Folklor institutu


Dissertasiyanın  nəzəri-metodoloji  əsasları



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix30.10.2018
ölçüsü0,49 Mb.
#76116
1   2   3   4   5   6   7   8   9   10

 

 



Dissertasiyanın  nəzəri-metodoloji  əsasları.  Dissertasiya  işinin  nə-

zəri-metodoloji  bazasını  folklor  və  mifoloji  düşüncənin  araşdırılmasında, 

həmçinin  bütövlükdə  mədəniyyətin  öyrənilməsində  uğurlu  şəkildə  tətbiq 

olunan müasir elmi-nəzəri metodlar təşkil edir. Belə ki, tədqiqat prosesində 

yeri  gəldikcə  psixoanalitik  metoddan,  arxetiplər  nəzəriyyəsinin  müddəala-

rından, struktur-semiotik araşdırma  metodundan  istifadə olunmuşdur. Təd-

qiqatın  ən  aparıcı  yanaşma  metodu  isə  müasir  dünya  folklorşünaslığında 

geniş tətbiq olunma təcrübəsinə malik psixosemiotikadır. Folklor mətnləri-

nin öyrənilməsi zamanı bu nəzəriyyənin əsas müddəalarını təşkil edən sim-

volik ekvivalentlik və tərsinə proyeksiyalanma üsulu ilə məna oxunuşundan 

geniş istifadə olunmuşdur.  

Bu metodlardan istifadə isə öz növbəsində dissertasiyada qarşıya qo-

yulmuş  əsas  məqsəd  və  vəzifələrin  həyata  keçirilməsinə  və  müvafiq  elmi 

yeniliklərin ortaya çıxarılmasına imkan yaratmışdır. 



Dissertasiyanın  nəzəri  və  praktiki  əhəmiyyəti.  Dissertasiya  işinin 

nəzəri müddəalarından mədəniyyətdə geniş yayılmış xaotik obrazların, psi-

xosemantik mahiyyətinin sistemli şəkildə öyrənilməsində yeni bir yanaşma 

kimi istifadə oluna bilər. Mifoloji şüurun, onun metaforik-simvolik xarakte-

rinin araşdırılması zamanı burada irəli sürülən nəticələrdən, elmi qənaətlər-

dən bəhrələnilə bilər.  

Dissertasiyanın  praktik  əhəmiyyəti  ondan  ibarətdir  ki,  tədqiqatın 

nəticələrindən ali məktəblərdə “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Mifo-

logiya”, “Mədəniyyətşünaslıq”, “Etnopsixologiya” kurslarının tədrisi zama-

nı  istifadə  oluna  bilər.  Xüsusilə  də  mifoloji  şüurun  öyrənilməsi  ilə  məşğul 

olan tədqiqatçılar üçün dissertasiya elmi mənbə ola bilər.

  

Tədqiqatın  aprobasiyası.  Dissertasiya  işi  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının Folklor İnstitutunda hazırlanmışdır. Qarşıya qoyulan prob-

lemlə  bağlı  aparılan  araşdırmalar  isə  müxtəlif  jurnal  və  məcmuələrdə  çap 

edilmişdir. 

Dissertasiyanın quruluşu. Dissertasiya “Giriş”, iki fəsil, “Nəticə” və 

istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 



 

TƏDQİQATIN ƏSAS MƏZMUNU 

Dissertasiyanın dörd yarımfəsildən ibarət olan birinci fəsli “Mifoloji 



xaos  və  onun  kosmoqonik  paradiqmaları”  adlanır.  Bu  fəslin  predmetini 

mifoloji  düşüncədə  xaos  semantemi  və  onun  təzahür  səviyyələri,  xaos  və 

kosmogenez, əkizlər  mifi xaos-kosmos  modelinin  özünütəşkil paradiqması 

kimi, mifoloji insest xaotik paradiqma kimi məsələlər təşkil edir. 

Birinci fəslin “Mifologiyada xaos semantemi və onun  təzahür səviy-

yələri”  adlanan  birinci  yarımfəslində  göstərilir  ki,  “xaos”  termini  yunanca 



 

 



“əsnəmək”, “yarılmaq”, “açılmaq”  və bir şeyi doğmaq üçün “əsnəyib açıl-

maq”  mənasını ifadə  edən “khasko”  felindən  meydana gəlmişdir. Odur  ki, 

xaos sözü boşluq, açıqlıq və əsnəyən yarıq mənalarını ifadə edir

1

.  



Mifoloji tədqiqatlarda xaos termini ilə yanaşı, kosmos terminindən də 

geniş istifadə olunur. Odur ki, xaos anlayışının izahı zamanı bu anlayışın da 

ifadə etdiyi mənaya nəzər salmağın mühüm əhəmiyyəti vardır. Çünki xaos 

və  kosmos  dünya  nizamının  və  ya  onun  əksinin  izahı  zamanı  istifadə  olu-

nan  fundamental  mədəni-fəlsəfi  anlayışlardır. “Xaosun  əksi  olaraq  istifadə 

olunan bu termin (yəni kosmos – S.Q.) nizamlamaq, təşkil etmək mənasını 

verən  “kosmoe”  felindən  törəmişdir.  Belə  ki,  yunanlar  üçün  kosmosun  ilk 

mənası  sadəcə  nizamı  ifadə  etmirdi.  Bu  anlayış  ən  yüksək  dini  hörmət  və 

dəyərləri də özündə ehtiva edirdi. Bu anlayış heyranedici harmoniyanı, for-

malılıq, gözəllik və qanuniliyi, anlaşıqlığı da öz içinə alır”

2



Xaos anlayışına ilk dəfə Hesiodun “Teoqoniya” əsərində rast gəlinir. Bu-



rada  xaos  dünyanın,  kainatın  yarandığı  ilkin  başlanğıcı  təcəssüm  etdirir.  Onun 

yaradıcılığında bu anlayış termin olaraq “dərin çuxur kimi açılan” mənasını ifadə 

etməkdədir. Hesiod hər şeyin  yaranmasından əvvəl bunun  var olduğunu söylə-

yir...  Dünya  bu  qaranlıq  dəlikdə  və  yaxud  da  dibi  görünməyən  uçurumda  var 

olacaqdır

3

.  Hegel  Ensiklopediyasında  bu  anlayış  barədə  belə  deyilir:  “Təbii  və 



quruluşsuz vəziyyətdə olan materiya anlayışı çox qədimdir. O, yunanlarda dün-

yanın  formasız  təməli  olduğu  hesab  edilən  xaos  biçimində  qarşımıza  çıxır. 

Hesiod bu anlayışı dövrünün xalq inanclarına əsaslanaraq irəli sürmüşdür 

4

.  



Son onillikdə xaos anlayışı və onunla bağlı olan problemlərin araşdı-

rılmasına  fəlsəfə,  mədəniyyət  tarixi,  təbii  və  humanitar  elmlərdə  maraq 

xeyli  artmışdır.  Xüsusi  ilə  bu  anlayış  mifoloji  düşüncənin  öyrənilməsində 

əsas açar kimi qəbul olunur. Miflərin izahına yönəlmiş istər struktur, psixo-

analitik, istərsə də etnoqrafik tədqiqatlarda xaos anlayışı əsas element kimi 

diqqət çəkir

5

.  


Xaos termini müxtəlif metodologiya və məktəblərə aid olan mifoloq-

lar tərəfindən əsasən aşağıdakı məqsədlərlə istifadə olunur: 

                                                

Safran B. Kaos ve Mitoloji. http://arsiv.indigodergisi.com/51/bsafran001.htm; Арутюнова 



Н.Д. О Движении, Заблуждении и восхождении. Логический анализ языка / Космос и 

хаос: Концептуальнье поля порядка и беспорядка. Москва: Индрик, 2003, c. 3 

Safran B. Kaos ve Mitoloji. http://arsiv.indigodergisi.com/51/bsafran001.htm; Арутюнова 



Н.Д. О Движении, Заблуждении и восхождении. Логический анализ языка / Космос и 

хаос: Концептуальнье поля порядка и беспорядка. Москва: Индрик, 2003, c. 3 

3

 Лосев А. Ф. Хаос. http://svitik.ru/004_book/16b/3596_losev-haos.php 



Hançeroğlu  O.  Felsefe  ansiklopedisi:  kavramlar  ve  akımlar.  3  ciltde,  III  cilt.  İstanbul: 

Remzi Kitabevi, s., 280  

Предисловие.  Размышления  о  хаосе.  Международные  чтения  по  теории,  истории  и 



философии культуры. Выпуск третий. Санкт-Петербург: МСМХYIII, 1997, с. 3 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə