Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları


Mehmanxanalarda (yataqxanalarda) yaşayanlar üçün yanğın t



Yüklə 443,22 Kb.
səhifə3/3
tarix14.05.2018
ölçüsü443,22 Kb.
#43717
1   2   3


Qoşma 3

Mehmanxanalarda (yataqxanalarda) yaşayanlar üçün yanğın təhlükəsizlik qaydaları haqqında yaddaş kitabçası

Hörmətli qonaqlar!

Sizdən xahiş edirik yanğın təhlükəsizliyi qaydalarına riayət edəsiniz:



    • nömrədə elektrik qızdırıcı cihazlarından istifadə etməyin (ütü, qəhvədan, su qaynadan);

    • nömrədən çıxarkən televizoru, kondisioneri, işıqlandırıcı lampaları, radioqəbuledicini söndürməyi unutmayın;

    • nəzərinizə çatdırırıq ki, qoşulmuş torşerlərin və stolüstü lampaların yanar materialdan olan əşyalar ilə üstünü örtmək təhlükəlidir;

    • ümid edirik ki, çarpayıda uzananda siqaret çəkməyəcəksiniz və söndürülməmiş siqaret saxlamayacaqsınız. Bu təhlükəlidir;

    • liftin kabinəsinə söndürülməmiş siqaretlə daxil olmaq və siqaret çəkmək qadağandır.

Xahiş edirik, siqareti kağız üçün nəzərdə tutulmuş səbətə atmayın, bunun üçün külqabıdan istifadə edin.

Nömrədə yanğın təhlükəli maddələr və materiallar gətirib saxlamaq qadağandır.



MÜDİRİYYƏT


Qoşma 4

Mehmanxanalarda yaşayanlar üçün nümunəvi plan-yaddaş kitabçasının nümunəvi mətni

Əgər siz mehmanxanaya birinci dəfə gəlmisinizsə, çıxışların və pilləkənlərin yerləşdiyi yerləri yadınızda saxlayın. Sizin nömrənizdə yanğın baş verərsə;

Tez bu telefon ilə _______________________________________________________________________

(telefon nömrəsi göstərilir)

yanğın təhlükəsizliyi xidmətinə xəbər verin.

Yanğın haqqında mütləq dəhliz növbətçisinə və müdiriyyətin nümayəndəsinə xəbər verin;

Təhlükə zamanı nömrəni tərk edin və müdiriyyətin və ya yanğından mühafizənin göstərişi ilə hərəkət edin;

Sizin nömrənizdən kənarda yanğın baş veribsə onda bu telefon ilə:

______________________________________________________________________________________



(telefon nömrəsi göstərilir)

yanğın təhlükəsizliyi xidmətinə xəbər verin,qapı və pəncərələri bağlayandan sonra nömrənizi tərk edin.

Əgər dəhlizlər və pilləkən qəfəsələri kəskin tüstülənibsə və otağı tərk etməyə imkan yoxdursa, pəncərələri açarkən öz nömrənizdə qalın, bağlı və yaxşı kipləşdirilmiş qapı sizi uzun müddət təhlükəli temperaturdan qoruya bilər. Tüstü ilə zəhərlənmədən yayınmaq üçün yarıqları və ventilyasiya nəfəsliklərini su ilə isladılmış dəsmal və ya yataq ləvazimatı ilə bağlayın. Telefon vasitəsi ilə müdiriyyətə yerləşdiyiniz yer haqqında xəbər verməyə çalışın.

Yanğınsöndürənlər hadisə yerinə gəldikdə, pəncərəyə yaxınlaşın və sizə kömək edilməsi üçün işarə verin. Köçürmə zamanı liftdən istifadə etmək məsləhət görülmür. Yanğının axırını eyvanda və ya lodjiyada, eyvanın qapısını bağlayaraq gözləmək olar.




Qoşma 5

Yaşayış binalarının, yataqxanaların sakinləri ilə həmçinin istifadələrində fərdi yaşayış tikililəri olan şəxslərlə yanğına qarşı təlimat keçirilməsinə dair nümunəvi proqram

1. Yanğına qarşı təlimatın keçirilməsinin məqsədi

Yaşayış binaları üçün sakinlərə yanğın təhlükəsizlik qaydalarını öyrətmək, yaşayış sahəsində yanğınların əmələ gəlməsinin əsas səbəbləri ilə, onlara yanğın haqqında xəbər verilməsinin, yanğın yerinə köməyin çatdırılması qaydaları ilə və yanğın zamanı görülən tədbirlər ilə tanış etmək.



2. Yaşayış binalarında yanğınların baş verməsinin səbəbləri

Od ilə ehtiyatsız davranış (zirzəmi və çardaq otaqlarında şamdan və kibritdən istifadə etmək, tikililərin yaxınlığında tonqal qalamaq, siqaret çəkmək). Mərkəzi isidilmə, su təchizatı və ya kanalizasiya sistemlərinin donmuş borularını qızdırmaq üçün məşəllərdən istifadə olunması. Od ilə uşaqların oynamasından. Soba isitmə sistemi cihazlarından, yanar mayelərlə işləyən, nasaz qaz plitələrindən və s. cihazlardan düzgün istismar olunması və ya onların nasazlıqları nəticəsində yanğınların baş verməsi.

Məişət elektrik qızdırıcı cihazların düzgün istismar olunmaması nəticəsində yanğınların baş verməsinin səbəbləri (elektrik qızdırıcıları, ütülər, çaydanlar və s.).

Yeni il bayramında yanğınların baş verməsinin əsas səbəbləri.

Yaşayış binalarında yanğınların baş vermə səbəblərinin nümunələri.

3. Kimya və müasir mənzil

Kimyəvi maddələrin yanğın təhlükəli boyaların, nitrolakların, mastikaların, plasmasların və polimerlərin, mineral gübrələrin və s.

Aerozol qablarda olan kimyəvi məişət maddələrinin yanğın təhlükəsi.

Məişət kimyasının əşyalarının və aerozol preparatlarının istifadəsi ilə bağlı olan yanğınlar.

Yanğının xəbərdar edilməsində avtomatik xəbərvericilərin təyinatı.

Tüstü sorucu və artıq hava təzyiqinin sistemlərinin işləmə prinsipi, yerləşdirilməsi və işə salınması. Yanğın baş verdikdə xidmət personalının vəzifə borclarının bölüşdürülməsi (yanğın haqqında xəbər verilməsi, adamların köçürülməsi və yanğının söndürülməsinə aid digər hərəkətlər).

Yanğının söndürülməsi üçün kömək gələnə qədər yanğını aşkar edən şəxslərin hərəkətləri.

4. Yanğın əleyhinə əsas tədbirlər

Açıq oddan istifadə qaydaları. Siqaret çəkilməsi zamanı ehtiyat tədbirləri. Sobaların yandırılması üçün benzin, kerosin və başqa yanar maddələrin istifadəsinin qadağan olunması, sobaların üstündə və yanında odunların, yanar materialların qurudulması. Çatları olan və nasaz sobaların istismarının qadağan olunması. Keroqazların istismarı qaydası. Məişət qaz cihazlarının istifadəsi qaydaları. Məişət işıqlandırıcı və elektrik qızdırıcı cihazların istifadəsi. Yeni il şənliklərinin keçirildiyi zaman, elektrik işıqlarından, benqal odlarından istifadə edərkən yanğın təhlükəsizliyi tədbirləri. Qısa qapanmanın, artıq yüklənmənin və böyük keçici müqavimətin mənası. Statik elektrikləşmənin boşalmasının nəticəsində baş verən yanğınların xəbər verilməsi. Bir mərtəbəli yaşayış binalarında yanğına qarşı rejim. Yeni il bayramının keçirilməsi zamanı yanğın təhlükəsizliyi tədbirləri. Yaşayış sahəsinin yanğın təhlükəsizliyinə görə vətəndaşların məsuliyyəti.



5. Çardaq və zirzəmi otaqlarının, şəxsi qarajların ərazilərinin saxlanılması qaydaları

Yanğına qarşı ara məsafələrdə qarajların, tamburların və sair tikililərin yerləşdirilməsinin mümkün olmaması. Dəhlizlərdə və pilləkan qəfəsələrinin qabaritlərində anbarların tikilməsinin qadağan olunması. Yaşayış binalarında Tez Alışan Mayelərin və Yanar Mayelərin buxarlana bilən miqdarının saxlanılması. Sakinlər tərəfindən zirzəmi və çardaq otaqlarına daxil olunma qaydası.

Köçürmə yollarının hazır vəziyyətdə saxlanılması və onların qurulmasına dair tələblər. Keçidlərin, həyət sahəsinin və tikililərin arasındakı ara məsafələrinin, yanğına qarşı su təchizatı mənbələrinin, ehtiyat köçürmə yollarının və xarici yanğın pilləkən keçidlərinin təmiz saxlanılması.

Qarajlarda yanar yağlama materiallarını norma ilə müəyyən ediləndən artıq saxlanılmasını və yanğına qarşı rejimin pozulmasının qadağan olunması (açıq oddan istifadə olunması, tökülmüş yanğın, yanar mayenin yığışdırılması və s.)



6. Yüksək mərtəbəli yaşayış binalarının yanğına qarşı müdafiəsinin xarakterik xüsusiyyətləri

Yüksək mərtəbəli yaşayış binalarının konstruktiv xüsusiyyətləri və yanğına qarşı mühafizə sisteminin saxlanılması haqqında biliklərin bütün sakinlər tərəfindən öyrənilməsinin zəruriliyi. Tüstülənməyən pilləkən qəfəsəsinin təyinatı.

Mərtəbələrin, tamburların və xolların qapılarının konstruktiv həlli. Qonşu mənzilə keçmək üçün eyvanların və ya keçidlərin quruluşu. Yuxarı mərtəbədəki eyvanların köçürmə lyuklarının təyinatı. Tüstüdən mühafizə və artıq hava təzyiqi sistemləri. Nasos yüksəldicilərinin işə salma qaydası. Tüstüdən mühafizə sisteminin işə salınması, yaşayış binalarında yanğın haqqında avtomatik xəbərverici ötürücülərin təyinatı.

7. Yanğın köməyinin çağırılması və vətəndaşların yanğın zamanı hərəkətləri

Yaşayış binasında rabitə vasitəsinin olması, ən yaxın telefon aparatlarının yerləşdiyi yerlər. Yanğın xidmətinin çağırılma qaydası. Yanğın bölməsini qarşılama qaydası. Yanğının söndürülməsi (daxili yanğın kranının, suyun, qumun və başqa vəsaitlərin istifadə olunması).



Əhalinin və adamların köçürülməsi. Yanğın təhlükəsi ilə üzləşən vətəndaşların davranış qaydası, yanğının ləğv edilməsi, köçürmə, tüstüdən zəhərlənmə. Yanğın zamanı zərər çəkənlərə ilkin köməyin göstərilmə qaydası.


Qoşma 6

İlkin yanğınsöndürmə vasitələrinin norması



Adı

Sahəsi kv.m

Odsöndürənlər

Qeyd

köpüklü

karbon qazı

1

İnzibati və ictimai binalar

a) dəhliz sistemində olan məişət xidməti otağı

Dəhlizin uzunluğuna ölçülən hər 20 metrinə

1

-

Hər mərtəbəyə iki dənədən az olmayaraq

b) dəhliz sistemində olmayan, vestibül daxil olmaqla

200

1

-

Hərmərtəbəyə bir dənədən az olmayaraq

c) hesablama mərkəzləri, maşın hesablayıcı stansiyalar, arxivlər, kitabxanalar

100

1

1



ç) çap etmə və üz köçürmə dəzgahlar olan otaqlar

200

1

1

Karbon qazlı odsöndürənlə yanaşı köpüklü odsöndürənlər qoyula bilər.

2

Laboratoriya

Hər otağın 50

1





3

Mətbəx, anbar, təmir emalatxanaları

/----/

1





4

Dəhliz sistemli mehmanxana, yataqxana, yaşayış və bağ evləri

Dəhlizin uzunluğuna ölçülən hər 20 metrinə

1



Hər mərtəbəyə 2 ədəddən az olmayaraq

5

Liftlərin maşın bölməsi

Hər otağın 100

1

1



6

Qazanxana

/----/

1



Qum ilə dolu yeşik, kürək və vedrə

7

Qaraj otağı

100

Hər otağa bir ədəddən az olmayaraq





8

Material anbarı

Hər 100

1





9

Klub, yeməkxana, iclas zalı.

200

1

Hər otağa bir ədəddən az olmayaraq

10

Kinoaparat kompleksi

/----/

1





11

Kənd yerlərində olan şəxsi bağ evləri, yaşayış evləri və digər tikililər.

/----/

1



Su ilə dolu çən, vedrə və nərdivan

Qeyd: İri mehmanxanalarda, yataqxanalarda, inzibati əhəmiyyətli binalarda ilkin yanğınsöndürmə vasitələri və odsöndürənlər görünən yerlərdə quraşdırılmış xüsusi lövhələrdə yerləşdirilə bilər.


Qoşma 7

Tüstüyə qarşı mühafizə sistemlərinin və yanğın texniki avadanlıqların saxlanılmasına dair tələblər

1. İlk yanğınsöndürmə vasitələri

1. İlk yanğınsöndürmə vasitələri (normalara uyğun olaraq) inzibati bina, mehmanxana, yataqxana və s. otaqlarda yerləşdirilir və daima hazır vəziyyətdə saxlanılması üçün ərazidə (otaqda) yanğına qarşı rejimə riayət olunmasına cavabdeh şəxsə təhvil verilir.

Yanğınsöndürmə və avadanlıq Dövlət standartlarının tələblərinə uyğun olaraq rənglənməlidir.

2. İnzibati bina, mehmanxana, yataqxananın mərtəbələrində yerləşdirilmiş odsöndürənlər eyni növlü olmalı və hər odsöndürənin üzərində onun əsas göstəriciləri və istismar qaydaları (təlimat qeydləri) əks etdirilməlidir.

3. Binada quraşdırılan odsöndürənlər daim yararlı vəziyyətdə olmalıdırlar. Doldurulmuş odsöndürənlər gözlə görünən yerdə, mümkün qədər çıxışa yaxın yerdə quraşdırılmalıdır. Onlara sərbəst yaxınlaşma təmin edilməlidir.

4. Binalarda (müəssisə, obyekt) quraşdırılmış odsöndürənlərə on gündə bir dəfə xarici baxış (köpüklü odsöndürənin qoruyucu lövhəsi və plomb yoxlanılır) keçirilməli və tozdan təmizlənməlidir. Eyni vaxtda köpüklü odsöndürənlərin çiləyicisi təmizlənilir.

5. Köpüklü odsöndürənlərin tərkib hissəsinin yararlı olması il ərzində bir dəfə yoxlanmalıdır.

6. Köpüklü odsöndürənin gövdəsinin möhkəmliyi 20 kq/kv.sm hidravlik təzyiqdə yoxlanılır.

7. Qış vaxtı (temperatur 1° S aşağı olduqda) köpüklü odsöndürənləri isidilən otaqlara köçürmək lazımdır.

8. Karbon qazlı odsöndürən həddən artıq qızmadan və günəş şüalarının təsirindən qorunmalıdır.

9. Karbon qazlı odsöndürənlərin tərkib hissəsinə çəki nəzarəti il ərzində bir dəfə keçirilməlidir.

10. Karbon qazlı odsöndürənlərin balonu hər 5 il istismarından sonra sınaqdan keçirilməlidir.

11. Balonun sınaqdan keçirilmə müddəti (balonun gövdəsi üzərində yazı, misal olaraq 1-93-98, onun sınaqdan keçirilmə vaxtı yanvar 1998-ci il tarixi olduğunu göstərir) keçmişsə və yaxud plomb qırılıbsa, onda odsöndürən dəyişdirilməlidir.

12. Karbon qazlı odsöndürəni növbəti çəki nəzarəti zamanı çəkisi OU-2 üçün 1,15 kq, OU-5 üçün 3,15 kq, OU-8 üçün 5,15 kq-dan azdırsa, odsöndürən əlavə doldurulmalıdır.

13. Daxili yanğın su kəmərlərinin yanğın kranları şlanq və lülələrlə təchiz edilməli və avadanlıq plomblanmış şkafda yerləşdirilməlidir. Yanğın şlanqları quru, düzgün yığılmış kran və lüləyə birləşdirilmiş vəziyyətdə olmalıdırlar. Yanğın kranı şkafın qapısı üzərində «ÜK» indeksi, kranın sıra nömrəsi, yaxınlıqdakı yanğın hissəsinin telefon nömrəsi əks edilməlidir.

14. Altı ayda bir dəfə yanğın kranlarına texniki qulluq keçirilməli, su axıtmaqla onun iş qabiliyyəti yoxlanılmalı və nəticəni jurnala yazmaqla və yaxud akt tərtib etməklə qeydə alınmalıdır.



2. Yanğına qarşı avtomatika sistemləri

1) Yanğına qarşı mühafizə sisteminin istismara qəbulu, istismar olunması, texniki qulluq və təmir işlərinin keçirilməsi qüvvədə olan normativ-texniki sənədlərin tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir.

2) Yerli şəraiti, yanğına qarşı mühafizənin prinsipial texnoloji və elektrik sxemlərini, avadanlığın xüsusiyyətinin, sistemlərin texniki qulluğunun və istismarını yerinə yetirən müəssisələrin strukturunu nəzərə alan konkret işçi təlimat baş mühəndis (yaxud digər vəzifəli şəxs) tərəfindən təsdiq edilməlidir.

3) Obyektin inzibati nümayəndəsi və ya sahibkar vaxtaşırı, mühəndis-texniki işçilərə tüstü kənar etmə sistemləri, daxili yanğına qarşı su təchizatı və yanğın siqnalizasiyasına dair biliklər öyrətməli və onlardan imtahan qəbul etməlidir.

4) Obyektin inzibati nümayəndəsi və ya sahibkar mühəndis-texniki işçilərdən, yanğına qarşı mühafizə sistemi vəsaitlərinin istismar olunması üzrə cavabdeh şəxs təyin edir.

Xüsusiləşdirilmiş təşkilatla yanğına qarşı mühafizə sisteminə texniki qulluq işlərinin yerinə yetirilməsi üzrə bağlanmış müqavilə həmin sistemin vəziyyəti üçün cavabdehliyi mənzil-istismar rəhbərinin üzərindən götürmür.

5) Yanğına qarşı mühafizə sistemini istismar edən obyektin inzibati nümayəndəsinin və ya sahibkarın vəzifə borcu:


    • yanğın əleyhinə sistemə işə qoşulmuş vəziyyətdə nəzarət etmək, nasazlıq olduqda müvafiq tədbir (sistemin təmir edilməsi üçün xüsusiləşdirilmiş xidməti çağırmaq) görmək;

    • mühəndis-texniki heyət əməkdaşlarından sistemin istismarına cavabdeh olan şəxslərin öyrədilməsini (tədrisini) təşkil etmək;

    • yanğına qarşı avadanlıq (qəbul stansiyası quraşdırılmış, idarəetmə lövhələri və s. yerləşdirilmiş otaqlar) quraşdırılmış otaqlara kənar şəxsləri buraxmamaq;

    • hər il profilaktiki tədbirlər qrafiki ilə nəzərdə tutulmuş müddətdə yanğın şkafları və yanğın şlanqları yığılan rəfləri, yanğına qarşı avadanlıq quraşdırılmış otaqları təmir etməli və rəngləməli;

    • yanğına qarşı avadanlıq yerləşdirilmiş otaqlarda təmizliyi və qaydanı, ilin fəslindən asılı olmayaraq, normal temperaturu təmin etməli, bu otaqların su ilə batırılmasına yol verməməli;

    • yanğına qarşı mühafizə sistemlərinin cihaz və avadanlığının qorunmasının təmin edilməsi, onların təyinatı və yanğın baş verərsə istifadə edilmə qaydaları üzrə əhali arasında izahat işləri keçirilməli.

6) Obyektin inzibati nümayəndəsi və ya sahibkar tərəfindən yanğına qarşı vasitələr, daxili yanğına qarşı su təchizatı saz vəziyyətdə saxlanılmalıdır. Mərtəbə dəhlizlərində olan yanğına qarşı su kranları asan açılmalıdır. Yanğın şlanqları quru, düzgün yığılmış, kran və lüləyə birləşdirilmiş vəziyyətdə olmalıdır. Onları təsərrüfat tələbləri üçün istifadə etmək qəti qadağandır. Yanğına qarşı qurğular müvafiq işarələrlə təchiz edilməli və Dövlət standartına uyğun olaraq rənglənməlidir. Yarım ildə bir dəfə şlanqlara xarici baxış keçirilməli və zədələnmə yerlərinin aşkara çıxarılması məqsədi ilə onların yeni bükülüb yığılması həyata keçirilməlidir.

7) Vaxtaşırı tüstülənməyən pilləkən qəfəsələrini mərtəbə dəhlizlərindən və lift şaxtalarından ayıran qapıların germetik olması üzrə yoxlama və təmir işləri, qapının ayrı-ayrı detallarının yenisi ilə əvəz edilməsi və ya təmir olunması, boru və kommunikasiya xətləri keçən mərtəbələrarası arakəsmələrdə olan dəliklərin tutulması həyata keçirilməlidir.



«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ-hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, № 5, s. 21) («VneshExpertService» LLC).


© VneshExpertService LLC
Yüklə 443,22 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə