Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə3/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   2   3   4   5   6   7   8   9   ...   96

__________Milli Kitabxana__________
8
mədəniyyətə  söykənən  bu  irsinə  müxtəlif  coğrafi  məkanlar
kontekstində  baxılsa  da  bu  qövmin  milli-mənəvi  dəyərləri  bö-
lünməmiş,  tarixi  sınaqlarda  bütövlüyünü  qorumuşdur.  Tarixin
müxtəlif  dönəmlərində  ideoloji  aşınmalara,  siyasi  rejimlərin
basqısına  məruz  qalan türk xalqı mənən  məğlub  olmamış,  öz
etnik-mədəni sistemini qoruyub saxlamışdır. Son illərdə dünya-
nın müxtəlif ölkələrindən Bakıya gəlmiş türk mədəniyyət araş-
dırıcılarını,  nüfuzlu  alimləri  bir  araya  toplayan  da  məhz  bu
soydaşlıq  duyğusu,  qardaşlıq  məhəbbətidir.  Bakıda  keçirilən
“Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı I, II, III və
IV ənənəvi  beynəlxalq  konfransında  iştirak  etmiş  15  ölkə  təd-
qiqatçıları  içərisində  Azərbaycandan  Mahmud  Kərimov,  Ağa-
musa Axundov, Hüsyn  İsmayılov kimi alimlərlə yanaşı Türki-
yədən də bir çox tanınmış mədəniyyət araşdırıcıları Türk Dün-
yasının  problemlərinə  həsr  olunmuş  aktual  müzakirələr
açmışlar.
Azərbaycan – Türkiyə  mədəni  əlaqələrinin  tarixi  və  pers-
pektivləri  ilə  bağlı  hər  iki  dövlətin  rəhbərləri  dəfələrlə  fikirlər
söyləmiş və bu əlaqələrin daimi və əbədi olacağı haqqında bə-
yanatlar vermişlər. Xalqımızın ümummilli lideri Heydər Əliyev
bəyan  edirdi  ki,  “dəfələrlə  dediyimiz  “biz bir  millət,  iki  döv-
lətik”  sözləri  hər  bir  azərbaycanlının  qulağında  səslənməlidir.
Bu ifadə bizim gələcəyimizin proqramıdır”. Çıxışlarında daima
türk  dünyası  problemlərinə  qlobal  düşüncə  tərzi ilə  yanaşan
Heydər  Əliyev  həmişə  belə  bir  ideya  vermişdir  ki,  “Mən  bu
gün,  həqiqətən,  qeyd  etmək  istəyirəm  ki,  bizim  xalqlarımız
əsrlər  boyu  bir-birinə  yaxın  dost  olmuşlar.  Biz  bir  kökdənik,
biz  birdilli  xalqlarıq.  Bizim  milli ənənələrimiz  çox  yaxındır,
bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalq-
larımızı  hələ  biz  müstəqil  olmadığımız  vaxtda,  ayrı-ayrı  döv-
lətlərin  əsarəti  altında  yaşadığımız  vaxtda  da  bir-birimizdən
ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə
saxlayıb.  İndi  isə  xalqlarımız  öz  müstəqilliyini  əldə  edəndən
sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi


__________Milli Kitabxana__________
9
ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan
sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.
“İki ölkə arasında dostluq son dərəcə möhkəmdir. Azərbay-
canın problemi bizim problemimizdir. Böyük Atatürkün söylə-
diyi  sözlər  bizim  üçün  nəsihətdir:  Azərbaycanın  kədəri  bizim
kədərimiz,  sevinci  bizim  sevincimizdir”  fikrini  çox  kərə  dilə
gətirmiş  Türkiyənin  böyük  siyasətçisi  Süleyman  Dəmirəl  də
Azərbaycan – Türkiyə  mədəni  əlaqələrində  inkişafın  qaçılmaz
bir  tarixi  zərurət  olduğunun bütün  dünya  ictimaiyyətinə  çatdı-
rılmasından  qürur  duymuşdur.  O,  “Azərbaycan – Türkiyə  əla-
qələri  və  Heydər  Əliyev”  kitabına  yazdığı  ön  sözdə  də  qeyd
edir  ki,  Azərbaycan  müstəqilliyə  çatdiği  anda,  dərhal  onu  ilk
taniyan  Türkiyə,  ilk  səfir  göndərən,  ilk  səfirlik  açan  Türkiyə
oldu.  Türkiyə  bunu  edərkən  Böyük  Atatürkün  ruhunu şad
etmişdir.  Azərbaycanın  müstəqilliyini  elan  etməsindən  sonra
keçən on ildən artıq bir müddət içində milli dövləti qurmaq və
bu  dövlətin  fəaliyyətini  təmin  etmək  kimi  fövqəladə  çətin  bir
vəzifə Azərbaycanın dövlət başçisi möhtərəm Heydər Əliyevin
bacarıqlı  rəhbərliyi  altında  uğurla  yerinə  yetirilmişdir.  Müstə-
qilliyin  ilk  günündən  etibarən  hər  zaman,  hər  məsələdə  Azər-
baycanla  birgə  olan  Türkiyə,  bundan  sonra  da  Azərbaycanla
birgə olmağa davam edəcəkdir. Bu bizim qardaşlığımızın təbii
bir nəticəsidir. Türkiyə ilə Azərbaycan, iki qardaş ölkə siviliza-
siyaya  doğru,  yaxşı,  gözəl  günlərə  doğru  birlikdə  yürüməkdə
davam edəcəkdir.
Müvafiq ədəbiyyatlarda  da  əksini  tapdığı  kimi  hal-hazırda
Türkiyədə  təxminən  3  milyon  soydaşımız  yaşayır.  Ölkədə
Azərbaycan icmasını təmsil edən təşkilat və dərnəklərin ən nü-
fuzlularından  biri “Türkiyə – Azərbaycan  dostluq, əməkdaşlıq
və həmrəylik fondu”dur (sədri İ.Doğramacı). Bu fondun nəzdi-
ndə “Azərbaycan Evi” fəaliyyət göstərir. Burada əsasən mədə-
niyyət tədbirləri və bədii gecələr keçirilir. Bu dərnəkdən başqa
“İqdır Mədəniyyət Dərnəyi” (sədri T.Atasevər), “Qars – Arda-
han – İqdır  Dərnəyi”  (sədri  B.İşgür),  “Türkiyə – Azərbaycan


__________Milli Kitabxana__________
10
Dostluq Dərnəyi” (sədri M.Özdağ) və “İzmir Mədəniyyət Dər-
nəyi” (sədri Y.Bozer) kimi ictimai təşkilatlar fəaliyyət göstərir.
Bunlardan  bəzilərinin  mətbuat  orqanları  da  var (İ.Doğramacı-
nın  fondu  tərəfindən  “Azərbaycan”  adlı  aylıq  jurnal  nəşr
olunur).
Türk Dünyasında tələbə-müəllim mübadiləsini tənzimləyən
komissiyanın 90-cı illərin əvvəlləri üçün olan hesabatında yeni
qurulan türk respublikalarına müəllim, tələbə mübadiləsinə dair
məlumatda deyilir: “Yeni  qurulan  Türk  Cümhuriyyətləri,  tota-
litar  bir  rejimin  bütün  qalıntılarını  silərək  yabançısı  olduqları
yepyeni demokratik bir quruluşa sürətlə uyğunlaşmaq və dünya
ilə  bütünləşmək  üçün  ciddi  səy  etməkdədirlər.  Bu  səyləri
sırasında özlərinə nümunə  götürdükləri ölkəmiz və Türk Dün-
yası  ilə  yaxın  və  səmimi  əlaqələr  qurmaq, digər  ölkələrdən
öncə  Türk  Dünyası  ilə  bütünləşərək  ölkəmizlə  tarixdən  gələn
dostluqlarını  möhkəmləndirmək  və  qardaşlıq  duyğularını  inki-
şaf  etdirmək  üçün, xüsusilə,  istəkli  olduqları  təəssüratını  ver-
məkdədir.    Məhz  bu  tarixi  fürsətin  ən  yaxşı  şəkildə  dəyərlən-
dirilməsi və ölkəmizin önünə çıxan bu böyük imkanın ölkəmiz
lehinə  nəticələndirilməsi  üçün  son  dərəcə  diqqətli,  sürətli,  bir-
ləşdirici,  qurucu  və  fədakar  davranmanın  faydaları,  şübhəsiz,
aşkardır. Ancaq ölkəmizin büdcə imkanları ilə arzulanan fəda-
karlığın  edilməsinə  imkan  olmadığından  mövcud  imkanların
son dərəcə rasional istifadə edilərək böyük fayda gətirilməsinə
çalışılmalıdır”.
Azərbaycan – Türkiyə arasında tələbə mübadiləsi məsələsi-
nə  dair Türkiyənin müvafiq komissiyanın hesabatında isə gös-
tərilir  ki,  tələbə  mübadiləsi  nəticəsində ölkəmizə  gətirilən
Azərbaycan  və  Orta  Asiya  ölkələri  ilə  Türk  topluluqlarının
gənc  öyrənciləri  bizim  kültürlə  doğrudan  təmasa  keçirildi-
yindən, türk  dili  və  mədəniyyət  ilə  milli şüurun  və  ölkəmizə
bağlılıqlarının  möhkəmləndirilməsi  üçün  təhsilin  çox  bahalı,
fəqət  ən  təsirli  bir  yatırım  yolu  olduğu  inkar  ediləməz.  Ancaq
bir öyrənciyə təhsili boyunca qoyulan milyonlarca xərcləmənin


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə