Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə8/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   4   5   6   7   8   9   10   11   ...   96

__________Milli Kitabxana__________
24
Bu baxımdan hər iki ölkə arasındakı mədəni-humanitar əla-
qələr  də  daim  inkişaf  etməkdədir.  Bu  sahədə  ən  çox  Təhsil,
Mədəniyyət, Xarici və Daxili İşlər nazirliklərinin əlaqəli orqan-
ları, YÖQ (Yüksək Öyrətim Qurumu), TÜRKSOY, TRT (Tür-
kiyə  Radio  Televiziya  Qurumu),  DİB  (Diyanət İşləri  Başkan-
lığı),  BYEGM  (Mətbuat,  Nəşr  İnformasiya  Baş  Müdirliyi),
AMDTYQ  (Atatürk  Mədəni,  Dil  və  Tarix  Yüksək  Qurumu)
kimi təşkilatların və TÜDEV (Türk Dövlət və Cəmiyyətlərinin
Dostluq, Qardaşliq və İşbirliyi Vəqfi), TKAE  (Türk Mədəniy-
yətini  Araşdırma  İnstitutu),  TDAV  (Türk  Dünyası  Araşdırma
Vəqfi) kimi özəl təşkilatlar fəaliyyət göstərir.
Milli təhsil sahəsində də çalışmalar durmadan getməkdədir.
Azərbaycanla  Türkiyə  arasında  milli  təhsil  sahəsindəki  ən
önəmli çalışma “Böyük Öyrənci Layihəsi”dir. Təkcə 1998-ci il
avqust ayından etibarən Azərbaycandan Türkiyəyə gələn ümu-
mi  tələbələrin  sayı  2570-dir.  Bu  tələbələrdən    1101-i  Türki-
yədən  təqaüd  almışdır.  İki  qardaş  ölkə  arasında əldə  edilən
razılaşmanın  nəticəsində  Türkiyənin  Azərbaycana  göstərdiyi
təhsil və öyrətim yardımı bu miqdardan daha artıqdır.
Azərbaycandan  Türkiyəyə  gələn  tələbələrin  21,1%-i
TÖMER  öyrətimində,  8,3%-i  ali  diplom  öyrətimində,  21,9%-i
ali diplom proqramında, 67,7%-i diplom proqramında təhsil al-
maqdadır. Bunlardan 86,5%-i TÖMER-in dil öyrətimini Türki-
yədə, 8,3%-i isə öz ölkələrində almaq istədiklərini bildirmişlər.
Tələbələrin 38,5%-i  təhsil  aldıqları  proqramdan  məzun  olduq-
dan sonra ölkəsinə dönməyi, 5,2%-i Türkiyədə qalmağı, 6,2%-i
xaricdə  təhsilini  davam  etdirməyi  planlaşdırdıqlarını  bildirmiş
və  21,9%-i  bu  sualı  cavabsız  qoymuşdur.  Tələbələrin  50%-i
Böyük  Öyrənci  Layihəsi  haqqında  müsbət,  16,7%-i  mənfi
münasibət  bildirmiş,  32,2%-i  sualı  cavablamamış,  1,1%-i  öz
fikrini bildirməmişlər. Tələbələrin 71,9%-i təqaüdlərin az oldu-
ğunu  bildirmişdir. 1997 – 1998 təhsil ilində Türkiyə Azərbay-
cana 12-si tələbələrə aid olmaqla ümumi 210 ali təhsil təqaüdü


__________Milli Kitabxana__________
25
ayırmış,  Azərbaycan  bu  təqaüdlərdən  178-ni  istifadə  etmişdir
(56, s. 341).
Türkiyədə  təhsil  alan  Azərbaycan  tələbələri  “Böyük  gələ-
cək”  mədəni-maarifçilik  (jurnalın  redaktoru  E.Zeynalovdur  və
bu nəşriyyat “Azərbaycan – Türkiyə dostluq Klubu” tərəfindən
maliyyələşdirilir,  klubun  sədri  istefaya  çıxmış  general  M.Öz-
dəkdir)  və  “Azərbaycanın  səsi”  (jurnalın  redaktoru  S.Verdiza-
dədir,  jurnal  Azərbaycanla  iqtisadi-ticarət  əlaqələrinə  malik
olan “Gül-Bayram” ticarət kompaniyası tərəfindən maliyyələş-
dirilir,  kompaniyanın  sədri  Gül  Bayramdır)  adlı jurnal  nəşr
etdirirlər.
Atatürk Mədəniyyət, Dil və Tarix Qurumu ilə əlaqədar olan
Türk  Tarix  Qurumu  öz  işində  Azərbaycana,  Qafqaza  xüsusi
diqqət  verir.  XII  Türk  Tarix  Konqresinin  işində  Azərbaycan
alimləri  də  iştirak  etmiş,  bu  konqresin  işinə  aid  kitablarda
ölkəmiz haqqında geniş məlumatlar getmişdir. Türk Dil Quru-
munun  Türk  dünyası  ilə  əlaqədar  hazırladığı  37  kitabın  hazır-
lanmasında  Azərbaycan  da  iştirak  etmişdir.  Ayrıca  TDQ  və
TİKA həmrəyliyi obyekti olan “Müqayisəli türk ləhcələri lüğəti
və  türk  ləhcələrinin  müqayisəli  qrammatikalarını  hazırlama
layihəsi”ndə  Azərbaycanın  elm  adamları  yaxından  iştirak
etmişlər və bu layihə Azərbaycan türkcəsini də əhatə edir.
Atatürk  Mədəniyyət  Mərkəzinin  qurduğu  Araşdırma  Mər-
kəzləri  arasında  Naxçıvan  Atatürk  Araşdırma  Mərkəzi  də  var-
dır. Türkiyə Cümhuriyyətinin yaradıcısı olan böyük Atatürkün
adına  verilən  “Beynəlxalq  Atatürk  sülh  mükafatı”nın  1999-cu
ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əli-
yevə verilməsi və 9 mart 2001-ci ildə Azərbaycanın Prezidenti
cənab  Heydər  Əliyevin,  Türk  Dünyasının  böyük  öndərinin
adını  daşıyan Azərbaycan Atatürk Mərkəzinin açılması barədə
fərman  verməsi,  bu  mərkəzin  fəxri  başqanının  özü  olduğunu
bildirməsi və lazımi çalışmaların qısa müddətdə tamamlanması
tapşırığını verməsi  əlaqələrimizin  inkişafının  canlı  təcəssü-
müdür (56, s. 342).


__________Milli Kitabxana__________
26
Əlbəttə, yuxarıda adları çəkilən təşkilatların fəaliyyətlərinin
qısa müddət ərzində nəticə verməsi mümkün deyil. Bu qurum-
lar bir çox sahələrdə, o cümlədən dil (əlifba, lüğət və qramma-
tika), mədəniyyət (səhnə əsərləri, filmlər, ədəbiyyat və dastan-
lar),  tarix  (ortaq  tarix  perspektivi)  sahələrində  böyük  addımlar
atılmışdır. 10 illik müddət ərzində çox işlər görülmüşdür. Tür-
kiyənin Diyanət İşləri Nazirliyi ölkəmizdə 2001-ci ildə 4 ədəd
məscid tikdirmiş, 2 məscid təmir etdirmiş, tez-tez dəyişən çox-
lu  sayda  din  xadimləri  ölkədə  xidmət  göstərmişdir.  Azərbay-
canda  1992 – 1993-cü tədris ilində ilahiyyət fakültəsi açılmış-
dır.  Fakültənin  tələbələrinin  sayı  2001-ci  ilə  qədər  280  olmuş
və ilk məzunlar 1996 – 1997-ci tədris ilində buraxılmışdır. Fa-
kültənin  əsasında  Bakı  Türk  Litseyi  açılmışdır.  2001-ci  ilə
qədər Türkiyə Azərbaycana həccə getmək üçün böyük miqdar-
da  yerlər ayırmış və 205.000 ədəd Qurani-Kərim və digər dini
nəşrlər  göndərmişdir.  Türkiyənin  maliyyələşdirdiyi  və  təşkil
etdiyi Avrasiya İslam Şurası və digər simpoziumlara Azərbay-
candan da məruzəçilər dəvət edilmişdir.
YÖK-ün (Yüksək Öyrətim Qurulu) müxtəlif universitetlər-
də  açdığı araşdırma mərkəzlərində “Milliyyət davası siyasi  bir
mücadilə  söhbəti  olmadan  öncə, şüurlu  bir  ideal  məsələsidir.
Şüurlu ideal demək, müsbət elmə, elmi üsullara söykənmiş bir
hədəf  və  niyyət  deməkdir” – şəklində  Atatürkün  prinsipi əsas
kimi götürülmüşdür.
Radio və Televiziya Yayın fəaliyyətləri, Avrasiya kanalı ilə
başlamışdır.  Bu  fəaliyyəti  Türkiyənin  rəsmi  və özəl  kanalları
davam etdirmiş, sonralar Azərbaycanın AzTV 1 kanalı da Tür-
kiyədən verilişlər verməyə başladıqdan sonra mədəni qarşılıqlı
əməkdaşlıq genişlənmişdir.
TÖMER (Türkcə Öyrətim Mərkəzi) Türkiyədə universitet-
lər və Türkiyə xaricində Böyükelçiliklər istiqamətində fəaliyyət
göstərən  bir  təşkilat  olub  Azərbaycanda  da  çalışmaqdadır.
Azərbaycanda  latın əlifbasına keçildikdən sonra  Azərbaycan –
Türkiyə  münasibətləri  daha  da  genişlənmişdir.  TİKA (Türk


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə