Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə14/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

 
 
təsniflə etdirilir. 
Qiymətli  kağızlar  və  onların  növləri.  Ümumiyyətlə,  qiymətli  kağızlar 
bazarında  dövr  edən  qiymətli  kağızlar  onların  təbiətindən  asılı  olaraq  aşağıdakı 
kimi qruplaşdırılır: 
Subyektlərə  görə;  ortaqlıq  münasibətlərini  əks  etdirən  qiymətli  kağızlar  və 
törəmə qiymətli kağızları. 
Ortaqlıq  münasibətlərini  əks  etdirən  qiymətli  kağızlar  –  sahibinə  dividend 
şəklində gəlir götürməyə əsas verən qiymətli kağızdır. Səhmlər bir sıra əlamətlər 
üzrə qruplaşdırılır. Belə ki, onlar adlı və təqdim edənə, adi və imtiyazlı səhmlərə 
bölünür. 
Adi  səhmlər  –  konkret  fiziki  və  hüquqi  şəxslərin  adına  buraxılır.  Yəni 
qiymətli kağızlar buraxılarkən sifarişçi verənin adına verilə və ya buraxıla bilər.  
Təqdim  edənə  qiymətli  kağızları  istənilən  hüquqi  və  fiziki  şəxs  əldə  edə 
bilər.  
İmtiyazlı səhmlərlə adi səhmlərin bir-birinə nisbətən üstün cəhətləri vardır. 
Belə  ki,  imtiyazlı  səhmlər  üzrə  əvvəlcədən  müəyyən  edilmiş  dividendlər  olur. 
İkincisi  –  imtiyazlı  səhmlər  üzrə  dividendlər  ilkin  olaraq  ödənilir.  Üçüncüsü  – 
müəssisə ləğv edildikdə ilkin olaraq imtiyazlı səhmlər üzrə bölgü həyata keçirilir. 
Digər tərəfdən adi səhmlərin sahibləri səhmdar cəmiyyətin idarə olunmasında səs 
hüququna  malikdir,  imtiyazlı  səhmlər  isə  idarə  heyətində  səs  hüququna  malik 
deyil. 
Kredit  münasibətlərini  əks  etdirən  qiymətli  kağızların  əsas  nümayəndəsi 
kimi istiqrazlar çıxış edir. İstiqraz – borc öhdəliyini təsdiq edən və sahibinə faiz 
şəklində  gəlir  götürməyə  imkan  verən  qiymətli  kağızdır.  İstiqraz  sahibləri  əldə 
etdiyi istiqraza görə əvvəlcədən müəyyən edilmiş faiz şəklində möhkəm gəlir əldə 
edirlər və eyni zamanda istiqrazlar nominal dəyərinə nisbətən güzəştlə satılır.  
İstiqrazlar,  əsasən,  uzun  müddətə  buraxılır  və  konkret  tarixi  göstərilmiş 
müddətlərdə ödənilir. 
Kredit münasibətlərinə aid olan qiymətli kağızlara həmçinin sertifikatları aid 
etmək olar. Sertifikat, sahibinin bankda qoyduğu müəyyən məbləği təsdiq edən və 
sahibinə  faiz  şəklində  gəlir  ödənilməsini  təsdiq  edən  qiymətli  kağızlardır.  Bu  tip 
qiymətli kağızlara həmçinin veksellər aiddir. Veksel borc öhdəliyidir. 
Qiymətli kağızlar bazarının iştirakçılarını üç qrupa ayırmaq olar: 
 -  emitentlər  –  zəruri  olan  pul  vəsaitlərini  cəlb  etmək  məqsədilə  qiymətli 
kağızları buraxan şəxs; 
-  investorlar  –  gəlir,  əmlak  və  qeyri-əmlak  hüququ  əldə  etmək  məqsədilə 
qiymətli kağızları alan şəxs; 
-  vasitəçilər  –  emitent  və  investorlara  qarşılarında  qoyduqları  məqsədlərə 
nail olmaq üçün xidmət göstərən şəxs. 
Qiymətli  kağızlarla  əməliyyatları  başa  çatdırmaqdan  asılı  olaraq  qiymətli 
kağızlar bazarı spot və müddətli bazarlara bölünür.  
Spot  bazarında  qiymətli  kağızların  pul  vəsaitinə  mübadiləsi  praktiki  olaraq 
sövdələşmə  anında  təcili  olaraq  həyata  keçirilir.  Müddətli  bazarlarda  ticarət 
müddətli sazişlə həyata keçirilir. 
Forvard bazarı – elə bir bazar növüdür ki, burada tərəflər onlarda həqiqətən 
KitabYurdu.az 
33
 


 
 
mövcud olan qiymətli kağızların gələcəkdə müəyyən vaxtda son hesablaşmaq şərti 
ilə göndərilməsinə razılaşırlar. 
Fyuзers  bazarı –  elə  bir  bazardır ki, burada  gələcəkdə  qiymətli kağızların 
və yaxud maliyyə bazarında real surətdə satılan digər maliyyə alətlərinin müəyyən 
müddətə göndərilməsi üzrə müqavilə ilə ticarəti həyata keçirilir. 
Opsion  bazarı  –  elə  bazardır  ki,  burada  müəyyən  vaxt  çərçivəsində 
müəyyən  maliyyə  alətlərinin  (qiymətli  kağızların)  qabaqcadan  təyin  edilmiş 
qiymətlə  alınıb-satılması  hüququnu  verən  müqavilənin  alqı-satqısı  baş  verir. 
Əvvəlcədən müəyyən edilmiş qiymət opsionun icra qiyməti adlanır. 
Svop  bazarı  –  qiymətli  kağızlar  sazişi  iştirakçıları  arasında  müqavilələrin 
birbaşa  mübadiləsi  bazarıdır.  Bu  gələcəkdə  müəyyən  anda  (və  ya  bir  neçə  anda) 
saziş iştirakçılarına iki maliyyə öhdəliyi ilə mübadilə etməyə təminat verir.  
Qiymətli  kağızlarla  bağlaşmanın  həyata  keçirilməsinin  təşkili  formasından 
asılı olaraq qiymətli kağızlar bazarı birja və birjadan kənar bazara bölünür. 
Birja  bazarı  –  qiymətli  kağızların  mütəşəkkil  və  sistematik  olaraq  satışı  və 
təkrara  satışı  üçün  xüsusi  olaraq  yaradılmış  maliyyə  qurumlarında  qiymətli 
kağızların tədavülü  sferasını  ifadə  edir.  Bu qurumlar  fond  birjası  adlanır.  Birjada 
ticarəti  yalnız  birja  üzvləri  həyata  keзirir.  Həm  də  ticarət  yalnız  qeydiyyat 
(kotirovka)  siyahısına  daxil  edilmiş  qiymətli  kağızlarla,  yəni  birjada  satılacaq 
qiymətli kağızların prosedurasını keçmiş olan qiymətli kağızlarla həyata keçirilir. 
Ən böyük fond birjası Nyu-Yorkdadır.  
Qiymətli  kağızların  birjadan  kənar  bazarı  çoxnövlü  qiymətli  kağızlarla 
ticarəti  həyata  keçirən  böyük  ticarət  meydanı  sistemidir.  Bu  ticarət  meydanının 
fəaliyyəti bütün saziş iştirakçıları üçün vacib olan ciddi qaydalara tabedir. Birjadan 
kənar ticarətdə həyata keçirilən əməliyyatların həcmi çox hallarda fond bazarındakı 
əməliyyatların  həcmini  üstələyir.  Birjadan  kənar  bazarın  dilerləri  bəzən  “bazarın 
yaradıcıları, icraçıları” adlandırılır. 
Yeni buraxılmış qiymətli kağızların ilk dəfə bazara çıxarılması prosesi ilkin 
yerləşdirmə adlanır və müvafiq olaraq o, ilkin (birinci) maliyyə bazarından keçir. 
Bu bazarın mütləq iştirakçıları  – qiymətli kağızların emitentləri və investorlardır. 
İlkin  bazarın  təyinatı  istehsalda  investisiya  və  digər  məqsədlər  üçün  zəruri  olan 
əlavə maliyyə resurslarını cəlb etməkdən ibarətdir.  
İlkin  qiymətli  kağızlar  bazarı  müəyyən  məbləğdə  ehtiyatları  cəlb  etmək 
məqsədilə yeni buraxılan qiymətli kağızların satışına xidmət edir. 
Təkrar bazar – tədavülə buraxılan qiymətli kağızların vasitəçi subyektlər, o 
cümlədən  brokerlər  və  dilerlər  tərəfindən  alqı-satqısıdır.  Təkrar  (ikinci)  maliyyə 
bazarı  istifadə  edilmiş  avtomobil  bazarını  xatırladır.  Onlar  “əvvəllərdə  istifadə 
olunmuş  ”  qiymətli  kağızların  satışı  nəticəsində  pul  əldə  etməyə  imkan  verir.  İş 
ondadır ki, qiymətli kağızların ikinci bazarında onların qiymətləri bir qayda olaraq 
birinci  bazarda  bu  qiymətli  kağızların  ilkin  yerləşdirilməsi  qiymətinə  nisbətən 
yüksək olur. Qiymətli kağızların ikinci bazarı artıq mövcud olan resursların bazarın 
iştirakçılarının  tələbatları  və  imkanlarına  uyğun  olaraq  yenidən  bölüşdürülməsi 
üçün təyin edilmişdir. 
 
 
KitabYurdu.az 
34
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə