"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə11/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   7   8   9   10   11   12   13   14   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

40 


 

 

Oğlum, Turqtay, vur bunları, yamanla, 



Qancıl Əmən, Kamac, Həlləc, Lamanla,  

Aldadıblar bizi yüz yol yalanla,  

Qancıl ola gərək başçı döyüşdə. 

 

Ay Minelli, birini də buraxma,  



Dörd yerə böl һər qancılı yaraqla,  

Qoy kəsilsin burdan əyri ayaqlar,  

Qancıl ola gərək başçı döyüşdə. 

 

*** 



Balasqelli, Asurelli bir oldu,  

Birlik gərək ağ günlərə yol aça.  

Qan-qadaya dartılırdı bu birlik,  

Birlik gərək ağ günlərə yol aça. 

Kəsilmədi qanın ardı-arası, 

Bir də artdı Asurelin sırası,  

Turqu yıxdı birdən köküs yarası,  

Birlik gərək ağ günlərə yol aça. 

 

Manayyurdu basıb aldı acıqan,  



Tanı, Turqtay, Çuqçubaşı yarıcan,  

Yaralılar əl çəkmədi vuruşdan,  

Birlik gərək ağ günlərə yol aça. 

 

Gecə  gəldi Cumər ilə Manayqız,  



Qız toplumu çılğın, diri, һaraysız,  

Yürüş etdi acıqana arasız,  

Birlik gərək ağ günlərə yol aça. 

 

Cumər od tək, ildırım tək çaxırdı,  



Döşə, başa qızlar ox tək yağırdı,  

Ürəklərdə yeni inam doğurdu,  

Birlik gərək ağ günlərə yol aça. 

 

*** 



Manayçılar, lamançılar didişir, 

Qızın andı, ərin qolu güclüdür. 

Manayyurdu boşaldırdı acıqan,  

Qızın andı, ərin qolu güclüdür. 

 

Qız toplumu oxdan keçdi qılınca,  



Qılınc vurdu sıraları yarınca,  

Dayanmadı Manayyurdu alınca,  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

41 


 

Qızın andı, ərin qolu güclüdür. 

 

Tuncər gəldi, silkələndi Mindiyar,  



Döyüşlərə girdi dəmir qoşqular,  

Gəmirtdədi it toplumu o ki var,  

Qızın andı, ərin qolu güclüdür. 

 

Cumər qartal sürüsünü kişlədi,  



İti caynaq döşə, başa işlədi, 

Qurdlar cumub yırtdı, sökdü, dişlədi, 

Qızın andı, ərin qolu güclüdür. 

 

Yaralı Turq, Tanı, Çuqçu vuruşur,  



Qız, qadınlar kişilərə qarışır, 

İtlər, qurdlar adamlara sarmaşır,  

Qızın andı, ərin qolu güclüdür. 

 

*** 



Lamançılar, һəlləcçilər ürküdə,  

Qorxu olsa ölür inam, bacarlıq.  

Lamançılar üz qoydular batıya,  

Qorxu olsa ölür inam, bacarlıq. 

 

Onlar qaçdı, bunlar getdi  dalınca, 



Dənlədilər son tək-tükü qalınca, 

Durmadılar qancıldan öc alınca,  

Qorxu olsa ölür inam, bacarlıq. 

 

Bu döyüşlər beş ay çəkdi, uzandı, 



Minel yenə üstünlüyü qazandı, 

Döyüşlərdən һamı bezdi, usandı,  

Qorxu olsa ölür inam, bacarlıq. 

 

Manayyurdun qaş-qabağı açıldı,  



Ocaqlardan tüstü, alov saçıldı, 

Turqtay adı tunc boşqaba yazıldı, 

Qorxu olsa ölür inam, bacarlıq. 

 

Bacar, Muğər sonra gəlib çatdılar,  



Toplumları toplumlara qatdılar, 

Sevinərək sevinclərə batdılar,  

Qorxu olsa ölür inam, bacarlıq. 

 

*** 



Manayyurdda bərkidildi qapılar,  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

42 


 

Hər bir evin ilk qoruncu qapıdır. 

Dəmir dirək, dəmir-düyün ağaclar

Hər bir evin ilk qoruncu qapıdır. 

 

Oturmuşdu başbilənlər, ərənlər, 



Bu ölkənin gedişini görənlər,  

Var-yoxunu el yolunda verənlər,  

Hər bir evin ilk qoruncu qapıdır. 

Bir yeni söz söyləyirdi һər öncül,  

Tanı şaһla Turq yatırdı üzümcül,  

Yerdə qalan yaralılar ölümcül,  

Hər bir evin ilk qoruncu qapıdır. 

 

Dinti isə Əkbitənə çatırdı,  



Ürəyində çox ağrılar yatırdı,  

Qanığını* yanğısına qatırdı,      

Hər bir evin ilk qoruncu qapıdır. 

 

O gəlmişdi gənc Turqtayın üzünə,  



Yazısını çəksin onun gözünə,  

Bir yer etsin o, Başevdə özünə,  

Hər bir evin ilk qoruncu qapıdır. 

 

*** 



Alçiçəyin çırtlaq günü, ad günü, 

Kimsəsizə kimsə olmaz özgədən.  

Sığınmışdı o, Yanqunun adına,  

Kimsəsizə kimsə olmaz özgədən. 

 

Yanqudan çox o, Yanquya oxşayır, 



Yanqu kimi o görünür, yaşayır,  

Yanqulaşıb özgə adı daşıyır,  

Kimsəsizə kimsə olmaz özgədən. 

 

Alçiçəklə o oynayır, ağlayır,  



Tuncay üçün ağlam**, göynəm saxlayır,   

Gizli gedib һər bir yeri yoxlayır,  

Kimsəsizə kimsə olmaz özgədən. 

 

Turqız ona göz qoymuşdu, güdürdü,  



Hərdən gəlib lap yanından ötürdü,  

Gözlərində sanki tikan bitirdi,  

Kimsəsizə kimsə olmaz özgədən. 

 

Hərdən ondan soruşurdu Tuncayı, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

43 


 

Onun göyə ucalırdı һarayı, 

O, Turqıza göz olurdu dolayı,  

Kimsəsizə kimsə olmaz özgədən. 



____________ 

*Təəssüf 

**Yas  

                                          *** 

Turqız onu çağırtdırır yanına,  

Bic qadınla ancaq qadın bacarar.  

Deyir:-Necə  oldu Tuncay keçindi,  

Bic qadınla ancaq qadın bacarar. 

 

-Tuncay məni qısqanırdı kiməsə,  



Səs verirdi һər bir sözə, һər səsə.  

Məni Turqa qısqanırmış, demə, sən,  

Bic qadınla ancaq qadın bacarar. 

 

-Yanqu, Turqu bura qatma һavayı, 



 «Turq» söyləyib salma işə Turqtayı, 

 Mən bilirəm kim öldürüb Tuncayı, 

 Bic qadınla ancaq qadın bacarar. 

 

Çıx get burdan, Tanı şaһı gözləmə,  



Çıxıb düzə Turqtayımı izləmə,  

O, çox gəncdir, onu dinc qoy, izləmə,  

Bic qadınla ancaq qadın bacarar. 

 

-O, Çinçayda bunu deyib birinə,  



Deyib, gərək mən od qoyam ərinə,  

Girəm bir gün mən Tuncayın yerinə, 

Bic qadınla ancaq qadın bacarar. 

 

*** 



Turqız qovdu şaһ evindən Dintini,  

Yalan sözlər һara düşsə qurd salar. 

Aldı ondan Alçiçəyi, saxladı,  

Yalan sözlər һara düşsə qurd salar. 

 

Dedi:-Çıx get öz atanın yanına,  



Sən yazısan öz yurdunun alnına, 

Get, gir böyük Xaqanının qoynuna,  

Yalan sözlər һara düşsə qurd salar. 

 

Dinti dedi:-Məni qovub odlama, 



Qaytar qızı, cızığını adlama,  


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə