Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə21/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   17   18   19   20   21   22   23   24   ...   90

Belə  məsələlərə  əsas  etibarı  ilə  respublikalar  arasındakı 
qarşılıqlı  münasibətlərin  aydınlaşdıniması,  ərazi  məsələlərinin  tam 
həll edilməsi daxil idi. Həmin mübahisəli məsələlərin həlli yollarının 
tapılmasında  ADR  rəhbərlərinin  göstərdikləri  bütün  sə’ylər, 
nümayiş  etdirilən  müdriklik  qarşı  tərəfdən  lazımi  səviyyədə 
qiymətləndirilmədiyi  üçün  Qafqazda  ümumi  sülhü  bərpa  etmək 
ümidləri reallaşmadı. 
Zaqafqaziya  respublikalan  hökumətlərinin  həmin  məsələləri 
həll  etməyə  cəhd  göstərdikləri  hallardan  biri  Tiflisdə  çağınimış 
Zaqafqaziya konfransı idi. Bu konfransda o vaxtadək həll edilməmiş 
məsələlər  çözülməli  və  Zaqafqaziya  respublikalan  arasında 
mehriban qonşuluq münasibətlərini bərqərar etmək üçün ümumi bir 
konsepsiya  hazırlanmalı  idi.  Təəssüf  ki,  siyasi  vəziyyətin 
kəskinləşməsi konfransa öz işini başa çatdırmağa imkan vermədi və 
məsələlərin çoxu, xüsusi ilə də, əsas ərazi məsələləri, Azərbaycanla 
Ermənistan  arasındakı  sərhəd  münaqişələri  həll  edilməmiş  qaldı. 
Nəticəsiz  konfransdan  bir  neçə  həftə  keçməmiş  erməni  hərbi 
hissələri  ilə  23  noyabr  1919-cu  ildə  amerikalıların  vasitəsilə  saziş 
imzalandı.  Sazişə  Azərbaycan  və  Ermənistan  hökumətlərinin 
başçıları N. Yusifbəyli və Xatisyan, habelə təminatçı  sifətilə ABŞ 
nümayəndəsi,  müttəfiqlərin  Ali  komissarının  müavini  C.Rey  və 
Gürcüstanın  Xarici  İşlər  naziri  E.Gekeçkori  qol  çəkdilər.  Beş 
maddədən ibarət olan Sazişdə aşağıdakılar razılaşdınimışdı: 
1 .Ermənistan və Azərbaycan hökumətləri hazırda baş verən 
toqquşmalan dayandırmağı və yenidən silahın gücünə əl atmamağı 
öhdələrinə götürürlər. 
2.
 
Ermənistan  və  Azərbaycan  hökumətləri  Zəngəzura  gələn 
yollann düzəldilməsi  və  açılması, onlarla dinc hərəkət  üçün təsirli 
tədbirlər görülməsini razılaşdırırlar. 
3.
 
Ermənistan və Azərbaycan hökumətləri sərhədlər haqqında 
məsələlər də daxil olmaqla bütün mübahisəli məsələləri dinc sazişlər 
yolu ilə həll etməyi öhdələrinə götürürlər. 
Ancaq necə deyərlər bağlanmış sazişin mürəkkəbi qurumamış 
ermənilər onun şərtlərini kobud surətdə pozaraq 
67 


yenidən  Zəngəzura  hücum  etdilər  və  1920-ci  ilin  əvvəlində  26 
azərbaycanlı kəndini dağıdıb əhaliyə divan tutdular. 
Zəngəzurda  hərbi  əməliyyatlan  yenidən  genişləndirilməsi 
nəticəsində  noyabrın  sonları  və  dekabrda  bölgənin  azərbaycanlı 
əhalisi  xüsusi  qəddarlıqla  məhv  edilməyə  başlandı.  Artıq  bir  ilə 
yaxın  müddət  ərzində  ermənilərin  mühasirəsi  şəraitində  yaşayan 
Oxçudərəsi (ətraf ərazilərdəkilərlə - Gığıdərəsi və s. ilə birlikdə 24 
kənd)  əhalisi  onlan  gözləyən  təhlükə  barədə  dəfələrlə  Qarabağ  və 
Naxçıvan  general-qubernatorlarına,  rəsmi  Bakıya  müraciət 
etmişdilər.  Noyabrın  19-da  Oxçuya  gələn  komissar  Hamazaspm 
ardınca  kəndi  mühasirəyə  alan  200  əsgər  əhalini  karvansaraya  və 
həyətə toplayıb vəhşiliklə qırmışdılar. 1400 nəfərə qədər əhali təkcə 
bu  böyük  kənddə  məhv  edilmişdi.  ADR  XİN-nin  Ermənistanın 
müvafiq  nazirliyinin  rəhbərliyinə  verdiyi  1919-cu  il  29  noyabr 
tarixli  notada  23  noyabr  sazişinə  əsasən  iki  dövlətin  qoşunları 
arasında  hərbi  əməliyyatların  dayandırılmalı  və  bütün  mübahisəli 
məsələlərin  ikitərəfli  konfransın  müzakirəsinə  verilməli  olduğu 
xatırladılırdı.  Burada  həmçinin  erməni  hərbi  hissələrinin  sazişə 
məhəl qoymadan Zəngəzurda məlum hadisələri törətmələri, habelə 
Dərələyəz  qəzasında  da  xeyli  kəndi  dağıtmaları,  bölgələrə  silahlı 
qüvvələr  gətirilməsini  davam  etdirmələri  bildirilir,  bu  hallann 
qarşısının alınması tələb olunurdu. 
Vəziyyətin  getdikcə  təhlükəli  şəkil  aldığını  görən  ADR 
hökuməti  -  Baş  nazir  N.Yusifbəyli  Haskelə  və  Uordropa 
ünvanladığı 1919-cu il 14 dekabr, xarici işlər naziri isə altı ünvana 
Reyə  (Haskelə),  Uordropa,  Fransa  və  İtaliyanın  Qafqazdakı  hərbi 
nümayəndələrinin  başçılarına,  habelə  Gürcüstan  Xarici  İşlər 
nazirinə  və  Tiflisdəki  nümayəndəmiz  Vəkilova  göndərdiyi  10 
dekabr  teleqramlarında  bildirirdilər  ki,  Azərbaycan  23  noyabr 
sazişinə müvafiq olaraq öz hərbi hissələrini Zəngəzurdan çıxartdığı 
halda,  Ermənistan  nəinki  nizami  qoşunlarını  bölgədən  apanmş, 
əksinə  əlavə  və  yeni  qüvvələr  gətirməklə  döyüş  əməliyyatlarını 
davam  etdirmiş,  dinc  əhalinin  bir  qismini  qırmış,  digərlərini  isə 
qovmuşdur. 
Bütün  bunları  müttəfiqlərin  nümayəndələrinin  nəzərinə 
çatdıran hökumət həm də qısa müddətdə Zəngəzurdakı erməni 
68 


silahlı  dəstələrinin  tərksilah  olunması  üçün  oraya  amerikalı 
zabitlərdən ibarət komissiya göndərilməsini xahiş edir, öz əhalisinin 
taleyinə  qətiyyən  biganə  qalmayaraq  müvafiq  konkret  tədbirlər 
görəcəyini bildirirdi. 
Yeri  gəlmişkən,  belə  bir  fakta  Azərbaycan  oxucusunun 
diqqətini  bir  daha  yönəltmək  istərdik  ki,  Cümhuriyyət  dövründə 
Azərbaycan  Respublikası  114  min  kv  km.  əraziyə  malik  idi. 
Doğrudur, həmin ərazinin yalnız 97, 3 min kv kilometri mübahisəsiz 
ərazilər sayılırdı. 
Azərbaycan 
hökumətinin 
yerli 
müsəlman 
əhalinin 
müdafiəsinin  təşkili  sahəsindəki  haqlı  tələbləri  ilə  razılaşsalar  da, 
bunu  açıq  şəkildə  bildirməkdən  çəkinən  müttəfiq  qoşunlar 
komandanlığının  nümayəndələri  tərəfindən  bəzi  təkliflər  irəli 
sürülürdü.  Belə  təkliflərdən  birinin  müəllifi  polkovnik  Haskel  26 
sentyabr 1919-cu ildə xarici işlər naziri M. Y.Cəfərova Naxçıvan və 
Şərur-  Dərələyəz  dairələrinin  neytral  zona  yaradılması  üçün  onun 
tabeliyinə verilməsini təklif etmişdi: “Naxçıvan və Şərur- Dərələyəz 
dairələrini  əhatə  edən  neytral  zona  yaradılmaymca  mənim 
tərəfimdən  general  Denikinlə  neytral  zonanın  yaradılması,  yaxud 
digər  məsələlərin  həlli  üçün  heç  bir  addım  atılmayacaqdır.  Həmin 
neytral zonanın yaradılması barədə şərtlər tərəfimdən bu gün Tiflisdə 
olan  Azərbaycanın  hərbi  nazirinə  təqdim  olunmuşdur.  Şərtlərin 
qəbul edilməsi barədə teleqramı gözləyirəm”. 
Bir gün sonra AR-in Gürcüstandakı diplomatik nümayəndəsi 
Vəkilovun  Şərur  və  Naxçıvan  rayonlarında  neytral  zonanın 
yaradılması  barədə  polkovnik  Haskellə  söhbət  haqqındakı 
məlumatında deyilirdi : “Dünən, sentyabrın 26-da mən hərbi nazirlə 
birlikdə  Haskelin  yanında  oldum.  Mehmandarov  ondan  İtaliyaya 
sursat  alınması  məqsədilə  nümayəndələr  göndərilməsi  işində 
köməklik göstərməsini xahiş etdi. Söhbət zamanı Haskel qəti şəkildə 
bildirdi  ki,  o,  yalnız  o  halda  köməklik  göstərər  ki,  Azərbaycan 
hökuməti  öz  tərəfindən  Şərur  və  Naxçıvan  rayonlarında  neytral 
zonanın  yaradılmasını sürətləndirsin. Eyni zamanda Hsakel Sizdən 
Dağıstanda  neytral  zona  yaradılması  ilə  bağlı  aldığı  teleqramı 
göstərdi. Bütün söhbət ərzində məlum oldu 
69 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə