Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 300,28 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix30.12.2017
ölçüsü300,28 Kb.
#18594
1   2   3   4   5   6   7   8   9   10   11

26 

 

sahə,  metalda  olan  elektronu  o  tərəf  bu  tərəfə  qovur.  Qvoulan  bu  elektronlar 



atomların  arasından  burula-burula  keçərək  kristal  daxilində  burulğanlı  cərəyan 

yaradır.  Maqniti  daxildən  «didib-dağıdan»  bu  cərəyan  onun  temperaturunu  xeyli 

miqdarda yüksəldir və hətta onu əridir. Ancaq başqa halda qızma olduqca ziyandır.  

Doğrudan  da  yüksəktezlikli  sahədə  işləyən  transformatorun  özəyinə  nəzər 

salınsa, görünər ki,  yaranan burulğanlı cərəyan materialı ani olaraq maqnitlənib və 

maqnitsizləşməsinə  imkar  vermir,  sadəcə  olaraq,  bu  prosesi  ləngidir.  Halbuki, 

radioapparaturada maqnit maddənin olduqca «cəld çevrilməsi» tələb olunur. 

Beləliklə,  yüksək  tezliklər  texnikasında  çətinlik  yaranmağa  başladı,  ən 

yüksək tezlikli sahədə özünün maqnit xassəsini saxlayan, daxili müqaviməti böyük 

olan,  içərisində  burulğan  cərəyanının  yaranmasına  imkan  verən  yüngül  çəkili 

materialın  axtarılıb  tapılması  məsələsi  birinci  plana  keçdi.  Bunu  yüksək  tezliklər 

texnikasının  inkişafı  tələb  edirdi.  Məlum  oldu  ki,  ferrit  yarımkeçiriciləri  yuxarıda 

deyilən  bütün  amilləri  özündə  saxlayan  xassəyə  malikdir.  Bu,  radiotexnika  üçün 

nadir  tapıntı  idi.    Transformatorlar,  makaralar,  drosellər  üçün  hazırlanan  ferrit 

özəklər  radiotexnikada  çox  böyük  əhəmiyyətə  malikdir.  Əgər  ferritlər  olmasaydı, 

onda elektron hesablama maşınlarının yadında saxlama qurğuları bəlkə də olmazdı.  

Yəqin  ki,  bizə  maqnitofonda  maqnit  üsulu  ilə  səsin  yazılması  məlumdur.  

Səsin  yazılması  bərk  ferromaqnit  məftilində,  yaxud  xüsusi  hazırlanmış  maqnit 

lentində qalıq maqnetizmə əsaslanır. Bu halda səs siqnalı elektromaqnit impulsuna 

çevrilərək lentəə verili rvə qalıq maqnetizmin köməkliyi ilə səs lentəə həkk olunur. 

Həkk  olunan  bu  impulslar  yenidən  xüsusi  quruluşun  köməkliyi  ilə  təkrarən  səs 

rəqslərinə  çevrilir  və  beləliklə  reproduktorun  vasitəsilə  onu  biz  eşidirik.  Lenti 

maqnitsizləşdirməklə onun üzərindəki yazını silmək və istədiyimiz zaman yenisini 

yazmaq olar. 

Maqnitofon  dedikdə,  təsəvvürdə  böyük  bir  apparat  canlanır.  Lakin 

yarımkeçirici  ferritlər  maqnitofonun  ölçülərini  dəyişdirmiş,  onları  cibdə  və  əldə 

gəzdirilən hala da salmışdır. 



27 

 

Ferritlərdən  istifadə  edərək  Yaponiya  alimləri  elə  miniatür  maqnitofon 



düzəltmişlər ki, onu hətta görmək də çətindir. Belə maqnitofonlar qadın üzüyünün 

qaşında yerləşdirilmişdir. 

Maqnit  səs  yazanlar,  səsi  yenidən  bərpa  etməsində  yüksək  keyfiyyətliliyinə 

görə səsli kino texnikasında, radcio, televiziyfada, həmçinin  məişətdə çox  istifadə 

edilir.  Təsadüfi  deyil  ki,  səsyazmada  həvəskar  olanlar  batareya  ilə  işləyən  ferritli 

maqnitofonların  yüngüllüyünə,  yığcamlılığına,  uzunömürlülüyünə  görə  onlardan 

turist  səfərlərində,  şəhər  qırağı  gəzintilərdə  və  s.  yerlərdə  istifadə  etmək  çox 

əlverişlidir.  

 

 

 




28 

 

2.2. Yarımkeçiricilərin televiziya sistemində və  



məişət maşınlarında tətbiqi 

 

Əfsanə və nağıllarda sehirli gözdən danışılırdı. Guya elə bir şüşə var imiş ki, 



onun  vasitəsilə  çox  uzaqlardakı  hadisəni  müşahidə  etmək  olurmuş.  Lakin  bu, 

yalnız  əfsanə  idi.  Bu  gün  həqiqətə  çevrilmiş  əfsanəvi  sehirli  göz  isə  televizordur. 

Bunun da yaranmasının əsas səbəblərindən biri yarımkeçiricilərin əldə edilməsidir.  

Televizorun  ekranı  müxtəlif  yarımkeçirici  maddələrin  qarışığından 

hazırlanır.  Indi  televizordan  yalnız  məişətdə  deyil,  eyni  zamanda  istehsalatda  da 

geniş istifapdə olunur. 

Televizor  qurğuları  vasitəsilə  uzaq  məsafədən  müxtəlif  mürəkkəb  istehsalat 

prosesləri  və  texniki  proseslər  müşahidə  olunur.  Avtomat  kosmik  stansiyasından 

alınmış  ayın  görünməyən  üzünün  ilk  fotoşəkli  televizor  aparatları  vasitəsilə  qəbul 

edilmişdir. 

Bir  vaxtlar  rəngli  görüntülü  televizorlar  əlçatmaz  olduğu  halda,  indi 

rəqəmsal televizorlar, cib televizorları vardır. 

Yarımkeçiricilərin  kəşf  olunmamış  sirləri  öyrənilib  aydın  edildikcə,  onun 

tətbiq  sahəsinin  dairəsi  daha  da  genişləndi.  Belə  ki,  yarımkeçiricilərdən 

hazırlanmış cihazlar məişətdə də istifadə edilməyə başladı. Belə cihazlardan biri də 

soyuducudur.  Soyuducular  üç  növdə  olur:  kompressorlu,  absorbsiya-diffuziyalı, 

termoelektrik soyuducular.  

Bunlardan  birinci  və  ikinci  növ  soyuducularda  soyuqluq  kompressorun 

köməyi  ilə  yaradılır.  Üçüncü  növ  soyuducularda  isə  soyuqluq  belə  yaranır: 

yarımkeçirici  termoelementlərdən  hazırlanmış  radiator  soyuducunun  divarında  elə 

yerləşdirilir  ki,  termoelementlərin  bir  ucu  soyuducunun  xaricində  açıq  havada,  o 

biri ucu isə soyuducu şkafın daxilində yerləşir. Belə dövrədən bir istiqamətdə sabit 

elektrik  cərəyanı  buraxdıqda,  xaricdəki  radiator  qızır,  daxildəki  radiator  isə 

soyuyur.  




29 

 

Şkafın  üzərindəki  başqa  bir  düyməni  basdıqda  cərəyanın  istiqaməti  dəyişir 



və  indi  daxili  radiator  qızır,  xaricdəki  radiator  isə  soyuyur.  Yəni,  başqa  sözlə, 

soyuducunu sobaya çeviririk. Belə sobalarda xörək hazırlamaq, kətə, tort, bulka və 

s. bişirmək olar.  

Yarımkeçiricilər  əsasında  hazırlanan  soyuducuların  üstünlüyü  bununla 

qurtarmır.  Onların  şkafını  silkələyən  hissələr  yoxdur,  bunlar  nə  kompressor,  nə 

elektrik  motoru,  nə  buxarlandırıcı,  nə  də  kondensator  tələb  etmirlər.  Onlara  yaxşı 

xidmət  edildikdə  uzun  müddət  qüsursuz  işləyə  bilirlər.  Iqtisadi  cəhətdən  isə  çox 

sərfəlidirlər.  Adi  soyuduculara  nisbətən  10-15  dəfə  an  enerji  işlədirlər.  Digər 

tərəfdən elə sahələr vardır ki, orada bunlarsız heç bir iş görmək olmaz. 

Deyək  ki,  tədqiqatçı  alim  mikroskop  altında  müəyyən  parametrin 

dəyişməsini  nisbətən  aşağı  və  yuxarı  temperaturda  öyrənmək  istəyir.  Onda  o,  hər 

halda  həmin  obyekti  elektrik  cərəyanının  köməkliyi  ilə  qızdıra  bilər.  Bu  da 

şübhəsizdir  ki,  heç  bir  çətinlik  yaratmaz.  Soyutmaq  üçün  isə  elektrik  motoru, 

kompressor tələb olunur. Bunları yerləşdirmək çətinliyi ortaya çıxır.  

Yarımkeçiricilər bütün sahələrdə olduğu kimi, burada da köməyə çatır. Insan 

ovcunun içərisində yerləşən çox kiçik soyuducular hazırlamışlar. Belə soyuducular 

bir  neçə  vaxt  enerji  işlədir.  Həmin  enerji  onun  içərisində  qoyulmuş  cismin 

temperaturunu  sels  ilə  mənfi  dərəcəyə  qədər  aşağı    sala  bilər,  əksinə  cərəyanın 

istiqamətini dəyişdirdikdə onun temperaturu sels ilə müsbət 80

0

-yə qədər çata bilir. 



Bioloqların  və  kimyaçıların  yaxın  köməkçilərindən  olan  müxtəlif  cihazlarla 

yanaşı,  yarımkeçirici  soyuducular  da  onların  laboratoriyalarında  özlərinə  məxsus 

yer  tutmuşlar.  Yalnız  bu  soyuducuların  köməyi  ilə  onlar  bir  neçə  faktlar  aşkara 

çıxara  bilmişlər.  Məsələn,  biologiya  alimləri  və  həkimləri  canlı  toxumaları  iti 

bıçaqla  tükdən  də  nazik  sap  kimi  kəsib,  onu  mikroskop  altında  tədqiq  edirlər.  Bu 

toxumalar  bir qədər  yumşaq olduqda pis kəsilir, əksinə bərkidikdə kövrək  olurlar. 

Yəni kəsiləndə cırılırlar. Deməli, hər iki hal kəsmək üçün əlverişli deyil. Bu zaman 



Yüklə 300,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə