Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 300,28 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix30.12.2017
ölçüsü300,28 Kb.
#18594
1   2   3   4   5   6   7   8   9   10   11

30 

 

temperatur rejimini elə seçmək lazımdır ki, bu temperaturda toxumaların kəsilməsi 



işi ən əlverişli olsun. 

Kəsmə  işini  uzunluğu  10  sm  olan  yarımkeçirici  mikrosoyuducularda 

apardıqda  iş  sadələşir,  vaxta  isə  xeyli  qənaət  edilir.  Burada  cərəyanı  və  bundan 

asılı  olaraq  soyuqluğu  seçmək  çox  asandır.  Onu  elə  seçmək  olar  ki, 

mikrosoyuduculardakı  toxumalar  tədqiqatçının  iş  aparmasına  ən  yaxşı  imkan 

versin.  Bunlar  hətta  bir  sahədə  külli  miqdarda  xeyir  verdikdə  alimlər  və 

mühəndislər  yenə  də  bu  maddələrin  yeni,  ən  yeni  sahələrdə  tətbiq  olunmasına 

çalışmışlar.  

Belə bir tədqiq kvant generatoru kimi istifadə olunan yarımkeçiricilərə tətbiq 

olunmuşdur.  Kvant  generatorları  ən  çətin  əriyən  materialları  ani  olaraq  yandırıb 

deşə bilən, hətta bəzi hallarda külə döndərən gözqamaşdırıcı işıq seli buraxırlar. Öz 

şüası  ilə 3-4  min  dərəcə temperaturda əriyən  metallı bir dəqiqənin  içərisində deşə 

bilən, eyni zamanda həm də soyuducu kimi roll oynaması çox maraqlıdır. 

Kvant  generatorları  doğrudan  da  soyuducu  kimi  işləyə  bilər.  Onlardan 

istifadə  edərək  ən  yaxşı  buzxanalar  hazırlamaq  olar.  Alimlər  qalliumarsen 

yarımkeçirici materialını tədqiq edərkən çox maraqlı bir hadisəni kəşf etmişlər. 

Bu  yarımkeçirici  kristallardan  elektrik  cərəyanını  buraxdıqda  məlum 

olmuşdur  ki,  kristallı  əhatə  edən  fəzanın  temperaturu  aşağı  düşür.  Həmin  hadisə 

haqda Ingiltərədə kvant generatorları üzrə keçirilən simpoziumda Hollandiya alimi 

doktor  Boljer  ətraflı  məlumat  vermişdir.  O,  bildirmişdir  ki,  bu  tip  kristallardan 

keçirilən  cərəyanın  sıxlığı  müəyyən  qiymətdən  kiçik  olduqda,  o,  xaricdən  aldığı 

enerjidən  çox  enerxi  şüalandırır.  Burada  belə  bir  sual  olmuşdur  ki,  enerjinin 

saxlanması  qanunu  harada  qalır?  Alim  cavab  vermişdir  ki,  qanun  heç  vaxt 

pozulmur,  burada  əlavə  enerji  əhatə  edilən  mühitdən  götürülür.  Bu  cavab  həm 

qanunun  saxlanmasına  verilirdi,  həm  də  kvant  generatorlarının  bir  soyuducu  kimi 

işləyə bilməsini yəqin edirdi. 




31 

 

Biz  burada  yarımkeçirici  soyuducuların  texnikada,  məişətdə,  elmi  işlərin 



aparılmasında və s. yerlərdə apardıqları vəzifələrin müəyyən bir hissəsini saymaqla 

kifayətləndik. 

Biz  qeyd  etdik  ki,  yarımkeçiricilər  vasitəsilə  istilik  enerjisi  maşınsız  olaraq 

elektrik 

enerjisinə 

çevrilir. 

Bundan 

istifadə 



edərək 

yarımkeçiricidən 

termogenerator  düzəldirlər.  Belə  termogeneratorlar    icra  etdikləri  vəzifələrinə 

uyğun  konstruksiyada  düzəldirlər.  Məsələn,  böyük  gərginliklər  almaq  lazım 

gəlirsə,  onda  çoxlu  miqdarda  termoelementləri  ardıcıl  birləşdirməliyik.  Güclü 

cərəyanlar  almaq  tələbi  irəli  sürülürsə,  onda  elementlər  paralel  birləşməlidir.  B 

usahədə  aparılan  təcrübi  və  nəzəri  işlərin  hamısını,  əsasən  akademik  A.F.Ioffe 

görmüşdür. Belə elementlərin faydalı iş əmsalı 10%-ə çatır. 

Termoelementin  çox  sadə  quruluşu  vardır.  Neft  lampası  və  lampanın 

şüşəsinə  çoxlu  qanadı  olan  bir  cihaz  bərkidilmişdir.  Bu  cihaz  yarımkeçirici 

materiallardan  hazırlanmış  termogeneratorlardır.  Əgər  lampanı  yandırıb  bir  neçə 

dəqiqə gözləsən, onda cihaz elektrik enerjisi hasil edəcəkdir. Bu elektrik enerjisi ilə 

radionu  və başqa elektriklə  işləyən ev avadanlığını  işlətmək olur.  Burada  yaranan 

elektrik enerjisi lampanın istiliyi hesabına yaranmışdır. 

Yaponiya  firmalarından  birinin  istehsalı  olan  bir  radioqəbuledcini  işlətmək 

üçün  ovucun  içini  onun  gövdəsinə  qoymaq  kifayətdir.  Həssas  yarımkeçirici 

termoelementlərdən  quraşdırılan  xüsusi  üzlük  əlin  istiliyini  elektrik  enerjisinə 

çevirir və beləliklə də qəbuledici işləyir. Belə termoelementlər təbabətdə daha çox 

tətbiqlər tapmışlar. Məsələn, həkim yarımkeçirici elektrometrlə xəstənin bədəninin 

istiliyini  5-7  saniyədə  təyin  edə  bilir.    Digər  tərəfdən,  termoelementli  cihazlar 

həkimlərə xəstələrin vəziyyətinə daim nəzarət etmək imkanı verirlər.  

Radiovericilər  insan  bədəninin  istiliyi  və  mexaniki  enerjisi  ilə 

qidalanacaqdır.  Heç  şübhə  yoxdur  ki,  yarımkeçirici  termoelementlər  yaşayış 

binalarının,  müəssisələrin,  məktəb  binalarının  və  s.  yerlərin  temperaturunu 

müəyyən səviyyədə saxlamaq üçün geniş istifadə olunur.  Eyni bir cihazın köməyi 



32 

 

ilə binanın  havası soyudulur, qışda isə qızdırılır. Bu cihazın quruluşu çox sadədir. 



Yarımkeçirici  termoelementlərdən  hazırlanmış  radiator  binanın  divarında  elə 

yerləşdirilir ki, termoelementlərin bir ucu binanın xaricində açıq havada, o biri ucu 

isə otağın daxilində olur. 

Texnikada  güclü  aqreqatlarla  bərabər,  həm  də  kiçik  cərəyanlardan  istifadə 

edilən yerlər vardır. Bu yerlərdə mikro termoelektrogeneratorlardan istifadə edilir. 

 

 



 


33 

 

2.3. Yarımkeçiricilərin fotoqrafiyada tətbiqi 

 

Fotoşəklin  çəkilməsi  üçün  səthi  işığa  həssas  maddə  ilə  örtülmüş  şüşə 



lövhələr  və  ya  lentlər  hazırlanır.  Lövhə  və  lent  qaranlıqda  fotoaparatın  içərisində 

yerləşdirilir.  Apparat  işığa çıxarıldıqda onun  içərisinə  heç bir  yerdən  işıq düşmür. 

Çəkdiyimiz  obyektin  ilk  əksini  fotolentdə  almaq  üçün  həmin  obyektdən  əks 

olunmuş  işıq şüaları  müəyyən zaman  fasiləsində  fotoaparatın  içərisindəki  lentə  və 

ya  lövhəyə  salınmalıdır.  Düşən  işıq  həddindən  artıq  güclü  və  ya  zəif  olduqda 

keyfiyyətli  fotoşəkil  hasil  etmək  olmur.  Lentin  üzərinə  lazımi  işıq  porsiyasının 

salınmasını tənzimləmək üçün fotoaparatlarda avtomatik işləyən açarlar vardır.  

Biz əvvəlcədən açarı seçdiyimiz bölgüyə qoyub, lentin qabağının bir müddət 

açıq  qalıb,  sonradan  avtomatik  bağlanacağını  bilirik.  Həmin  müddət  ekspozisiya 

zamanı adlanır. 

Uzun  müddət  foto  işləri  ilə  məşğul  şəxslər  adi  gözlə  ekspozisiya  və 

diafraqmanı  müəyyən  dərəcədə düzgün  təyin edə  bilərlər.  Lakin  bu  işdə təcrübəsi 

az  olan  adamlar  ekspozisiya  və  diafraqmanın  düzgün  seçilməsində  çətinlik 

çəkirlər.  Burada bir səbəb  də  var.  O da bundan  ibarətdir ki,  müxtəlif  fotolentlərin 

və  lövhələrin  işıta  həssaslığı  müxtəlifdir.  Odur  ki,  eyni  həssaslıqlı  lentlə  şəkil 

çəkən bir adam ekspozisiya və diafyraqmanı düzgün vərdiş edir. 

Müxtəlif  yollarla  ekspozisiya  və  diafraqmanı  təyin  etmək  imkan  verən 

eksponometrlər  vardır.  Bunların  ən  əlverişlisi  selen  fotoelementi  ilə  işləyən 

yarımkeçirici  foto  eksponometridir.  Ovucun  içərisində  yerləşən  bu  sadə  və  eyni 

zamanda dəyərli cihaz, 2-3 saniyə ərzində  ekspozisiya  və diafraqmanı  dəqiq təyin 

etməyə imkan verir. Bunun üçün cihazı açıb fotoelement yerləşən pəncərəsini şəkil 

çəkilən obyektə tərəf yönəltmək kifayətdir.  

Yarımkeçirici  ilə  işlədilən  fotoeksponometr  foto  həvəskarlarının  işini  xeyli 

asanlaşdırır. Foto həvəskarlarının yarımkeçiricilərin tətbiqi ilə əlaqədar olan ikinci 

misal ilə tanış edək. 



Yüklə 300,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə