Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə7/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   2   3   4   5   6   7   8   9   10   ...   96

__________Milli Kitabxana__________
21
laşdığı və toqquşduğu məqamlarda geostrateji mövqeyinə görə
qərb, şərq, şimal və cənub arasinda ideal körpü yaradan, zəngin
yeraltı  və  yerüstü  sərvətlərə  malik  Azərbaycanımızda  onun
kəşməkeşli,  mürəkkəb  və  məsuliyyətli  bir  xadiminin  rəhbərlik
etməsi taleyin və Tanrının bizə bəxş etdiyi ən böyük ərməğan-
dır” (55, s.16).
Azərbaycan  Respublikasının  Şərq  siyasətinin  əsas  istiqa-
mətlərini  müəyyənləşdirmiş  Heydər  Əliyev  birmənalı  şəkildə
bəyan edirdi ki, “Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr
qazanc, para üzərində qurulmamalıdır. Bizim ölkələrimizin bö-
yük mənəvi kökləri var, bunları bir-birinə bağlayan milli köklər
var.  Bu  mulli,  mənəvi  mənafeyi  ayrı-ayrı  şəxslərin  qazancına
qurban vermək olmaz. Ona görə də mən bu barədə öz fikrimizi
və etirazımızı Türkiyənin bütün Dövlət və Hökumət başçılarına
bildirmişəm.  Biz  bildirmişik  ki,  buna  yol  vermək  olmaz” (55,
s.44). O, xalqlarımız arasındakı əlaqələrlə bağlı, demək olar ki,
bütün  çıxışlarında  qətiyyətli  mövqeyini  ortaya  qoyurdu:  “Bir
də  deyirəm  ki,  Türkiyə – Azərbaycan,  Azərbaycan – Türkiyə
əlaqələrinin  mənəvi,  milli  kökləri  var,  bunları heç  bir  paraya,
heç bir dollara, heç bir lirəyə dəyişmək olmaz. Mən xahiş edi-
rəm, bunu biləsiniz” (55, s.45).
SSRİ-nin dağılmasından sonrakı dövrdə Azərbaycan – Tür-
kiyə  elmi-mədəni  əlaqələrindən  bəhs  edərkən  qeyd  etməliyik
ki,  bu əməkdaşlığın  hüquqi əsasları  diplomatik əlaqələrin  qu-
rulmasından  sonra  daha  da intişar  tapmışdır.  Belə  ki, Türkiyə
və Azərbaycan arasında diplomatik əlaqələr 14 yanvar 1992-ci
ildə qurulmuşdur  və  bu  gün Azərbaycan  ilə  Türkiyə  arasında
olan dostluq və qardaşlıq əlaqələri günü-gündən möhkəmlənir,
genişlənir və bu dostluq əlaqələri gələcəkdə də inkişaf edəcək-
dir.  Heydər  Əliyevin  də  dönə-dönə  vurğuladığı  kimi, “heç  bir
qüvvə, heç bir kəs, heç bir ölkə Türkiyə – Azərbaycan dostlu-
ğuna mane ola bilməz. Bizim dostluğumuz sarsılmazdır, əbədi-
dir və əbədi olacaqdır... Biz çalışacağıq ki, bu dostluğu, qardaş-


__________Milli Kitabxana__________
22
lığı  günü-gündən  möhkəmlədək  və  yüksəklərə  qaldıraq”  (55,
s.45).
Araşdırmalar və ststistik məlumatlar göstərir ki, hal-hazırda
Türkiyədə  təxminən  3  milyon  soydaşlarımız  yaşayır.  Ölkədə
Azərbaycan  icmasını  təmsil  edən  təşkilat  və  dərnəklərdən  ən
nüfuzlusu Türkiyənin tanınmış ictimai xadimi  İ.Doğramacı  tə-
rəfindən  yaradılmış “Türkiyə – Azərbaycan dostluq, əməkdaş-
lıq və həmrəylik Fondu”dur (1996-cı il). Uzun illər Azərbaycan
Prezidenti Heydər Əliyevin və Türkiyə Prezidenti S.Dəmirəlin
bu  ictimai təşkilatın fəxri sədrləri olmaları diqqətəlayiqdir.  Bu
təşkilatın tərkibində “Azərbaycan Evi” fəaliyyət göstərir. Bura-
da əsasən  mədəniyyət  tədbirləri  və  bədii  gecələr  keçirilir.  Bu
dərnəkdən  başqa  “İqdır  Mədəniyyət  Dərnəyi”  (sədri  T.Ata-
sevər), “Qars-Ardahan-İqdır Dərnəyi” (sədri B.İşgür), “Türkiyə
– Azərbaycan  Dostluq  Dərnəyi”  (sədri  M.Özdağ)  və  “İzmir
Mədəniyyət  Dərnəyi”  (sədri  Y.Bozer),  “Qars  kalkındırma  kül-
tür vakvı” (sədri A.Elçin) kimi ictimai təşkilatlar fəaliyyət gös-
tərir.  Bunlardan bəzilərinin mətbuat orqanları da var (İ.Doğra-
macının  fondu  tərəfindən  “Azərbaycan”  adlı  aylıq  jurnal  nəşr
olunur). Bundan başqa, Türkiyədə “Azərbaycan Türkiyə Dost-
luq  Klubu”  (sədri  istefaya  çıxmış  general  M.Özdağ)  fəaliyyət
göstərir. Klub Azərbaycanın indiki hökumətinin yeritdiyi siyasi
kursu dəstəkləyir, lakin onun əsas məqsədi – Azərbaycan xalqı
ilə dostluqdur.
Türkiyədəki  Azərbaycan  diasporu  əsasən,  iki  mühacirət
dalğasına əsaslanır.  Onlardan  birincisinə  aid  olanlar  1920-ci
ildə  Azərbaycan  Demokratik  Respublikası  işğal  olunduqdan
sonra,  Türkiyəyə  köçüb  getmiş  insanlardır.  İkincisi  isə,  ikinci
dünya  müharibəsi  zamanı  və  müharibədən  sonrakı  dövrlərdə
(Almaniyada əsir  olduqları  zaman),  Stalinin  həbs  düşərgələ-
rindəki  represiyalardan  qorxaraq  başqa  ölkələrdən  Türkiyəyə
köçən  və  ya  Türkiyədə  qalan  insanlardır.  Onlar  mühacirətin
böyük hissəsini təşkil etmişdilər (56, s. 339-340).


__________Milli Kitabxana__________
23
Yaxın  zamanlara,  xüsusilə  1994-cü  ilə  qədər,  Türkiyədə
yerləşmiş Azərbaycan diasporu, siyasiləşmiş “Azərbaycan Mə-
dəniyyət  Dərnəyi”  (1949-cu  ilin  fevralında  yaradılmışdır)  adı
altında təşkilatlanmışdı. Onlar hələ Sovetlər Birliyi dönəmində,
əsasən keçmiş müsavatçılardan təşkil olunmuşdular. Bu şəxslər
öz  imkanları  daxilində  respublikamızın  suvereniteti  və  müstə-
qilliyi uğrunda siyasi təbliğat aparırdılar. Cəmiyyət, bir o qədər
də  yaxşı  tanınmayan  “Azərbaycan”  (ayda  2  dəfə  çıxırdı)  adlı
jurnal çap etdirirdi. Azərbaycan öz müstəqilliyini əldə etdikdən
sonra,  xüsusi  ilə  AXC  hökumətinin  idarəçiliyi  dövründə,
cəmiyyətin  rəhbərliyi  Elçibəy  rejimində  fəal  iştirak  edirdi.
Cəmiyyət  “Yeni  Müsavat”  partiyası  ilə  sıx əlaqələr  yaradırdı,
çünki  onu  M.Ə.Rəsulzadənin  rəhbərliyi  altında  1918-ci  ildə
yaradılan Müsavat partiyasının varisi hesab edirdi. Heydər Əli-
yevin hakimiyyətə gəlişindən sonra, cəmiyyət hazırkı hakimiy-
yətə  münasibətdə  mənfi  mövqedə  olaraq,  yenə  də  Moskvanın
diktəsi  ilə  Azərbaycanın  idarə  olunmasını  qeyd  edirdi.  Müsa-
vatla  bu təşkilatın sıx əlaqələrinin olmasını AXC hökumətinin
tanınmış  və  Türkiyəyə  getmiş  keçmiş  funksionerləri  təsdiq
edirdilər. Bu təşkilatın  İzmir,  Antaliya,  Sivas şəhərlərində
filialları var.
Lakin,  cəmiyyətin  üzvləri  ilə  yanaşı,  Türkiyədə  yaşayan
Azərbaycanın ziyalı nümayəndələrinin böyük hissəsində zaman
keçdikcə, Bakının həqiqi vəziyyəti haqqında xüsusi fikir yaran-
mışdı.  Bunun  nəticəsi  olaraq,  professor  Y.Daşdelenin  sədrliyi
altında “Türkiyədə Azərbaycan lobbisi” adlı bir təşkilat yaran-
mışdır.  Lobbiyə  72  üzvdən  ibarət  komitə  rəhbərlik  edir. Bu
təşkilatı  Azərbaycan  diasporu  dəstəkləyir.  Ancaq  onu  da  qeyd
etmək lazımdır ki, xalqlarımız bir-birinə o qədər yaxındırlar ki,
və məqsədləri o qədər birdir ki, nə bizim Türkiyədəki diasporu-
muza,  nə  də  türklərin  Azərbaycandakı  diasporlarına  bir  ehti-
yacları  var.  Qəlbdən  gələn  yaxınlıq  və  qardaşlıq  bütün  sahə-
lərdəki  əlaqələrimizi,  o  cümlədən  mədəni-humanitar  sahələr-
dəki əməkdaşlığımızı zəruri edir.


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə