Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə21/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

64
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
edilir  (128,  417).  Krım -tatar  və  başqırd  dillərindəki  ağuv/ağıv 
«zəhər»  variantlarından  da  sözün  ilkin  formasının  * ağığ 
şəklində  olması  qənaəti  hasil  olur.  Tat  di lində  sözün  ağu 
şəklində  mühafizə  olunması  onu  qədim  alınmalar  sırasına  aid 
etməyə  əsas verir.
Ağça/axça  -   «pul».  Sözə  ilk  dəfə  akça  şəklində  Tan  süla­
ləsi  dövrünə  aid  (713-748-ci  ill ər)  sikkə  üzərindəki  yazıda 
təsadüf  edilir  (129,  120).  Daha  sonra  orta  türk  dövrün ə  aid 
«Ət-töhfə»,  «Bulğat  əl-muştaq»,  «Kitab  əl-idrak»,  İbn  Mühən- 
na  lüğəti  və  s.  qaynaqlarda  qeydə  alınmış  akça/ağça  sözü  müa­
sir  krım-tatar,  qaqauz,  qırğız,  tatar,  özb ək,  uyğur,  altay, 
karayim,  noqay,  qazax,  qaraqalpaq  v ə  s.  türk  dillərində  də  eyni 
mənada  işlənməkdədir  (129,  120).  Anadolu  və  Azərbaycan 
yazılı  abidələrində  də  «pul»  mənasını  ifadə  etmişdir  (TS,  69). 
Azərbaycan  dilinin  Qazax,  Şəmkir,  Salyan  şivələrində  axça 
fonetik  variantında  işlənərək,  «balıqların  üz ərindəki  pul, 
pərək»  mənası  bildirir  (7,  45).  L.Budaqov,  N.Dmitriyev, 
V.Yeqorov,  G.Dörfer  və  b.  türkoloqlar  sözün  etimologiyasını 
ak  «ağ»  sözü  ilə  bağlamış,  -ca  formantını  kiçiltmə,  bənzətmə 
şəkilçisi  kimi  qiymətləndirmişlər.  Akça/ağça  sözü  əvvəlcə 
yalnız  gümüş  pula  aid  edilmiş,  daha  s onra  semantikasını  geniş - 
ləndirərək,  ümumiyyətlə,  «pul»  anlayışı  bildirən  leksik  vahidə 
çevrilmişdir.
Qabağ/qəbəğ  «alın,  ön».  Göstərilən  mənalarda tat  dilinin 
bir  sıra  şivələrində,  o  cüml ədən,  Quba  dialektinin  Şu dux, 
Novdun,  Çiçi,  Bakı  dialektin in  Balaxanı,  Suraxanı  şi vələrində 
(qəbağ  şəklində)  işlənir  (4,  8).  Müasir  Azərbaycan  ədəbi 
dilində  qabaq  sözü  yalnız  «ön»,  «irəli»,  «əvvəl»  mənasında 
məlumdur.  Azərbaycan  dilinin  Qazax  və  Tovuz  şivələrində 
qavax  fonetik  variantında  «alın»  və  «üz»  mənalarında  qeydə 
alınmışdır  (6,  104).  Həmin  leksik  vahidin  «alın»  mənasına


65
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
M.P.Vaqifin  və  Aşıq  Ələsgərin  şerlərində  təsadüf  olunur:  Ay 
qabaqlı,  bulud  zülflü  gözəlin,  Duruban  başına  do lanmaq  gərək 
(M.P.Vaqif);  Büllur  buxaq,  lal ə  yanaq,  ay qabaq,  Şahmar  zülfü 
pərişanlar  dolanır  (A. Əl əsgər).  Sözün  «alın»  mənası  Tali 
İmaninin  «Bəda’i 
əl-luğat», 
V.V.Radlov  və  L.Budaqov 
lüğətlərində,  türk  dili  dialektlərində,  həmçinin  xakas,  tuva  və 
altay  dillərində  qeydə  alınmışdır  (128,  161;  129,  2578;  6 2). 
Fikrimizcə,  qabaq  sözünün  ilkin  mənası  tat  dilində  mühafizə 
olunmuş  «alın»  mənasıdır,  «üz»  və  «ön»  mənaları  həmin  məna 
əsasında  meydana  gəlmişdir.  Eyni  semantik  proses  alın 
sözündə  də  müşahidə  edilir:  alın  «alın»  ^   alın  «ön»  Türk 
dillərindəki  yüz  «üz»  sözü  yakut  dilində  sü:s  fonetik  varian­
tında «alın»  mənası  bildirir.  Ümumiyyətlə,  türk dillərində  «ön » 
və  «arxa»  məfhumlarının  insan  b ədəninin  ön  və  arxa 
hissələrinin  adları  ilə  adlandırılması  geniş  yayılmış  semantik 
hadisədir.  Bir  çox  türk  dillərində  burun,  kabak,  kaş,  köks,  yüz, 
manlay  və  s.  «ön  tərəf»,  dal,  arxa,  ənsə,  sırt  və  s.  «arxa  tərəf» 
mənalarını  ifadə  edir (124,  59).
M.Hacıyev  «qəbəq»  sözünün  «alın»  mənasında  tat  dilinin 
Qonaqkənd  ləhcəsində  işlənməsini 
şərh  edərkən  yazır: 
«Qonaqkənd  ləhcəsində  qəbəq  «alın»  sözü  başqa  tat  dili  l əhcə- 
lərində  yalnız  «üq»  v ə  «pişani»  (29)  kimi  təsadüf  olunur». 
Müəllif bu  sözlə  bağlı  lüğətdə  xüsusi  qeydində  yazır:  «Klassik 
Azərbaycan  şerində  (xüsusilə  M.P.Vaqif  və  Aşıq  Ələsgər 
dilində)  olan  ay  qabalı  ifadəsindəki  «alın»  mənasında  işlənmiş 
qabaq  sözü  tat  dilində  eyni  ilə  qalır.  Bu,  tat  sözü  deyilmi? » 
(29,  8).
Açıldı  niqabın  ay  qabağından,
Aldı  başdan  ağlı,  kamalı,  Xurşid!
(Ələsgər).


66
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Ay kimi  şox  salıb  ayna  qabağı 
Çoxların  eyləyib  divana,  Telli
(Əl əsgər)
V.Aslanov  qabaq  sözünün  «alın»  mənasında  bütün  ya zılı 
abidələrdə,  xalq  şifahi  yaradıcılığında  geniş  işl əndiyini  qeyd 
etmişdir (3,  47).
«Qabaq»  sözünün  müasir  Azərbaycan  dilindəki  «ön,  irə­
li»  mənaları  da  semantik  baxı mdan  alınla  yaxınlığı  nü mayiş 
etdirir.  Semioloji  yaxınlıq  «ön,  ir əli»  mənasındadır.  Alın 
insanın  ön  tərəfində,  irəli  baxan  tərəfindədir.  «Alın»  mə­
nasında  işlənən  bu  söz,  görünür,  çox -çox  əvvəllər  tat  dilinə 
keçmişdir.  Hazırda  həmin  söz  Azərbaycan  dilində  «alın» 
mənasında işlənmir.
Qılığ  «xarakter,  xasiyyət,  davranış»  (Ab.,  Lah.).  Azər­
baycan  dilinin  Şəki  dialektində  qılıx  fonetik  variantında 
«xasiyyət,  xarakter»  mənası  bildirir  (11,  135).  Qılıq  sözünə  bu 
mənada  M.Kaşğarlının 
«Divanü-luğat-it-türk» 
lüğəti 
və 
«Qutadğu  bilig»də,  uyğur,  Xarəzm  və  Cağatay  abidələrində 
rast  gəlmək  olur  (78,  443;  82,  630).  Eyni  m əna  XIV  əsrə  aid 
Anadolu  yazılı  abidələrindən  «Xurşidnamə»də  əks  olunmuş­
dur:  Nə  köp  yaxşı  həmiyyət  qıldınız  siz,  Yaman  könlüm  qılığın 
bildiniz  siz;  Alır  ola  cihanın  alığını,  Bilür  ola  za manın  qılığını 
(TS,  I,  2483).  XVIII  əsr  Azərbaycan  şairi  M.P.Vaqifin  şeir­
lərində  də  bu  sözə  təsadüf  edilir:  Günəş  üzlü,  şirin  sözlü, 
xoşqılıq,  Ləblərindən  axar  balı  gözəlin.  Müasir  Azərbaycan 
dilində  bu  söz  qılığına  girmək  ifadəsinin  tərkibində  qorunub 
saxlanmışdır  (11,  511).  Qılıq  «xasiyyət,  rəftar»  sözü  qılmaq 
felindən  yaranmışdır.  Həmin  feldən  yaranan  qılınc  «xasiyyət, 
rəftar»  sözü  də  erkən  dövr  türk  yazılı  abidələrində  geniş 
şəkildə  işlənməkdədir:  Kişi  əsli  bilmək  tiləsə  açuq,  Könül,  til, 
qılıncı  bu  işkə  tanuq  «Əgər  bir  kişini  tanımaq  istəsələr,  onun


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə