Həmin  ləhcədən  gətirdiyimiz  aşağıdakı  materiallar  buna  misal 
ola  bilər:  baxur  «cavan»,  bit  «ev»,  broxo  «xeyir-dua»,  barux 
«xeyir-dua  verilmiş  (iş,  adam)»,  bəhimo  «heyvan»,  cədoy 
«qurbanlıq  (heyvan)»,  q u f «bədən,  vücud»,  qənidim  «cənnət», 
qadeş  «müqəddəs»,  qadüş  «mərhuma  oxunan  dua»,  qolut 
«qovulma,  sürgün»,  qıyno  «matəm  mahnısı»,  dofus  «möhür», 
dohan  «ruhani  atanın  dua  oxuyanda  ekstaz  vəziyyəti»,  dərəşo 
«dua  (oxunan)»,  zəxüt  «yaxşılıq»,  zox  «paklıq»,  zəmiro  «dini 
mahnı  oxuma»,  zəmirüt  «dini  mahnıları  oxuyan  şəxs»,  bəs 
«qərb»,  id «şahid»,  isroylümə  «yəhudi  dinini  təbliğ  edən  şəxs», 
kadim  «şərq»,  timon  «cənub»,  sofun  «şimal»,  kətubo  «kəbin 
kağızı»,  sinaqoqda  «təsdiqlənmiş  sənəd»,  kəllo  «gəlin»,  lovonə 
«ay»,  mesovo  «qəbir  (əlhət)  daşı,  baş  daşı»,  miğdoş  «məbəd», 
midbor  «səhra,  çöl»,  midraş  «mədrəsə»,  mizbəyax  «qurban 
kəsilən  yer»,  miyus  «murdar»,  «napak  (adam,  heyvan)»,  milo 
«sünnət»,  minhəq  «dini  adət,  mərasim»,  misva  «müqəddəs  dini 
borc»,  «din  xatirinə  xeyirxahlıq»,  molqut  «şəhid»,  moloxo  «iş, 
fəaliyyət»,  molxut  «ağa,  hökmdar»,  moləxo  «pıçaq»,  motono 
«allah  vergisi»,  moşiyax  «ziyarət»  (messiya),  müri  «müəllim», 
məsliyax  «müvəffəqiyyət»,  namaz  «namaz »,  nimaz  «yəhudi 
kilsəsi»  (sinaqoq),  nişir  «artal»,  novi  «peyğəmbər»,  nəşumo 
«can,  ruh»;  odomi  «adam»,  olo  «aid»  (özünə  bəraət  zamanı),


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə