Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə6/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   93

 
 
   
6.  Kredit  münasibətləri  sistemini  təkmilləşdirmək,  kredit  münasibətlərinin 
inkişafı istehsalın və xidmət sahəsinin inkişafına yardım etməlidir. 
   
7.  İstehsal  və  qeyri  -  istehsal  sferalarında  dövlət  tədbirlərini 
maliyyələşdirmək  üçün  ölkənin  maliyyə  resurslarının  xeyli  hissəsini  dövlətin 
əlində (dövlət büdcəsində) təmərküzləşdirmək lazımdır. 
   
8.  Perspektivdə  dövlət  büdcəsinin  sosial  yönümlüyünü,  sosial  tələbatlara 
maliyyə resurslarının ayrılmasını təmin etmək. 
   
Dövlətin  maliyyə  siyasəti  investisiya  siyasəti  ilə  qırılmaz  surətdə 
əlaqədardır. 
   
Dövlətin  investisiya  siyasəti  -  maliyyə  siyasətinin  tərkib  hissəsi  olub, 
dövlətin  investisiya  fəaliyyətini  maliyyələşdirməyə  münasibətini  ifadə  edir.  O, 
birincisi,  investisiyanın  məqsəd  və  istiqamətini;  ikincisi  investisiya  fəaliyyətinin 
dövlət tənzimlənməsinin formasını müəyyən edir. 
   
Dövlətin  investisiya  siyasətinin  əsas  məqsədi  investisiya  fəaliyyəti  üçün 
zəruri  olan  maliyyə  resurslarının  səfərbər  edilməsi,  investisiya  fəallığının  aşağı 
düşməsinin  qarşısının  alınması,  əsaslı  vəsait  qoyuluşunun  səmərəliliyinin 
yüksəldilməsindən ibarətdir. 
   
İnvestisiya  siyasəti  həm  dövlət  investisiyasının  maliyyələşdirilməsini  və 
həm də öz vəsaiti hesabına əsaslı tikintini həyata keçirən xüsusi investisiyalara və 
müəssisələrə münbit investisiya şəraiti yaratmaqdan ibarətdir. 
 
3. Müəssisənin (Təşkilatın) maliyyə siyasəti və onun hazırlanması 
 
   
Müəssisənin  maliyyə  siyasəti  -  müəssisənin  maliyyə  resurslarının 
formalaşması  və  səmərəli  istifadə  edilməsinə  yönəldilmiş  maliyyə  resurslarının 
idarə edilməsi metodlarının məcmusudur. 
   
Müəssisənin  maliyyə  siyasətinin  hazırlanmasının  məqsədi  müəssisənin 
strateji  və  taktiki  məqsədlərinə  nail  olmasına  yönəldilən  maliyyənin  idarə 
edilməsinin səmərəli sistemini təşkil etməkdən ibarətdir. 
   
Müəssisədə  maliyyə  siyasətinin  işlənib  –  hazırlanmasının  strateji  vəzifələri 
aşağıdakılardan ibarətdir: 
   
kapitalın  strukturunun  optimallaşdırılması  və  müəssisənin  maliyyə 
sabitliyinin təmin edilməsi
   
maksimum mənfəətin əldə olunması; 
   
müəssisənin maliyyə - iqtisadi fəaliyyətinin şəffaflığına nail olunması; 
   
müəssisənin investisiya cəlbediciliyinin təmin edilməsi; 
   
müəssisə  tərəfindən  maliyyə  resurslarının  cəlb  edilməsinin  bazar 
mexanizmlərindən  (kommersiya  krediti,  büdcə  krediti,  qiymətli  kağızlar 
buraxılması və s.) istifadə edilməsi.  
   
Taktiki  maliyyə  vəzifələri  hər  bir  müəssisə  üçün  fərdi  olur.  Onlar  strateji 
vəzifələrdən,  vergi  siyasətindən,  müəssisənin  mənfəətindən  istehsalın  inkişafına 
istifadə edilməsi imkanlarından irəli gəlir. 
   
Əsasən müəssisənin maliyyə siyasətinin hazırlanmasının əsas istiqamətlərinə 
aiddir: 
   
1)maliyyə - iqtisadi vəziyyətin təhlili; 
KitabYurdu.az 
13
 


 
 
 
2)uçot siyasətinin hazırlanması; 
 
3) kredit siyasətinin hazırlanması; 
 
4) dövriyyə vəsaitinin, kreditor və debitor borclarının idarə edilməsi; 
 
5)  xərclərin  (məsrəflərin)  idarə  edilməsi  və  amortizasiya  siyasətinin 
seçilməsi; 
 
6) divident siyasəti; 
 
7) maliyyənin idarə edilməsi. 
 
Maliyyə  -  iqtisadi  vəziyyətin  təhlili  maliyyə  siyasətinin  işlənib  – 
hazırlanmasının əsasını təşkil edir. Burada nəinki maliyyə təhlilinin metoduna, 
habelə  əldə  edilmiş  nəticənin  təhlilinə  və  idarəetmə  qərarlarının  işlənib 
hazırlanmasına diqqət yetirilir. 
 
Müəssisənin  fəaliyyətinin  maliyyə  -  iqtisadi  təhlilinin  əsas  komponentləri 
mühasibat balansının üfüqi, şaquli və trend təhlilidir. 
 
Mühasibat  hesablarının  təhlili  müəssisənin  əmlakının  tərkibini,  maliyyə 
vəziyyətini,  xüsusi  vəsaitlərin  formalaşması  mənbələrini,  borc  vəsaitinin 
miqdarını,  məhsul  (əmtəə,  iş  və  xidmət)  satışından  əldə  edilən  satış  pulunun 
həcminin  qiymətləndirilməsini  müəyyən  etmək  məqsədilə  onda  göstərilən 
mütləq  göstəricilərin  öyrənilməsi  deməkdir.  Hesabatların  faktiki  göstəriciləri 
müəssisələrin planlaşdırdığı göstəricilərlə müqayisə edilir. 
 
Üfüqi təhlil ilin axırına mühasibat hesabının göstəricilərini ilin əvvəlinə və 
keçmiş  dövrə  olan  göstəricilərlə  müqayisəsindən  ibarətdir.  Şaquli  təhlil 
balansın  ayrı  –  ayrı  ümumi  yekun  göstəricilərində  xüsusi  çəkisini  müəyyən 
etmək və nəticəni keçmiş dövrün göstəriciləri ilə müqayisə etmək məqsədi ilə 
aparılır. Trend təhlili bir neçə il üzrə hesabat göstəricilərinin bazis ilindən nisbi 
kənarlaşmasının hesablanmasına əsaslanır. 
 
Müəssisənin  maliyyə  -  iqtisadi  vəziyyətinin  təhlilinin  nəticələrinə 
söykənərək  uçot  siyasətinin  bu  və  ya  digər  vəziyyətinin  variantı  hesablanır. 
Çünki  bu  sahədə  qəbul  edilmiş  qərardan  birbaşa  büdcəyə  və  büdcədənkənar 
fondlara  keçirilən  vergilərin  məbləği,  balansın  strukturu,  bir  sıra  başlıca 
maliyyə - iqtisadi göstəricilərin əhəmiyyəti asılı olur. Müəssisədə uçot siyasəti 
müəyyən  edilərkən  istehsalda  xammalın  və  materialların,  azqiymətli  və  tez 
xarab olan əşyaların silinməsi qaydaları, bitməmiş istehsalın qiymətləndirlməsi 
metodları, sürətləndirilmiş amortizasiya tətbiq etmək imkanları mövcud olur. 
 
Müəssisənin  kredit  siyasətinin  hazırlanması.  Bu  məqsəd  üçün  balansın 
passivinin strukturu təhlil  edilir, xüsusi və dövriyyə vəsaitlərinin payı, onların 
nisbəti təhlil edilir, xüsusi dövriyyə vəsaitinin çatışmamazlığı müəyyən olunur. 
Hesablama əsasında borc alınmış vəsaitə tələbat müəyyən edilir. Bəzi hallarda 
xüsusi  dövriyyə  vəsaiti  kifayət  etdikdə  belə,  müəssisələrə  kredit  almaq 
məqsədəuyğun  hesab  edilir.  Bu  o  vaxt  mümkündür  ki,  kredit  vəsaitinin  cəlb 
edilməsi və istifadəsindən əldə edilmiş səmərə faiz dərəcəsindən yüksək olsun. 
Müəssisənin  kredit  siyasəti  kredit  təşkilatını,  faiz  dərəcəsinin  miqdarını, 
kreditin ödənilməsi müddətini seçməyi nəzərdə tutur. 
 
Dövriyyə  vəsaitinin,  debitor  və  kreditor  borclarının  idarə  edilməsi
Maliyyə  siyasəti  hazırlanarkən,  belə  hesab  edirlər  ki,  bu  maliyyyənin  idarə 
edilməsinin  əsas  problemidir.  Bu  problemin  düzgün  həll  edilməsindən  istər 
KitabYurdu.az 
14
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə