*
dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı;
*
dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə
keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu
vəzifəsindəki qulluq stajı;
*
məhkəmə və ya müvafiq səlahiyyətli orqan
tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi
buraxma dövrü;
*
dövlət qulluğu vəzifəsinə qəbul edilmiş dövlət
qulluqçunun həmin vəzifədə sınaq müddəti;
*
dövlət qulluğu vəzifəsinə və əmək haqqının
saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət
qulluğundan ayrıldığı müddət;
*
əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət
ödənişli məzuniyyət dövrləri.
*
Bu bənddə nəzərdə tutulmayan digər fasilələr dövlət
qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
8.
Dövlət qulluqçusunun qulluq stajının hesablanması
onun qulluq etdiyi dövlət orqanı tərəfindən həyata keçirilir.
9.
Dövlət qulluqçusunun qulluq stajı müəyyənləş-
dirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik,
icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən;
Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə
1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya
orqanlarında iş müddəti də daxil edilir.
10.
Dövlət qulluğunda qulluq stajı haqqında sənəd
dövlət qulluqçusunun əmək kitabçası hesab edilir.
11.
Bu Qaydaların 7-ci və 9-cu bəndlərinin tətbiqi
zamanı yaranmış fikir ayrılığı Azərbaycan Respublikasının
5 7 -
Dövlət Qulluğunu İdarəetmə Şurası tərəfindən aradan
qaldırılır.
12.
Dövlət qulluqçusuna qulluq stajına görə verilən
əlavə haqq orta əmək haqqı hesablanarkən nəzərə almır.
İnzibati vəzifələrin təsnifat toplusuna vəzifələrin
ixtisas dərəcələri, adları, dərəcələr üzrə bölgü və vəzifələrin
tutulması şərtləri haqqında məlumatlar daxildir.
İnzibati
vəzifələrin
təsnifat
toplusu
dövlət
orqanlarının ştat cədvəlinin yaradılması və dövlət
qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün
əsasdır.
İnzibati vəzifələrin təsnifat toplusunu Azərbaycan
Respublikasının Prezidenti müə
3
^ən edir.
İnzibati vəzifələr sahəsində ixtisas tələbləri vəzifə
iddiasında olan şəxsin səriştəsinin müəyyən edilmiş
funksiyalara uyğunluğunu təmin edir.
Vəzifə iddiasında olan şəxs üçün aşağıdakılar
vacibdir:
*
profilli ali təhsilin olması, başqa ali təhsil olduqda
isə hazırlığı dəyişdirib inzibati vəzifənin profilinin
öyrənilməsi;
*
profilli orta təhsilin olması, başqa orta təhsil və ya
ümumi orta təhsil olduqda isə hazırlığı dəyişdirib inzibati
vəzifənin profilinin öyrənilməsi;
İnzibati vəzifələr sahəsində başqa tələblər
qanunvericilik aktlarında və vəzifə təlimatında müəyyən
edilir. Yardımçı vəzifələr sahəsində tələblər vəzifə
təlimatında və əmək müqaviləsində (kontraktda ) müəyyən
edilir.
Əvvəl qeyd edildiyi kimi dövlət qulluqçusu “Dövlət
qulluğu haqqında” Qanunla müəyy'ən edilmiş qaydada
maaşlı dövlət qulluğu vəzifələrini tutan və Azərbaycan
-
58
-
4
4
Respublikasına sadiq olacağına and içən Azərbaycan
Respublikasının vətəndaşıdır.
*
Hakimiyyət nümayəndələri - bu elə qulluqçulardır
ki, onların təşkilati və xidməti tabeçiliyində olmayan fiziki
və hüquqi şəxslər barəsində icrası mütləq olan qərarların
qəbul edilməsi və hüquqi - hakimiyyət tələblərinin təqdim
edilməsi hüququna malikdirlər (polis əməkdaşları, məhkəmə
icraçılan və s.).
*
Funksional işçilər (mütəxəssislər) - bu növ dövlət
qulluqçuları bu və ya digər idarəçilik qərarlarının
hazırlanması ilə bağlı olan funksiyaların həyata keçirilməsi
üzrə səlahİ
5
^ətlərə malik olan və xüsusi bilik və ya peşə
fəaliyyətinin yerinə yetirilməsini tələb edən mütəxəssislər
qismində çıxış edirlər.
Birinci qrup mütəxəssislərə - müxtəlif sahələr üzrə
biliklərə malik olan məsləhətçilər və müşavirlər aiddirlər.
Onlar təşkilati - sərəncamverici funksiyaları bilavasitə həyata
keçirmirlər. Lakin onların məsləhətləri, rəyləri, tövsiyələri və
s. sözsüz ki, hüquqi əhəmiyyətə malikdirlər və hüquqi
nəticələr yaradırlar.
İkinci qmp mütəxəssislərə - xüsusi biliklərə malik olan
bilavasitə hüquqi nəticələr yarada bilən hərəkətlər törətmək
səlahiyyətinə malik olan vəzifəli şəxslər aiddirlər. Belə
vəzifəli şəxslərə müəllimlər (tələbəyə imtahan qiymətləri
verir), həkimlər (xəstəlik vərəqəsi verə bilər) və s. vəzifəli
şəxslər aiddir.
Yardımçı heyətə (tərkibə) - fəaliyyətləri bir qayda
olaraq hüquqi nəticə yaratmayan dövlət qulluqçuları
aiddirlər. Onlar maddi — texniki əməliyyatlar törədirlər,
yəni rəhbərlərin, inzibati hakimiyyət nümayəndələrinin,
mütə
59
Dostları ilə paylaş: |