Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 300,28 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix30.12.2017
ölçüsü300,28 Kb.
#18594
1   2   3   4   5   6   7   8   9   10   11

34 

 

Elə adamlar  var ki, təbiəti çox sevir. Bitkilər, ağaclar, otlarla  maraqlanırlar. 



Ola bilsin adamı heyvanat aləmi daha çox maraqlandırır. Lakin hər hansı bir meşə 

heyvanına  yaxınlaşıb  onun  şəklini  çəkmək  təhlükəli  və  həm  də  çox  çətindir.  Bu 

məqsəd  üçün  biz  yenə  də  yarımkeçirici  ilə  işləyən  fotoreledən  istifadə  etməliyik. 

Bu cür şəkilləri gecə qaranlığında çəkmək daha əlverişlidir. Bu işi belə görürlər.  

Fotoaparat  meşənin  yaxınlığında  bir  yerdə  qoyulur.  Ondan  bir  qədər  aralı 

işıqlandırıcı və fotorele bərkidilir. Fotoaparatın yanında şəklini çəkmək istədiyimiz 

heyvanın  diqqətini  cəlb  edən  yemək  və  ya  başqa  bir  şey  qoyulur.  Yeməyin  iyini 

duyan  heyvan  heç  bir  təhlükə  hiss  etmədən  fotoapparata  yaxınlaşmaq  istəyir.  Bu 

zaman  fotorele  üzərinə  düşən  şüanın  qabağı  kəsilir.  Fotorele  aparatın  üzərində 

bərkidilmiş  maqnezium  tozunu  yandırır.  Bu  zaman  ətraf  bir  anlığa  işıqlanır, 

fotoapparat  işə  düşür.  Maqneziumun  gözqamaşdırıcı  işığından  qorxan  heyvan 

qaçır. Artıq apparat isə öz işini görmüşdür. 

Əvvəl,  fotoşəkil  çəkdirmək  üçün  bir  neçə  saat  aparatın  qabağında  oturmaq 

lazım gəlir. Lakin şəkilçəkmə texnikası inkişaf etdikcə bu çətinlik aradan tədricən 

qaldırıldı.  Indi  şəkil  çəkdirmək  üçün  fotoaparatın  qabağında  cəmi  1-2  saniyə  və 

bəzən bundan da az dayanmaq lazımdır. Bundan başqa, müasir aparatlar vasitəsilə 

çəkilən adi və rəngli fotoşəkillərin keyfiyyəti xeyli yüksəkdir. Lakin bütün bunlara 

baxmayaraq, müasir foto işinin hələ də bəzən qüsurları vardır.  

Biz fotoqrafiyada çəkdiyimiz şəklin hazır olmasını 1-2 gün və bəzən də daha 

artıq  vaxt  gözmələi  oluruq.  Lazım  gəldikdə  təcili  fotoya  müraciət  edirik.  Yarım 

saata  yaxın  gözləyib,  hələ  bir  qədər  nəm  və  keyfiyyətcə  çox  da  xoşagəlməyən 

fotoşəkillərimizi alırıq.  

Yarımkeçiricilər  vasitəsilə  cəmi  5-10  saniyə  müddətində  hazır  fotoşəkil 

almaq  olur.  Özü  də  nə  fotolentdən,  nə  də  fotokağızdan  istifadə  etmədən  şəkil  adi 

kağızın üzərində alınır. Bunu elə bilmək olmaz ki, bu, karandaşla çəkilmiş şəkildir. 

Adi yazı kağızında 5-10 saniyədə əsl fotoşəkil olan olmamışdır. 




35 

 

Elektrik  fotoqrafiyasının  əsasını  yarımkeçiricilərdəki  daxili  fotoeffekt 



hadisəsi  təşkil  edir.  Əvvəldə  dediyimiz  kimi,  bir  sıra  yarımkeçiricilərə  işıq  şüası 

təsir etdikdə onların tərkibində əlavəsərbəst elektronlar yaranır və yarımkeçiricinin 

elektrik  keçiriciliyi  xeyli  artır.  Həmin  hadisədən  istifadə  edildikdə  yazı  kağızı 

nazik  yarımkeçirici  təbəqəsi  ilə  örtülür,  kasset  asanlıqla  ovucun  içərisinə  elə 

qoyulur  ki,  asanlıqla  kağızın  yarımkeçirici  ilə  örtülmüş  üzü  obyektə  baxsın.  Bu 

zaman kasetin ağzı açıq olur. Kağızın səthindən təxminən bir santimetr aralı nazik 

məftillərlə  hörülmüş  qapalı  çərçivə  vardır.  Bu  məftillərə  az  güclü  və  təhlükəsiz 

sabit  yüksək  gərginlik  mənbəyinin  mənfi  qütbü  birləşdirilir.  Həmin  mənbəyin 

müsbət qütbü içərisinə yazı kağızı yerləşdirdiyimiz kasetlə birləşdirilir.  

Yüksək  gərginlik  qonşuluqda  mənfi  qütblə  birləşdirilmiş  nazik  məftillərin 

ətrafında  qığılcımlı  elektrik  boşalmaları  yaradır.    Bu  isə  əhatə  edən  havada  mənfi 

yüklü  ionlar  yaradır.  Kaset  müsbət  yüklü  olduğundan,  o,  mənfi  yüklü  hava 

ionlarını özünə cəzb edir. Həmin ionlar kağızın üzərində bərabər paylanaraq onun 

səthini  mənfi  yükləyirlər.  Kağızın  səthi  kifayət  qədər  yükləndikdən  sonra  yüksək 

gərginliyin  dövrəsi  açılır.  Bundan  sonra  adi  fotoaparatda  olduğu  kimi,  obyektiv 

vasitəsilə  şəkli  çəkilən  obyektin  proyeksiyası  qısa  müddətdə  kağızın  üzərindəki 

yarımkeçirici təbəqəyə salınır. Yarımkeçirici təbəqə işığa həssasdır. 

Kağızın üzərinə obyektivdən düşən işıq hər yerdə bir cür olmur. Bəzi yerlər 

çox, bəzi  yerlər  isə az  işıqlanır.  Buna  uyğun olaraq  yarımkeçirici təbəqənin  güclü 

işıqlanmış  müxtəlif  yerlərinin  elektrik  keçiriciliyi  artır.  Nəticədə  kağızın  üzərində 

müxtəlif  sıxlıqlı  elektrik  yüklərindən  ibarət  olan  «elektrik  əksi»  alınır.  Həmin 

«əksi»  aşkara  çıxarmaq  üçün  fotoaparatın  içərisindəki  rezervuara  az  miqdarda 

narın toz şəklinə salınmış asfaltla qarışdırılmış dəmir tozu tökülür.  

Şəkil çəkildikdən sonra aparatın rezervuarı açılır və müsbət yüklənmiş asfalt 

tozu  səthi  mənfi  yüklənmiş  kağızın  üzərinə  tökülür.  Kağızın  səthindəki  elektrik 

yükləri  hansı  sıxlıqla  paylanmışsa,  asfalt  tozu  da  həmin  sıxlıqla  kağızın  üzərinə 

yapışır. Bununla da kağızda görünən əks alınır. 



36 

 

Istifadə  etdiyimiz  adi  saatlardakı  mexaniki  mexanizm  tədricən  elektrik 



mexanizmi ilə əvəz olunmuşdur. Məsələn, son zamanlar hazırlanmış qol saatlarının 

çəkisi yarım qramma yaxın olan kiçik elektrik motoru ilə işləyir. Başqa maraqlı bir 

saat  da  hazırlanmışdır.  Bu  saatın  heç  bir  mexanizmi  yoxdur.  Saatın  rəqqasını 

dəyişkən  elektromaqnit  sahəsi  əvəz  edir.  Burada  zaman  siqnalları  astronomik 

observatoriyanın radio stansiyasından verilir. 

Xüsusi 


yarımkeçirici 

atom 


batareyasından 

və 


yarımkeçirici 

fotoelementlərindən  istifadə  olunaraq  atom  saatları  yaradılmışdır.  Saatlar  üçün 

hazırlanan  atom  batareyalarının  çəkisi  cəmi  beş  qramm  olub,  barmağın  ucunda 

asanlıqla yerləşir. Həmin batareyanın quruluşu belədir: kükürdlü kadmium adlanan 

yarımkeçirici maddədən lövhə hazırlanır.  

Lövhəyə  radioaktiv  maddənin  beta  şüaları  ilə  təsir  etdikdə  həmin  maddə 

işıqlanır.  Bu  işıq  şüası  yarımkeçirici  fotoelementinə  təsir  edir  və  nəticədə  saatı 

işlədən elektrik cərəyanı alınır. 

Telefon  aparatlarından  məişətdə    və  istehsalatda  rabitə  məqsədləri  üçün 

geniş  istifadə  edilir.  Indi  artıq  yarımkeçiricilərin  köməyi  ilə  bir  arzu  da  həyata 

keçirilmişdir.  Xüsusi  telefon  stansiyaları  vardır,  bunların  vasitəsilə  şəhərlər 

arasında  görünən  telefon  əlaqəsi  saxlanılır.  Belə  ki,  danışıq  məntəqəsində  telefon 

apparatı  ilə  televizor  da  qoyulur.  Telefonla  danışıq  zamanı  biz  eyni  zamanda 

danışdığımız adamı da görürük. 

Bəzi  yarımkeçiricilər  qızdırılmadan  özlərindən  işıq  buraxmağa  qabildirlər. 

Bu  maddələr  gündüz  işığını  toplayaraq  qaranlıqda  işıq  buraxır.  Həmin 

yarımkeçirici maddələr lüminoforlar adlanır.  

Hazırda  istifadə olunan  lampalarda  gündüz  işığı elektrik energisi  vasitfəsilə 

alınır.  Lakin  yarımkeçiricilərdə  gündüz  işığı  toplayıb,  gecələr  onu  buraxmaq 

imkanı da vardır. Həm də bu hadisə heç bir elektrik və ya başqa mənbə tələb etmir. 

Binaların  divarlarına,  səkilərin  kənarlarına  və  başqa  yerlərə  xüsusi 

yarımkeçirici  maddələrdən  hazırlanmış  nazik  boyaqlar  çəkilməklə,  qaranlıq 





Yüklə 300,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə