Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə23/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

70
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
245).
Qədim  türk  sözləri  lüğətində  «amra-»  sözü  «sevmək»  mə­
nasında  verilmiş,  onun  bir  sıra  derivatları  -   amrak  «sevmək», 
amrançığ  «sevgili»,  «yar»,  amranmaq  -   «məhəbbət,  sevgi,  gös­
tərmək»,  amranmağlıq  «sevgi,  məhəbbət  oyadan»  və  nəhayət, 
amraq  -   «sevgili»,  «yar»  derivatları  qeyd  edilmişdir  (78,  41-42). 
Müq.et:  imrənmək «mehr göstərmək»  (7,  257).
Qiziz  «xəsis»  (Q.).  Qədim  türk  sözü  olan  qiz  eyni  seman- 
tikaya  malikdir.  Türk  dill ərində  bu  söz  kökünün  müxtəlif 
mənaları  -   müasir  dildə  işlənən  «qız »,  «bahalı,  qiymətli», 
«xəsis»,  «ac»  mənalarını  ifadə  etməsi  göstərilmişdir  (78,  449­
450).  Azərbaycan  dilində  «qızırğanmaq»  «əsirgəmək»,  «xə- 
sislik  etmək»,  «verməyə  əli  gəlməmək»,  «bir  şeyi  başqasına 
çox  görmək»  mənasında  mühafizə  olunmuşdur  (18,  507). 
Həmçinin müq.et:  qirnis  «xəsis»  (7,  336).
Qizluq  «çatışmazlıq»,  «qıtlıq»  (Q.,  D əv.,  Xaçm.).  Tat 
dilində  bu  söz  «quraqlıq  nəticəsində  taxıl  çatışmamazlığı»  m ə- 
nasında  işl ənir.  Onun  «qiz»  kökünd ən  -luq  şəkilçisi  ilə 
düzəlməsi  şübhə  doğurmur.  Qeyd  edək  ki,  bu  söz  «qıtlıq», 
«qəhətdik»,  «aclıq»,  «bahalıq»  m ənalarında  Azərbaycan  dilin­
də  işlənmişdir.  Ş.Xəlilov  bu  sözün  göstərilən  mənalarına  aid 
konkret  nümunələr  vermişdir:  Qızluq  dünyayı  dutdı...  Qızlığ  ilə 
qamusı  zar  oldılar.  Müəllif Mustafa  Zəririn  «Yusif və  Züleyxa» 
poemasının  dilində  işlənmiş  türk  mənşəli  arxaizmlərdən  bəhs 
edərkən,  bu  sözü  qeyd  etmiş,  onun  «Təfsir»də  (XII-XIII), 
Qütbün  «Xosrov  və 
Şirin», 
Seyfi 
Sarainin  «Gü lüstan» 
poemalarında,  həmçinin,  orta  əsr  türk  ədəbiyyatında  da 
«bahalıq»,  «qıtlıq»,  «aclıq»  və  s.  məna  çalarlıqları  yaratmasını 
göstərmişdir  (40,  34).  Qıtlıq  taxılın  olmaması,  aclıq  v ə  ça­
tışmazlığı  bildirir.  Bu  mənada  quraqlıq  nəticəsində  taxıl  ça­
tışmazlığını  bildirmək  üçün  tatların  bu  sözü  işlətməsi  qədim


71
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
türk  sözünün  semantikasına tam müvafiq  g əlir.
Q art  «qoca»,  «əldən  düşmüş»  (insan  haqqında)  (Lah., 
Məl.).  Qədim  türk  leksik  qatına  aid  sözdür.  Şübh ə  yoxdur  ki, 
qarı  sözü  də  bununla  bağlıdır.  V.Aslanov  göst ərir  ki,  qarı 
sözünə  «qoca,  qocalmaq»  mənalarında  bütün  abidələrdə  rast 
gəlinir.  Müasir  Az ərbaycan  dilində  «qoca  qadın»  mənasında 
işlənir.  Sözün  kökünün  «qar»  olması  ehtimalı  var.  Qart  m əhz 
bu  kökdən törəmədir  .
Qisqi  «sıxma»,  «t əzyiq».  Əsasən,  lahıc  l əhcəsində  qeydə 
alınmışdır.  Mənə  qe  qısqi  məti.  «Mənə  çox  təzyiq  göstərmə» 
(Lah.).  Qədim  türk.  qis  sözündəndir.  Müasir  dildə  işlənən 
qısmaq  feli  də  yaxın  semantika  daşıyır.  Az ərbaycan  dilində 
işlənən  «boynunu  qısmaq»  sıxıntı  v ə  və  çətinliklə  bağlı 
olduğundan,  tərkibdəki  qıs  «sıxma»  anlamına yaxındır.
D iriq  «arıq».  Türk  dil ərində  işlənən  turuk  sözü  ilə  eyni 
anlamdadır  və  şübhəsiz  ki,  bu  söz  əsasında  formalaşmışdır. 
Müasir  Azərbaycan  dilində  arıq-tırıq  ifadəsində  qorunub  sax­
lanmışdır.
D irrik//dirlik  «ailənin  ehtiyacını  ödəyən,  bostan»,  «bağ». 
Mənbə etibarilə qəd. türk.  tirilik «həyat»  sözü ilə bağlıdır.
Dəzgəçi  «ovçu»  (Qon.  k.).  Bu  söz  qədim  türk  sözü  olan 
tuzaq//duzaq  «tələ»  sözünün  əsasında  formalaşmışdır.  Lap  q ə- 
dimdə  ov,  silahla  yanaşı,  t ələ  ilə  tutulmuşdur.  Tələ  ilə  ov 
edənlər tuzaqçı  demişdir.
Bo(bö)  «böyə».  Türk  dillərində  bu  söz  böq  fonetik  vari­
antında  işlənir.  Maraqlıdır  ki,  tat  dilind ə  bu  sözün  böqcə  de- 
rivatı  var.  Həmin  söz  «qorxulu»  anlamında  işl  ənir.  Derivatın 
tərkibindəki  -ca  şəkilçisinin  türk  dill ərinə  məxsusluğu  heç  bir 
şübhə  doğurmur.
Suqra//suvra  «gil  qab»  (Dəv.,  Xaçm.).
Ostin  «paltarın  qolu»  (Lah.).  Pəncəkə  ostini  qutəhi  «Pen-


72
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
cəyin  qolu  qısadır».  Qədim  türk  dilində  bu  söz  (astın)  «aşağı» 
mənasını  bildirmişdir (78,  61).
Çığrığ  «qarqara,  makara,  sap  çarxı»  (Lah.).  Umh əli 
nəneman  əzin  çığrığhon  bafuruxtanbı.  «O  vaxtlar  n ənəm  bu 
sap  çarxından  satırdı».  Bu  söz  türk  dillərində  müəyyən  fonetik 
dəyişikliklə  həmin mənada işlənmişdir (78,  148).
Q ırt  «az,  kəsik»  (Lah.).  Mü  sərə  qırt-qırt  soxte  «Başının 
tükünü  kəsik-kəsik  edib».  Həmin  söz  türk  dillərində  eyni 
fonetik t ərkibdə və  eyni  mənada işlənmişdir  (78,  442).
Dağar  «mal,  qoyun,  keçi  d ərisindən  tikilmiş  kisə»  (Lah.). 
Dağara  biyor  bərə  «Dağarı  gətir  bura».  Bu  söz  lüğətlərdə 
müəyyən  fonetik  dəyişikliklə  «kisə,  torba»  mənasında  qeydə 
alınmışdır  (78,  588).  Müq.et:  az.  əd.  dağarcıq,  az.  dial.  dagar 
(7,  116).
Tuş  «tuş  gəlmək,  rast  gəlmək»  (Lah.).  Tuş  umoran  «rast 
gəlmək».  Qədim  türk  dillərində  də  bu  söz  tuş  formasında, 
həmin  mənada  işlənmişdir  (78,  590).  Müq.et:  az. əd.  tuş 
gəlmək,  tuşlamaq,  tay-tuş.
U ruğ-turuğ  «nəsil,  nəvə,  nəticə»  (Lah.).  Mənə  uruğ-tu- 
ruğman  həmmeyi  misgəri  sənətirə  kor  fidoştond.  «Mənim 
uruğ-turuğumun  hamısı  misgərlik  sənəti  ilə  məşğul  olmuşdur». 
Lüğətlərdə  bu  sözlər  ayrı-ayrılıqda  müvafiq  olaraq  «n əsil, 
kök»  və  «arıq,  əldən  düşmüş»  mənalarında  işlənmişdir  (78, 
588,  615).
Ütüg  «zirək»,  «diribaş»  (Xaç.,  D əv.,  Q.).  Bə  bore  ə  dəst 
ütügi.  «İş  barədə  əldən  itidir».  Mahmud  Kaşğirinin  lü ğətində 
bu  söz həmin  mənada göstərilmişdir (42,  99).
Arxış  «dua»  (Lah.).  Um  ruz  ye  arxışi  qazanc  soxti.  «Bu 
gün  bir  arxış  (alqış)  qazandın».  Qədim  türk  dillərində  bu  söz 
«səs,  səda»  mənasını  ifadə  etmişdir (42,  123).
Kəsüy  «yazıq»,  «fağır»,  «q əlbisınıq»  (Q.,  Dəv.).  Kəsüyə


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə