AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
TƏHSİL PROBLEMLƏR ÜZRƏ ELMİ-METODİKİ MƏRKƏZ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
«Heyətin idarə edilməsi» magistr ixtisası üzrə «Əməyin təşkilinin sosial-iqtisadi problemləri» kursunun
TƏDRİS PROQRAMI
B A K I – 2 0 10
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
TƏHSİL PROBLEMLƏR ÜZRƏ ELMİ-METODİKİ MƏRKƏZ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
“Əməyin iqtisadiyyatı və təşkili” kafedrası tərəfindən hazırlanmış
«Heyətin idarə edilməsi» magistr ixtisası üzrə «Əməyin təşkilinin sosial-iqtisadi problemləri» kursunun
TƏDRİS PROQRAMI
Azərbaycan Respublikası Təhsil Nazirinin
tarxli saylı
əmrinə əsasən qrif verilmişdir
B A K I – 2 0 10
Proqram Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrası tərəfindən hazırlanmışdır.
Tərtib edənlər: prof. T.Ə.Quliyev
dos. S.R.Bayramova
dos. Z.İ.Mustafayeva
b/м. S.Ə.Qurbanova
Elmi redaktor: prof. T.Ə.Quliyev
Rəyçilər:
GİRİŞ
“Əməyin təşkilinin sosial-iqtisadi problemləri” kursu üzrə dərs saatlarının bölgüsü
|
Mövzuların adı
|
Saatlar
|
mühazirə
|
məşğələ
|
1
|
«Əməyin təşkilinin sosial-iqtisadi problemləri» kursunun predmeti, məzmunu və vəzifələri
|
|
|
2
|
İşçilərin peşə hazırlığı və əmyin elmi təşkili məsələləri
|
|
|
3
|
Müəssisə və təşkilatlarda əmək şəraitinin yaxşılaşdırılmasının sosial-iqtisadi problemləri
|
|
|
4
|
Əmək bölgüsü və əmək kooperasiyası, onun təkmilləşdirilməsi
|
|
|
5
|
İş yerlərinin təşkili və ona mütərəqqi xidmət problemi
|
|
|
6
|
Əmək prosesləri və əməyin normalaşdırılmasının təkmilləşdirilməsi
|
|
|
7
|
Əməyin təşkili səviyyəsi, onun təhlili və qiymətləndirilməsi problemi
|
|
|
8
|
|
|
|
9
|
Əməyin təşkili üzrə tədbirlər sistemi və onun sosial-iqtisadi səmərəsi
|
|
|
|
Cəmi
|
|
|
MÖVZU I. «Əməyin təşkilinin sosial-iqtisadi problemləri» kursunun predmeti, məzmunu və vəzifələri
1. Əməyin təşkilinin sosial-iqtisadi problemləri
2. Kursun predmeti, obyekti və məzmunu
3. Kursun məqsədi və vəzifələri
4. Kursun öyrənilməsində istifadə olunan metodlar
5. Kursun iqtisadi elmlər sistemində yeri və digər fənlərlə qarşılıqlı əlaqəsi
Əməyin təşkilinin sosial-iqtisadi problemlərinə müasir yanaşma. Əməyin təşkilinin digər sosial-iqtisadi problemlər və istehsal sistemləri ilə əlaqəsi. Əməyin təşkilinin müasir sosial-iqtisadi və texniki-innovasiya problemləri. Əməyin təşkilinin əsas istiqamətlərinin təkmilləşdirilməsi.
Kursun predmetini müəyyən edilməsində işçi qüvvəsinin istehsal vasitələrilə birləşmə səviyəsinin qiymətləndirilməsinin öyrənilməsinin zəruriliyi, kursun obyekti kimi əmək fəaliyyəti sferasının nəzərdən keçirilməsi.
Kursun məqsədini müəyyən edilməsində əmək fəaliyyətinin səmərəliyinin tədqiqinin əhəmiyyəti. Kursun öyrənilməsində istifadə olunan metodlar: dialektik, tarixi yanaşma, sosioloji tədqiqatlar, analiz, sintez, riyazi modelləşdirmə.
Kursun sahələrarası fənn kimi elmlər sistemində xüsusi yeri. Kursun “Əməyin iqtisadiyyatı”, “Əməyin normalaşdırılması", “Əməyin sosiologiyası”, “Əməyin fiziologiyası” və sairə kimi fənlərlə qarşılıqlı əlaqəsi.
Ədəbiyyat:
-
Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003
-
Quliyev T.Ə., Məmmədov Ə.İ. Əməyin iqtisadiyyatı və sosiologiyası. Bakı, 2009
-
Quliyev T.Ə., Yusufova T.Q. Əmək göstəricilərinin təhlili. Bakı, 1995
-
Qurbanova S.Ə. İş yerlərində əmək şəraitinin yaxşılaşdırılması məsələləri. Əmək və sosial problemlər üzrə ETTM-nin elmi əsərlər toplusu (3 buraxılış). Bakı, 2005
-
Hüseynov R.A. Erqonomika və əməyin təşkili. Bakı, 2004
-
Hüseynov R.A. İş yerlərinin təşkilinin erqonomik aspektləri. //Müasir mərhələdə sosial-iqtisadi problemlər. Elmi-praktiki konfransının materialları. Bakı, 2003
-
Hüseynova R.A. Əməyin mühafizəsi işinin təşkili problemləri və onların həlli yolları. //Müasir mərhələdə sosial-iqtisadi problemlər. Elmi-praktiki konfransının materialları. Bakı, 2003
-
Yusufova T.Q. Əməyin iqtisadiyyatının əsasları. Bakı, 2005
-
Məmmədov A.B. Əməyin normalaşdırılmasının əsasları. Bakı, 2002
-
Məmmədov Ə.İ. Yeni iqtisadi şəraitdə əməyin keyfiyyəti və kadr hazırlığı. Əmək və sosial problemlər üzrə ETTM-nin elmi əsərlər toplusu (3 buraxılış). Bakı, 2005
-
Məmmədov E.H. İşçilərin sağlamlığının qorunmasında əməyin mühafizəsinin rolu. //Müasir mərhələdə sosial-iqtisadi problemlər. Elmi-praktiki konfransının materialları. Bakı, 2003
-
Байрамова С.Р., Гусейнова Ф.А. Влияние качества рабочей силы на организацию труда в современном производстве. Əmək və sosial problemlər üzrə ETTM-nin elmi əsərlər toplusu (3 buraxılış). Bakı, 2005
-
Бреев Б. Труд в условиях рыночной трансформации. //Общество и экономика, 2003,№1
-
Зубкова А.Ф., Суетина Л.М. Концепция нормирования труда в рыночной экономике. М. М.: НИИ труда, 2000
-
Эфендиев Ш.В. Организация и нормирование труда в условиях рыночной экономики. Баку: «Игтисад Университети», 2006
MÖVZU II. İşçilərin peşə hazırlığı və əmyin elmi təşkili məsələləri
-
İnsan kapitalının inkişafına çəkilən xərclərin işçilərdən səmərəli istifadəyə təsiri
-
İnsan kapitalı və əmək potensialı arasındakı qarşılıqlı əlaqə
-
İşçilərin peşə səviyyəsinin yüksəldilməsində əmyin elmi təşkilinin rolu
-
Əməyin elmi təşkili səviyyəsinə uyğun işçilərin ayrı-ayrı peşələr üzrə ixtisaslaşması
-
Əməyin elmi təşkili ilə əlaqədər işçilərin ixtisasartırılması və yenidən hazırlanması
Elmi-texniki tərəqqi ilə bağlı insan kapitalının inkişafı və əməyin təşkilinin qarşılıqlı əlaqəsi. İnsan kapitalının inkişafına ayrılan vəsaitlərdən səmərəli istifadə və onların düzgün istiqamətləndirilməsi.
İşçilərin əmək potensialını inkişaf etdirmək məqsədilə insan kapitalından səmərəli istifadə. İnsan kapitalından səmərəli istifadənin və əməyin elmi təşkili səviyyəsi arasında əlaqə.
Müasir istehsal sistemləri şəraitində işçilərin intellektual və peşə-ixtisas səviyyəsinin əməyin elmi təşkili tələblərinə, standartlarına uyğun gəlməsi məsələləri. İşçilərin peşə səviyyəsinin yüksəldilməsində iş yerlərinin səmərəli təşkili dərəcəsinin təsiri.
İşçilərin konkret peşələr üzrə ixtisaslaşması prosesinin təkmilləşdirilməsi. Onların ixtisaslaşma səviyyəsinin elmi-texniki tərəqqinin tədbiqi səviyyəsindən asıllığı.
Fəhlə və mütəxəssis kadrların ixtisasının artırılması müəssisənin rəqabətədavamiyyətin əsas şərti kimi. Bu sahədə inkişaf etmiş ölkələrinin önəmli təcrübəsi. İşçilərin ixtisas artırma və yenidən hazırlığı problemlərinin əməyin sosial, iqtisadi, elmi-texniki aspektləri ilə əlaqəsi.
Ədəbiyyat:
-
Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003
-
Quliyev C.B. Gənclərin peşə hazırlığı əmək bazarının tənzimlənməsinin ilkin və əsas şərtidir. //Əmək bazarı və kadr hazırlığı problemləri. Elmi-praktiki konfransının materialları. Bakı, 2002
-
Əlili A.A. Kadr hazırlığının müasir problemləri. //Əmək bazarı və kadr hazırlığı problemləri. Elmi-praktiki konfransının materialları. Bakı, 2002
-
Əhmədova E.Ə. Bazar iqtisadiyyatı şəraitində peşə-ixtisas tərkibinin dəyişməsinin əsas amilləri. //Azərbaycanda əhalinin sosial müdafiəsi problemləri. Respublika elmi-praktiki konfransının materialları. Bakı, 2000
-
İsmayılov İ.E. Bazar iqtisadiyyatı şəraitində müəssisələrdə peşədaxili yerdəyişmənin zəruriliyi və əhəmiyyəti. Əmək və sosial problemlər üzrə ETTM-nin elmi əsərlər toplusu (3 buraxılış). Bakı, 2005
-
Məmmədov Ə.İ. Yeni iqtisadi şəraitdə əməyin keyfiyyəti və kadr hazırlığı. //Əmək bazarı və kadr hazırlığı problemləri. Elmi-praktiki konfransının materialları. Bakı, 2002
-
Məmmədov E.H., Bayramzadə S.Ə. Mütəxəssis kadrların hazırlanmasının planlaşdırılmasının metodoloji məsələləri. //Əmək bazarı və kadr hazırlığı problemləri. Elmi-praktiki konfransının materialları. Bakı, 2002
-
Yusufova T.Q. Əməyin iqtisadiyyatının əsasları. Bakı, 2005
-
Yusufova T.Q. Bazar iqtisadiyyatı şəraitində ixtisaslı kadrların hazırlanması və ixtisas səviyyəsinin yüksəldilməsinin bəzi məsələləri. //Əmək bazarı və kadr hazırlığı problemləri. Elmi-praktiki konfransının materialları. Bakı, 2002
-
Агаларова С.Г., Рза-заде И.М. Улучшение структуры и уровня подготовки кадров на предприятиях машиностроения в современных условиях. //Əmək bazarı və kadr hazırlığı problemləri. Elmi-praktiki konfransının materialları. Bakı, 2002
-
Байрамова С.Р., Гусейнова Ф.А. Влияние качества рабочей силы на организацию труда в современном производстве. Əmək və sosial problemlər üzrə ETTM-nin elmi əsərlər toplusu (3 buraxılış). Bakı, 2005
-
Рофе А.И. Научная организация труда. М.: МИК, 1998
MÖVZU III. Müəssisə və təşkilatlarda əmək şəraitinin yaxşılaşdırılmasının sosial-iqtisadi problemləri
-
Müasir istehsal sistemlərdə əmək şəraitinin yaxşılaşdırılması probleminə yeni yanaşma
-
Əmək şəraitinin yaxşılaşdırılmasına təsir edən amillərin təsnifatlaşdırılması
-
Əmək şəraitinin optimallaşdırılması probleminin sosial-iqtisadi aspektləri
-
Müəssisə və təşkilatlarda mövcud əmək şəraitinin qiymətləndirilməsi
-
Əmək şəraitinin yaxşılaşdırılması sahəsində xarici təcrübədən istifadə
-
Əmək şəraitinin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması yolları
Bazar iqtisadi şəraitində müəssisələrin fəaliyyətində baş verən dəyişikliklərlə bağlı əmək şəraitinin yaxşılaşdırılmasına müasir prizmadan yanaşma. Müasir istehsalın texniki-texnoloji səviyyəsi, insan amilin ön plana çəkilməsi, əmək müqaviləsində əmək şəraitinin nəzərə alınması və s. kimi məsələlərə diqqətin artırılması.
Əmək şəraitinin yaxşılaşdırılmasına təsir edən amillərin müxtəlif əlamətlər üzrə təsnifatlaşdırılması, məsələn, əmələ gəlmə mənbəi və yerləşməsi üzrə, istehsalın xüsusiyyətləri və kollektivin ənənələri üzrə. Bu əlamətləri nəzərə alaraq əmək şəraitinin yaxşılaşdırılmasına təsir edən amillərin qruplaşdırılması: təbii-iqlim, sosial-iqtisadi, istehsal və social-psixoloji amillər. Daxili və xarici amillər. Birbaşa və dolayı amillər. Elmi-texniki tərəqqi, istehsalın təşkili, əmək və istirahət rejimi və sair kimi amillərin təsir dərəcəsinin qiymətləndirilməsi.
Əmək şəraitinin sosial-iqtisadi aspektlərinin tədqiq olunmasında əməyin təşkili səviyyəsinin nəzərə alınması. Müəssisə və təşkilatlarda əməyin mühafizəsi, əməyin təhlükəsizliyi, işçilərin əmək prosesində sosial zəmanət və kompensasiyalarla təmin olunması və sair kimi məsələlərin əmək şəraitinin sosial-iqtisadi aspektləri baxımından xüsusi önəm kəsb edilməsi.
İş yerlərində əmək şəraitinin müvafiq tələblərə cavab verilməsi, mövcud standartlara uyğun gəlməsi baxımından onun dərindən təhlili və qiymətləndirilməsi məsələləri. Müasir istehsal sistemlərində əmək şəraitinin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi müəssisələrin sosial-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasının mühüm şərti kimi.
Əmək şəraitinin yaxşılaşdırılması problemi ilə bağlı Yaponiya, Almaniya, İngiltərə və digər inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən istifadə.
Müəssisəsə və təşkilatlarda əmək şəraitinin yaxşılaşdırılması məqsədilə tədbirlər sistemin hazırlanması və həyata keçirilməsinin təkmilləşdirilməsi, məsələn, səmərəli əmək və istirahət rejimlərinin layihələndirilməsi.
Ədəbiyyat:
-
Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003
-
Quliyev T.Ə., Məmmədov Ə.İ. Əməyin iqtisadiyyatı və sosiologiyası. Bakı, 2009
-
Qurbanova S.Ə. İş yerlərində əmək şəraitinin yaxşılaşdırılması məsələləri. Əmək və sosial problemlər üzrə ETTM-nin elmi əsərlər toplusu (3 buraxılış). Bakı, 2005
-
Hüseynov R.A. Erqonomika və əməyin təşkili. Bakı, 2004
-
Hüseynov R.A. İş yerlərinin təşkilinin erqonomik aspektləri. //Müasir mərhələdə sosial-iqtisadi problemlər. Elmi-praktiki konfransının materialları. Bakı, 2003
-
Hüseynova R.A. Əməyin mühafizəsi işinin təşkili problemləri və onların həlli yolları. //Müasir mərhələdə sosial-iqtisadi problemlər. Elmi-praktiki konfransının materialları. Bakı, 2003
-
Hüseynova R.A. Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məsələləri. Əmək və sosial problemlər üzrə ETTM-nin elmi əsərlər toplusu (2 buraxılış). Bakı, 2003
-
Məmmədov E.H. İşçilərin sağlamlığının qorunmasında əməyin mühafizəsinin rolu. //Müasir mərhələdə sosial-iqtisadi problemlər. Elmi-praktiki konfransının materialları. Bakı, 2003
-
Аллахвердиев А.М. Социально-психологический аспект оптимальных условий труда в современном производственном процессе. //Azərbaycanda əhalinin sosial müdafiəsi problemləri. Respublika elmi-praktiki konfransının materialları. Bakı, 2000
MÖVZU IV. Əmək bölgüsü və əmək kooperasiyası, onun təkmilləşdirilməsi
Əmək bölgüsü. Əmək bölgüsü və elmi-texniki tərəqqi. Əmək bölgüsünə təsir edən amillər. Bu sahədə baş verən müasir meyillər. Əmək bölgüsünün forma və növləri, onların qarşılıqlı əlaqəsi. Əmək kooperasiyası. Kollektiv əmək təşkili, istehsal briqadaları, onların tipləri, formalaşması problemləri. Müasir istehsal sistemləri şəraitində əmək bölgüsü və kooperasiyasının təkmilləşdirilməsi, onun sosial-iqtisadi nəticələri.
MÖVZU V. İş yerlərinin təşkili və ona mütərəqqi xidmət problemi
İş yerləri maddi və qeyri-maddi nemətlər istehsalının ilkin həlqəsi, məkanı kimi. Müxtəlif istehsal sistemləri, əmək fəaliyyəti şəraitində iş yerlərinin təşkili xüsusiyyətləri.
Elmi-texniki tərəqqi və iş yerləri.
İş yerlərinin təşkilinin ergonomik problemləri və sistemləri.
İş yerlərinin səmərəli təşkili prinsipləri və metodları.
İş yerlərinə xidmət. İş yerlərinin təchizatı. İş yerlərinin planirovkası.
İş yerlərinin layihələndirilməsi və təkmilləşdirlməsi məsələlri.
Ədəbiyyat:
-
Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003
-
Quliyev T.Ə., Məmmədov Ə.İ. Əməyin iqtisadiyyatı və sosiologiyası. Bakı, 2009
-
Məmmədov A.B. Əməyin normalaşdırılmasının əsasları. Bakı, 2002
-
Yusufova T.Q. Əməyin iqtisadiyyatının əsasları. Bakı, 2005
MÖVZU VI. Əmək prosesləri və əməyin normalaşdırılmasının təkmilləşdirilməsi
Əmək və istehsal prosesləri, onların qarşılıqlı əlaqəsi, uzlaşdırılması. Əmək prosesləri, onların təsnifatı və elmi-texniki tərəqqi. Fərdi və kollektiv əmək proseslərinin layihələndirilməsi, onun texniki-texnoloji, sosial-iqtisadi problemləri. Əmək proseslərinin təkmilləşdirilməsi və onun sosial-iqtisadi səmərəsi. Əmək üsulları, əmək fəndləri, onların seçilməsi və tətbiqi. Bu sahədə baş verən mütərqqi hallaran öyrənilməsi.
Əməyin normalaşdırılması və əmək prosesləri. Əmək proseslərinin vaxt, kəmiyyət baxımından qiymətləndirilməsi. Əmək normalarının keyfiyyəti. Əmək normaları və əmək intensivliyi.
Ədəbiyyat:
-
Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003
-
Quliyev T.Ə., Məmmədov Ə.İ. Əməyin iqtisadiyyatı və sosiologiyası. Bakı, 2009
-
Məmmədov A.B. Əməyin normalaşdırılmasının əsasları. Bakı, 2002
-
Yusufova T.Q. Əməyin iqtisadiyyatının əsasları. Bakı, 2005
-
Генкин Б.М. Организация, нормирование и оплата труда на промышленных предприятиях. М.: Норма, 2003
-
Зубкова А.Ф., Суетина Л.М. Концепция нормирования труда в рыночной экономике. М. М.: НИИ труда, 2000
-
Рофе А.И. Научная организация труда. М.: МИК, 1998
-
Эфендиев Ш.В. Организация и нормирование труда в условиях рыночной экономики. Баку: «Игтисад Университети», 2006
MÖVZU VIII.
Ədəbiyyat:
-
Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003
-
Quliyev T.Ə., Məmmədov Ə.İ. Əməyin iqtisadiyyatı və sosiologiyası. Bakı, 2009
-
Yusufova T.Q. Əməyin iqtisadiyyatının əsasları. Bakı, 2005
-
Генкин Б.М. Организация, нормирование и оплата труда на промышленных предприятиях. М.: Норма, 2003
-
Рофе А.И. Научная организация труда. М.: МИК, 1998
MÖVZU VII. Əməyin təşkili səviyyəsi, onun təhlili və qiymətləndirilməsi problemi
Əməyin təşkili səviyyəsi anlayışı. Əməyin təşkili səviyyəsinin şərtləndirən əsas amillər. Əməyin təşkili səviyyəsinin təhlili vəzifələri. Təhlinin aparılması formaları və qaydaları. İş faxtı təhlilin əsas obyekti kimi. Məcmu iş vaxtı fondu, onun strukturu və hesablanması. Əməyin təşkili göstəricilərinin digər göstəricilərlə müqayisəli təhlili. Əməyin təşkili səviyyəsini səciyyələndirən əsas göstəricilər, indikatorlar və onların qiymətləndirilməsi.
Ədəbiyyat:
-
Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003
-
Quliyev T.Ə., Məmmədov Ə.İ. Əməyin iqtisadiyyatı və sosiologiyası. Bakı, 2009
-
Yusufova T.Q. Əməyin iqtisadiyyatının əsasları. Bakı, 2005
-
Генкин Б.М. Организация, нормирование и оплата труда на промышленных предприятиях. М.: Норма, 2003
-
Рофе А.И. Научная организация труда. М.: МИК, 1998
MÖVZU VIII. Əməyin təşkili üzrə tədbirlər sistemi və onun sosial-iqtisadi səmərəsi
Əməyin təşkilinin avtomatlaşdırılmasını tələb edən əsas prisniplər. Əməyin təşkili üzrə tədbirlərin texniki-texnoloji, iqtisadi və sosial aspektləri. Əməyin təşkili üzrə konkret tədbirlərin layihələndirilməsi. Əməyin təşkili üzrə tədbirlərin iqtisadi cəhətdən əsaslandırılması. əməyin təşkili üzrə tədbirlərin sosial-iqtisadi səmərəsi. Əməyin təşkili üzrə tədbirlərin həyata keçirilməsi üzərində nəzarət və onun formaları. Əməyin səmərəli təşkilinin stimullaşdırılması problemləri.
Ədəbiyyat:
-
Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003
-
Quliyev T.Ə., Məmmədov Ə.İ. Əməyin iqtisadiyyatı və sosiologiyası. Bakı, 2009
-
Yusufova T.Q. Əməyin iqtisadiyyatının əsasları. Bakı, 2005
-
Генкин Б.М. Организация, нормирование и оплата труда на промышленных предприятиях. М.: Норма, 2003
-
Красикова М. Гибкие режимы работы. //Человек и труд, 2000, №4
Dostları ilə paylaş: |