Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


Qədim Şərq və Qədim Yunan materializmi



Yüklə 79 Kb.
səhifə7/8
tarix29.08.2023
ölçüsü79 Kb.
#121044
1   2   3   4   5   6   7   8
Muhazirə-1

Qədim Şərq və Qədim Yunan materializmi –materializmin ilk forması olub, ətraf dünyanı və predmetləri öz-özlüyündə, şüurdan asılı olmayaraq tədqiq edir (Fales, Levkipp, Demokrit, Heraklit).
Avropada Yeni dövrün mexaniki materializmi –bu forma əsasında təbiətin öyrənilməsi dayanır. Lakin təbiətin bütün çoxobrazlığının xassə və münasibətləri materiyanın mexaniki hərəkət formasına gətirilir (Q.Qaliley, F.Bekon, C.Lokk, J.Lametri, K.Helvetsi və s.).
İdealizmin isə iki əsas formasını göstərmək olar:
Obyektiv idealizm –İdeya, Allah, və yaxud, Ruhun –ümumiyyətlə ideal başlanğıcın təkcə materiyadan deyil, həm də insan şüurundan asılı olmadığını bəyan edir(Platon, F.Akvinalı, Hegel).
Subyektiv idealizm –xarici dünyanın, onun xassə və münasibətlərinin insan şüurundan asılı olduğunu iddia edir (Berkli).Subyektiv idealizmin ifrat forması solipsizm (lat. solus –bir, yeganə; ipse –özüm). Solipsizmə görə yalnız məxsusi “Mən” və mənim duyğularım haqqında səhihliklə danışmaq olar.
Fəlsəfədə materializmi adətən “Demokrit xətti”, idealizmi isə “Platon xətti” adlandırırlar.
Varlığın ilk əsası ilə bağlı məsələdə üç yanaşma mövcuddur: monizm, dualizm, plüralizm.
Monizm (yun. monos –bir, yeganə) –dünyanın yalnız bir başlanğıcının olmasını iddia edən fəlsəfi konsepsiya. Belə başlanğıc olaraq ya maddi, ya da, mənəvi substansiya çıxış edir. Deməli, monizm həm materialist, həm də idealist ola bilər.
Dualizm (lat.dualis -ikili) –bərabərhüquqlu iki ilk başlanğıcın: materiya və şüur, fiziki və psixi –olduğunu təsdiq edən fəlsəfi konsepsiya. Məsələn, Dekart hesab edirdi ki, varlığın əsasında iki bərabərhüquqlu substansiya dayanır: fikirləşən(ruh) və ölçülən (materiya)
Plüralizm (lat. pluralis -çoxlu) –bir neçə ilkbaşlanğıcın olduğunu iddia edən fəlsəfi konsepsiya. Bu konsepsiyaya görə, varlığın əsası və ilkbaşlanğıc çoxluq təşkil edir. Məsələn, Empedokla görə, varlığın ilkbaşlanğıcı dörddür: od, hava, su, torpaq.
Rasionalizm və empirizm. Əgər ontoloji baxımdan, yəni varlığın ilkin əsasının nədən ibarət olması sualına verdiyi cavabdan asılı olaraq fəlsəfə materializm və idealizmə bölünürsə, bu varlığın hansı üsullarla dərk olunması, ümumiyyətlə dərk olunub-olunmaması sualına verdiyi cavaba görə, yəni, qnoseoloji baxımdan bir neçə cərəyana bölünür. Onlardan ikisi əsas və daha geniş yayılmışdır: rasionalizm və empirizm. Bu cərəyanlar bütün fəlsəfə tarixini izləsə də, aşkar ifadə olunmuş cərəyan kimi Yeni dövrdə formalaşmışdır.
Empirizmin (yun. empeiria –təcrübə) banisi ingilis filosofu Frensis Bekon hesab olunur. Empiristlər hesab edir ki, idrakın əsasında yalnız təcrübə və hissi duyğular dayana bilər.
Rasionalizmin (lat. rationalis –zəkalı) banisi fransız filosofu Rene Dekart hesab edilir. Rasionalizmin əsas ideyası odur ki, həqiqi bilik birbaşa zəkadan alına bilər və o, hissi təcrübədən asılı deyil.

Yüklə 79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə