Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə14/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   10   11   12   13   14   15   16   17   ...   96

__________Milli Kitabxana__________
42
Natiq onu da vurğuladı ki, “Azərbaycan təmsilçisi İbrahim
Əbilov  etimadnaməsini  təqdim  etdikdən  bir  neçə  gün  sonra
Azərbaycanın  Ankarada  təmsilçiliyinin  açılışı  oldu.  Azərbay-
canın  bayrağını  isə  Mustafa  Kamal  Paşa  qaldırdı.  Mustafa
Kamal Paşa orada tarixi bir çıxış etdi. Böyük Millət Məclisinin
sədri  kimi  Azərbaycan  bayrağını  qaldırmaq  vəzifəsi  ona  veril-
diyinə  görə  təşəkkür  etdi  və  dedi  ki,  Türkiyə  və  Azərbaycan
arasındakı  səmimi  əlaqələrin,  qardaşlığın  səviyyəsinin  izah
olunmasına  heç  bir  lüzum  yoxdur. Zati-aliləri,  bugünkü  açılış
mərasiminin sonunda, fərqli bir dövrdə, tarixi yenidən yaşamaq
və  tarixin  səhifələrini  vərəqləyərək  eyni  qaydada  Türkiyənin
bayrağını qaldırmağınızı xahiş edirəm” (15).
Göründüyü  kimi,  mədəni  əlaqələrimizə  nəzər  salarkən,  ən
başlıcası  onu  qeyd  etmək  lazımdır  ki,  Türkiyə – Azərbaycan
mədəni  əlaqələri  təkcə  dövlətlərimiz  arasında  deyil,  insanları-
mız arasında da inkişaf etməkdə və genişlənməkdədir. Bu artıq
qarşısında heç kəsin dayana bilməyəcəyi bir axına çevrilmişdir
(56, s. 343-344).
Azərbaycan – Türkiyə  mədəni  əlaqələrinə  böyük  töhfələr
bəxş etmiş Heydər Əliyev deyirdi ki, “Bizim tariximiz bir, dili-
miz bir, dinimiz birdir... Biz bütün imkanlardan istifadə etməli-
yik  ki,  mədəni-humanitar  və  digər  əlaqələr  lazımı  səviyyədə
inkişaf  etdirilsin...  Türk  xalqı  ilə  Azərbaycan  xalqının  tari-
xində,  milli  ənənələrində,  mədəniyyətində  çox  oxşarlıq  var...
Ona  görə  də  Türkiyə  ilə  Azərbaycan arasındakı əlaqələrin  sıx
olması təbii bir haldır” (56, s. 339).
Türkiyə  ilə  Azərbaycan  arasındakı  tələbə  mübadiləsi,  tele-
viziya  və  radio  yayınları, əlifba  birliyi  kimi  önəmli  əlaqələrin
daha  vaciblisi,  hər  iki  ölkənin  mədəni  siyasətlərindəki  hədəf
birliyi və milli mədəniyyəti birgə inkişaf etdirmək məqsədidir.
Belə  ki,  mədəniyyət  ayrıca  bir  amil  olmaqla  yanaşı  iqtisadi,
siyasi,  hərbi  və  buna  oxşar  digər  siyasətləri  müəyyən  edən  bir
amildir.


__________Milli Kitabxana__________
43
Xalqlarımız arasındakı əlaqələrin inkişafında
tarixilik amili
Azərbaycan-Türkiyə  diplomatik-siyasi əlaqələri hər  nə
qədər müştərək və ortaq tarixi, milli-mənəvi təməllər üzərində
qurulsa  da,  ümumilikdə milli  təəssübkeşliklə  məhdudlaşmır.
Məlim olduğu kimi beynəlxalq normlara görə, dövlətlərin xari-
ci siyasi fəaliyyətləri milli amillərə dayanılarak deyil, tərəflərin
mənafe  tarazlığına  dayanılaraq  qurulur. Ancaq  dövlətin xarici
siyasi  fəaliyyəti ilə onun vətəndaşlarının və uygun ölkə vətən-
daşlarının milliyyəti məsələsi ciddi araşdırmaların aparılmasını
zəruri  edir.  Xalqın  soykökü,  xarakteri,  xarici  münasibətlərinin
tarixi  təcrübəsi,  onun  qurduğu  dövlətin  münasibətlərinə  və in-
kişafına bu və ya başqa şəkildə təsir edir. Bəzən dövlətlərarası
münasibətlərin tamamən milli amilə dayanılarak qurulduğu id-
dia edilir (126, s. 10-17). Milli mənsubiyyət dövlətlərarası mü-
nasibətlərin inkişafında yeganə şərt olmasa da, heç şübhəsiz ən
mühüm amildir. Və bu, özünü xüsusilə, Azərbaycan – Türkiyə
mədəni əlaqələrində aşkar şəkildə büruzə verməkdədir.
Sovet  dövründə  Azərbaycan – Türkiyə  münasibətlərinin,
mədəni əlaqələrinin bütün tərəfləri təhrif edilmişdir.  İstiqlaliy-
yətini,  millət  kimi  varlığını  itirmək  təhlükəsi  olduğu  vaxtlarda
Azərbaycan  türklərinin  Türkiyədən  yardım  istəməsi  səbəbi  ilə
Osmanlı ordusu  və  Azərbaycan  könüllülərindən  ibarət  “İslam
ordusu”nun  xalqımıza  göstərdiyi  yardım  insafsızcasına  işğal
kimi qiymətləndirilmişdir (148, s. 25).
Bunun  tamamilə  əksinə  olaraq  başda  M.Ə.Rəsulzadə  ol-
maqla mühacir Azərbaycan ziyalıları mövzunu tərəfsiz və doğ-
ru biçimdə araşdırmış, sanballı əsərlər yazmışlar. Bu səbəbdən
də  M.Ə.Rəsulzadə,  M.B.Məmmədzadə,  H.Baykara,  Ə.Qaraca
kimi məfkurə sahiblərinin kserokopya halında dağıdılan əsərlə-
ri xalqımız arasında sevilə-sevilə oxunmuşdur (148, s. 24-26).
Beynəlxalq  münasibətlər  sistemində Azərbaycan  Xalq
Cümhuriyyətinin  yerini  təhlil  edən  tədqiqatçı  M.Abdullayev


__________Milli Kitabxana__________
44
yazır  ki,  Mayın  28-də  Milli Şura  Azərbaycanın  dövlət  müs-
təqilliyi haqqında bəyannamə qəbul etdi və iyunun 16-da Azər-
baycan  Milli  Şurası  və  müvəqqəti  hökuməti  Gəncəyə  köçdü.
İyunun  24-də  isə  M.Ə.Rəsulzadə  başda  olmaqla  Azərbaycan
nümayəndə  heyəti İstanbula  getdi.  Nümayəndə  heyətinin  qar-
şısında  duran əsas  məqsəd  Dördlər  ittifaqı  dövlətləri  və  Qaf-
qazda  yeni  yaranmış  dövlətlərin  nümayəndələrindən  ibarət
konfransda  iştirak  etmək,  Osmanlı  hökuməti ilə bir  sıra  məsə-
lələri  müzakirə  etmək  idi. İstanbulda  Azərbaycan  heyəti  mü-
hüm  görüşlər  keçirərək  istiqlal  bəyannaməsini  bu  ölkələrin
nümayəndələrinə  təqdim  etdi.  Müharibədə  Dördlər  ittifaqı
dövlətlərinin  vəziyyəti  ağırlaşdıqca  İstanbul  konfransının  baş
tutması ehtimalı azalırdı. Buna baxmayaraq Azərbaycan nüma-
yəndə  heyətinin  keçirdiyi  görüşlərin  böyük  faydası  oldu.  Nü-
mayəndə heyətinin xahişini nəzərə alan Osmanlı hökuməti on il
müddətinə  2  milyon  lirə  həcmində  borc  verməyi  qərara  aldı.
Azərbaycan pullarının çapı da İstanbulda başlandı. Osmanlı hö-
kuməti  Azərbaycan  heyətinin  xahişlərini  nəzərə  alaraq  Azər-
baycana kitab və müəllim göndərməyə razılıq verdi (5, s. 65).
1920-ci  il  yanvar  ayının  12-də  Parisdə  Sülh  konfransının
Ali  Şurası  müxtəlif  xalqların  nümayəndələrinin  iştirak  etdiyi
məclisdə Azərbaycan Demokratik Respublikasının istiqlaliyyə-
tini  tanıdı,  onun  müstəqilliyi  haqqında  bir  gün  öncə  çıxarılan
qərar  təntənəli  surətdə  elan  olundu.  Bu  xəbər  Türkiyədə  də
böyük əks-səda  oyatdı.  Türk mətbuatında  bu  xəbərlə  bağlı
yazılar  çap  edildi.  Belə  yazılardan  birini  də  Türkiyənin  tanın-
mış yazıçısı, milli novella və hekayənin banisi, istedadlı sənət-
kar Ömər Seyfəddin (1884-1920) yazmışdır (101, s.13).
Ömər  Seyfəddin  ölümündən  bir  qədər  əvvəl  yazdığı  və
“Türk  dünyası”  jurnalında  nəşr  etdirdiyi  “Azərbaycan  istiqla-
liyyəti münasibətilə” adlı məqaləsi ilə Azərbaycan Demokratik
Respublikasının  müstəqilliyinin  təsdiq  edilməsini  böyük  bir
fərəh  hissilə,  sevinclə  qarşılayır  və  Azərbaycan  Demokratik
Cümhuriyyətinin  müstəqilliyini  bütün  türklərin  istiqlaliyyəti


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə