Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə10/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   6   7   8   9   10   11   12   13   ...   96

__________Milli Kitabxana__________
30
Protokolu Türkiyə Cümhuriyyəti adından Baş Nazir Süley-
man  Dəmirəl və Naxçıvan  Muxtar  Respublikası  adından Ali
Məclisin  Sədri  Heydər  Əliyev imzalamışlar. İmzalanma
mərasimində  Türkiyə  Cümhuriyyətinin  Baş  Naziri  Süleyman
Dəmirəl və Heydər Əliyev nitqlə çıxış etmişlər. Heydər Əliyev
öz  çıxışında  bəyan  edirdi  ki, “Hörmətli  Baş  Nazir  Süleyman
Dəmirəlin  dəvəti  ilə  mənim  Türkiyədə  olmağım  bütün  naxçı-
vanlılar  üçün  böyük  bir  hədiyyədir,  böyük  bir  mükafatdır.  Və
buna əsasən,  bu  gün  burda belə  bir  müqavilənin  imzalanması,
bir  daha  qeyd  edirəm,  Naxçıvanın  həyatında  tarixi  bir  hadisə-
dir. Bunu biz tarixi sənəd kimi qiymətləndiririk” (17, s.34).
Ankarada 2 günlük rəsmi görüşlərini başa çatdıran Heydər
Əliyev oradan İstanbula səfər etmişdir. Türkiyəyə səfəri zama-
nı  Heydər  Əliyev  həmçinin  Kars, İqdır  şəhərlərinin  rəhbərləri
ilə  görüşüb  danışıqlar  aparmış,  həmin şəhərlərin  tarixi  abidə-
ləri,  görməli  yerləri  ilə  tanış  olmuşdur. Həmçinin Naxçıvan
Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  Heydər  Əliyev
Naxçıvanda  Türkiyənin  ali  məktəblərinə  qəbul olunmuş  tələ-
bələrlə görüşmüşdür (17, s.35, 42). 19-25 aprel 1993-cü il tari-
xində Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Əbülfəz
Elçibəylə  birlikdə  Türkiyə  Cümhuriyyətinin  Prezidenti  Turqut
Özalın  Ankarada  və İstanbulda  keçirilən  matəm mərasimlə-
rində iştirak etmişdir (17, s.46-47).
Artıq  1993-cü  ildə  müasir  Azərbaycan  tarixinin ən  önəmli
hadisələrindən biri baş verir. Azərbaycan xalqını tarixi bir böh-
randan  qurtarmış  Heydər  Əliyev  Azərbaycan  Respublikasının
Prezidenti  seçilir. Fəaliyyətə  başladığı  gündən  elm,  təhsil  və
mədəniyyətə  mühüm  önəm  verən  ümummilli  liderimiz  bu
istiqamətdə ciddi addımlar atmağa müvəffəq olur. Belə ki, hələ
ölkəmizin  daha  ciddi  problemləri  olduğu  bir  vaxtda – 26  ok-
tyabr 1993-cü  il  tarixində Azərbaycan  Respublikasının  Prezi-
denti Heydər Əliyev Türkiyə Cümhuriyyətinin qurulmasının 70
illiyi münasibəti ilə keçirilən “Türkiyə Cümhuriyyəti–70” elmi-


__________Milli Kitabxana__________
31
praktik  konfransının  iştirakçılarına  təbrik  məktubu  göndər-
mişdir. 18 noyabrda isə Azərbaycan Respublikasının Prezidenti
Heydər  Əliyev  Prezident  sarayında  Türkiyə  Cümhuriyyətinin
Prezidenti Süleyman Dəmirəlin “Çağ” Öyrətim İşlətmələri şir-
kəti  tərəfindən  Azərbaycanda  açılmış  təhsil  müəssisələrinə
etimadını  təsdiq  edən  məktubunu  gətirmiş  İstanbulda  yerləşən
şirkətin  idarə  heyətinin  üzvü  Nurettin  Vereni,  Qafqaz  Univer-
sitetinin  rektoru  prof.  dr.  Zafer  Ayvazı,  şirkətin  Azərbaycan
üzrə  nümayəndəsi  Məmmədəli  Babaşovu,  “Zaman”  qəzetinin
Azərbaycandakı  nümayəndəsi  Halim  Dağları  və  qəzetin  xəbər
şöbəsinin müdiri Nedim Yalçını qəbul etmişdir.
Səmimi şəraitdə  keçən  görüş  zamanı  Heydər  Əliyev  Tür-
kiyə  Cümhuriyyətinin  Prezidenti  Süleyman  Dəmirəlin  göndər-
diyi məktuba görə çox şad olduğunu ifadə edərək “Çağ” Öyrə-
tim  İşlətmələri  AŞ-nin  Azərbaycanda  açdığı  təhsil  ocaqlarının
fəaliyyətlərinin  hamısından  xəbərdar  olduğunu,  məmnuniyyət
duyduğunu  və  bu  işlərin  davam  etməsi  üçün  hər  cür  lazımi
köməklik göstərəcəyini ifadə etmişdir (17, s.55-56).
1994-cü ilin 5 yanvarında Azərbaycan Respublikasının Pre-
zidenti  Heydər  Əliyev  Türkiyə  Cümhuriyyətinin  universitetlə-
rinə tələbə qəbulu haqqında sərəncam imzalamış, yanvarın 17-
də  isə Türkiyə  Cümhuriyyəti  Yüksək  Öyretim  Kurulu  (YÖK)
nümayəndəsi Mehmet  Altunayı  qəbul  etmişdir.    Yanvarın 26-
da Ankaranın Hacəttəpə Universitetinin bir qrup professorunun
təklifinə əsasən Universitetin Elmi Şurası Azərbaycanın müstə-
qilliyinin möhkəmləndirilməsi, ermənilər tərəfindən işgal olun-
muş  Azərbaycan  torpaqlarının  azad  olunması,  Prezident  seçil-
diyi tarixdən etibarən Türkiyə ilə strateji və hərbi əməkdaşlığın
inkişafı, Azərbaycan Milli Ordu quruculuğu sahəsindəki böyük
xidmətləri və digər dövlətlərə qarşı yeritdiyi düşünülmüş siya-
sətinə görə görkəmli dövlət xadimi Heydər Əliyevə beynəlxalq
münasibətlər  sahəsində  fəxri  doktor  adı  verilməsi  barədə yek-
dilliklə 2/94-5 saylı qərar qəbil etmişdir. 27 yanvarda isə Azər-
baycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyədəki


__________Milli Kitabxana__________
32
Azərbaycan Mədəniyyət  Mərkəzinin nümayəndələri Ə.Qaraca,
M.Kəngərli və M.Müşteki qəbul etmişdir (17, s.58).
Həmin  il fevralın  2-də Azərbaycan Prezidenti  Heydər  Əli-
yev  Türkiyənin  Azərbaycandakı  müvəqqəti  işlər  vəkili  Vural
Atayla  birlikdə  həmin  ölkənin  Hacəttəpə  Universitetinin  pro-
fessorları  Tansun  Yılmaz,  Bahettin  Yediyıldız,  Abdülhaluk
Çay və Hüseyin Cevizoğlunu qəbul etmiş, fevralın 3-də Türki-
yənin müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən jur-
nalistlərinin bir qrupunu onların xahişi ilə qəbul etmiş, fevralın
7-də Türkiyənin  ali  məktəblərində  təhsil  almağa  yola  düşən
azərbaycanlı  tələbələrin  bir  qrupu  ilə  görüşmüş  və  nitqlə  çıxış
etmişdir.  O,  çıxışında  bildirmişdir  ki, “Türkiyə Azərbaycan
üçün  qardaş,  dost  ölkədir.  Türkiyə  ilə  Azərbaycan  arasındakı
əlaqələrin qədim və zəngin tarixi var. İndi Azərbaycan Respub-
likası bir müstəqil dövlət kimi Türkiyə Cümhuriyyəti ilə bütün
sahələrdə əlaqələrin inkişaf etdirilməsinə çalışır” (17, s.59).
Fevralın 8-də Süleyman Dəmirəlin dəvəti ilə qardaş ölkəyə
rəsmi  səfərə  yola  düşən  Heydər  Əliyev  Binə  hava  limanında
jurnalistlərə  səfərlə  bağlı  müsahibə  verərək  demişdir  ki, “Tür-
kiyə  Azərbaycan  üçün  ən  yaxın,  qardaş  və  dost  ölkədir.  Xal-
qımızın arasında böyük tarixə malik dostluq, qardaşlıq əlaqələri
var.  Son  illər  Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  bu
əlaqələr  daha  da  mühkəmlənmişdir”. Türkiyə Cümhuriyyətinə
rəsmi səfərə başlayan Prezident Ankarada Atatürkün məqbərə-
sinə  əklil  qoymuş,  M.Ə.Rəsulzadənin  məzarını  ziyarət  etmiş-
dir. “Çankaya” köşkündə rəsmi qarşılanma mərasimindən son-
ra  mətbuat  nümayəndələri  üçün  bəyanat  verən  Prezident  bir
daha bildirmişdir: “Bizim ölkələrimiz – Türkiyə Cümhuriyyəti
və  Azərbaycan  Respublikası  dost  və  qardaş  ölkələrdir.  Xalq-
larımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçə-
rək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır”
(17, s.59).  Fevralın  9-da  öz  iqamətgahında  Türkiyədə  yaşayan
azərbaycanlı  icmasının  nümayəndələri  ilə  görüşmüş Heydər
Əliyev, ona Ankaranın Hacəttəpə Universitetinin fəxri doktoru


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə