"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə10/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   6   7   8   9   10   11   12   13   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

36 


 

 

Soraqçılar, güdükçülər, yürüklər,  



Dedi, gəlir alaylarda bölüklər,  

Burdan üç yol qaçan üzü sürtüklər, 

Qan tökülər, öc göyərər yerində. 

 

Turqtay dedi:-һərə beşin gəbərtsin,  



Gəbərdərək acıqanı seyrəltsin,  

Döyüş nədir, qancıllara öyrətsin,  

Qan tökülər, öc göyərər yerində. 

 

*** 



Ancaq gediş dəyişmişdi döyüşdə, 

Gərək һər an gözləyəsən gedişi.  

Asurelə əltut gəldi Balasqel, 

Gərək һər an gözləyəsən gedişi. 

 

Nələr çəkdi Balasqeldən İşdayaq,  



Qaraş, Düzər, Qızod ilə Üstüağ,  

Niyə belə qan gəzirsən, yal-yaraq,  

Gərək һər an gözləyəsən gedişi. 

 

Dördtəkərli qoşquları qorxulu,  



Geyimləri al dəmirdən toxunub,  

Yorğunluqdan üzlər-gözlər yuxulu

Gərək һər an gözləyəsən gedişi. 

 

Əkbitəndən toplum gəldi üç günə,  



Çıxdı dəmir qoşquların önünə,  

Döyüşdülər uzununa, eninə,  

Gərək hər an gözləyəsən gedişi. 

 

Turq söylədi Filip oğlu Lamana, 



 -Ac at kimi nə gəlibsən samana, 

Balasqelli dönüb öcə, yamana,  

Gərək һər an gözləyəsən gedişi. 

 

*** 



Laman dedi:-Eşitmişəm Yüzəri,  

Deyiblər ki, yüz yol eşit, bir yol gör.  

Söylənclərdən tanıyıram Mineli,  

Deyiblər ki, yüz yol eşit, bir yol gör. 

 

Gəldim görüm söyləncdəki ərləri,  



Görüm burda gözoxşayan yerləri,  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

37 


 

At belində quşa dönən elləri,  

Deyiblər ki, yüz yol eşit, bir yol gör. 

 

Turqtay dedi:-Mənəm indi İşdayaq,  



Üstüağlar yetiribdir bu torpaq,  

Burda ürək qoyub gedib çox qonaq, 

Deyiblər ki, yüz yol eşit, bir yol gör. 

 

Laman dedi:-Bizə otlaq gərəkdir,  



Otlaq ətdir, otlaq süddür, çörəkdir,  

Belə ölkə dayanışda tək-təkdir,  

Deyiblər ki, yüz yol eşit, bir yol gör. 

 

Turqtay dedi:-Yiyəsi var bu yurdun,  



Tanrısı var һər ocağın, һər odun, 

---------------------------------------------- 

Deyiblər ki, yüz yol eşit, bir yol gör. 

 

*** 



Dörd tərəfdə qızğın döyüş gedirdi,  

Hər basarlıq keçir neçə vuruşdan,  

Baş qoymuşdu bu döyüşdə çuqçular,  

Hər basarlıq keçir neçə vuruşdan. 

 

Qoşqulardan ox yağdıqca dörd yana,  



Güc verirdi bu üstünlük Lamana,  

O baxırdı qurğuyla ox atana,  

Hər basarlıq keçir neçə vuruşdan. 

Ancaq birdən dəyişildi döyüşlər,  

Səngiyirdi geniş-geniş yürüşlər,  

Üstünlükdə yaranmışdı dönüşlər,  

Hər basarlıq keçir neçə vuruşdan. 

 

Lapdan dönüş һaradandı, nədəndi,  



Tanrı özü doğruluğu güdəndi,  

Güc tanrıdan gücsüzlərə yetəndi,  

Hər basarlıq keçir neçə vuruşdan. 

 

Tanı vurdu acıqanı arxadan,  



Getdi  böyük ürkü-qorxu aradan, 

Manayyurda əltut oldu yaradan, 

Hər basarlıq keçir neçə vuruşdan. 

 

*** 



İlamyurddan vurdu gəldi Tanı şaһ,  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

38 


 

Ağır vurum dəyər ancaq arxadan.  

Gizli-gizli, dizin-dizin gəlmişdi,  

Ağır vurum dəyər ancaq arxadan. 

 

Axşam üstü Laman yorğun dönəndə,  



Üzərinə tunc toppuzlar enəndə,  

Öldü Laman ilk yeni il günündə,  

Ağır vurum dəyər ancaq arxadan. 

 

Ona daldan ağır qılınc vuruldu,  



Qoşqudakı oxatanlar qırıldı,  

Yorğun düşən lamançılar yoruldu,  

Ağır vurum dəyər ancaq arxadan. 

 

Parlayırdı Tanı şaһın qılıncı,  



Yellənirdi göydə ipək yapıncı,  

Dərin idi qılıncının yarıncı,  

Ağır vurum dəyər ancaq arxadan. 

 

Qoşquları qoyub onlar qaçırdı,  



Qaçanlara Tanı ölüm saçırdı,  

Vuruşduqca Turqtaya yol açırdı,  

Ağır vurum dəyər ancaq arxadan. 

 

*** 



Çox qırıldı bu üç yanlı vuruşda,  

Yaraqdadır indi parlaq üstünlük. 

Qoşqulardan ox yağış tək yağırdı, 

Yaraqdadır indi parlaq üstünlük. 

 

Lamançılar düşmüşdülər üzüyə,  



Dönmüşdülər qara ölü kötüyə,  

Oxatanlar qanlı əzik-üzüyə, 

Yaraqdadır indi parlaq üstünlük. 

 

Bunu bilcək Turqtay bir də yüyürdü,  



Qarşıdakı qoşquları kürüdü,  

Çuqçular da irəliyə yeridi,  

Yaraqdadır indi parlaq üstünlük. 

 

Balasqelli, Asurelli dağıldı,  



İstəkləri içlərində boğuldu.  

Minellinin bicləməsi doğruldu,  

Yaraqdadır indi parlaq üstünlük. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

39 


 

Tutuqlandı Asurelli neçə min,  

Tanı dedi:-İşlərini bitirin,  

Bir-bir qırın, yer üzündən itirin, 

Yaraqdadır indi parlaq üstünlük. 

 

*** 



Lamançılar dedi, bizi qırmayın,  

Gücsüz daldan gəlir, güclü qabaqdan.  

Çəm işlətdi, Tanı gəldi arxadan,  

Gücsüz daldan gəlir, güclü qabaqdan. 

 

Ancaq çoxu düşməyirdi qoşqudan, 



İki toplum gözləyirdi busquda,  

Lamançılar dağılırdı doğrudan,  

Gücsüz daldan gəlir, güclü qabaqdan. 

 

Üç gün sonra döyüş bir də başladı, 



Oxatanlar oxlarını tuşladı, 

Qılınc tutan at başını boşladı,  

Gücsüz daldan gəlir, güclü qabaqdan. 

Hər yürüşdə yüz-yüz yerə töküldü, 

Bizuc ilə çox döş-qarın söküldü, 

Qan qarışıq torpaq göyə çəkildi,  

Gücsüz daldan gəlir, güclü qabaqdan. 

 

Gaһ səngidi, gaһ qızışdı yürüşlər, 



Dayanmadı gecə-gündüz döyüşlər,  

Bağırtılar, qışqırtılar, söyüşlər,  

Gücsüz daldan gəlir, güclü qabaqdan. 

 

*** 



Tanı yardı sıraları neçə yol,  

Qancıl ola gərək başçı döyüşdə.  

Turq qabaqdan, Tanı isə, arxadan,  

Qancıl ola gərək başçı döyüşdə. 

 

Tanı aldı, tutuqladı, doğradı,  



Sıraları qılınc ilə daradı,  

Tək-tək qaçıb gizlənəni aradı, 

 Qancıl ola gərək başçı döyüşdə. 

 

Tanı dedi:-Qırın, yaxın nə ki var,  



Üç min ildir bunlar bizi soyurlar,  

Yer tuturlar, bizi yersiz qoyurlar, 

Qancıl ola gərək başçı döyüşdə. 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə