Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Ekoloji təhlükəli obyekt
- vəziyyəti və ya fəaliyyət göstərməsi insanlara, kənd 
təsərrüfatı heyvanları və bitkilərinə, ətraf təbii mühitə, yaxud onun ayrı-ayrı tərkib 
hissələrinə mənfi təsir göstərən, ya da göstərə bilən təsərrüfat obyekti, hərbi, yaxud 
təbii obyekt. 
Elektromaqnit impulsu
- nüvə partlayışının zədələyici amillərindən biri: nüvə 
partlayışı anında meydana çıxan qamma-şüalanma və neytronların xarici mühitdəki 
atomlara təsiri nəticəsində yaranan qısamüddətli elektromaqnit sahəsindən 
ibarətdir. 
Epidemiya
- müəyyən regionda insanlar arasında yoluxucu (infeksion) xəstəliyin 
kütləvi surətdə və sürətlə yayılmasıdır. Müharibə vaxtı bakterioloji silah 
işlədilərkən, məişət şəraitinin pisləşməsi nəticəsində, əmin-amanlıq dövründə isə 
müxtəlif səbəblərdən baş verə bilər. 


Epidemiya /Epizootiya/ ocağı
- bakterial vasitələr yoluxmuş və qorxulu infeksion 
xəstəliklərin kütləvi surətdə yayılması mənbəyi olan ərazi. 
Epifitotiya
- bitkilərin, ilk növbədə isə kənd təsərrüfatı bitkilərinin yoluxucu 
(infeksion) xəstəliklərinin müəyyən dövr ərzində xeyli geniş ərazilərdə 
yayılmasına deyilir. 
Epizootiya
- eyni və ya müxtəlif növ heyvanlar arasında eyni dövrdə yoluxucu 
(infeksion) xəstəliklərin bu yerlər üçün xas olan adi səviyyədən daha yüksək 
səviyyədə geniş yayılmasına deyilir. 
Fəlakət
- insan tələfatına, adamların xəsarət almasına, habelə xeyli miqyasda 
obyektlərin və digər maddi sərvətlərin məhvinə, ətraf mühitə ciddi zərər dəyməsinə 
səbəb olmuş kortəbii hadisə və ya güclü qəzaya deyilir. 
Fəlakət zonası
- fövqəladə hallar zonasının ən çox zərər çəkmiş və fəlakət 
nəticələrinin aradan qaldırılması üçün dərhal maddi ehtiyatlar və kömək tələb 
olunan sahəsi. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə