Folklor institutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix30.10.2018
ölçüsü0,49 Mb.
#76116
1   2   3   4   5   6   7   8   9   10

 

 

14 



ayaqqabısı, yaxud da üzüyü məhz öz qızına uyğun gəlir. Əslində, bu məsələ-

nin  mahiyyətində  “dünyada  heç  kim  yoxdur”  düşüncəsi  dayanır. Kosmoqo-

nik planda dünyada heç kimin olmadığı bir situasiyada yaradılış aktı “qardaş-

bacı”, “ana-oğul” kontekstlərində cərəyan etsə də, nağıl sintaqmatikasında bu 

“ata-qız”  münasibəti  kimi  də  ortaya  çıxır.  Yəni  nağılda  mifoloji  plandakı 

qardaş-bacı qoşasından törəyən ər-arvad münasibəti var ki, bu da nağıl 

süjetində təkrarlananda “ata-qız” modelində ortaya çıxır. 

M.Evzlin yazır: “İlahi insesti” “sosial insest”dən fərqləndirmək lazım-

dır. Tanrının özündən döllənməsinə (məsələn, Atumun özünü mayalandırma-

sı  kimi)  inçestin  ən  nadir  (axırıncı)  forması  kimi  baxmaq  olar.  Kosmik  in-

çestin ən geniş yayılmış forması ananın oğlu, qardaşın bacısı ilə əlaqəsi əsa-

sında  meydana  gəlir  ki,  nəticədə  çoxsaylı  kosmik  obyektlər  yaranır.  Atanın 

öz qızı ilə əlaqəsi kosmoqonik proseslərin daha sonrakı mərhələsi ilə əlaqə-

dardır.  Buna  ananın  oğlu,  qardaşın  bacısı  ilə  evlənməsinə  nisbətən  sonrakı 

mərhələ  kimi  (kosmoqonik  nöqteyi-nəzərdən)  baxıla  bilər.  Mifoloji  inçest 

motivini  öyrənmək  üçün  hökmən  onu  “kosmoqonik  arxetipə”  çevirmək  la-

zımdır.  Bu  üsulla  inçestin  “mənfi”  və  “müsbət”  dəyərini  müəyyənləşdirən 

özünəməxsus  ontoloji  “kosmoqonik  məntiqini”  məqsədəuyğun  şəkildə  araş-

dırmaq  mümkündür”

17

.  Odur  ki, biz  dissertasiyada  nağıllarda ata-qız  müna-



sibəti kontekstində meydana çıxan inçest faktının kosmoqonik planda izahını 

məqsədəuyğun hesab etdik. Müəyyən olundu ki, ata-qız inçesti kosmoqonik 

plandakı  bacı-qardaş  inçestinin  yenidən  təkrarlanması  zamanı  ortaya  çıxan 

modeldir  ki,  sosial  inçest  üçün  hakim  olan  “cəzaya”  layiq  görülür.  Və  o  da 

aydın oldu ki, nağılda hökmdarın arvadı və qızı əkizlər mif modeli konteks-

tində izah oluna bilir. Buna əsasən deyə bilərik ki, nağıllarda əks olunan bu 

süjetin də əsasında əkizlər mif modeli dayanır. Əxlaqi çərçivədə qəbul olun-

mayan münasibət cəza ilə sonuclanır. 

Bizim  fikrimizə  görə,  yaradılış  kontekstinin  ata-qız,  oğul-ana,  qardaş-

bacı münasibəti ilə ifadə olunmasının səbəbi onların dünyanın vertikal (Yer və 

Göy) düzümünun horizontal (üfüqi) paradiqması olmasıdır. Bu mənada əkizlər 

mifi xaosdan kosmosun yaranmasını təcəssüm etdirən mifoloji modeldir.  

Dissertasiyann üç yarımfəsildən ibarət olan ikinci fəsli “Mifoloji xaos və 

onun ritual modeli” adlanır. Fəslin predmetini “kişi-qadın” qarşılıq modelində 

xaos və ritual, toy ritualında xaos və kosmogenez, “Basat-Təpəgöz” paradiqma-

sında xaosdan kosmosun təşkilinin ritual modeli kimi məsələlər təşkil edir. 

İkinci fəslin “Kişi-Qadın” modelində xaos və ritual” adlanan birinci 

yarımfəslində  göstərilir  ki,  mədəniyyətdəki  bütün  ritualların  əsasında  ilkin 

yaradılış  (kosmikləşmə)  və  son  (esxatologiya)  aktını  (xaos-kosmos  müna-

                                                

17 


Евзлин М. Космогония и ритуал. Москва: Радикс, 1993, с. 142 

 



 

 

15 



sibətlər sxemini) imitasiya etmək dayanır. Bu rituallar özlüyündə mifik za-

manı  bərpa  edir  və  mifik  zaman  bərpa  olunduqda  dərhal  bütün  obyektlər 

“simvolun  dilinə”  çevrilir.  Odur  ki,  biz  mərasimlərdə,  günlük  həyatımızda 

rastlaşdığımız obyektlərin öz real funksiyasından başqa, müəyyən mənaları 

da  ifadə  etməsinin  şahidi  oluruq.  Bir  növ,  burada  sakral  zaman  profan  za-

mana  müncər  edilir.  Elmi  ədəbiyyatda  göstərildiyi  kimi,  “həyata  keçirilən 

ritual öz məkanını müəyyən edir və sərhədlərini cızır. Burada sakral zaman 

profan  zamana  naxışlanmaqla  ona  öz  dərin  kökləri  ilə  əlaqələnmək,  möv-

cud  olmaq  imkanı  yaradır.  Bu  zaman  sakral  zaman  profan  zamanı  aradan 

qaldırmır, çünki o, profan zamanın sığınacağıdır”

18

.  


Mifologiyalarda  xaosdan  kosmosun  yardadılışını  müşayiət  edən  ən 

başlıca  motivlərdən  biri  də  ilk  insan  cütünün,  qadın  və  kişinin  yaranması-

dır.  Bu  motiv  müxtəlif  ritual  davranışların  da  əsasında  dayanır.  “Qadın  və 

kişi”  arasındakı  münasibətin  kosmoqonik  planının  araşdırılması  mədəniy-

yətdə  bir  çox  yaradıcılıq  faktlarının,  o  cümlədən  toy,  yas,  adqoyma  və  s. 

mərasimlərin daha dərindən anlaşılmasına kömək edə bilər. 

Bizim  topladığımız  bir  mətndə  deyilir:  “İki  nəfərin  eyni  vaxtda  öv-

ladı  olanda  valideyinlər  razı  olsalar,  onların  göbəklərin  bir-birlərinə  kəsir-

lər. Bu adətin adı göbəkkəsmədir”

19

.  



Bu  mətndə  dünyanın  yaradılış  anına  işarə  edilir.  Mifologiyada  yara-

dılışın  ilkin  mərhələsi  olan  xaos  qadın  və  kişi  başlanğıcının  hər  ikisini  öz 

daxilində  gizlədir.  Burada  bütün  qarşıdurmalar,  o  cümlədən  qadın  və  kişi 

bir-birinə  qovuşmuş  şəkildə  və  ya  iki  baş  və  bir  bədənə  malik  olan  varlıq 

kimi təsvir olunurdu.  

Mirçe  Eliade  “Əbədi  təkrarlanan  mif”  kitabında  göstərdiyi  kimi, 

“Yeni il kosmoqoniya aktının yerinə yetirildiyi başlanğıc zamanın yenidən 

təkrarlanmasıdır....Bu günlərdə cavan  gənclərin  inisiasiya mərasimi  də təş-

kil olunur”

20

. Fikirdən göründüyü kimi, Novruz ilkin yaradılış aktını təkrar-



layır  və  bu  təkrarlanma  aktında  həmçinin  gənclərin  də  inisiasiya  ritualı 

reallaşdırılır. Keçid  zamanın xarakteri “qızlara gələcək  həyat  yoldaşlarının 

kim  olmasını”

21

  müəyyənləşdirmək  şansı  verir.  Bu  kontekstdə  “Əgər  kim 



Novruz gecəsi duzlu qoğal yeyib yatsa, öz sevgilisini yuxuda görər” inancı-

nın  da  izahı  qadın-kişi  münasibətlərinin  mifoloji  planını  izah  etmək  üçün 

geniş material verir. Həmin gecə ağacların başı bir anlıq yerə dəydiyi, çay-

                                                

18 

Scategni W. Psychodrama, group processes and dreams: archetypal images of individua-



tion. New York: Brunner-Routledge, 2002, p. 41 

19

 Material arxivimizdədir.  



20 

Элиаде М. Миф о вечном возвращении 

http://royallib.ru/book/eliade_mircha/mif_o_vechnom_vozvrashchenii.html 

21

 Borçalı folklor örnəkləri. I kitab. Bakı: Elm və təhsil, 2013, s. 26 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə