Mövzu 13: Dünya ticarəti və tədiyyə balansı.( 2 saat)
Plan
1. Dünya ticarəti haqqında nəzəriyyələr.
2. Dünya ticarətinin əsas cəhətləri və quruluşu.
3. Dünya əmtəə bazarında qiymətlərin əmələ gəlməsi.
4. Tədiyə balansı, onun tərtib olunması və tənzimlənməsi.
5. Xarici ticarət siyasəti və onun həyata keçirilməsi mexanizmi.
1. Dünya ticarəti haqqında nəzəriyyələr.
Müasir dövrdə ölkələrin dünya ticarətində fəal iştirak etmələri bir sıra səbəblərlə əlaqədardır. Belə ki, dünya tica-rəti ölkədə mövcud olan iqtisadi ehtiyatlardan, elm və texni-kanın ən yeni nailiyyətlərindən istifadə olunmasına, iqtisa-diyyatda çox qısa müddətdə struktur dəyişiklikləri aparıl-masına, əhalinin tələbatının daha yaxşı ödənilməsinə imkan verir. Bununla əlaqədar olaraq beynəlxalq ticarət nəzəriyyələrinin öyrənilməsi böyük maraq doğurur.
Başlanğıcını klassik ingilis siyasi iqtisadından alan beynəlxalq ticarət nəzəriyyələri dünya iqtisadi fikrinin inkişafı ilə birlikdə bir sıra mərhələlərdən keçmişdir. Lakin buna baxmayaraq onun başlıca məsələləri aşağıdakılardan ibarət olaraq qalır:
-
Beynəlxalq əmək bölgüsünün əsasını nə təşkil edir?
-
Hansı beynəlxalq ixtisaslaşma ayrı-ayrı ölkələr və regionlar üçün daha sərfəlidir və daha çox fayda verir?
-
Dünya ticarətində ölkənin rəqabət qabiliyyəti hansı amillərlə müəyyən edilir?
Bütün bunlar, şübhəsiz ki, ölkəmizin indiki inkişaf mərhələsində bizim üçün də aktualdır. Deməli, beynəlxalq ticarət nəzəriyyələrinin öyrənilməsi həm də praktik əhəmiy-yətə malikdir.
A. Smit belə bir tezis irəli sürürdü ki, beynəlxalq tica-rətin inkişaf etməsinin əsasını istehsal xərclərindəki fərqlər təşkil edir. O, qeyd edirdi ki, əmtəələri istehsal xərcləri az olan ölkələrdən idxal etmək lazımdır.
A. Smitin baxışları D. Rikardo tərəfindən daha da inkişaf etdirilmişdir.
Məlum oluduğu kimi, xarici ticarət əlaqələrinə girən tərəflər həmişə ondan faydalanmağa çalışır və buna əsas etibarılə nail olurlar. Bununla əlaqədar olaraq belə suallar meydana çıxa bilər ki, nə üçün ABŞ qara qəhvəni idxal, taxılı isə ixrac edir? Yaponiya yalnız xammalı idxal, sənaye məhsullarını isə ixrac edir?
Bu suallara düzgün cavabı D.Rikardonun adı ilə bağlı olan müqayisəli üstünlük nəzəriyyəsi verə bilər. Çünki bu nəzəriyyə hər bir millətə, yaxud da ayrıca bir şəxsə özü-nün real gəlirlərini və həyat səviyyəsini necə yüksəltmək ba-rədə istiqamət verir. Məsələn bu bir həqiqətdir ki, ABŞ-da kompüter, Braziliyada isə qara qəhvə istehsalı üçün daha əlverişli şərait vardır. Odur ki, ABŞ qara qəhvə idxal etmək-lə, kompüter istehsalı və ixracından, Braziliya isə kompüter idxal etməklə, qara qəhvə istehsalı və ixracından daha çox faydalana bilər. Ölkəni onun üçün səmərəli olmayan məhsulları ixrac etməyə heç bir qüvvə məcbur edə bilməz. Hansı məhsulları beynəlxalq bazara çıxarmaq, hansını isə çıxarmamaq məsələsini səmərəlilik baxımından ölkələrin özləri müəyyən edirlər.
Müqayisəli üstünlük nəzəriyyəsinə görə ticarət əla-qələrini zəruri edən şərtlərdən biri də rayonlar arasında is-tehsal şərtləri ilə bağlı meydana çıxan fərqlərdir. Hər bir ölkə özünə lazım olan bütün məhsulların hər birindən az miqdarda olsa da istehsal olunmasını təşkil edə bilər. Lakin həmin məhsullardan bəzilərinin istehsalına daha çox xərc sərf oluna və onların dəyəri həddindən çox yüksək ola bilər. Bu isə o deməkdir ki, məhsulların istehsalı, bu ölkə üçün iqtisadi cəhətdən sərfəli deyildir.
Beynəlxalq ticarətin əsas prinsiplərini Avropa və Amerikanın timsalında, məsələn, yemək şeyləri ilə paltarın mübadiləsində nümayiş etdirmək olar. Amerika geniş tor-paq sahələrinə, təbii ehtiyatlara malik olsa da, iş qüvvəsi və kapital sarıdan korluq çəkir. Avropada, əksinə, kapital və əmək ehtiyatları boldur, torpaq sahələri isə azlıq edir. Belə bir şəraitdə nə etmək lazımdır?
D.Rikardonun hələ 1817-ci ildə bu suala verdiyi ca-vab beynəlxalq miqyasda ixtitsaslaşdırmanın səmərəliliyinin isbat olunduğunu göstərir. Bu, məhz müqayisəli üstünlük və ya müqayisəli istehsal xərcləri nəzəriyyəsinin nailiyyətidir. D.Rikardo məsələnin həllini sadələşdirmək üçün iki ölkə və yalnız iki şərti məhsul – ərzaq və paltar götürmüşdür. O, bü-tün istehsal xərclərini şərti olaraq yalnız iş vaxtı ilə ifadə etmiş, azad ticarətin mövcudluğunu, ehtiyatların bir-birini tam əvəz etməsinin mümkünlüyünü, nəqliyyat xərcləri və texniki dəyişikliklərdə, əmək haqqının səviyyəsində ölkələr arasında fərqin olmadığını göstərmiş, (lakin istənilən kon-kret şəraitdə zəruri dəyişikliklər etmək mümkündür) və nəti-cədə Amerika və Avropa arasında ticarətin qarşılıqlı fayda verdiyini isbat etmişdir. Bu ilkin şərtlər beynəlxalq ticarətin əsas inkişaf prinsiplərini aşkara çıxarmaq üçün lazım olmuş-dur. Lakin onların bəzilərinin dəqiqləşdirilməsinə ehtiyac vardır və deməli müqayisəli üstünlük nəzəriyyəsi çatış-mazlıqlardan xali deyildir.
Məlum olduğu kimi, bir sıra sahələrdə istehsalın ge-nişləndirilməsi son hədd xərclərinin artması ilə əlaqədardır. Odur ki, bu və ya digər bir məhsulun hər sonrakı vahidinin istehsalı baha başa gəldiyindən bu, bütün məhsul istehsalı artımından imtina olunmasını tələb edir. Bu qanunauyğun-luq özünü hasilat sənayesində daha əyani şəkildə göstərir. Belə ki, zəngin və əlverişli ərazilərdə yerləşən yataqların eh-tiyatı azaldıqca, ehtiyatı az və işlənməsi çətin olan yataq-ların istismarına meyl artır. Deməli, əmtəə istehsalının art-masının xərclərin artmasına səbəb olması ixtisaslaşdırma qarşısında müəyyən hədd qoyur. Və nəticədə bu, belə bir və-ziyyətə gətirib çıxarır ki, əksəriyyət hallarda müqayisəli üstünlüyə malik olan ölkələrdə tam ixtisaslaşdırma mümkün olmur. Bu, D.Rikardonun müqayisəli üstünlük nəzəriyyəsi-nin başlıca çatışmaz cəhətidir.
D.Rikardonun vəfatından sonra onun bu nəzəriyyəsi beynəlxalq əmək bölgüsü və dünya ticarəti sahəsində, bir sıra onilliklər ərzində demək olar ki, yeganə nəzəriyyə olaraq qalmışdır.
Bu sahədə yeni model Isveç tədqiqatçıları Eli Xekşer və Bartel Olin tərəfindən işlənib hazırlanmışdır. XX əsrin 60-cı illərinədək bu model iqtisadi ədəbiyyatda "hökmranlıq" etmişdir. 1977-ci ildə isə Olin iqtisadiyyat sahəsində xidmət-lərinə görə Nobel mükafatına layiq görülmüşdür. Bu mode-lin inkişaf etdirilməsi və zənginləşdirilməsində P.Samuelsonun çox böyük xidmətləri olmuşdur. Odur ki, onun bu xidmətlərinin şərəfinə modeli bir çox hallarda Xekşer – Olin – Samuelson modeli də adlandırırlar.
Beynəlxalq ticarətə və ixtisaslaşdırmaya neoklassik yanaşmanın mahiyyəti belədir: maddi və insan ehtiyatları tarixi və coğrafi səbəblərə görə ölkələr arasında qeyri-bərabər bölünmüşdür. Neoklassiklərin fikrincə əmtəələrin qiymətlərindəki nisbi fərqlər və müqayisəli üstünlüklər də məhz bunlarla əlaqədardır.
Xekşer – Olinin beynəlxalq ticarət modelinə uyğun olaraq, bu prosesdə istehsal amillərinin qiymətləri tarazla-şır. Tarazlaşma mexanizminin mahiyyəti belədir: Ölkədə hansı istehsal amilləri (əmək haqqı, borc faizi, renta və i.a.) boldursa, onların qiyməti aşağı, hansılar azlıq edirsə, onların qiyməti baha olur.
Bu və ya digər bir ölkənin kapital tutumlu əmtəələr sahəsində ixtisaslaşması kapitalın ixrac üçün məhsullar istehsal edən sahələrə getməsinə şərait yaradır. Nəticədə kapitala olan tələb artır, onun qiyməti (kapitala görə faiz) isə yüksəlir. Əksinə, digər ölkələrin əməktutumlu əmtəələr istehsalı sahəsində ixtisaslaşmaları əmək ehtiyatlarının xeyli hissəsinin müvafiq sahələrə getməsinə və deməli, iş qüvvəsi dəyərinin (əmək haqqının) artmasına səbəb olur.
Beləliklə, bu modelə uyğun olaraq, hər iki ölkələr qrupu özlərinin ilkin üstünlüklərini itirirlər və onların inki-şafında tarazlaşma gedir. Bu, ixrac üçün əmtəələr istehsal edən sahələrin dairəsini genişləndirir, onların beynəlxalq əmək bölgüsünə daha dərindən nüfuz etmələri üçün şərait yaradır.
Rus mənşəli, məşhur amerika iqtisadçısı V.Leontyev 1956-cı ildə ABŞ-ın ticarət balansının strukturunu təhlil etmiş və belə bir nəticəyə gəlmişdir ki, Xekşer–Olin nəzəriy-yəsinin əksinə olaraq, ABŞ-ın ixrac etdiyi məhsullar içəri-sində əmək tutumlu əmtəələr, idxal etdiyi məhsullar içəri-sində isə kapital tutumlu məhsullar üstünlük təşkil etmişdir. Buna iqtisadi ədəbiyyatda Leontyevin paradoksu1 deyilir.
Müqayisəli üstünlük nəzəriyyəsi amerika iqtisadçısı Maykl Porterin2 əsərlərində daha da inkişaf etdirilmişdir. M.Porter, sənayecə inkişaf etmiş 8 ölkənin iqtisadiyyatının 100-ə yaxın sahəsini əhatə edən geniş statistik materialları təhlil etmək əsasında ölkələrin rəqabətdə üstünlüklərinə dair nəzəriyyə işləyib hazırlamışdır. Onun bu nəzəriyyəsində əsas yeri iqtisadiyyatda dörd başlıca müəyyənedicini (determinantı) aşkara çıxaran, həmin ölkəyə məxsus olan firmanın fəaliyyət göstərməsi üçün rəqabət makromühitini formalaş-dıran "milli nişan" təşkil edir.
"Milli nişan" qarşılıqlı fəaliyyətdə olan müəyyənedi-cilər sistemini aşkara çıxarır, ölkələrin rəqabətdə malik olduqları üstünlüklərin reallaşdırılması üçün ya əlverişli, ya da əlverişsiz şərait yaradır.
Bəs, bu müəyyənedicilər hansılardır? Bunlara amillə-rin parametrləri3, firmaların strategiyaları, onların struk-turu və rəqabət; tələbin parametrləri, bir-birinə yaxın və bir-birinin inkişafı üçün şərait yaradan sahələrin mövcudluğu, təsadüfi hadisələrin baş verməsi və s. daxildir.
Amillərin parametrləri dedikdə ölkənin və onun iqtisadiyyatının ixrac üçün məhsul istehsal edən ayrı-ayrı aparıcı sahələrinin rəqabətdə üstünlüyünün təmin olunması üçün zəruri olan maddi və qeyri-maddi şəraitin yaradılması nəzərdə tutulur.
M.Porter istehsal amillərini ölkənin rəqabət qabiliy-yətinə (üstünlüyünə) təsiri baxımından nəzərdən keçirərkən ənənəvi amillərlə (əmək, torpaq, kapital, sahibkarlıq qabi-liyyəti) yanaşı, necə deyərlər "biliklərdən ibarət olan resurs-ları", yəni elmi, texniki və bazar informasiyalarını, poçt xidmətlərini, səhiyyə sistemini, əhalinin mənzillə təmin olunmasını və s. xüsusi qrupa ayırmışdır. Onun nəzəriyyə-sində amillərin ümumi (məsələn, avtomobil yolları şəbəkəsi, ali təhsilli işçi heyəti və i.a.) və ixtisaslaşdırılmış amillərə (məsələn, dar ixtisas sahibləri, müəyyən bilik sahələri üzrə məlumat bazarı və i.a.) bölünməsi də böyük əhəmiyyətə malikdir.
Rəqabətdə üstünlüyün təmin olunmasında ölkə daxi-lindəki rəqabət mühiti və firmaların strukturu az əhəmiyyət kəsb etmir. Başqa sözlə, ölkə daxilində rəqabət mühiti yara-dılmamışdırsa və firmalar bir-biriləri ilə raqabət aparmırlar-sa, onların strategiyası rəqabət şəraitinə uyğunlaşdırılma-mışdırsa, onda xarici bazarda bu firmalar rəqabətdə üstün-lük qazana bilməzlər.
Tələbin parametrləri dedikdə, hər şeydən əvvəl onun həcmi, inkişaf dinamikası, məhsul növləri üzrə diferensial-laşdırılması nəzərdə tutulur. Inkişaf etmiş tələb şəraitində yeni mallar dünya bazarına çıxana qədər məhz daxili bazarda "özünütəsdiqdən" keçməlidir.
Ixrac üçün məhsul istehsal edən firmaları zəruri material, yarımfabrikat, komplektləşdirici məmulatlar və digər maddi vəsaitlər və informasiya ilə təmin edən yüksək dərəcədə inkişaf etmiş, bir-birinə yaxın olan sahələrin möv-cud olması da dünya ticarətində üstünlüyə malik olmağın başlıca şərtləridir.
M.Porter rəqabət üstünlüyünün müəyyənediciləri sisteminə təsadüfi hadisələri də daxil edir. Və göstərir ki, bunlar ölkələrin rəqabətdə üstünlüyünü ya gücləndirə, ya da zəiflədə bilər. Bu hadisələrə yeni ixtiraları, iri texnoloji sıçrayışları, iqtisadi ehtiyatların qiymətlərinin kəskin surət-də dəyişməsini, dünya maliyyə bazarındakı dəyişiklikləri, hakimiyyətin siyasi qərarlarını, müharibələri və s. misal göstərmək olar. Təsadüfi hadisələr rəqabət aparan dövlətlərin mövqelərini dəyişə bilər. Bunlar köhnə, güclü rəqibləri sıradan çıxara, yeni dövlətlər üçün imkan yarada bilərlər.
Rəqabətdə milli iqtisadiyyatın üstünlüyünün forma-laşdırılmasında hökumət də çox mühüm rol oynayır. Bu, öz ifadəsini əsas müəyyənedicilərin "milli nişana" təsir göstər-məsində tapır. Lakin bu təsir ya müsbət, yaxud da mənfi ola bilər. Hökumət istehsal amilləri və tələbin parametrlərinə pul-kredit, vergi, gömrük siyasəti vasitəsilə təsir edir. Ölkələrin əksəriyyətində ordu, nəqliyyat, rabitə, təhsil, səhiyyə və digər sahələr üçün lazım olan məhsulların alıcısı məhz hökumətdir. Bundan başqa, hökumət, inhisar əleyhinə tən-zimləməni həyata keçirməklə, milli iqtisadiyyatın aparıcı bölmə və sahələrində ən əlverişli rəqabət mühitinin qorunub saxlanmasına təsir edir.
Beləliklə, M. Porterin nəzəriyyəsi hər hansı bir ölkə-nin rəqabətdə üstünlüyünü müəyyən edən başlıca amilləri daha tam əks etdirir.
2. Dünya ticarətinin əsas cəhətləri və quruluşu.
Iqtisadi ədəbiyyatda dünya ticarəti belə səciyyələn-dirilir: "Beynəlxalq ticarət dedikdə, müxtəlif ölkələrdə alıcı-lar, satıcılar və vasitəçilər arasında həyata keçirilən alqı-satqı prosesi nəzərdə tutulur".1
Beynəlxalq ticarət idxal və ixracdan ibarətdir. Bunların arasındakı nisbət ticarət balansı adlanır. BMT-nin nəşr etdirdiyi statistik məcmuələrdə dünya ticarətinin həcmi və dinamikası haqqında məlumatlar bütün ölkələrin ixrac etdikləri məhsulların və göstərdikləri xidmətlərin ümumi məbləği kimi verilir.
Qədim zamanlarda meydana gəlmiş dünya ticarəti XVIII əsrin axırları və XIX əsrdə xeyli inkişaf etmiş, geniş-lənmiş və beynəlxalq əmtəə-pul münasibətləri sabit xarakter almışdır. Bu prosesə sənayecə daha çox inkişaf etmiş bir sıra ölkələrdə (Ingiltərə, Hollandiya və b.) iri maşınlı sənayenin əmələ gəlməsi və geniş vüsət alması təkan vermişdir. Bu prosesə həmin ölkələrə iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdən xammal idxal olunması da təsir göstərmişdir. Sənayecə inkişaf etmiş ölkələr zəif inkişaf etmiş ölkələrdən idxal etdikləri xammalların əvəzinə onlara, əsas etibarilə istehlak təyinatlı məhsullar ixrac edirlər.
Lakin XX əsrdə dünya iqtisadiyyatı bir sıra böhran-larla üzləşmişdir. Bunlardan biri 1914-1918-ci illərdə birinci dünya müharibəsi ilə əlaqədar baş verən böhrandır. Bu böh-ran ikinci dünya müharibəsinə qədər davam etmiş və əmtəə dövriyyəsinə mənfi təsir göstərmişdir. Bundan başqa, ikinci dünya müharibəsindən sonra, imperializmin müstəmləkə sisteminin dağılması ilə əlaqədar olaraq dünya ticarəti yeni çətinliklərlə üzləşmişdir. Lakin sonralar bu çətinlikləri ara-dan qaldırmaq mümkün olmuşdur. Bunu belə bir faktdan aydın görmək olar ki, ikinci dünya müharibəsindən sonra dünya ticarətinin inkişaf sürəti xeyli yüksəlmişdir. Belə ki, dünyada ixrac olunan məhsulların orta illik artım sürəti 50-ci illərdə 6%, 60-cı illərdə 8,2%, 1970-1991-ci illərdə 9%, 1991-1995-ci illərdə 6,2% olmuşdur.1 Bununla əlaqədar olaraq dünya ticarətinin həcmi də artmışdır. Məsələn, o, 1965-ci ildə 172 mlrd. dollar, 1970-ci ildə 193,4 mlrd., 1975-ci ildə 816,5 mlrd., 1980-ci ildə 1,9 trln., 1990-ci ildə 3,3 trln., 1995-ci ildə isə 5 trln. dollardan çox olmuşdur.1 Buna bir sıra amillər təsir etmişdir.
Bunlardan biri ikinci dünya müharibəsindən sonrakı dövrdə yeni sahələrin yaradılması və köhnə sahələrin texniki cəhətdən yenidən qurulmasıdır. Bu, onunla əlaqədardır ki, elmi-texniki inqilabın təsiri ilə beynəlxalq miqyasda predmet (son məhsul üzrə), detal (hissələrin, detalların və s. istehsalı üzrə), texnoloji (ayrı-ayrı əməliyyatların, texnoloji proseslərin həyata keçirilməsi üzrə) ixtisaslaşdırma və kooperasiyalaşdırma dərinləşmişdir. Bu isə ona gətirib çıxarmışdır ki, adi kommersiya ticarəti ilə yanaşı, beynəlxalq miqyasda istehsal – texniki əlaqələrə xidmət göstərən əmtəə dövriyyəsi də artmışdır. Istehsalın beynəlxalq miqyasda ixtisaslaşdırılması və kooperasiyalaşdırılmasının dərinləşməsi dünya ticarətinin liberallaşdırılmasına, onun məhdudlaşdırılmasının qarşısının alınmasına və gömrük vergisinin əhəmiyyətli dərəcədə azaldılmasına səbəb olmuşdur.
Dünya ticarətinin artım sürətinə əvvəllərdə iqtisadi cəhətdən geridə qalmış ölkələrin bu prosesə fəal qoşulmaları da əhəmiyyətli təsir göstərmişdir. Belə ki, müstəqillik qazandıqdan sonra həmin ölkələrin sənayeləşdirmə yolunu seçmələri, onların sənayecə inkişaf etmiş ölkələrdən daha çox maşın və avadanlıq idxal etmələrinə səbəb olmuşdur.
Proqnozlara görə dünya ticarətinin yüksək sürəti yaxın gələcəkdə qalmaqda davam edəcəkdir. 2
Dünya ticarətinin quruluşunu öyrənərkən nəzərə al-maq lazımdır ki, statistik məcmuələrdə əmtəələr beynəlxalq miqyasda qəbul edilmiş ticarət təsnifatı ilə qruplaşdırılır. Dünyada olan bütün ölkələr, o cümlədən də Azərbaycan Respublikası əmtəələrin kodlaşdırılması sistemindən isti-fadə edirlər.
Dünya ticarətinin quruluşu elmi-texniki inqilabın və beynəlxalq əmək bölgüsünün təsiri ilə dəyişir. Hazırda dün-ya ticarətində emaledici sənayenin məhsulları daha yüksək xüsusi çəkiyə malikdir. Başqa sözlə, dünya əmtəə dövriy-yəsinin 3/4 hissəsi onun payına düşür. Maşın, avadanlıq, nəqliyyat vasitələri, kimyəvi məhsulların xüsusi çəkisi daha sürətlə artır. Ərzaq məhsulları, xammal və yanacağın xüsusi çəkisi təqribən 25%-ə bərabərdir.
Elm tutumlu əmtəələrin və yüksək texnologiya ilə istehsal olunan məhsulların ticarəti daha dinamik inkişaf edir. Bu isə öz növbəsində ölkələrarası xidmətlərin, xüsusilə elmi-texniki, istehsal, kommunikasiya və maliyyə-kredit xa-rakterli xidmətlərin mübadiləsini stimullaşdırılır. Bu da öz növbəsində (xüsusilə də informasiya – hesablama, konsal-tinq, lizinq, injinirinq) istehsal təyinatlı əmtəələr üzrə dünya ticarətinə marağı artırır.
Dünyada ixrac olunan məhsulların tərkibində ayrı-ayrı ölkə qrupları və ölkələrin xüsusi çəkisini 32.1 cədvə-lindəki məlumatlardan aydın görmək olar.
Cədvəl 32.1
Dünyada ixrac olunan məhuslların tərkibində ayrı-ayrı ölkə qruplarının xüsusi çəkisi (%-lə)1
Ölkələr
|
Illər
|
1987
|
1993
|
1998
|
Inkişaf etmiş ölkələr
|
70,0
|
67,2
|
67,8
|
O cümlədən, ABŞ
|
10,2
|
11,4
|
11,3
|
Kanada
|
4,0
|
3,8
|
3,7
|
Avropa Ittifaqı
|
41,8
|
37,4
|
34,6
|
Inkişaf etməkdə olan ölkələr
|
21,4
|
28,0
|
26,2
|
32.1 cədvəlindəki məlumatlardan aydın olur ki, XX əsrin 90-cı illərinin ortalarında dünyada ixrac olunan məh-sulların 2/3 hissəsindən çoxu inkişaf etmiş ölkələrin payına düşmüşdür. Dünya ticarətində – əmtəə dövriyyəsində inkişaf etməkdə olan ölkələrin payının artması meyli özünü gös-tərir. Belə bir cəhəti də nəzərə almaq lazımdır ki, dünya ticarətində yeni sənaye dövlətlərinin, xüsusilə də Asiya ölkələrinin rolu artmaqdadır.
3. Dünya əmtəə bazarında qiymətlərin əmələ gəlməsi.
Ilk dövrlərdə beynəlxalq əmək bölgüsü və dünya ka-pitalist bazarı əsas etibarilə ölkələrin təbii şəraitlərindəki müxtəlifliyə əsaslanırdı. Sənaye çevrilişindən sonra istehsal amillərinin beynəlmiləl xarakter alması ilə əlaqədar olaraq o, milli təsərrüfat çərçivəsindən çıxmış və bu əsas üzərnidə sabit beynəlxalq əmək bölgüsü və dünya bazarı meydana gəlmişdir. Lakin aydın məsələdir ki, beynəlxalq əmək bölgüsündə və mübadilədə iştirak edən ölkələr əvvəllərdə olduğu kimi eyni şəraitdə olmurlar. Bu, onların coğrafi vəziyyətlərində, təbii sərvətlərin tərkibi və zənginliyində, iqtisadiyyatın miqyası, inkişaf səviyyəsi və daxili bazarın tutumunda və sairələrdəki müxtəlifliklə əlaqədardır.
Bunun nəticəsidir ki, ayrı-ayrı ölkələrdə eyni məhsu-lun istehsalına çəkilən xərclər də müxtəlif olur. Ona görə də hər bir ölkə başqa ölkələrə o, məhsulları satmağa çalışır ki, həmin məhsulların istehsalında üstünlüyə malik olsun. Və dünya bazarında elə məhsulları satın almağa cəhd göstərir ki, həmin məhsullar onun özündə baha başa gəlir.
Ölkələr arasında əmtəə mübadiləsi isə dünya qiymət-ləri ilə həyata keçirilir. Bu, dünya ticarətinin səciyyəvi cəhəti ilə müəyyən edilir. Başqa sözlə, dünya ticarətində “milli qiy-mətlər–dünya qiymətləri” sistemi mövcuddur. Bunun əsasını beynəlmiləl istehsal xərcləri təşkil edir. Bu, hər hansı bir əmtəə növünün hazırlanmasına sərf olunan istehsal amillərinin (kapital, əmək, təbii və maddi ehtiyatların müx-təlif növləri) dünyada formalaşmış orta qiymətləri əsasında müəyyən edilir. Həm də qeyd etmək lazımdır ki, beynəlmiləl istehsal xərcləri bu və ya digər xammal növünün çox hissəsi-ni dünya bazarına göndərən əsas ölkənin təsiri ilə formalaşır. Bunlarla yanaşı, dünya qiymətlərinə beynəlxalq bazarlarda ayrı-ayrı əmtəə növlərinə olan tələb və təklif də təsir göstərir.
Beynəlxalq ticarət üçün çoxqiymətlilik, yəni eyni bir əmtəə növü üzrə müxtəlif qiymətlərin mövcud olması sə-ciyyəvidir. Dünya qiymətləri ilin vaxtından, yerdən, əmtəə-lərin reallaşdırılması şərtlərindən, bağlanmış müqavilədən asılı olaraq bir-birindən fərqlənir. Təcrübədə dünya qiymət-ləri beynəlxalq ticarət mərkəzlərində, müəyyən növ əmtəəni idxal və ixrac edən məşhur firmalar arasında bağlanan ən iri və sabit ixrac, yaxud da idxal sövdələşmələrində nəzərdə tu-tulan qiymətlər hesab olunur. Bir çox xammal növlərinin (taxıl, kauçuk, pambıq və s.) beynəlxalq qiymətləri dünya-nın ən iri əmtəə birjalarında əməliyyatların aparılması prosesində müəyyən olunur.
Bəzi hallarda hər hansı bir ölkə hətta özündə istehsal olunan və dünya qiymətlərindən baha başa gələn məhsulları ixrac etdikdə zərər çəkə bilər. Lakin buna baxmayaraq bu ölkənin ixrac etdiyi məhsulların satışından əldə olunan vəsaitə başqa ölkələrdə istehsal edilən beynəlxalq bazarda qiymətləri nisbətən ucuz olan əmtəələri satın almaqla, müəyyən məbləğdə fayda götürməsi də mümkündür. Bunu aşağıdakı şərti misalla izah edək. Tutaq ki, hər hansı bir ölkədə iki məhsul - "A" və "B" əmtəələri istehsal olunur və onların daxili bazar qiymətləri müvafiq olaraq 5 və 6, dünya bazar qiymətləri isə 4 və 2 dollara bərabərdir. "A" məhsulu ixrac olunduqda dünya bazar qiymətləri ilə 4 dollar əldə edilir. Bu 4 dollara dünya bazarında 2 ədəd "B" məhsulu (4:2=2) almaq olar ki, bu da milli qiymətlə hesablandıqda dəyəri 10 dollara (5x2=10) bərabər olur. Deməli, ixracın zərərli olmasına baxmayaraq (4–6=-2) həmin ölkə üçün bütövlükdə xarici iqtisadi əlaqələr sərfəlidir, çünki 6 dəyər vahidi (dollar) ixrac etməklə o, bunun müqabilində 10 dəyər vahidi (dollar) əldə etmiş olur.
4. Tədiyə balansı, onun tərtib olunması və tənzimlənməsi.
Hər bir ölkənin başqa ölkələrlə iqtisadi əlaqələri özü-nün ümumiləşdirilmiş ifadəsini tədiyə balansında tapır. Bu balans beynəlxalq miqyasda kapitalın, əmtəə və xidmətlərin mübadiləsində ölkənin iştirakının xüsusiyyətlərini aşkara çıxaran informasiya mənbəyidir.
Tədiyə balansında ölkənin xarici iqtisadi əlaqələrdə həyata keçirdiyi əməliyyatların sistemləşdirilmiş siyahısı verilir. Ölkənin xarici iqtisadi fəaliyyətinin yekunları əks etdirilir, onun valyuta-maliyyə vəziyyətinə qiymət verilir. Tədiyə balansı ilə yanaşı, hesablaşma balansı da tərtib olunur. Hesablaşma balansında təkcə faktiki tədiyələr deyil, həm də müddətindən asılı olmayaraq həmin ölkənin ödə-nilmiş öhdəlikləri əks etdirilir.
Bütün xarici iqtisadi əməliyyatlar üzrə tədiyələrin uçotu müəyyən dövr ərzində (ay, rüb, il) həyata keçirilir. Onların tədiyə balansında uçotu ikili qeyd prinsipi əsasında aparılır. Məsələn, məhsulların ixracından ölkəyə daxil olan pul vəsaiti balansın kredit maddələrində (“+” işarəsi ilə), ölkədən ixrac olunan əmtəələr isə debet maddələrində (“-“ işarəsi ilə) qeyd edilir.
Dostları ilə paylaş: |