Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə25/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   21   22   23   24   25   26   27   28   ...   90

göndərməmişəm, həm də şəxsən ona heç vaxt məktub yazmamışam. 
Sual:  Nə  vaxtsa  Məmməd  Xan  evinizə  və  xidməti  yerinizə 
gəlibmi və bu vizit nə ilə bağlı olub? 
Cavab: Heç vaxt Məmməd Xan mənim mənzilimə və xidmət 
vaxtı  iş  yerimə  gəlməyib.  O,  mənimlə  evdə  və  iş  yerində  söhbət 
etməyib. 
Sual: Elə bir hal olubmu ki, siz Əbdüləli Babayev vasitəsilə 
Məmməd Xana məktub göndərəsiniz və ona deyəsiniz ki. Məmməd 
Xan bu məktub barədə bilir? 
Cavab: Belə halı xatırlamıram və mənə elə gəlir ki, belə hal 
olmayıb. 
Sual: Sizin  İranda hansısa şəhərdə həkim tanışınız varmı və 
siz onunla məktublaşırsınızmı? 
Cavab:  Təsadüfən  İranda  mənim  nə  vaxtsa  tanıdığım  Bakılı 
həkim Axundov Əbdül Saleh yaşayır. Ancaq mən onunla və başqa 
həkimlərlə heç vaxt yazışmamışam. 
M.Y.Cəfərovdan onlardan tələb edilən e’tirafları ala bilməyən 
FK  işçiləri  digər  vasitələrə  əl  atır,  onu  əvvəlcədən  təşkil  olunmuş 
ssenari üzrə bir neçə şəxslə üzləşdirirlər. 
Belə  üzləşdirilmələrdən  birincisi  Babayev  Əbdüləli  ilə 
aparılır. 
“Sual:  Babayev,  deyin  M.Y.Cəfərov  Hacı  Əli  Əhməd 
Kesmaini  tanıyırmı  və  əgər  tanıyırsa,  onlar  hansı  şəraitdə  və  nə 
zaman tanış olublar? 
Cavab:  Cəfərov  Hacı  Əli  Əhmədi  tanıyır.  Belə  ki,  sonuncu 
mənimlə birgə Cəfərovun mənzilində 3 dəfə olub. 
Sual:  Hacı  Əli  Əhmədin  Cəfərovun  mənzilində  cəmi  3  dəfə 
olub, sonra onun mənzilinə gəlişini kəsməsi nə ilə bağlıdır? 
Cavab: Mən ondan Cəfərovun razılığı ilə yenə onun mənzilinə 
gəlməsini  xahiş  etdim.  Ancaq  o,  razılaşmadı  və  bunu  Cəfərovla 
tamam başqa-başqa siyasi görüşlərin sahibi olduqları ilə izah etdi. 
Sual  M.Y.Cəfərova:  Siz  qarşınızda  oturan  şəxsi  tanıyırsı- 
nızmı? 
Cavab: Bu Əbdül Əli Babayevdir. 
79 


Sual:  Cəfərov  deyin,  Babayev  sizin  Hacı  Əhməd  Kesmaini 
yaxşı tanıdığınızı, onun sizin mənzilinizdə Babayevlə birgə 3 dəfə 
olduğunu, yenə gəlməsinə icazə versəniz də onun daha gəlmədiyini 
doğrumu deyir? 
Cavab: Babayev yalan danışır, mən Hacı Əhmədi tanımıram, 
o heç vaxt mənim evimdə olmayıb və Babayevi mən heç vaxt onun 
dalınca göndərməmişəm. 
Sual: Babayev doğrumu deyir ki. Hacı Əhməd sizin mənzilə 
gələndə  aranızda  siyasi  mövzudu  söhbət  olub  və  Babayev  sizin 
adınızdan  ondan  xahiş  etsə  də,  Kesmai  sizin  təmayülünüzü 
aşkarhdığı üçün daha mənzilinizə gəlməyib. 
Cavab:  Qəti  etiraz  edirəm.  Mən  heç  vaxt  heç  kimi  Hacı 
Əhmədin yanma göndərməmişəm və o, mənim mənzilimə gəlməyib, 
onunla heç vaxt, heç bir mövzuda söhbət etməmişəm. 
Sual: Babayev, Cəfərovun mənzilində qonaqlar olanda həmin 
qonaqlıqda hansı tostlar deyilirdi və iştirak edənlərdən kim hansı tost 
deyirdi? 
Cavab:  İştirak  edənlərin  hər  birinin  sağlığına  tostlar 
deyilməklə barəbər, belə hal olmuşdu ki. Əli Əsədullayev Məmməd 
Əmin  Rəsulzadənin  sağlığına  tost  demişdi.  Həmçinin  gələcək 
nazirlərin  sağlığına  tost  deyilmişdi.  Ancaq  sonuncq  sağlığı  kimin 
dediyini  xatırlamıram.  Bu  sağlıqlar  ev  sahibi  Məmməd  Yusif 
Cəfərovun  yanında  deyilmişdi  və  o,  tosta  cavab  olaraq  badəsini 
axıradək içdi. 
Sual: Babayevin tost barəsində dedikləri həqiqətdirmi? 
Cavab: Mənim evimdə kimsə tərəfindən belə tost deyilməyib
Babayev yalan danışır. 
Sual:  Babayev,  siz  Hacı  Əhmədlə  Cəfərovun  mənzilində 
olarkən orada daha kim vardı və onlar nədən söhbət edirdilər və bu 
söhbət çoxdanmı gedirdi? 
Cavab:  Mən  Hacı  Əhmədlə  Cəfərovun  mənzilində  olarkən 
orada  Cəfərovun  daha  iki  qardaşı  Aleksandr  və  Məmmədcəfər  də 
vardı. Onlar öz aralarında birinci iki gecə İranda inqilabi dövr və bu 
hadisələrdə  Hacı  Əhmədin  oynadığı  rol  haqqında  danışırdılar, 
üçüncü gün də eyni xarakterli söhbətlər oldu. Sonuncu 
80 


gecə mən tez-tez çıxırdım, ona görə dəqiq bilmirəm. Hacı Əhmədlə 
Cəfərovun söhbəti gecə yansma qədər çəkdi. 
Sual; Babayev düzmü deyir? 
Cavab;  Yalan  danışır,  təkrar  edirəm  Hacı  Əhməd  heç  vaxt 
mənim evimdə olmayıb. 
Sual;  Babayev,  Məmməd  Yusif  Cəfərov  İran  konsulunu 
tanıyırdımı?  Məmməd  Xanı  onun  mənzilində,  yaxud  xidməti 
yerində görmüsünüzmü və siz Məmməd Yusifdən Məmməd Xana 
hansısa məktub aparmısmızmı, əgər aparmısmızsa, nə məqsədlə? 
Cavab;  Cəfərov  Məmməd  Xanı  yaxşı  tanıyır,  mən  hətta 
Məmməd  Xanı  Sənaye  Ticarət  nazirliyində  işləyəndə  onun 
kabinetində  görmüşəm.  Mən  də  İranda  hansısa  Xəlif  adlı  həkimə 
göndərilməli olan məktubla Məmməd Xanın mənzilində olmuşam. 
Sual;  Siz  Babayevin  Məmməd  Xana  İrana  göndərmək  üçün 
məktub  göndərməyinizlə  bağlı  ifadəsi  ilə  əlaqədar  nə  deyə 
bilərsiniz? 
Cavab; Yadıma sala bilmirəm. Ola bilər ki. Məmməd Xanın 
hansı  məsələ  ilə  bağlısa  mənim  mənzilimdə  olması  mümkündür. 
Ancaq  mən  Əbdüləli  vasitəsilə  Məmməd  Xana,  İrana  hansısa 
həkimə  çatdırmaq  üçün  heç  vaxt  məktub  göndərməmişəm. 
Ümumiyyətlə,  Məmməd  Xan  vasitəsilə  xariclə  heç  bir  yazışma 
apannamışam və buna qəti e’tiraz edirəm. 
Sual;  -  Babayevin  sizinlə  hər  hansı  düşmənçiliyi  yoxdur  ki, 
yaxud sizinlə şəxsi zəmində haqqınızda yalan danışır. 
Cavab;  -  Babayevin  bir  ildən  artıq  qadağan  etməyimə  görə 
evimə gəlməməsi ola bilər ki, tə’sir göstərib və o, bu zəmində mənə 
şər atır və güman edir bununla özünü xilas edir.” 
M. Y.Cəfərovun növbəti üzləşdirilməsi Hacı Əhmədlə olur. 
“Sual;  -  Kesmai  siz  qarşınızda  oturan  şəxsi  nə  qədər 
müddətdir tanıyırsınız və əgər tanıyırsınızsa, onunla hansı şəraitdə 
tanış olmusunuz? 
Cavab; - Qarşımda oturan şəxs Məmməd Yusif Cəfərovdur və 
mən onunla 1922-ci  ilin payızında tanış  olmuşam. Axşam  yanıma 
gələn  yaşadığım  mənzilin  sahibi  Əbdüləli  Babayev  bildirdi  ki. 
Məmməd  Yusif  Cəfərov  məni  öz  evinə  dəvət  edir.  O,  məni 
Babayevlə birgə küçədə görübmüş. Mən Babayevlə birlikdə 
81 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə