protokolu nədənsə istintaq işinə əlavə etməmişlər. Görünür həmin
dindirmənin qeyri-rəsmi xarakter daşıdığı nəzərə alınmışdır.
Milli tariximizin bir parçası olduğunu nəzərə alaraq,
M.Y.Cəfərovun birinci və sonrakı dindirilmə protokollanndan bəzi
məqamları olduğu kimi çatdırmaq istəyirəm: “Sual: Siz Az. FK- nm
sədri yol. Bağırovun mənzilində 28 dekabrda sədr müavini
Qaber-Kom, Qorovçenkonun yanında dediyiniz sözləri təsdiq
edirsinizmi?
Cavab: Tam təsdiq edirəm.
Sual: Həmin sözləri təkrar edin.
Cavab: İki nəfər müsavatçının Bakıdan İrana yola
salınmasında iştirakım olduğunu qəti inkar edirəm. Xarici
missiyalarla əlaqəm olduğunu, mənzilimdə yığıncaqlar keçirdiyimi,
kiməsə müxtəlif kağızlar və əşyalar olan zənbili saxlamağa
verməyimi inkar edirəm.
Sual: Babayev Əbdüləli və Məmməd Əli, Hacı Əhməd və
Əmirbəy Məşədi Əli Ağa oğlu adlı şəxslər sizə tanışdılarmı?
Cavab: Babayev qardaşlarını uşaqlıqdan tanıyıram. Son
vaxtlar Əbdüləli mənim yanımda hələ Tiflisdə olarkən xidmət edib.
Mən Bakıya dəyişdiriləndə və Xarici İşlər naziri təyin olunanda
yenə yanımda kuryer işləyib. Xalq Komissarları sovetində
işləyərkən də yanımda kuryer kimi çalışıb və həmişə mənzilimə
gəlib. Məmməd Əli usta suvaqçı kimi həmişə mənzilimi təmir edib.
Hacı Əhmədi ümumiyyətlə tanımıram, Əmirbəyi Əbdüləli
Babayevin qohumu kimi tanıyıram. Hacı Əhməd heç vaxt mənim
evimdə olmayıb və onunla qətiyyən tanış deyiləm və əgər Hacı
Əhməd sübuta yetirsə ki, nə vaxtsa evimdə olub və öz sözlərinin
təsdiqi kimi məsələn, mənzilimin quruluşu, əşyaların necə
yerləşməsini deyə bilsə, onda mənə qarşı irəli sürülən ittihamları
tam qəbul edir və buna görə qanunun bütün gücü ilə cavab verməyə
hazıram.
Sual: Sizin mənzilinizdə Ələkbər Məmmədov, Ağa İsmayıl
Tağıyev, Əli Əsədullayev, Əziz bəy Tahirov, Yusif Məlikov, Baxış
bəy Rüstəmbəyov, Məmməd Həsən Hacmski, Mirzə Məcid Qəniyev
və Nərimanbəyli olublarmı və gəlişlərinin məqsədi?
76
Cavab: Adlarını saydıqlarınızın hamısı mənim tanışlarımdır
və evimdə olublar, gəlişlərinin məqsədi preferans oynamaq olub.
Xüsusilə həmin tanışlarım yanıma Tiflisdən Hacmski gələndə,
Nərimanbəylidən başqa, o, həbs olunduqdan sonra mən də ondan
qaçırdım və həmin vaxtdan mənim evimdə olmurdu, yığılıblar.
Sual: Bu gəlişlər zamanı Əbdüləli Babayev orda olubmu və o
yığılanlar arasında hansı rol oynayırdı?
Cavab: Bir ilə yaxın idi ki, Əbdüləli Babayev mənim evimdə
olmurdu, mən ona mənzilimə gəlməyi qadağan etmişdim. O,
məndən icazəsiz evdə olmayanda mənzilimə gəlib oyun şeylərini
götürmüşdü. Ona qədər o, tez-tez gəlir qonaqlar yığılanda tarda
çalırdı.
Sual: Qonaqlar yığılanda hansısa içki içilirdimi, tostlar
deyilirdimi?
Cavab: Bəli içki olurdu. Hamının sağlığına içilirdi. Ancaq
siyasi xarakterli tostlar olmurdu.
Sual: Bizdə olan məlumatlara görə orada Əli Əsədullayev
Məmməd Əmin Rəsulzadənin və gələcək nazirin sağlığına tost
deyib.
Cavab: Kim tərəfmdənsə belə tostlar deyildiyini xatırlamıram
və inkar edirəm.
Sual: Sizə yığılan tanışlarınız müxtəlif təmayüllü və inamlı
adamlar idilər. Necə olurdu ki, söhbət indiki vəziyyətdən,
ümumiyyətlə siyasi mövzulardan düşmürdü?
Cavab: Bizim yığıncaqlarda siyasi mövzuda söhbətlər
olmurdu və biz belə məsələlərə toxunmurduq.
Sual: Siz nə vaxtsa Babayevlərin mənzilində olmusunuzmu
və məqsədiniz?
Cavab: Hacı Əhmədin onların mənzilinə gəlişinə qədər
hərdən onların mənzilində olurdum.
Sual: Siz Abbasqulu Kazımzadə və Məmməd Əli Rəsulzadəni
tanıyırdmızmı, indi də tanıyırsmızmı və onların harada olduqları sizə
məlum deyil ki?
Cavab: Məmməd Əlini də. Abbasqulunu da tanıyırdım. İndi
harada olduqlarını deyə bilmərəm.
77
Sual: Siz 1922-ci ilin sonunda Əmirbəy Əli Ağa oğluna
kimisə harasa göndərmək məqsədilə müraciət etməmisiniz?
Cavab: Heç vaxt belə hadisə olmayıb və heç vaxt Əmirbəyin
yanma kəndə getməmişəm.
Sual: Hansısa səbəb varmı ki, Əmirbəy sizin barənizdə yalan
mə’lumat versin, sizi nədəsə günahlandırsın, aranızda düşmən- ıçilik
varmı?
Cavab: Mənim Əmirbəylə şəxsi haq-hesabım və hətta yaxın
tanışlığım yoxdur, motiv mənə aydın deyil.
Sual: Siz kiməsə 1922-ci ilin sonunda Zirə kəndində Əlibəyin
evində gizlənən adamlarınızı İrana keçirmək üçün qayıq tutmaq
barədə göstəriş vennisinizmi?
Cavab: Mən heç vaxt heç kimə belə tapşırıq verməmişəm.
Qəti inkar edirəm.
Sual: Siz Əbdüləli Babayevə hansısa əşyalan saxlamaq üçün
vermisinizmi, əgər vermisinizsə, nə vaxt və hansı əşyalar?
Tərəfinizdən ona hansısa silah verilibmi və hansı məqsədlə?
Cavab: 1920-ci ildə Azərbaycanın sovetləşməsindən sonra
mən bir neçə ev əşyasını və iki ədəd tapançanı saxlamaq üçün
Əbdüləli Babayevə vermişəm. Tapançalardan başqa əşyalan ondan
geri almışam.
Sual: Əbdüləli Babayev sizə demədimi tapançaları mühacir
Hacı Əhmədə verib ki, ondan almazlar. Siz revolverlərinizin Hacı
Əhməddə olmasını bilirdinizmi?
Cavab: Əbdüləli Babayev mənə bu barədə dediyini
xatırlamıram, ancaq onların indi qaldığı barədə ümumiyyətlə
maraqlanmamışam.”
Ilk dindirmədən bir şey hasil etməyən müstəntiqlər səhəri
gün, yə’ni 30 dekabr 1924-cü ildə M.Y.Cəfərovu növbəti dəfə
dindirirlər:
“Sual: Siz İranın Azərbaycandakı konsulu Məmməd Xanı
tanıyırsınızmı və onun vasitəsilə nə vaxtsa məktub göndərmisi-
nizmi, əgər göndərmisinizsə, hara?
Cavah: Məmməd Xanı Müsavat hökumətində nazir olduğum
1919-cu ildən tanıyıram, onun vasitəsilə heç vaxt heç kimə məktub
78
Dostları ilə paylaş: |