Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə2/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   2   3   4   5   6   7   8   9   ...   96

__________Milli Kitabxana__________
5
“Mən”ini dərk edərək qoşulmasıdır. Bəlkə də, bu zərurətin dər-
kindən doğan həqiqətin nəticəsidir ki, indi qloballaşma ayrı-ay-
rı  xalqların  etnik-mənəvi  köklərinə  yenidən  dönüşü  ilə  də  xa-
rakterizə  olunur.  Bu  da  cəmiyyət  tarixinin  inkişaf  qanunauy-
ğunluğunun özünüqoruma instinktindən doğur.
Dünya  kulturoloji fikri  yekdilliklə  belə  bir  ümumi  qənaətə
gəlir  ki, ənənəvi  tədqiqatlarda  bir-birindən  ayrı, əlahiddə  təq-
dim edilən qədim mədəniyyətlər, biri digərinin tarixi davamı və
tamamlayıcısı  olan  qədim  sivilizasiyaların  təzahürü  olmaq  eti-
barilə vahid bir mədəniyyət hadisəsidir və indi bu sivilizasiya-
ların müasir varisləri XXI əsrin ilk onilliyini tamamlamaqdadır.
Vahid mənşədən vüsət alan sivilizasiyalar tarixi epoxalar sına-
ğından keçərək  yenidən  bir-birinə  qovuşur.  Beləliklə,  türk
etnik-mənəvi  “Mən”inin  dərk  olunma  və  ümumtürk  miqyasın-
da psixoloji həzmi zərurəti bu günün reallıqlarından doğur. Və
təkcə  Türk  dünyası  deyil,  bütün  bəşəriyyət  gücündən,  iqtisadi
qüdrətindən,  mənəvi-mədəni  səviyyəsindən  asılı  olmayaraq
milli  varlığını  qorumaq  istəyirsə,  bu  prosesə  qoşulmalı,  onun
labüdlüyünü dərk etməlidir.
Azərbaycanda yetmiş il ərzində qadağan edilmiş ümumtürk
ədəbiyyat və mədəniyyətinin milli-tarixi zəmundə tədqiqi elmi-
mədəni əlaqələrimizin  öyrənilməsi  üçün  yeni  səhifələrin  açıl-
masına  səbəb  olmuşdur.  Bu  cəhətdən  Azərbaycan – Türkiyə
mədəni əlaqələrini daha geniş aspektdə öyrənmək və bu əlaqəni
kulturoloji kontekstdə izləmək aktual məsələ kimi mühüm əhə-
miyyətə  malikdir. Mədəniyyətlərimiz  arasındakı  tarixi  və  mə-
dəni-mənəvi  körpülərin  yeni  təfəkkür  işığında nəzərdən  keçi-
rilməsi,  araşdırılıb  xalqa çatdırılması xalqımızın  bütövlükdə
türk dünyası ədəbiyyatı və mədəniyyəti ilə qovuşması üçün ən
ilkin, ən zəruri və ən güclü zəmin və şərtdir.
Bu  mənada Azərbaycan  Respublikasının  müstəqillik  illə-
rində həyata keçirdiyi xarici siyasət kursunun, xüsusən də türk
dövlətləri  ilə  siyasi  münasibətlərinin  qurulması  və  inkişafı
probleminin  elmi-nəzəri  cəhətdən  araşdırılması,  bu  sahədə


__________Milli Kitabxana__________
6
həyata  keçirilən  tədbirlərin,  onların  nəticələrinin  ümumiləşdi-
rilməsi,  obyektiv  qiymətləndirilməsi  mühüm  elmi  və  praktik
əhəmiyyətə  malikdir.  Belə  ki,  Azərbaycan  özünün  geostrateji
mövqeyinə  görə  tarix boyu  bir  çox  böyük  dövlətlərin maraq-
larının  toqquşduğu  siyasət  meydanına  çevrilmişdir.  Belə  mü-
rəkkəb,  mənafelərin  toqquşduğu  ziddiyyətlər  meydanı  olması
Azərbaycan dövlətinin, xüsusən də müstəqilliyinin ilk illərində,
xarici  siyasət  fəaliyyətində  son  dərəcə  diqqətli  olması  zəru-
rətini  doğurmuşdur. Müstəqilliyin  bərpasından  sonrakı illərdə
Azərbaycanın dil, mənəvi, tarixi, mədəni və siyasi cəhətdən sıx
tellərlə  bağlı  olduğu  türk  dövlətləri  ilə  hər  hansı  formada
yaxınlaşmaq cəhdi, onun xarici siyasətinin dini, etnik təəssüb-
keşlik  prinsipləri  əsasında  həyata  keçirilməsi  və bu əməkdaş-
lığın  “pantürkizmə”,  “panturanizmə” meylli olması  haqqında
ittihamlarla müşayiət olunurdu.
Bununla belə, ümumilikdə XX əsrin 90-cı illəri təkcə Azər-
baycan  üçün  deyil,  bütünlükdə  türk  dünyası  üçün əlamətdar
hesab  edilə  bilər.  Belə  ki,  XX  əsrin  90-cı  illərinə  qədər  türk
dünyasını  beynəlxalq  aləmdə  təkcə  Türkiyə  Respublikası  təm-
sil  edirdi.  90-cı  illərin  başlanğıcında  SSRİ-nin  dağılması  nəti-
cəsində  daha  beş  türk  dövlətinin – Azərbaycan,  Qazaxıstan,
Qırğızıstan,  Özbəkistan  və  Türkmənistanın  müstəqillik  qazan-
ması  ilə  türk  dünyasında  gözəçarpacaq  bir  canlanma  başlandı.
Bu mənada XX əsrin 90-cı illəri türk dövlətləri arasında bütün
sahələrdə  çoxcəhətli  əlaqələrin  qurulduğu  dövrdür.  Bu  qarşı-
lıqlı  yaxınlaşma  dünyada  və  xüsusən  də,  Avropada  gedən  in-
teqrasiya prosesləri ilə üst-üstə düşür və türk xalqlarının həyati
mənafeyindən  doğduğuna  görə  getdikcə  daha  çox  aktuallıq
kəsb  edir.  Lakin  göstərilən  dövrdə,  bəzən  isə  hal-hazıra  qədər
dünya  dövlətlərinin  türk  dünyasında  baş  verən  hadisələrə  mü-
nasibəti  birmənalı  olmamış,  dövlətlərimiz  arasında  münasibət-
lərə bir qədər ehtiyatla  yanaşılmışdır. Bu yanaşma təkcə siyasi
dairələrdə,  rəsmi  səviyyədə  deyil,  həmçinin  elmi  araşdırma-
larda da özünü göstərmişdir. Regionda maraqları toqquşan döv-


__________Milli Kitabxana__________
7
lətlərin  alimləri,  dövlət,  siyasət  və  mədəniyyət  xadimləri  ara-
sında hadisələrə obyektiv, qərəzsiz yanaşma ilə bərabər, bəzən
qərəzli, obyektivlikdən uzaq araşdırmalara da rast gəlinir. Belə
ki, Azərbaycanın dil, mənəvi, tarixi, mədəni və siyasi cəhətdən
sıx  tellərlə  bağlı  olduğu  türk  dövlətləri  ilə  hər  hansı  formada
yaxınlaşmaq  cəhdinə  həqiqətə  və  məntiqə  uyğun  gəlməyən
mənalar verilir, dünyanın eyni kökdən olan xalqları üçün tama-
milə  təbii  sayılan əlaqələri  Azərbaycan – Türkiyə  mədəni  əla-
qələri üçün arzuolunmaz hesab edilirdi.
Bu  mənada  Azərbaycan – Türkiyə  mədəni  əlaqələrinin
araşdırılması siyasi və ideoloji cəhətdən, siyasi-diplomatik mü-
nasibətlərin  yeni  və  daha  doğma  bir  mərhələsinə  yol  açmaq
baxımından  da əhəmiyyətlidir.  Mədəni  əlaqələrimizin  öyrənil-
məsi  hər iki xalq arasında qarşılıqlı mənəvi zənginləşmə zəru-
rətindən  irəli  gəlir.  Tarix  göstərir  ki,  Azərbaycanın  azadlıq və
istiqlaliyyəti türk xalqlarının mədəni-tarixi birliyi kontekstində
mövcuddur.  Belə  birlik  ideyası  isə  elmi-tarixi  fikrimizdə  XX
əsrin əvvəllərindən başlayaraq xüsusilə qüvvətlənmiş, publisis-
tikada, ədəbiyyatin müxtəlif janrlarında, ümumilikdə mədəniy-
yətdə  intensiv şəkildə  irəli  sürülmüşdür.  Azərbaycan  yazıçı-
larının  IX  qurultayında  yazıçı  Anarın  çox  haqlı  qeyd  etdiyi
kimi:  “...  Türkiyəylə  sıx  mədəni  əlaqələr  bizim  müasirləşmə-
yimizə, dünya dəyərlərini mənimsəməyimizə, dünyanın qabaq-
cıl  millətləri  sırasında,  demokratik,  maariflənmiş,  müasir bir
cəmiyyət  kimi  tanınmağımıza  yardım  etməlidir.  Keçmişdə  bi-
zim  dünyaya  pəncərəmiz  yalnız  rus  mətbuatı  vasitəsilə  idisə,
bu gün daha bir pəncərə, Türkiyə pəncərəsi dünyanı tanımaqda
və özümüzü dünyaya tanıtmaqda əhəmiyyətli rol aynaya bilər”.
Dünya xalqlarının hər birində kökünə, soyuna, ilkin maddi-
mənəvi  dəyərlərinə  qayıdış  meyli  son  zamanlar  bir  qədər  də
güclənməkdədir. Xalq ruhunun, milli mənəviyyatın bütün ifadə
çalarlarını  və  özəlliklərini  qoruyub  saxlayan milli-mənəvi  də-
yərlər bu qayıdışa rəvac  verən sönməz idrak, solmaz təfəkkür,
orijinal  dünyaduyumudur.  Türk  xalqlarının  vahid  kökə,  ortaq


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə