Fakültə: gkf ixtisas: Mədən mühəndisliyi Qrup



Yüklə 10,19 Mb.
səhifə1/2
tarix29.11.2023
ölçüsü10,19 Mb.
#143308
  1   2
Ağqoyunlu və Səfəvilər dövlətlərinin diplomatik əlaqələri

  • Fakültə: GKF
  • İxtisas: Mədən mühəndisliyi
  • Qrup: 159.23
  • Fənn: Azərbaycan tarixi
  • Elmi rəhbər: s.e.d.Prof Nuriyeva İradə
  • Tələbə: Cabbarlı Əli
  • Mövzu: Ağqoyunlu və Səfəvilər dövlətlərinin diplomatik əlaqələri

Ağqoyunlu dovlətinin yaranması
Uzun Həsənin xarici siyasəti və Avropa diplomatiyası
Səfəvilər Ağqoyunlu dövlətini süquta uguratması
Ağqoyunlular və ya Bayandurilər — 1378–1508-ci illərdə şərqi Anadolunu, Azərbaycanı və İranı idarə etmiş türk oğuz boylarından ibarət Bayandur tayfasının rəhbərliyi altındakı tarixi dövlət. Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşlar.
Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Uzun Həsən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı.Ağqoyunlu hökmdarları Uzun Həsən, Sultan Xəlil və Sultan Yaqubun dövründə Ağqoyunlu imperiyasında elm, incəsənətin inkişafının pik nöqtəsi idi. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi Azərbaycan türkcəsinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.
Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdılar. Məşhur türk səyyahı Evliyyə Çələbi Trabzondan bəhs edərkən vaxtilə bu şəhəri "Azərbaycan hakimi Sultan Uzun Həsənin genuyalıların əlindən aldığını", Ağqoyunlu hökmdarının bu şəhərdə "böyük bir daş körpü saldırdığını" yazırdı.
    • Trabzonun Ağqoyunlular üçün böyük iqtisadi-ticarət əhəmiyyəti var idi. Bu şəhər Ağqoyunlu tacirlərindən ötrü Qara dənizə oradan da Avropaya əlverişli çıxış yolu idi. Ağqoyunlu tacirləri burada ipək və başqa şərq malları almağa gedən, venesiyali və genuyalı tacirlərlə görüşürdülər.
    • Ağqoyunlu tacirləri Trabzon vasitəsilə aparılan ticarətdən böyük gəlir götürür, bu şəhər vasitəsilə Krımdakı ticarət faktorları ilə əlaqə saxlayırdılar.
    • Məhz buna görə də II Mehmet 1461-ci ildə Ağqoyunlu dövlətinə qarşı müharibəyə başlamazdan əvvəl Ağqoyunluların müttəfiqi Trabzon-Yunan imperiyası üzərinə güclü qoşun göndərmiş, yaranmış şəraitdə Uzun Həsən Trabzon imperiyasını müdafiə etmək məcburiyyətində qalmışdı.

Ağqoyunlularla osmanlılar arasında ilk döyüş 1461-ci il yayın əvvəllərində Qoylühisar döyüşü olmuşdu. Ağqoyunlular Osmanlı qoşununa ciddi zərbə vursalar da, osmanlıların hərbi baxımdan üstünlüyü Uzun Həsəni sülh bağlamağa vadar etmişdi. Yaranmış şəraitdə Uzun Həsən bütün Yaxın Şərqdə diplomat qadın kimi məşhur olan anası Sara Xatunu sultanın düşərgəsinə göndərmək qərarına gəlmişdi. Qaynaqların məlumatına görə, danışıqlar zamanı Sara Xatun və II Mehmet bir-birilərinə "ana" və "oğul" deyə müraciət edirdilər. Uzun Həsən Sara Xatunu Sultan II Mehmetin hərbi düşərgəsinə göndərərkən, qarşısına iki çətin vəzifə qoymuşdu. Əvvəla o, Osmanlı Sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki müharibədən yeni çıxmış Ağqoyunlu dövlətinə öz qüvvələrini səfərbər etmək üçün vaxt lazım idi.
Ağqoyunlu dövlətinə arxadan Qaraqoyunlu və Teymurilərin hücumu gözlənilirdi. Buna görə də Uzun Həsən Türkiyə ilə sülh bağlamağa çalışırdı. Digər bundan başqa, II Mehmet qərbdə yarımçıq qoyduğu işğalçılıq planlarını həyata keçirməyə tələsirdi. Sara xatun danışıqlar yolu ilə bu məqsədə nail oldu. Ikinci vəzifə daha çətin idi. Belə ki, Sara Xatun Sultan Mehmeti Trabzonu fəth etmək fikrindən daşındırmalı idi. Lakin sultan Trabzon-Yunan dövlətini Türkiyəyə qatmaq fikrindən dönmədi, onun başlıca məqsədi Avropa ilə ipək ticarətini Türkiyənin əlində cəmləşdirmək idi.
Azərbaycanlı tədqiqatçılardan ilk olaraq Ə.Şahmalıyev Osmanlı­Ağqoyunlu rəqabətində ipək təcarətinin izlərini, erməni tacirlərinin bu prosesdə mənfur rolunu araşdırmış, Avropa diplomatiyasının Osmanlı-Ağqoyunlu rəqabətini düşmənçiliyə çevirmək planlarının elmi izahını vermişdi.
II Mehmet Trabzon üzərinə yürüşə ciddi hazırlaşmışdı. Lakin o, Uzun Həsənin arxadan hücumundan ehtiyat etdiyinə görə Sara Xatun başda olmaqla, Ağqoyunlu elçilərini də özü ilə apardı. Sara Xatunun səyləri heç bir nəticə vermədi. İki tərəfdən mühasirəyə alınan Trabzon şəhəri bir aylıq mühasirədən sonra, türklər tərəfindən zəbt edildi. Bununla da, Qara dənizdə Genuya ilə rəqabət aparan mühüm ticarət mərkəzi süqut etdi. Yaranmış şəraitdə Sara Xatun öz gəlininin - Dəspinə Xatunun Trabzon taxtına varislik hüququnu irəli sürdü və bundan istifadə edərək Trabzon xəzinəsini sultanla bölüşüb geri qayıtdı. Trabzon şəhərinin fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini deyil, həm də Avropaya iki mühüm çıxış yolundan başlıcasını itirdı.
Osmanlı dövlətinə həm şərqdən və həm də qərbdən zərbə endirmək üçün Uzun Həsən Avropa dövlətləri ilə əlaqələri günişləndirmək yolu tutdu. Osmanlı imperiyasının siyasəti Azərbaycanla Avropa ölkələri arasında tranzit karvan ticarətinə mane olur, bu yerlərdən keçirilib aparılan mallardan böyük gömrük alınırdı. Əslində bu gömrüyü bilərəkdən erməni tacirləri yüksəldirdilər. Istanbulda güclü iqtisadi mövqeləri olan erməni tacirləri Roma papası və xristian Avropa dövlətləri agentlərinin tapşırığı ilə Türkiyəyə qarşı olduqca məkrli və çoxşaxəli iş aparır, iki türk dövlətini bir-birinə qarşı qoymaq üçün dəridən qabıqdan çıxırdılar.
Osmanlı işğalları Avropada Macarıstan, Habsburq krallığı, Venesiya, Roma papası, Neapol, Polşa üçün ciddi təhlükə yaradırdı. II Mehmetin gömrük siyasəti Avropa-Asiya tranzit ticarətinə mənfi təsir göstərir, Avropa ölkələri bu iki türk dövlətinin yaxınlaşmasına mane olur, onların arasında ziddiyyət salmağa çalışırdılar. Uzun Həsən isə bu diplomatiyaya lazımi əhəmiyyət vermir, Türkiyənin iştirakı olmadan Avropa ölkələri ilə bilavasitə ticarət əlaqələrini möhkəmləndirməyə çalışırdı. Təsadüfi deyildi ki, Uzun Həsən osmanlılara qarşı mübarizə aparan Qaraman bəyliyi, Kipr krallığı və Rodos feodal dövləti ilə də sıx əlaqə saxlayır, həmin ölkələri öz başçılığı altında Sultana qarşı atatürk koalisiyasında birləşdirməyə çalışırdı.
Ağqoyunluların Qərblə-Şərq arasındakı ticarətdə vasitəçilik edən Venesiya respublikası ilə əlaqələri daha geniş idi. 1463-cü ildən 16 ilə qədər davam edən (1463-1479) Venesiya-Türkiyə müharibəsinin başlanması bu əlaqələrin müntəzəm şəkilə düşməsinə səbəb oldu. 1463-cü il dekabrın 2-də Venesiya respublikasının senatında Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövləti və Qaraman bəyliyi ilə ittifaqa girmək haqqında xüsusi məsələ müzakirə edilmiş, Venetsiya dojunun məsləhəti ilə bu məqsədlə iki missiya yaradılmışdı.
Venesiya hökumətinin elçiləri 1471-ci ilin payızında Uzun Həsənin sarayına gəldilər. bunların içərisində Katerino Zeno, İosafat Barbaro, Ambroco Kontarini və başqaları var idi. 1472-ci ildə Katerino Zeno Uzun Həsənin düşərgəsində Polşa və Macarıstan diplomatları ilə görüşdü.
1475-ci il mayın 30-da A.Kontarini İtaliya katolik monaxı Lüdviqlə görüşdü. Aparılmış diplomatik danışıqlar göstərdi ki, Ağqoyunlu dövləti osmanlılara qarşı mübarizədə Avropa ölkələrinin etibarlı müttəfiqi ola bilər.
Uzun Həsən atatürk koalisiyasının yaratmaq üçün öz elçiləri İsaq, Xoca Mirak, Hacı Məhəmməd, Həsən Əzən və Murad bəyi Avropa ölkələrinə, xüsusən Venesiyaya, Roma, Almaniya, Polşaya göndərir və danışıqlar aparırdı. Venesiya diplomatlarının sıfır qeydlərində onlarla birlikdə Moskva, Neapol, Roma, Burqundiya, Macar, Çex və Polşa elçilərinin də Uzun Həsənin sarayında olduqları göstərilirdi.
Təbrizdə Venesiya hökuməti ilə aparılan danışıqlar nəticəsində 1472-ci ilin yazında Türkiyəəleyhinə iki dövlət arasında hərbi ittifaq bağlandı. Müttəfiqlərin müvafiq planına görə 1472-ci ilin yazında Uzun Həsən Osmanlı Türkiyəsi üzərinə hücuma keçməli idi. Istedadlı Ağqoyunlu sərkərdəsi Mirzə Yusif xanın başçılığı altında 12 minlik qoşun Ərzincandan Qaraman istiqamətində irəliləyərək bir sıra parlaq qələbələrdən sonra Aralıq dənizi sahillərinə çıxdı. Lakin burada Uzun Həsənin ordusu üçün silah və artilleriya mütəxəssisi gətirməli olanlar Venesiya gəmiləri ilə rastlaşmışdı.
    • Venesiya respublikası Uzun Həsənin qələbəsindən və Türkiyənin ağır vəziyyətindən istifadə edərək əvvəlcədən razılaşdırılmış hərbi planın əksinə olaraq, gizli surətdəİstanbuldakı səfirlərinin vasitəsilə, dinc yolla Türkiyədən ticarət üstünlüyünü qoparmaq ümidi ilə rəqib tərəflə diplomatik danışıqlar apardı və beləliklə də müharibənin bütün ağırlığını Ağqoyunlu dövlətinin üzərinə düşdü. Bununla da II Mehmet öz rəqiblərini bir­birindən ayırdı.

Osmanlı Sultanı 1473-cü ilin baharında güclü artilleriyanın müşayiət etdiyi ordu iləƏrzincana tərəf hərəkət etdi. II Mehmet Uzun Həsənin Venesiyadan göndərilmiş odlu silahları almaq üçün Qaraman istiqamətində hücuma keçəcəyini bildirdi. (Əslində Venetsiya Uzun Həsəni növbəti dəfə aldatmışdı). Iki qorxulu düşməni Aralıq dənizi sahilində birləşməyə qoymamaq üçün Sultan Uzun Həsəni Anadolunun elə şərqindəcə əzmək istəyirdi.
Ərzincanda Uzun Həsən sultana qarşı tədbirlər görmüşdü. Ağqoyunlu hökmdarı düş-mən qüvvələrini əlverişsiz təbii şəraiti olan yerdə haqlamaq üçün irəli buraxdı. Osmanlılar Fəratın sağ sahili ilə Malatiyaya qədər irəlilədilər. Burada, çayın sol sahilində Ağqoyunlu qüvvələrinin mövqe tutduğu aydın oldu.
II Mehmet Otluqbeli döyüşündən sonra Avropa dövlətləri ilə əlaqələrini genişləndirməyə xüsusui fikir verən Ağqoyunlu dövlətinə qarşı növbəti müharibəyə hazırlaşırdı.
O, Xorasan hakimi Hüseyn Baykaraya məktub yazaraq Ağqoyunlu dövlətini aradan qaldırmaq üçün iki tərəfdən hücuma keçməyi təklif etmiş, lakin cavab almamışdı. Buna görə də sultan atasına qarşı qiyam qaldırmış və məğlub olmuş Ağqoyunlu hökmdarının oğlu Uğurlu Məhəmmədi İstanbulda böyük təntənə ilə qarşıladı, qızı Gövhərxan sultanı Uğurlu Məhəmmədə ərə verdi. Bu izdivacdan Uğurlu Məhəmmədin Gödək Əhməd adlı bir oğlu oldu. II Mehmet Uğurlu Məhəmmədi bir qədər hərbi qüvvə ilə Sivasa Azərbaycan-Türkiyə sərhədinə hakim təyin etdi. II Mehmet bu izdivacla Ağqoyunlu hökmdarının ölümün-dən sonra sülalə qohumluğu vasitəsilə Azərbaycan taxtına sahib olmaq niyyətində idi.
Ağqoyunlu hökmdarının apardığı aramsız müharibələr dövlətin iqtisadi özülünü sarsıtmış, daxili ziddiyyətləri son həddə çatdırmışdı. Xalq kütlələri dövlətin xarici siyasətindən narazı idilər.
Çünki müxtəlif ölkələrlə aparılan bu müharibələrin əsas ağırlığı ilk növbədə onların çiyinlərinə düşürdü. Ağır vergi və mükəlləfiyyətlərdən, habelə feodal özbaşınalıqlarından əziyyət çəkən kəndlilərdən tutmuş sənətkarlara, xırda tacirlərə vəşəhər əhalisinə qədər hamı narazılıq edirdi. Buna baxmayaraq, Osmanlı imperiyasının Avropadakı düşmənləri Ağqoyunlu dövlətinin Türkiyəyə qarşı müharibəyə qızışdırmağa və onu Uzun Həsənin əli ilə boğmağa çalışırdı.
Ağqoyunlular Misir sultanlığı ilə münasibətləri səhmana sala bilmədilər ki, bu da onların qüvvəsinin iki hissəyə parçalanmasına səbəb oldu. Təsadüfi deyildi ki, Misir sultanı Uzun Həsənin Türkiyə əleyhinə ittifaq bağlamaq təklifini qəbul etmədi və Ağqoyunlu hökmdarına qarşı onun oğlu Uğurlu Məhəmmədə hərbi qüvvə ilə yardım göstərdi. Türkiyənin əleyhinə olmalarına baxmayaraq, Gürcü knyazları da Türkiyəyə qarşı Ağqoyunlu hökmdarı iləəlbir hərəkət etməkdən boyun qaçırdılar. Uzun Həsən 1474-1477-ci illərdə Gürcüstana yürüş etdi, Tiflis və Qori, eləcə də ölkənin mühüm hissəsi Ağqoyunlular tərəfindən işğal olundu. Uzun Həsənin gürcü hakimi VI Baqratla bağladığı sülhə görə (1477), Tiflis daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü.
Uzun Həsənin ölümündən sonra, Yaqub Mirzənin dövründə (1478—1490) Ağqoyunlu ordusu Süleyman bəy Bican oğlunun başçılığı altında 1480-ci ildə osmanlıları məğlub etdi. Türkiyə sultanı II Bəyazid (1482-1512) sülh təklif etməyə məcbur oldu. Beləliklə, Misir və Osmanlı sultanları nəinki Cənubi Qafqazı heç Azərbaycanı işğal edə bilmədilər. Yaqub Mirzə Uzun Həsənin siyasətini davam etdirərək Şirvanla dostluq əlaqələrini saxlayırdı. Şirvanşah Fərrux Yasarın qızı ilə evlənərək bu əlaqələri daha da möhkəmləndirdi. Lakin atasının Səfəvilərin Ərdəbil hakimiyyətinə olan müsbət meylini qoruyub saxlamadı. Çünki getdikcə qüvvətlənən bu hakimliyi o özü üçün təhlükə hesab edirdi. Ona görə dəƏrdəbil hakimliyi ilə də Ağqoyunlular arasında ziddiyyət başlamış və bu çox tezliklə hərbi-siyasi qarşıdurmanı şərtləndirmişdi.
Ağqoyunlu dövlətinin qüdrəti və nüfuzu nəinki Avropa dövlətlərini, habelə Şərqdə Teymurilərin və Misir Sultanlarının, Şimalda Rusiyanın diqqətini cəlb edirdi. Rus çarı III İvan Qızıl Ordaya qarşı mübarizə aparmaq üçün Ağqoyunlularla ittifaq bağlamağa çalışırdı. Mənbələrdə III İvanın Ağqoyunlu dövlətinə göndərdiyi 200 nəfərlik elçilik, Uzun Həsənin Polşa kralına göndərdiyi üç məktub haqqında maraqlı məlumatları qoruyub saxlamaqdadır. Bütün bunlar qısa, lakin keşməkeşli tarix yaşamış Ağqoyunlu dövlətinin beynəlxalq əlaqələrinin konturlarını müəyyənləşdirməyə imkan verir.
Daxili münaqişələr nəticəsində Ağqoyunlu dövləti zəifləmiş, əvvəlki qüdrətini tamamilə itirmişdi. Bu dövrdə Şeyx İsmayıl Lahincandan Ərdəbilə ordan da Ərzincana doğru hərəkətə keçərək tərəfdarlarını öz ətrafına toplamağa başlamışdı. Şirvan qoşununu darmadağın edən qızılbaşlar Əlvənd Mirzənin də narahatçılığına səbəb olurdular. 1501-ci ildə Əlvənd Mirzə Təbrizdən çıxaraq qızılbaşlarla döyüşmək üçün hərəkətə başladı. Həmin ildə ildə Naxçıvan yaxınlığında baş vermiş döyüşdə Əlvənd məğlub edildi və Diyarbəkirə qaçdı. Təbriz qızılbaşlar tərəfindən ələ keçirildi və İsmayıl özünü şah elan etdi.
1503-cü ildə Sultan Murad Bağdaddan I Şah İsmayılın üzərinə hərəkətə başladı. 1503-cü ildə Həmədan yaxınlığında baş vermiş Almaqulağı döyüşündə Sultan Murad məğlub edildi. Bağdada geri çəkilən Sultan Murad burada hakimiyyətini 5 il davam etdirdi. 1508-ci ildə I Şah İsmayılın Bağdada hücumu barədə məlumat alan Sultan Murad şəhəri tərk edərək qaçdı. Ərəb İraqı Səfəvilər tərəfindən ələ keçirildi.

Yüklə 10,19 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə