Folklor institutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix30.10.2018
ölçüsü0,49 Mb.
#76116
1   2   3   4   5   6   7   8   9   10

 

 



1. Dünyanın  yaradılışdan  (kosmosdan)  əvvəlki  vəziyyətinin  təsvirini 

verən mətnlərin izahı üçün;  

2. Nizamlı  dünyanın  əksi  olan  (o  dünyaya  aid  olan),  onu  pozmağa 

çalışan situasiya, vəziyyət və obrazların izahı üçün;  

3. Kosmik  dünya nizamının  hər hansı bir səbəbdən  məhv  olunmasını 

təsvir edən esxatoloji mətnlərin izahı üçün;  

4. Rituallardakı keçid məqamlarda yaranan vəziyyətlərin izahı üçün.  

Xaosun  hərəkət baxımından ən ümumi xüsusiyyəti tərsinə  hərəkət-

lərdir. Xaosa aid olan varlıqlara “nəyisə tez gətir” dedikdə, onlar bunu gec 

edirlər  (Hal  anası).  Xaosda  pisə  yaxşı,  yaxşıya  pis  deməyi  bacaran  qəhrə-

manlar  uğur  qazanırlar  (Göyçək  Fatma)  və  tərsinə  danışmağı  bacaranlar  o 

dünyaya daxil ola bilirlər (Məlik Məhəmməd). Çünki xaos dünyasında kos-

mik dünyanın əsas qurulma, davam etmə və işləmə mexanizmi olan məna-

lar tərsinə çevrilir, sözlər və cümlələr tərsinə məna kəsb etməyə başlayır. 



Əlamət baxımından xaos dünyasının və ona aid olan obrazların ən əla-

mətdar xüsusiyyətlərindən biri qara rəngdir. Xaosla qarşılaşmış şəxs (oğlu ölən 

şah), xaos dünyasına getmiş qəhrəman və o dünyanın xtonik təbiətli obrazları 

daha çox qara rənglə xarakterizə olunurlar. Bundan başqa kosmik dünyanın ək-

si olan əlamətlər də xaos dünyasının əlaməti kimi diqqəti çəkir: tərsinə paltar-

lar, anormal bioloji quruluşlar (məs., barmaqları dabanında olan, təpəsində bir 

gözü olan varlıqlar, qorxu verici görkəmlər və s).  

Əslində, nağıllarda daha çox  div və  digər xtonik  varlıqların  dilindən 

o dünya barədə söylənilən “qatır gəlsə, dırnaq salar, quş gəlsə, qanad”

6

 ifa-



dəsində də xaosun əlamət baxımdan kosmosa qarşı durmasına, onun əksinə 

olan əlamətlər əsasında qurulmasına işarə edilir. 

Xaosun  zaman spesifikası  baxımından  özünəməxsus xarakteri var-

dır. Əslində, xaos zamanı  dedikdə, biz xtonik  dünyada baş verən  hadisələ-

rin  əlamətlərindən birini –  onun təzahür  müddətini  göstərən  metaforik  ifa-

dələri  nəzərdə  tuturuq.  Məsələn,  yeraltı  dünyaya  enmiş

 

qəhrəmana  deyilir 



ki,  burdan  filan  yerə  40  günlük  yoldur.  Amma  sən  ora  bir  gecədə  gedib-

qayıtmalısan.  Yoxsa  gündüzün  dəhşətli  istilərində  qovrulmaq  labüddür. 

Belə hallarda 40 gün kosmik zamanın müddətidir: bu zaman vahidi xaosda 

bir gecə müddətinə sığışdırılır. Yaxud xtonik qüvvələrin gecə və şər qarışan 

vaxt  da  aktivləşməsi  bu  müddəti  gündüzə  münasibətdə  xtonik  obrazların 

aktuallaşdığı  “xaos  zamanı”  kimi  xarakterizə  etmək  imkanı  verir.  Bütün 

hallarda xaos zamanı adı altında kosmik dünyanın əksi olan hadisələrin baş 

vermə müddəti, anı nəzərdə tutulur.

  

Beləliklə, fəlsəfi və mifoloji baxımdan "yaradılışın bətni", ilkin qarı-



şıq  maddə  strukturu,  kosmosla  birlikdə  mövcud  olmanın  dialektik  əsasını 

                                                

Azərbaycan nağılları. Beş cilddə. I cild. Bakı: Şərq-Qərb, 2005, s. 196 




 

 



təşkil  edən  xaos  psixoanalitik  baxımdan  şüuraltının  şüur  tərəfindən  bir-

başa  dərk  edilməyən  gerçəkliyini  təcəssüm  etdirir.  Folklorda  bu  anlayış 

müxtəlif  situasiya  və  vəziyyətlərdə  təzahür  edən  antinizamı,  disharmoniya 

və  antistrukturu  ifadə  edən  çoxsaylı  metaforik  vahidlərin  məcmusudur. 

Onun  bədii  poetikası  mətnin  təsvir  layında,  semantik  izahı  paradiqmatik 

məna  cərgələrinin  düzümü  ilə  mümkün  olursa,  psixosemiotik  izahı  xaos 

obrazları  ətrafında  gerçəkləşən  insanın  şüuraltı  emosiyalarının  və  canlı 

münasibətinin izahı ilə mümkün olur.  

Dissertasiyanın  birinci  fəslinin  “Xaos  və  kosmogenez”  adlanan  ikinci 

yarımfəslində müəyyənləşdirilmişdir ki, kosmoqonik miflərin yaradılış model-

ləri  yaradılışa  xidmət  edən  bütün  folklor  nümunələri,  rituallar  içərisində  tək-

rarlanır.  Fərdin  psixofizioloji  təşkil  olunması  spontan  olaraq  yaradılış  və  son 

semantikasını  doğurur  ki,  insan  bütün  şüuri  və  qeyri-şüuri  yaradıcılığında  bu 

modeli ənənəvi simvollar vasitəsi ilə təkrarlayır. R.Qafarlının yazdığı kimi, ta-

rix gerçəkliyə, dünyada baş vermiş real hadisələrə əsaslandığı halda mifin əsas 

funksiyası  dünyadakı  bütün  yaranışları  fövqəltəbii,  qeyri-adi,  fantastik  şəklə 

salmaqdır,  onda  mifin  tarixlə  bağlılığı  ancaq  meydana  gəldiyi  dövrün  inanış 

faktoru olması ilə məhdudlaşır. Lakin mif təkcə uydurma obrazlar silsiləsi de-

yil, gerçəkliyi dərketməyə doğru atılan ilkin addımlardan biridir

7



Xaosdan kosmosun yaranmasını göstərən yaradılış mətnləri daha çox 

cinsi münasibətləri modelləşdirir. Vilhelm Radlovun topladığı

8

 türk yaradı-



lış  mifi  əsasında  aparılan  araşdırmadan  bəlli  olur  ki,  mifdə  cinsi  istəklərin 

hələ meydana çıxmadığı dövr ilahi ədalətin hökm sürdüyü dövr kimi xarak-

terizə olunur. Bu zaman insan nəslinin törəyib artmasına birbaşa Tanrı özü 

nəzarət edir. Amma cinsi istəyin meydana gəlməsi ilə Tanrının “quruculuq” 

modeli inkar olunur. Belə olduqda bu gün insanların malik olduqları davra-

nış və bioloji xüsusiyyətlər ilahi ədaləti pozmanın cəzası kimi ortaya çıxır. 

C.Freyzer  Adəm  və  Həvva  mifini  izah  edərkən  çox  düzgün  vurğulayır  ki, 

günaha  düşmə  hekayəsinin  bütöv  mahiyyəti  insanın  ölümlü  təbiətini  izah 

etməyə cəhddən və ölümün yerə haradan gəlməsini göstərməkdən ibarətdir. 

Əslində  hesab  edilə bilər ki, bu  mətnin  ilkin  variantda ölüm  və  həyat ağa-

cından  söhbət  gedirmiş.  İnsan,  ölüm  ağacından  Tanrının  qadağan  etdiyi 

meyvəni yeməklə əbədi həyatdan məhrum olur

9



Mif  həm  də  insanların  emosional  dəyərləndirmə  vasitəsidir.  Bu  mə-



nada,  mif  yalnız  gerçəkliyin  metaforik  ifadəsi  deyildir.  O,  həm  də  insanın 

                                                

7

  Qafarlı  R.  Azərbaycan  türklərinin  mifologiyası  (qaynaqları,  təsnifatı,  obrazları,  genezisi, 



evolyusiyası və poetikası):  Fil. elm. dok. ...dis. avtoref. Bakı, 2010, s. 14 

Radloff  W.  Türklərin  kökləri,  dilləri  və  halk  edebiyyatından  denemeler.  Ankara:  Ekvay 



yayınlar, 1999, 458 s. 

9

Фрэзер. Д. Д. Фольклор в Ветхом завете. Москва: Политиздат, 1985, c. 31 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə