Folklor institutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix30.10.2018
ölçüsü0,49 Mb.
#76116
1   2   3   4   5   6   7   8   9   10

 

 

10 



dünyanın varlığını  emosional əsaslandırma vasitəsidir. Belə olduqda  mifdə 

varlığın  gerçək  ölçüləri  öz  əhəmiyyətini  itirir  və  burada  insanların  həmin 

faktları necə  duymaları və  ona hansı “əsasla” inanmaları daha önəm  qaza-

nır. Beləliklə,  yaradılış  mifində  insanların  mif  mətni  kontekstində  özlərinə 

layiq gördükləri cəza (cənnətdən qovulmaları və yaxud da qaranlıq dünyaya 

tərk  edilmələri),  əslində  elə  insest  yasağının  pozulmasına  görə  verdikləri 

cəzadır. Odur ki, ilk insanın dünyaya gəlişi və cəza eyni anda baş verən ha-

disə kimi diqqətə çatdırılır. Yaradılış aktı, xaosun kosmosa çevrilməsi pro-

sesi  qarşıdurmaların  yaranması  kimi  dərk  olunmuşdur.  Bu  model  yaradılış 

prosesini  əks  etdirən  mətnlərin  süjet  əsasını  təşkil  etdiyi  halda,  insanların 

dünya  duyumunda  arxetip  olaraq  yaşamaqdadır.  Yəni  hər  hansısa  konkret 

bir  yaradılış  mətnini  bilməyən  şəxs  özünü  daima  qarşıdurmada  olan  qüv-

vələr arasında hiss edir və özünüifadənin bütün səviyyələrində nizamı qoru-

mağa  çalışır.  Bu  mənada  yaradılış  miflərinin  dünyanın  “real  tarixi”  və  ya-

xud da “uydurma tarix” kontekstində dəyərləndirilməsi bizim işimizə yara-

maz. Bu məsələni daha yaxşı olardı ki, “tərsinə proyeksiyalanma” konteks-

tində  anlayaq.  Yəni  bu  mətnin  semiotik  əhəmiyyəti  hansısa  bir  qüvvənin 

dünyanı yaratmasını əks etdirən mətndən daha çox “insanın dünyanı yarat-

ması”  kimi anlaşılmalıdır. Bu zaman  yaradılış  mifi  insanın  daxili-psixoloji 

dünyasından  xəbər  verməklə  yanaşı,  mədəniyyətdəki  simvolların  semanti-

kasını anlamaq üçün də etibarlı mənbəyə çevrilə bilər. Bu baxımdan mədə-

niyyətin  öyrənilməsində  yaradılış  miflərinin  yerini  aşağıdakı  aspektlərdən 

müəyyənləşdirmək olar: 

1)  Yaradılış  modelini  təqdim  edən  müxtəlif  mətn  tiplərinə  (kosmo-

qonik  mif,  inanc,  nağıl  və  s.)  diqqət  çəkmək  və  onlardakı  ortaq  cizgiləri 

nəzərə çatdırmaq; 

2) Yaradılış miflərinin mədəniyyətin ritual və simvolik layının öyrə-

nilməsində açar rolunu oynamasına diqqət çəkmək; 

3) Yaradılış mifi kontekstində təzahür edən simvollar və onların psi-

xosemiotik mənasını aşkarlamaq; 

4)  Yaradılış  mətnində  yaradılış  aktının  meydana  çıxmasına  səbəb  olan 

qarşıdurmanı, mədəni qəhrəman və trikster qarşıdurmasını nəzərdən keçirmək.  

Tədqiqatın birinci fəslinin “Əkizlər mifi xaos-kosmos modelinin özü-

nütəşkil  paradiqması  kimi”  adlanan  üçüncü  yarımfəslində  əldə  olunmuş 

əsas  qənaətlərə  görə,  xaos-kosmos  münasibətləri  mədəniyyətdə  çoxsaylı 

paradiqmalar  kontekstində  təzahür  edir.  Bu  qarşıdurma  səviyyəsində  xao-

sun  kosmosa,  kosmosun  xaosa  çevrilməsi  ilə  yanaşı,  ikili  qarşıdurmanın 

simmetrik  münasibəti  əsasında  kosmik  nizam  mütəhərrik  şəkildə  təşkil 

olunur, qorunur və davam etdirilir. Xaos-kosmos arasındakı münasibətlərin 

ən  müxtəlif səviyyəsini  öyrənmək üçün əkizlər  mif  modelinin araşdırılma-

sına ciddi ehtiyac vardır.  




 

 

11 



Əkizlər problemi bir çox aspektdən araşdırılmışdır. Bioloji, psixoloji 

və yaradıcılıq faktları barədə aparılan tədqiqatların müşahidəsindən belə bir 

nəticə  doğmuşdur  ki,  “əkizlər  ideal  ontoloji  mükəmməlliyi  təcəssüm  etdi-

rir”


10

. Psixoanalitiklər göstərirlər ki, ikilik material dünyasının şüurda görü-

nüşü olmaqla yanaşı fərdiləşmiş eqonun əkiz doğuluş modeli ilə müəyyən-

ləşməsidir

11

.

 



Psixoloji duyum baxımından dünyanın ikili dərki mədəniyyətə 

bir-biri ilə eyni zamanda həm qarşıdurmada və həm də birgə olan obrazlar 

bəxş etmişdir ki, onlar da “əkizlər mifi” kimi xarakterizə olunur. Yaradıcı-

lıq nümunələrində “əkizlər mifi” dinamik şəkildə təcəssüm olunduğuna gö-

rə özü  ilə bərabər emosional simmetrizmlə  yanaşı, çoxsaylı simvol  və  işa-

rələri də ifadə etdirir.  

Təsadüfi  deyildir  ki,  Joan  Peternel  “Folklorda  və  ədəbiyyatda  arxe-

tiplər  və  motivlər”  kitabının  “İkiləşmə”  oçerkində  əkizlərlə  bağlı  tabunun 

olduğunu  vurğulayır: “Əkizlərlə bağlı tabunun  inkişaf  mərhələlərini aşağı-

dakı kimi müəyyənləşdirmək olar:  

1) Ana və əkizlər öldürülür;  

2) Əkizlərdən biri öldürülür;  

3) Ana və əkizlər şəhərdən qovulurlar; 

4) Əkizlərə ildırım və şimşək timsalında ortaya çıxan səma tanrısının 

övladı kimi himayədar, qoruyucu, qurucu kimi hörmət bəsləyirdilər” 

12 


 

Əkizlər  mifi  bütün  bu  keyfiyyətləri  özündə  ehtiva  etməklə  yanaşı, 

folklorda  da  bir  çox  paradiqmalarda  çıxış  edir.  Bu  mif  folklorun  bir  çox 

janrlarına, həmçinin yarımtarixi hadisələrə transformasiya oluna bilir. Amma 

transformasiya olunan mətn mifin mənşə izahediciliyini özündə ehtiva etmə-

diyinə görə orada əkizlər mif modelinin mənşəyinin izahını yox, təzahürünü 

görürük. Yəni əkizlər mif modeli folklorda mənşə təsviri ilə deyil, daha çox 

münasibətlər  konteksti  ilə  təmsil  olunur.  Əkizlər  modeli  hər  şeydən  öncə 

psixoreallıqla  əlaqədardır.  Bunun  əsasında  şüurun  “iş  rejimi”  dayanır.  Yəni 

dünyada özünü reallaşdırma və duyma bütövlükdə ikilik kontekstində həyata 

keçirilir. Duallığın (ikilik) işarəsi kimi əkizlər arxetip modeli ehtiva edir. Bu 

baxımdan  bütün  qarşıdurmalarda  əkizlər  arxetip  modelini  axtarmaq  olar. 

Amma “əkizlər mif modeli” konkret mədəni hadisədir. O, konkret situasiya-

ları ehtiva etməklə, həm də ənənəvi münasibətlər modeli olaraq ortaya çıxır. 

Yəni əkizlər mif modeli olaraq o duallığın ənənəvi təzahür modellərini ehtiva 

edir.  Belə  olduqda  əkizlər  mif  modeli  fəlsəfi  ümumiləşdirmənin  nəticəsi 

                                                

10

  Clark  B.  The  Twin  Motif  in  Comparative  Mythology.  www.astrosynthesis.com.au/wp-



content/uploads/2013/03/The_Twin_Motif.pdf, p. 33 

11

 Edinger E.F. The Bible and the Psyche:  Individuation Symbolism in the Old Testament. 



Toronto: Inner City Books, 1986, p. 36. 

12

 Peternel J. Archetypes and motifs in folklore and literature. New York: M.E.Sharpe, 2005, p.453 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə