FinEx Kredit” bokt asc



Yüklə 0,76 Mb.
səhifə3/14
tarix24.02.2018
ölçüsü0,76 Mb.
#27808
1   2   3   4   5   6   7   8   9   ...   14



1.Giriş


Təşkilat və onun fəaliyyəti

FinEx Kredit” BOKT ASC (“Təşkilat”) 2013-cü ildə təsisçilər tərəfindən ənənəvi bankçılıq sistemi vasitəsi ilə kredit əldə etmək imkanı olmayan fərdi sahibkarlara davamlı kredit xidməti göstərmək məqsədi ilə təsis edilmişdir. Təşkilat fiziki şəxslərə kredit verməklə onların fəaliyyətlərinin böyüməsi və iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması yolu ilə Azərbaycan iqtisadiyyatının inkişafına köməklik göstərir.

Təşkilat 6 Avqust 2013-cü il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “FinEx Kredit” BOKT ASC adı ilə qeydiyyatdan keçirilmişdir. Təşkilat 18 Sentyabr 2013-cü il tarixindən Azərbaycan Respublikası Mərkəzi Bankı (“ARMB”) tərəfindən verilmiş 10 Sentyabr 2013-cü il tarixli BKT-14 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

Təşkilatın hüquqi ünvanı aşağıdakı kimidir:

AZ1014, Bakı şəhəri Nəsimi rayonu, S.Rüstəm 11

Təşkilat bütünlüklə təsisçilərə məxsusdur. Təşkilatın əsas təsisçiləri aşağıdakı kimidir:




Səhmdarlar

%

“FinansLizinq” ASC

80.0%

İbrahimov Ramiz İbrahim oğlu

11.8%

Şərifov Mobil Famil oğlu

8.2%

Əlaqəli tərəflərlə olan əməliyyatlar qeyd 24-də açıqlanır.


2.Hesabatların Tərtib Edilməsinin Əsas Prinsipləri


Uyğunluq prinsipi

Hazırki maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (“BMHS”) uyğun şəkildə hazırlanmışdır.

Təqdimatın əsasları

Maliyyə hesabatları tarixi dəyər prinsipinə əsasən hazırlanmışdır.

Funksional və hesabat valyutası

Təşkilatın funksional valyutası və bu maliyyə hesabatlarının tərtib olunduğu valyuta Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan Manatıdır (“AZN”). Manatla təqdim olunmuş bütün maliyyə məlumatları minliyə qədər yuvarlaqlaşdırılmışdır.



Təxmin və mülahizələrin istifadəsi

Rəhbərlik bu maliyyə hesabatlarını BMHS ilə uyğun şəkildə hazırlamaq üçün aktiv, öhdəlik, gəlir və xərclərin hesabatı ilə bağlı bir sıra təxmin və fərziyyələr irəli sürür. Faktiki nəticələr bu təxminlərdən fərqli ola bilər.

Xüsusilə, uçot siyasətinin tətbiqi zamanı ehtimalların qeyri-müəyyənliyi və əhəmiyyətli mülahizələrin mühüm sahələrinə dair məlumat verilmiş kreditlərin dəyərsizləşməsi ilə bağlı təxminləri əks etdirən qeyd 8-də göstərilir.

3.Təşkilatın Əməliyyat Mühiti


Azərbaycan Respublikası. Neft ixrac edən bir ölkə kimi və neftin dövlət büdcəsinin həcmi, eləcə də dəyəri etibarı ilə əsas paya sahib olduğu üçün Azəbaycan iqtisadiyyatı neftin dəyərindən əhəmiyyətli dərəcədə aslıdır. Bu səbəbdən sözügedən sahənin qiymətlərində yaranan fərqlər iqtisadiyyat üzərində böyük təsirə malikdir və neftin dəyərindəki kəskin dəyişikliklər valyuta dəyərdəndüşməsi, iqtisadiyyat və sənaye sahələrinin inkişafında ləngimələr, həmçinin pul vəsaitlərinin dövriyyəsində yaranan qeyri sabitlik kimi bu və ya digər makro-iqtisadi faktorların mövcudluğuna gətirib çıxarır.

2008-2009-cu illərin son qlobal maliyyə böhranından sonra beynəlxalq bazarda neftin qiymətinin aşağı enməsi neft ixrac edən ölkələrin iqtisadiyyatı üçün ən böyük təhlükə hesab olunmaqdadır. 2014-cü ilin iyun ayının ortalarından etibarən neftin qiymətində qəfil enmə müşahidə olunmağa başlamışdır və bu birbaşa neft istehsal edən ölkələrə, eləcə də Azərbaycana öz təsirini göstərir. Qeyd olunan hadisələr də öz növbəsində neft sahəsindəki gəlirlərin və dolayısı ilə illik büdcə gəlirlərinin azalması, neft istehsalatının aşağı enməsi və bu sahədə aparılan əməliyyatların dayandırılması ilə nəticələnir. Neftin dəyərindəki azalma uzun müddət davam edərsə, iqtisadiyyatın genişləndirilməsində uzunmüddətli geriləmələr, bank və daşınmaz əmlak kimi müttəfiq sahələrə mənfi təsirlərlə nəticələnəcəkdir.

Azərbaycan hökuməti büdcə gəlirlərinin aşağı enməsinin qarşısını almaq məqsədilə dövlət xərclərinin azaldılmasını deyil, alternativ maliyyə mənbələrindən istifadə edilməsini hədəfləyir. Azərbaycan Respublikasının Mərkəzi Bankı beynəlxalq valyuta bazarında rəqabət qabiliyyətini qoruyub saxlamaq məqsədilə, valyuta siyasətini dəyişərək 21 Fevral 2015-ci il tarixli mətbuat bəyanatı ilə Azərbaycan manatının dəyərinin ABŞ dollarına nisbətdə 34 % və 21 Dekabr 2015-ci il tarixli mətbuat bəyanatı ilə 48 % endirilməsi haqqında qərarını açıqlamışdır. Mərkəzi Bankın bu müdaxilə siyasəti iqtisadiyyatın yeni tarazlıq səviyyəsinə çatdırılması üçün atılan bir addımdır və onun təsiri iqtisadiyyatın tarazlıq səviyyəsi bərpa olunanadək, bu maliyyə hesabatlarının imzalandığı tarixə qədərki dövr üçün qeyri-müəyyən olaraq qalır.

Neft böhranı neft və enerji sektorunun maliyyə və likvidlik mövqelərinə əhəmiyyətli dərəcədə təsirini göstərir, bu isə öz növbəsində həmin sahələrə kreditlərin ayrılmasındakı çətinliklərə, həmçinin mövcud borcların ödənilmə qabiliyyətinin aşağı enməsinə gətirib çıxara bilər. Müəssisələrin əməliyyat şəraitinin zəifləməsi rəhbərliyin pul vəsaitlərinin hərəkəti ilə bağlı proqnozlarına, maliyyə və qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə qiymətləndirmə proseslərinə mənfi təsirini göstərməsi də ehtimal olunur. Mümkün əldə edilə bilən məlumatlar əsasında rəhbərlik dəyərsizləşmə üzrə qiymətləndirmələrində gələcək dövrün pul vəsaitlərinin hərəkəti ilə bağlı yenilənmiş təxminlərdən istifadə etmişdir.

Makro-iqtisadi amillərin gözlənilən dəyişiklikləri səbəbindən rəhbərlik bu dəyişikliklərin Təşkilatın əməliyyatları üzərində təsirini dəqiq qiymətləndirmək və yarana biləcək nəticələrlə bağlı hər hansı bir ölçü götürmək iqtidarında deyil. Rəhbərlik, mövcud şəraitdə Təşkilatın fəaliyyətinin davamlılığını və inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüldüyünü hesab edir.


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə