Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə23/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   19   20   21   22   23   24   25   26   ...   90

Rusiyanın Qafqaz uğrunda mübarizə apardığı bütün dövrlərdə 
mövcud  olmuş  rus-erməni  əməkdaşlığının  daha  bir  nümunəsi  - 
Denikin  Ermənistan  sövdələşməsi  baş  tutmasa  da,  sonrakı 
mərhələdə  bolşevik-daşnak  birliyi  müstəqil  Azərbayeam  sovet 
fəlakətinə sürüklədi. 
M.Cəfərovun  dövlət  adamı  kimi  Azərbaycanın  mənafeyini 
hər  şeydən  üstün  tutmasını,  milli  maraqları  qorumaq  yolunda 
kimsəyə  güzəştə  getməməsini  təsdiqləyən  neçə-neçə  arxiv  sənədi, 
tarixi  materillar  var.  O,  1919-cu  ilin  15  noyabr  tarixində 
Zaqafqaziyadakı  Ali  Britaniya  komissanna  ünvanladığı  məktubda 
İngiltərə  komandanlığı  nümayəndələrinin  Azərbaycandan  neftin 
daşınmasında  özbaşınalığı  barədə  söhbət  açaraq  yazırdı:  “Bütün 
qüvvəni sərf etməklə Bakıdan hər gün 40-45 sistem neft göndərmək 
mümkündür.  Əgər  bu  miqdardan  hər  gün  30  ədədini  ingilis 
komandanlığına  versək,  onda  ən  zəmri  ehtiyaclar  üçün  də  bir  şey 
qalmır.  Dəmiryolu  nazirliyi  bütün  danışıqlara  baxmayaraq,  ingilis 
komandanlığının ehtiyaclanm ödəmək arzusu ilə general Brefə hər 
gün 15 sistem göndərməyə razı olmuşdur. Ancaq bir neçə gün sonra 
general  Brefm  göstərişi  ilə  Kabulletlə  Batum  arasında  kerosin 
ötürülməsi  dayandınimışdır...  Əgər  bu  itkini  pula  çevirsək 
Azərbaycan  və  Gürcüstan  respublikaları  ingilis  komandanlığı 
rütbəlilərinin  bu  hərəkətlərinin  ucbatından  gündə  bir  neçə  milyon 
rubl  itirmişlər  ki,  bu  da  bizim  sənayeni  və  maliyyəni  məhv  edir” 
(ARDA f 970 siy 1 iş 198 səh.l). 
1919-cu  il  dekabrın  ortalarında  N.Yusifbəylinin  sədrliyi 
altında Azərbaycanın yeni beşinci hökumətinin tərkibi elan edilir və 
M.Cəfərovun  yerinə  xarici  işlər  naziri  F.X.Xoyski  təyin  olunur. 
Doğmdur, bu hökumət əslində rəsmi fəaliyyətə 24 dekabrdan sonra 
başladı,  ancaq  artıq  bütün  sahələrin  gələcək  rəhbərləri 
müəyyənləşdirilmişdi.  S.  Mehmandar  ov  hərbi  və  dəniz  naziri, 
M.H.Hacmski  daxili  işlər  naziri,  R.X.Kaplanov  maliyyə  naziri, 
C.Hacmski poçt və teleqraf naziri, X.Xasmməmədov ədliyyə naziri
Ə.Pepinov  torpaq  və  əkinçilik  naziri,  H.Şahtaxtmski  təhsil  naziri, 
X.Məlikaslanov yollar naziri, M.Rəfiyev səhiyyə və himayə naziri 
təyin edilmişdilər. 
73 


Tutduğu vəzifənin icrasına davam etməkdə olan M.Y.Cəfərov 
14  dekabr  1919-cu  ildə  açılan  Azərbaycan-emıəni  konfransının 
birinci  iclasında  çıxış  etmişdi:  “Zaqafqaziyanın  müxtəlif  müstəqil 
respublikalara  ayrılması  ilə  bu  respublikalar  arasındakı 
münasibətlərdə  bir  sıra  mübahisəli,  həll  olunmamış,  o  cümlədən 
ərazi  məhdudiyyətləri  ilə  bağlı  məsələlər  qaldı.  Tiflisdə  açılan 
Zaqafqaziya  konfransı  belə  həll  olunmamış  məsələlərin  yoluna 
qoyulması  və  Zaqafqaziya  respublikaları  arasında  mehriban 
qonşuluq münasibətləri yaradılmasını qarşısına məqsəd qoymuşdu. 
Təəssüf ki, yaranmış mürəkkəb siyasi vəziyyətə görə bu konfransın 
işi başa çatdırılmadı və məsələlərin bir hissəsi həll edilməmiş qaldı. 
Onlann  ən  əsası  ərazi  məsələsidir  -  Ermənistan  və  Azərbayean 
arasında  mübahisəli  ərazi  məsələlərinin  həll  edilməsi  üçün  23 
noyabr  razılaşması  əsas  istiqamətləri  müəyyənləşdirdi  və  indiki 
konfransın vəzifəsi bu istiqamətlərin xırdahqlannm işlənməsidir. 
Bu  günkü  konfransı  açaraq  mən  ümid  edirəm  ki,  bu 
məsələlərin  bütün  ağırlığını  və  çətinliyini  hiss  edərək,  siz,  cənab 
konfrans iştirakçılan, işinizin müsbət nəticələr verməsi və iki xalq 
arasında  mehriban  dostluq  münasibətlərinin  möhkəmləndirilməsi 
üçün bütün səylərinizi sərf edəcəksiniz.” (“Azərbaycan” qəzeti 
1919-
 
cu il 17 dekabr). 
Ancaq  ermənilər  onlardan  gözlənilən  və  Qafqazda  möhkəm 
sülhün  bərqərar  olunması  üçün  zəruri  sayılan  bu  konstruktiv 
mövqeni  yenə  də  nümayiş  etdirmədilər  və  hər  üç  respublikanın 
müstəqilliyinə  vurulacaq  ağır  zərbələrin  təməlini  qoydular.  Yeri 
gəlmişkən  qeyd  edək  ki,  Bakıda  keçirilən  həmin  konfransda 
Azərbaycan tərəfindən sədr F.X.Xoyski olmuşdur. 
M.Y.Cəfərov nazir postunu tərk etdikdən cəmi iki ay sonra
1920-
 
ci  il  fevral  ayının  2-də  Azərbaycan  Parlamenti  sədrinin 
müavini  vəzifəsindən  azad  olunan  Həsən  bəy  Ağayevin  yerinə 
seçilmişdir.  Parlamentin  sədri  Əlimərdan  bəy  Tooçubaşov  Bakıda 
olmadığı  üçün  M.T  .Cəfərov  onun  vəzfrəsım  1920-ci  uin  27 
aprelinədək icra etmışoır. 
AR  parlamentinin  1920-ci  iiin  fevral  ayınüan  sonrakı  əksər 
iclaslan M.Y.Cəfərovun sədrliyi ilə keçirilmişdir. Belə iclaslardan 
74 


biri  Qarsda  ermənilər  tərəfindən  müsəlman  əhalisinin  qırılması  ilə 
bağlı 8 mart 1920-ci ildə keçirilmiş iclasdır. Bu iclasda yekdil səslə 
eımənilərin  soyqırımı  hərəkətlərini  pisləyən  qətnamə  qəbul 
edilmişdir.  Parlamentin  növbəti  11  mart  tarixli  iclasında 
Gürcüstanda  zəlzələdən  zərər  çəkənlərə  3  milyon  rubl  yardım 
göstərilməsi  üçün  məsələ  müzakirə  edilmişdir.  Növbəti  gün  12 
martda  parlamentin  fevral-burjua  inqilabının  ildönümünə  həsr 
edilmiş  növbəti  iclasına  yenə  M.Cəfərov  sədrlik  etmişdir.  1  aprel 
1920-ci ildə Parlament onun sədrliyində Qarabağ hadisələri ilə bağlı 
məsələni  müzakirəyə  çıxarmışdır.  15  aprel  1920-ci  il  iclasında  isə 
Azərbaycanla İran arasında müqavilə, Azərbaycanın Qərbi Avropa 
və  Amerikada  diplomatik  missiyalarının  yaradılması  haqqında 
qanunun  qəbulu,  Paris  konfransındakı  Azərbaycan  nümayəndə 
heyətinin  təsdiqi  və  s  məsələlər  haqqında  müzakirələr  keçirilərək 
müvafiq qərarlar qəbul edilmişdir. Bu iclasa da M.Cəfərov sədrlik 
etmişdir.  Nəhayət  parlamentin  sonuncu  iclası  və  ondan  əvvəlki  5 
məsələnin müzakirə edildiyi  26 aprel  tarixli iclas da onun sədrliyi 
altında  keçirilmişdir.  Bütün  bu  faktları  sadalamaqda  məqsədimiz 
həm  M.Y.Cəfərovunun  fəaliyyəti  barədə  əlavə  məlumatlar 
çatdırmaq, həm də respublikamızın ilk Ali qanunverici orqanının nə 
qədər səmərəli işlədiyini göstərməkdir. 
Azərbaycanın zor gücünə sovetləşdirilməsindən sonra tərkibi 
120  nəfərdən  ibarət  olan  bu  Ah  qanunvericilik  orqanının  bir  sıra 
üzvləri  də  kütləvi  cəza  tədbirlərinin  qurbanı  oldular.  Parlament 
üzvləri də eyni amansızlıqla güllələndi, sürgünə göndərildi və ölkəni 
tərk etmək məcburiyyəti qarşısında qoyuldu. 
M.Y.Cəfərovun  dindirilməsinə  həbs  olunduğu  ilk  gündən 
başlanmışdır. Müstəntiqlər aprel çevrilişindən sonra gizli fəaliyyətə 
keçməyə  məcbur  olmuş  bir  sıra  müsavatçılara  qarşı  tətbiq  edilən 
üsulların  səmərə  verməyəcəyini  bildikləri  üçün  onu  konkret 
əməllərinə  -  iki  nəfər  “Müsavaf  ’  partiyası  fəalının  İrana 
keçirilməsinin  təşkilində  və  mənzilində  siyasi  cəhətdən  səbatsız 
şəxsləri toplayıb dövlət əleyhinə iş aparmaqda günahlandınrlar. Özü 
də ilk dəfə onu qeyri-rəsmi şəkildə Az. FK-nın ən yüksək vəzifəli 
şəxsləri, sədr və sədrin müavini dindirmiş, ancaq həmin 
75 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə