Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə17/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   13   14   15   16   17   18   19   20   ...   96

__________Milli Kitabxana__________
51
tarixli  iclasda  bir  daha  təkrar  etdi.  Mübahisələrə B.Şahtaxtin-
skinin  çıxışı  son  qoydu.  Yalnız  onun  çıxışından  sonra  Kazım
Qarabəkir  Paşa  geri  çəkildi  və  Moskva  müqaviləsi  imzalan-
dıqdan sonra Güney Qafqazda yaranmış yeni şəraitdən xəbərsiz
olduğunu bildirdi. 30 sentyabr tarixli iclasda ümumi müqavilə-
nin imzalanması barədə razılıq əldə edildi. 1921-ci il oktyabrın
13-də  RSFSR-in  iştirakı  ilə  Azərbaycan,  Gürcüstan  və  Ermə-
nistan Türkiyə ilə 20 maddədən və 3 əlavədən ibarət Kars mü-
qaviləsini imzaladılar (5, s. 141).
Müqavilənin  birinci  maddəsi  ilə  tərəflər  bütün  əvvəlki
qeyri-bərabərhüquqlu  müqavilələri  ləğv  edirdilər. İkinci  mad-
dəyə  görə  Azərbaycan,  Gürcüstan  və  Ermənistan  zorla  qəbul
etdirilən  müqavilələri  rədd  edirdilər  və  Türkiyə  Millət  Məcli-
sinin  qəbul  etmədiyi  sənədləri  qəbul  etmirdilər.  Üç  respublika
1920-ci  il  10  avqust  tarixli  Sevr  müqaviləsini  qeyri-bərabər-
hüquqlu  müqavilə  kimi  rədd  edirdi.  Üçüncü  maddəyə  görə  üç
respublika  Türkiyədəki  işğal  rejimini  rədd  edirdi  və  bunu
xalqların  hüquqları  ilə  bir  araya  sığmayan  sayırdı.  Dördüncü
maddə  ilə  sərhəd  məsələləri  tənzimlənirdi.  Beşinci  maddəyə
görə  üç  Güney  Qafqaz respublikası  və  Türkiyə  Naxçıvanın
Azərbaycan  tərkibində  saxlanılmasına  razı  olduqlarını  bildirir-
dilər.  Altıncı  maddə ilə  Türkiyə  Batumu  Gürcüstana  güzəştə
gedirdi. Gürcüstan burada muxtariyyət  yaratmalı idi. Yeddinci
maddəyə görə kömrük yumşaldılırdı. Səkkizinci maddəyə görə
Türkiyə  və  Gürcüstan  yaylaq  və  qışlaqlardan  birgə  istifadə
etməli idilər. Doqquzuncu maddəyə  görə tərəflər  Qara dənizin
statusunun  hazırlanmasını  vacib  sayırdılar.  Onuncu  maddəyə
görə  tərəflər  öz  ərazilərində  digərlərinə  qarşı  yönəldilən  qrup
və təşkilatların yerləşdirilməsinə icazə verməmək barədə öhdə-
lik götürürdülər. On birinci maddə ailə hüququna və miras mə-
sələlərinə həsr edilmişdi. Bu məsələlər xüsusi sazişlə həll edil-
məli idi. On ikinci maddə ilə tərəflər ərazisində olan digər ölkə
vətəndaşları üçün əlverişli şərait yaratmaq barədə öhdəlik gütü-
rürdülər. Lakin bu hüqüq tərəflərin müttəfiqlərinin vətəndaşla-


__________Milli Kitabxana__________
52
rına aid edilmirdi. On üçüncü maddəyə görə 1918-ci ilədək Ru-
siyanın, indi isə Türkiyənin hesab edilən ərazilərinin hər hansı
sakini  istəyinə  uyğun  olaraq  türk  vətəndaşlığından  çıxa,  Tür-
kiyəni azad şəkildə tərk edə, əmlakını və ya onun dəyərini özü
ilə götürə bilərdi. On dördüncü maddəyə görə tərəflər müqavilə
imzalandığı  gündən  altı  ay  müddətində  1918 – 1920-ci  illər
müharibəsi  qaçqınlarına  dair  xüsusi  saziş  bağlamalı  idi. On
beşinci maddə ilə tərəflər Qafqaz cəbhəsində hərbi əməliyyatlar
zamanı  cinayət  törədən şəxsləri  müqavilə  imzalanan  kimi
amnistiyaya  buraxırdılar.  On  altıncı  maddəyə görə  tərəflər
müqavilə  imzalandıqdan  sonra  iki  ay  müddətində  olan  keçmiş
hərbi və mülki əsirləri azad etməli idilər. On yeddinci maddəyə
görə  ölkələr  arasında əlaqələrin  daimiliyini  təmin  etmək  üçün
tərəflər dəmir yolu, teleqraf və başqa rabitə vasitələrini, insan-
ların və malların maneəsiz hərəkətini saxlamalı və inkişaf etdir-
məli idilər. On səkkizinci maddəyə görə tərəflər ticarət əlaqələ-
rini qurmaq, iqtisadi, maliyyə və digər məsələləri tənzimləmək,
dostluq  münasibətlərini möhkəmləndirmək  üçün  müqavilə  im-
zaladıqdan dərhal sonra Tiflisdə müvafiq ölkələrin komossiya-
sını  yaratmalı  idilər.  On  doqquzuncu  maddəyə  görə  tərəflər
müqavilə imzalandıqdan sonraki üç ay müddətində konsul kon-
vensiyasını bağlamalı idilər. İyirminci maddəyə görə müqavilə
ratifikasiya edilməli idi. Ratifikasiya sənədləri İrəvanda müba-
dilə olunmalı idi. Müqavilənin 6, 14, 15, 16, 18 və 19-cu mad-
dələri  ratifikasiya  edilməməli  və  dərhal  qüvvəyə  minməli  idi.
Müqavilə beş  nüsxədən  ibarət  tərtib  edilmişdi. Müqavilənin
imzalanmasının  tərəflər  üçün  böyük  əhəmiyyəti  var  idi. Türk
diplomatiyası üçün: ona zorla qəbul etdirilən Sevr müqaviləsi-
nə  qarşı  Rusiya  ilə  birlikdə  Azərbaycan,  Gürcüstan  və  Ermə-
nistanın dəstəyini aldı; dünyaya və xüsusən Antanta ölkələrinə
Sevr müqaviləsinin iflasa uğrayacağını göstərdi; türklərin Ver-
sal  sülh  sisteminin  özlərinə  aid  olan  maddələrini  dağıtmaları
XX əsrin ən böyük hadisələrindən biri oldu; üç Güney Qafqaz
respublikası, xüsusən Ermənistanla münasibətlərini tənzimlədi;


__________Milli Kitabxana__________
53
onlarla mehriban qonşuluq münasibətlərinin və işgüzar əlaqələ-
rinin  qurulması  üçün  hüquqi-siyasi  zəmin  hazırladı;  özünün
Güney  Qafqaz  respublikaları  ilə  olan  sərhədlərinin  təhlükəsiz-
liyini təmin etdi.
Konfransda  vasitəçi  rolunu  oynayan  rus  diplomatiyası
üçün: öz siyasi məqsədlərinə çatmaqda rus diplomatiyası tanın-
mayan  bolşevik  hökuməti  üçün  Türkiyədən  yeni  dəstək  aldı;
Güney Qafqaz respublikalarını vahid dövlətdə birləşdirməkdən
ötrü  ciddi  addımlar  atdı;  Türkiyə  ilə  sərhədlərində  təhlükə-
sizliyi təmin etdi; Güney Qafqazda öz təsirini və hökmranlığını
möhkəmləndirdi; üç respublikanı Türkiyəyə qarşı qoymaq üçün
cəhdlər etdi (5, s. 142-143).
Azərbaycan, Gürcüstan  və Ermənistan diplomatiyası üçün:
bu respublikaların Türkiyə ilə ərazi məsələləri həll edildi; Tür-
kiyə  ilə  mehriban  qonşuluq  münasibətlərinin  əsası  qoyuldu;
müqavilə imzalanması zahirən üç respublikanın müstəqil xarici
siyasət  yeritməsi  kimi  təbliğ  edilsə  də  əslində  konfransda  üç
respublikanın  göstəriş  verəni  konfransda  mühüm  rol  oynayan
Rusiya idi.
Türkiyə  Böyük Millət Məclisi 1922-ci il martın 17-də  172
səslə  Kars  müqaviləsini  təsdiq  etdi.  1922-ci  il  martın  3-də
Azərbaycan  Mərkəzi İcraiyyə  Komitəsinin  III  sessiyasının
iclasında Kars müqaviləsi yekdilliklə təsdiq olundu. Martın 20-
də  Ermənistan,  iyunun  14-də  isə  Gürcüstan  Mərkəzi İcraiyyə
Komitələri müqaviləni təsdiq etdilər. 1922-ci il sentyabrın  11-
də İrəvanda  təsdiq  fərmanları  mübadilə  edildi  və  Kars  müqa-
viləsi  həmin  gündən  qüvvəyə  mindi.  Kars  müqaviləsi  imza-
landıqdan sonra, hələ təsdiq olunmasına qədər Güney Qafqaz –
Türkiyə  konfransı  keçirildi.  Kars  müqaviləsinin maddələrini
həyata keçirmək məsələlərinə həsr edilmiş bu konfrans 1922-ci
il  fevralın  15-də  Tiflisdə  öz  işinə  başladı.  Aprelin  15-dən  iyu-
lun 9-dək Rusiya və üç Güney Qafqaz respublikası ilə Türkiyə
arasında  aşağıdakı  konvensiyalar  imzalandı:  Konsul  konvensi-
yası;  konsul  konvensiyasına əlavə;  hüquqi  yardım  haqqında


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə