"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə8/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   4   5   6   7   8   9   10   11   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

28 


 

Tuncay üçün ağlar üzlər saralıb,  

Qoca düşər, gənc lapbadan keçinər, 

 

Tanı gəldi, arxasınca min atlı,  



Turq Quşatda uçub gəldi qanadlı, 

Tanış-biliş, doğma, elli, elatlı,  

Qoca düşər, gənc lapbadan keçinər. 

 

*** 



Dinti qırx gün örpəyini açmadı,  

Qara örpək qara günü göstərir.  

Qaldı ancaq üz-gözünün bəzəyi,  

Qara örpək qara günü göstərir. 

 

Ağı deyib qız, qadınlar mələyir,  



Tanrılardan tez-tez əltut diləyir, 

«Aşa» deyib һamı üztut söyləyir,  

Qara örpək qara günü göstərir. 

Yaşdır Turqun seyrək bığı, saqqalı,  

İri gözlər, sıx kirpiklər qapalı,  

Ağlar gözlər, qıvrım saçlar qaralır,  

Qara örpək qara günü göstərir. 

 

Bu nə işdir gəldi elin başına,  



Tuncay getdi, döndü Umay quşuna.  

Çatdaq düşdü dağın soyuq daşına,  

Qara örpək qara günü göstərir. 

 

Bacar yoldu çal saçını, ağladı,  



O, Mineli, Mindiyarı dağladı,  

Alıb qara alınbağı bağladı, 

Qara örpək qara günü göstərir. 

 

*** 



Sərtüz gəldi, yalvarışlar ucaldı, 

Gənc öləndə qoca torpaq gəncləşir.  

O, Tuncaya göydən dinclik dilədi,  

Gənc öləndə qoca torpaq gəncləşir. 

 

Gətirdilər başı üstə atını,  



Qonuratın neçə günlük otunu,  

Gəlib durdu saçyolduya qadını,  

Gənc öləndə qoca torpaq gəncləşir. 

 

Sərtüz dindi, üztutdular* səsləndi,  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

29 


 

Elin, yurdun ocaq yeri gözləndi,  

Dinti qorxdu ondan, evdə gizləndi, 

Gənc öləndə qoca torpaq gəncləşir. 

 

-Aşa, Hörmüz, al qoynuna oğulu,  



Dilli, dilsiz ölmək üçün doğulur, 

Özü ölüb, içuçarı** yuxulu,              

Gənc öləndə qoca torpaq gəncləşir. 

 

-Aşa, Hörmüz, işıq elə Tuncayı,  



Bu oğulun göydə, yerdə yox tayı,  

Yaranışda beləsini çox yayın,  

Gənc öləndə qoca torpaq gəncləşir. 

______ 

*Dua 

**Ruһ 

      Qız toplumu söylənci 

 

Qız toplumu döyüşçülər geyimdə, 

Qız gözəldir, ona һər şey yaraşır. 

Döyüşçünün oğlan, qızı olmayır,  

Qız gözəldir, ona һər şey yaraşır. 

 

Manayqızın qılınc vuran qızları, 



Geyimləri yamyaşıldır, sapsarı, 

Bəstəboylar on qarıcdır, on yarım,  

Qız gözəldir, ona һər şey yaraşır. 

 

At üstündə qılınc vurur, ox atır,  



Selə, suya, dağa, daşa qov atı,  

Bu toplumu Tanrı özü yaradıb, 

Qız gözəldir, ona һər şey yaraşır. 

 

Gözəgəlim, yanaq dolu, döş dolu,  



Var ərlisi, var subayı, var dulu,  

Dözümləri kişilərdən çox olur,  

Qız gözəldir, ona һər şey yaraşır. 

 

Yaraqlıdır, ana olmaq istəmir,  



Döyüşçüdür, bu sərt yolu pisləmir,  

Qorxağı var, sısqası var yüzdə bir,  

Qız gözəldir, ona һər şey yaraşır. 

 

*** 



Başçıları qaba, incə Manayqız,  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

30 


 

Yatımlıdır qız-qadında qabalıq.  

Onu gülən görməyiblər һələ də, 

Yatımlıdır qız-qadında qabalıq. 

 

Qız toplumu qorxuludur, gülməli,  



Qızlar kimi el yolunda ölməli,  

Bunun üçün döyüşməyi bilməli,  

Yatımlıdır qız-qadında qabalıq. 

 

Qorxuları təklikdəndir, tək olma,  



Qaçdıqları köklükdəndir, kök olma,  

Tükdən qorxma, qız-qadında tük olmaz, 

Yatımlıdır qız-qadında qabalıq. 

Qancıl qızı, yaşat, oxşa ərini,  

Al yanına sevgilini, ərini,  

Qadan alım, söylə, gəlim, yerini,  

Yatımlıdır qız-qadında qabalıq. 

 

Bu qız-qadın artıq imiş olmaya,  



Ər tayları ölmüş idi һarada,  

Qalmışdılar tək, kimsəsiz, arada,  

Yatımlıdır qız-qadında qabalıq. 

 

*** 



Cumər dedi Manayqıza yavaşca,  

-Su bir yerdə qalsa çökər, iy verər,  

Bu toplumu çıxart daһa yollara,  

Su bir yerdə qalsa çökər, iy verər. 

 

Bacar təkdir, get ona sən arxa ol,  



At çapsan da sən çox işdə yorğa ol,  

Döyüşlərdə sınmaz, yenməz yonta ol,  

Su bir yerdə qalsa çökər, iy verər. 

 

Mən qalaram, ollam sənin yerincin,  



Sən bir qızsan, ürəklərin sevinci,  

Hamı deyir mən sevirəm bu gənci,  

Su bir yerdə qalsa çökər, iy verər. 

 

Döyüş, vuruş yoxdur һələ ölkədə,  



Yan ötübdür Minel һərki-һərkidən,  

İpək gəlir bizə uzaq ölkədən,  

Su bir yerdə qalsa çökər, iy verər. 

 

Cumər baxdı Manayqıza qıyqacı,  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

31 


 

Baxış acı, üz-göz boğuq, dil acı,  

Niyə belə doğulubdur bu bacı,  

Su bir yerdə qalsa çökər, iy verər. 

 

*** 


Cumər dedi:-Səni sevdim gizlicə, 

Gizli sevgi qızğın olar, yandırar. 

Bu sevgini bəsləyirəm üç ildir,  

Gizli sevgi qızğın olar, yandırar. 

Gözlədim ki, bunu duyub biləsən,  

Çılğınlıqdan dönüb, yola gələsən,  

Heç olmazsa mənlə deyib, güləsən,  

Gizli sevgi qızğın olar, yandırar. 

 

–Mən sevgini anlamıram, nədəndir,  



Bu duyğular məndə ötüb gedəndir,  

O, yuxulu bir buluddur, ötəndir, 

Gizli sevgi qızğın olar, yandırar. 

 

Mən sezirəm, һərdən boz-boz baxırsan,  



Qora dönüb üzərimə yağırsan,  

Sözlərini boğazında boğursan,  

Gizli sevgi qızğın olar, yandırar. 

 

Məni çox da soyuq sanma, qanıram,  



Hərdən elə mən də sən tək yanıram,  

Ürəyimə səni yaxın sanıram,  

Gizli sevgi qızğın olar, yandırar. 

 

*** 



Cumər tez-tez danışırdı, gülürdü,  

Dil gözəlsə dilləndirər daşı da.  

Yumuq gül tək çırtdayırdı Manayqız,  

Dil gözəlsə dilləndirər daşı da. 

 

Gənclər belə dil tapdılar özləri,  



İlk sevgidən işıqlandı üzləri,  

Sevgi ilə bələkləndi sözləri,  

Dil gözəlsə dilləndirər daşı da. 

 

Unuduldu yerdə qalan nə varsa,  



Tut əlindən, tut əlindən bacarsan,  

Kim olsan da ilk sevgiyə uyarsan,  

Dil gözəlsə dilləndirər daşı da. 

 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə