Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə1/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   93


Fənn: Maliyyə, pul tədavülü və kredit 
Mühazirə müəllimi: Dos. M.C.Hüseynov 
Mövzu 1. Maliyyənin mahiyyəti. 
P L A N 
1. Maliyyənin mahiyyəti, predmeti və metodu. 
2. Maliyyənin funksiyaları. 
3. Maliyyənin zəruriliyi. 
4. Maliyyə resursları. 
Ə D Ə B İ Y Y A T  
1. S.Məmmədov - Maliyyə, Bakı – 1997  
2. A.M.Kərimov və başqaları – Maliyyə, Bakı – 2001  
3. N.Novruzov, X.Hüseynov – Maliyyə, Bakı – 2007  
KitabYurdu.az 
1
 


 
 
1. Maliyyənin mahiyyəti, predmeti 
və metodu. 
 
Adətən  maliyyə  münasibətləri  pul  münasibətləri  kimi  başa  düşülür. 
Doğrudanda maliyyənin tarixi adı pul münasibətlərini ifadə edir. Bu anlayış qədim 
latın  sözü  olan,  “financia”  sözündən  götürülmüşdür.  Hərfi  mənası  pul  tədiyyəsi 
deməkdir.  
Maliyyə  anlayışı  pul  münasibətlərini  ifadə  etməsinə  baxmayaraq,  o  heç  də 
bütün pul münasibətlərini əhatə etmir. 
Pul münasibətləri maliyyə münasibətlərinə nisbətən daha geniş anlayışdır.   
Öz  iqtisadi  məzmununa  görə  maliyyə  münasibətləri  aşağıdakı  istiqamətlərə 
malikdir:  
1.  Təsərrüfat  subyektlərinin  nizamnamə  kapitalının  formalaşması  ilə 
əlaqədar olan maliyyə münasibətləri. 
2.  Müəssisə  və  təşkilatlar  arasında  məhsul  alqı-satqısı  ilə  əlaqədar  yaranan 
pul münasibətləri, sifatişçi və podratçı arasındakı iqtisadi münasibətləri. 
3.  Kommersiya  müəssisəsi  və  təşkilatları  arasında  qiymətli  kağızların 
emissiyası və yerləşdirilməsi, qarşılıqlı kreditləşmə, pay iştirakı əsasında müştərək 
müəssisələrinin yaradılması prosesində meydana çıxan iqtisadi münasibətlər. 
4.  Təsərrüfat  subyektləri  ilə  yuxarı  təşkilatlar  və  aşağı  həlqələr  arasındakı 
bölgü münasibətləri. 
5.  Kommersiya  fəaliyyəti  ilə  məşğul  olan  müəssisə,  birlik  və  təşkilatlarla 
ayrı–ayrı  işçilər  arasında  gəlirlərin  bölüşdürülməsi,  səhm  və  istiqrazların 
buraxılması və yerləşdirilməsi, dvidentlərin ödənilməsi prosesində meydana çıxan  
iqtisadi münasibətlər. 
6.  Təsərrüfat  subyektləri  ilə  maliyyə  orqanları  arasında  vergilərin  və  digər 
tədiyyələrin  ödənilməsi,  büdcədənkənar  fondların  yaradılması,  büdcədən  təxsisat 
alınması,  vergi  güzəştlərinin  verilməsi,  cərimə  sanksiyalarının  tətbiqi  ilə  əlaqədar 
yaranan iqtisadi münasibətlər. 
7.  Təsərrüfat  subyektləri  və  əhalinin  kredit  sistemi  ilə  qarşılıqlı  əlaqələri 
prosesində meydana çıxan pul münasibətləri. 
8. Sığortalama və sığorta ödənişlərinin verilməsi prosesində meydana çıxan 
pul münasibətləri. 
9.  Xarici  ölkələrlə  iqtisadi  əlaqələrin  həyata  keçirilməsi  zamanı  meydana 
çıxan pul münasibətləri. 
10.  Xarici  ölkələrlə  elmi-texniki  tərəqqinin  və  digər  əlaqələrin  inkişaf 
etdirilməsi prosesində meydana çıxan iqtisadi münasibətlər. 
Maliyyə  ancaq  müxtəlif  pul  vəsaitləri  fondlarının  formalaşdırılması  və 
istifadəsi  ilə  əlaqədar  olan  iqtisadi  münasibətləri  əhatə  edir.  Bu  pul  vəsaitləri 
fondları mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş fondlara ayrılır. 
Mərkəzl
əşdirilməmiş  pul  fondları  müəssisələrin  fondlarıdır  və  onlara 
daxildir: yığım fondu, istehlak və ehtiyat fondları. 
Yığım  fondunun  təşkili  mənbələrini  mənfəət,  amortizasiya  ayırmaları, 
sıradan  çıxan  əsas  fondların  satışından  gəlirlər  və  s.  təşkil  edir.  Yığım  fondunun 
KitabYurdu.az 
2
 


 
vəsaitləri 
kapital 
qoyuluşunun 
maliyyələşdirilməsinə, 
istehsal 
fondunun 
tamamlanmasına  və  s.  xərclərə  istifadə  edilir.  İstehlak  fondu  zəruri  və  izafi 
məhsulun dəyəri hesabına formalaşır. 
Ehtiyat fondu izafi məhsulun dəyəri hesabına təşkil olunur və müvəqqəti baş 
verən ehtiyaclar həmin fondun vəsaiti hesabına ödənilir. 
Mərkəzləşdirilmiş pul vəsaitləri fondları dövlət səviyyəsində formalaşdırılır. 
Onlara  müxtəlif  hakimiyyət  orqanlarının  büdcələri,  sosial  və  iqtisadi  təyinatlı 
büdcədənkənar fondlar daxildir. 
Beləliklə, spesifik ictimai təyinata malik olan, obyektiv xarakter daşıyan 
və  cəmiyyətdə  mövcud  olan  real  iqtisadi  münasibətləri  əks  etdirən  maliyyə, 
iqtisadi kateqoriyadır. Bu iqtisadi kateqoriyanın xarakterik xüsusiyyəti ondan 
ibarətdir  ki,  həmişə  pul  formasında  ifadə  olunur.  Pul  yoxdursa,  maliyyə 
münasibətləri də yoxdur, çünki bu münasibətlər aşkarlanmır, başqa cür ifadə 
oluna bilmir. 
Quldarlar  tərəfindən  vətəndaşların  əmlakının  götürülməsi,  feodalizm 
dövründəki    natural  ödəmələr,  bizim  ölkəmizin  tarixində  pul  tədavülünün 
dağılması  hesabına  ictimai  münasibətlərin  naturallaşması  və  s.  qətiyyən  natural 
şəkildə  qarşılıqlı  maliyyə  əlaqələrinin  mümkünlüyünü  sübut  etmir.  Əksinə,  bir 
daha  sübut  edir  ki,  maliyyə  münasibətləri  müəyyən  şəraitdə  mövcud  ola  bilər  və 
belə şəraitin olmaması bu kateqoriyanın fəaliyyət dairəsini məhdudlaşdırır. 
Maliyyənin  mahiyyətinin  müəyyən  olunması  zamanı  iqtisadçılar  arasında 
böyük  fikir  ayrılığı  yaranır.  Onlardan  bəziləri  maliyyənin  bölgü  kateqoriyası, 
digərləri  istehsal  kateqoriyası,  üçüncü  qrup  isə  geniş  təkrar  istehsal  kateqoriyası 
kimi qiymətləndirirlər. 
Məlum olduğu kimi geniş təkrar istehsalı 4 mərhələdən ibarətdir: 
İstehsal [........ Bölgü [....... Mübadilə [....... İstehlak. 
Hər  bir  mərhələnin  özünə  məxsus  aləti  və  obyektləri  var.  İnsanın  həmin 
alətlər  vasitəsilə  obyektə  təsir  göstərir  və  həmin  mərhələlər  həyata  keçirilir. 
Məsələn,  əsas  fondlar  vasitəsilə  insan  şüurlu  surətdə  dövriyyə  fondlarına  təsir 
göstərir  və  beləliklə  istehsal  alınır.  Dəyər  bölgüsü  zamanı  insanlar  maliyyə 
vasitəsilə  ümumi  milli  məhsulun  dəyərinə  təsir  göstərir  və  bölgü  alınır.  Bu 
arqumentlərlə sübut etmək olur ki, maliyyə bölgü kateqoriyası olaraq geniş təkrar 
istehsalın mərhələlərinin yalnız dəyər bölgüsü hissəsində iştirak edir. O nə istehsal, 
nə mübadilə, nə də istehlakda bir başa iştirak edə bilməz və yalnız bölgü vasitəsilə 
onlara təsir göstərir. 
Maliyyə münasibətlərinin yaranması özünü həmişə pul vəsaitlərinin hərəkəti 
şəklində  təzahür  etdirir.  İstehsal  və  istehlak  prosesində  pul  vəsaitlərinin 
hərəkətlərinin olmaması həmin mərhələlərdə maliyyə münasibətlərinin olmadığını 
sübut  edir.  Pul  vəsaitlərinin  hərəkəti  istehsal  tsiklinin  II  və  III  mərhələlərində-
bölgü  və  mübadilə  prosesində  baş  verir.  Ancaq  bu  mərhələlərdə  də  pul 
vəsaitlərinin  hərəkəti  öz  xarakterinə  görə  müxtəlifdir.  Beləliklə,  hətta  bu 
mərhələlərin  hər  ikisində  maliyyə  münasibətlərinin  eyni  fəaliyyət  göstərdiyini 
söyləmək olmaz. 
KitabYurdu.az 
3
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə