Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 300,28 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix30.12.2017
ölçüsü300,28 Kb.
#18594
1   2   3   4   5   6   7   8   9   10   11

37 

 

gecələri nurlu gündüzlərə çevirmək olar. Bu yarımkeçirici maddələr gündüz işığını 



yığaraq özlərində saxlayır, gecələr isə buraxırlar.  

O da maraqlıdır ki, yarımkeçiricilər topladıqları işığı yalnız ağ rəngdə deyil, 

qırmızı,  yaşıl,  göy  və  başqa  rənglərdə  də  buraxa  bilir.  Belə  ki,  gündüz  toplanmış 

işıq hesabına gecələr geniş miqyasda süni işıq məqsədilə, al-əlvan işıqlar da almaq 

mümkündür. 

 

 



 

 



38 

 

2.4. Yarımkeçiricilərin xalq təsərrüfatının başqa sahələrində tətbiqi 

 

Xalq təsərrüfatının göstərdiyimiz sahələri ilə yanaşı, onun başqa sahələrində 



də yarımkeçiricilərdən geniş surətdə istifadə edirlər. 

Plastik  kütlələrdən  yeni  növ  yüngül  və  möhkəm  tikinti  materialları,  mebel, 

qab-qacaq, zərif və incə geyim şeyləri və s. hazırlanır. Plastik kütlələrdən müxtəlif 

ləvazimatlar  hazırlandıqda  xüsusi  press-formalardan  istifadə  olunur.  Bu  press-

formaları  adi  elektrik  məftilləri  ilə  qızdırdıqda  elektrik  enerjisi  çox  qənaətsiz  sərf 

olunur və formalar qeyri-bərabər qızır. 

Yeni  qızdırma  üsulunda  adi  elektrik  qızdırıcıları  səthi  nazik  yarımkeçirici 

təbəqəsi  ilə  örtülmüş  metal  halqalarla  əvəz  edilmişdir.  Həmin  halqalar  preslənən 

kütləyə  çox  yaxın  bir  məsafədə  geyindirilir.  Adi  elektrik  qızdırıcılarının 

yarımkeçirici qızdırıcılarla əvəz edilməsi nəticəsində buraxılan brak malın miqdarı 

xeyli aşağı düşmüş, press-formanın qızdırılma müddəti qısaldılmışdır.  

Yarımkeçirici  qızdırıcıların  işləmə  müddəti  adi  elektrik  qızdırıcılarına 

nisbətən on dəfə artıqdır. Onlar elektrik qızdırıcılarına nisbətən 2-3 dəfə az elektrik 

enerjisi  sərf  edirlər.  Yeni  üsul  yalnız  press-formalar  deyil,  metalçəkmə 

maşınlarının silindrlərinin  və eləcə də kimya sənayesində  istifadə olunan  müxtəlif 

qurğuların  qızdırılmasında  da  istifadə  edilir.  Yarımkeçirici  qızdırıcılardan  istifadə 

edərək  məişət  məqsədləri  üçün  çox  davamlı  elektrik  qazanları,  çayniklər,  elektrik 

peçləri və s. düzəltmək imkandı vardır. 

Sənaye  və  texnikanın  bir  sıra  sahələrində  yüksək  temperaturlu  elektrik 

sobalarından istifadə olunur. Bir çox hallarda kiçik həcmli sobalarda 1500

0

C qədər 


temperatur  almaq  tələb  olunur.  Bu  halda  adi  peçlərdə  istifadə  olunan  metal 

məftildən  hazırlanmış  qızdırıcılar  yaramır,  çünki  onlar  1000

0

C-dən  yuxarı 



temperaturda  ya  paslanır  və  yaxud  əriyir.  Silisium  və  karboln  elementlərinin 

yarımkeçirici  birləşməsi  əsasında  düzəldilən  silit  sobaları  texniki  tələbləri  ödəyir. 

Bu sobalarda lazımi temperatur alınır. Bu sobalarda işlənən yarımkeçirici qızdırıcı 



39 

 

çubuqların  istilikdən  genişlənməsi  çox  az,  ərimə  temperaturu  isə  çox  yüksəkdir. 



Odur  ki,  yarımkeçirici  silit  peçləri  davamlı  olmaqla,  praktiki  istifadə  üçün  çox 

əlverişlidir. 

Yarımkeçirici  fotoelement  və  fotomüqavimətlərdən  bir  çox  sahələrdə 

istifadə  olunur.  Bunlardan  biri  onların  fotoreledə  istifadəsidir.  Fotoresdə 

fotoelement  və  ya  fotomüqavimətin  üzərinə  şüa  düşdükdə  elektromaqnit  işşləyir. 

Elektromaqnit  isə  məqsəddən  asılı  olaraq  lazımi  elektrik  dövrəsini  açır  və  yaxud 

qapayır. 

 Fabrik  və  zavodlarda  istehsal  olunan  müxtəlif  malları  avtomatik  saymaq 

üçün  ən  əlverişli  cihazlar  yarımkeçirici  fotoelektrik  sayğaclarıdır.  Ən  sadə 

yarımkeçirici  fotorele  fotomüqafimət  əsasında  hazırlanır.  Yarımkeçirici  sayğaclar 

adi  sayğaclara  nisbətən  bir  sıra  üstünlüklərə  malikdir.  Onların  köməyi  ilə 

formasından,  çəkisindən,  aqreqatr  halından,  texnoloji  proses  stadiyasından  asılı 

olmayaraq işlənib hazırlanan malları saymaq olar. 

Yarımkeçirici  sayğaclardan  istifadə  etdikdə  sayılan  malların  sayğacın 

hissələrinə toxunması tələb olunur. Yarımkeçirici sayğacların üstün cəhəti odur ki, 

konveyer yanındakı sayğacla yanaşı, ondan bir neçə yüz metr aralı məsafədə əlavə 

sayğac da qoymaq olar. 

Yarımkeçirici  fotoelement  və  fotomüqavimətlərdən  sementin  keyfiyyətini, 

çəndəki 

mayenin 


səviyyəsini 

təyin 


etməkdə 

və 


filizlərin 

avtomatik 

təmizlənməsində  də  istifadə  edilir.  Həmin  cihazlar  kimya  sənayesində  kimyəvi 

reaksiyaların  düzgün  gedişinə  nəzarət  edir,  sənayenin  müxtəlif  sahələrində  isə 

malların  rənglərinə  və ölçülərinə  görə avomatik  çeşidləmə aparır.  Fotoelementlər 

vasitəsilə bunlardan başqa ayrı işlər də görmək olur. 

Adi  elektrik  cib  fanarı  batareyası  hamıya  məlumdur.  Cibə  yerləşən  kiçik 

qutunun düyməsini basan kimi  yaxın ətrafımızı kiçik elektrik  lampası  işıqlandırır. 

Cib fanarı batareyası bir neçə ay işlədikdən sonra sıradan çıxır və onları yenisi ilə 

əvəz etmək lazım gəlir. 




40 

 

Məlum  olduğu  kimi,  yarımkeçirici  fotoelementlərin  bəzi  növləri  radioaktiv 



şüaların enerjisini birbaşa elektrikə çevirir. Bu hadisəyə əsasən yarımkeçirici atom 

batareyaları  hazırlanmışdır.  Atom  batareyaları  ölçülərinə  görə  cib  fanarı 

batareyalarından  bir  neçə  dəfə  kiçik  və  həm  də  aramsız  olaraq  illər  boyu  işləyir. 

Həmin batareyalardan az enerji tələb edən radioqurğularda istifadə etmək olar. 

Radioaktiv  şüaların  və  nüvə  zərrəciklərinin  təsirini  hiss  edən  müxtəlif 

cihazlar  vardır.  Onların  içərisində  yarımkeçiricilər  vasitəsilə  hazırlanmış  cihazlar 

öz  sadəliyi  və  kiçik  ölçüləri  ilə  fərqlənir.  Şüaların  və  nüvə  zərrəciklərinin  təsirini 

hiss  edən  yarımkeçirici  cihazların  işləmə  prinsipi  daxili  fotoeffekt  hadisələrində 

olduğu kimidir.  

Radioaktiv  şüanın  və  ya  nüvə  zərrəciklərinin  təsirinə  həssas  olan 

yarımkeçirici  maddə  sabit  cərəyan  mənbəyi  və  ampermetrlə  ardıcıl  qoşulur. 

Yarımkeçirici  maddəyə  işığın  təsir  etməməsi  üçün  səthi  nazik  qara  kağızla  və  ya 

parça  ilə  örtülür.  Belə  ki,  radioaktiv  şüa  və  ya  nüvə  zərrəciyi  bu  məqsəd  üçün 

hazırlanmış  yarımkeçiriciyə təsir etdikdə onun daxili  müqaviməti kəskin azalır  və 

dövrədən  keçən  cərəyanın  şiddəti  artır.  Cərəyan  şiddətinin  artmasına  görə  təsir 

edən radiasiyanın dozası təyin edilir. 

Ölkəmizin  bir  çox  yerlərində  istehsalatın  geniş  ehtiyacını  ödəyən  yüksək 

gərginlikli  elektrik  xətləri  vardır.  Bu  elektrik  xətlərinin  əksər  hissəsi  ildırımın 

təsirinə  məruz  qaldıqda  bir  sıra  texniki  qəzalar  baş  verir  ki,  bunun  da  nəticəsində 

istehsalata  xeyli  zərər  dəyir.  Ildırım  qəzalarının  qarşısını  almaq  üçün  istifadə 

olunan  xüsusi  yarımkeçirici  müqavimətlər  ildırımın  yüksək  gərginlik  xətlərinə 

təsirini,  demək  olar  ki,  tamamilə  dəf  edir.  Yarımkeçirici  ildırım  ötürücülərinin 

prinsipini  tətbiq  olunmuş  müəyyən  gərginlikdən  sonra  onların  elektrik 

müqavimətlərinin  kəskin  azalmasına  əsaslanır.  Yüksək  gərginlikli  elektrik  xəttinə 

ildırım  təsir  etdikdə  xətdə  elektrik  gərginliyinin  paylanması  dəyişir.  Gərginlik 

texniki  normadan  artıq  olan  yerlərdə  yarımkeçirici  qoruyucular  avtomatik  işə 

düşərək mümkün qəzanın qarşısını alır. 



41 

 

Əkin  vaxtını  düzgün  təyin  etmək  üçün  torpağın  səthinin  və  aşağı  qatlarının 



nə  dərəcədə  qızdığını  müəyyən  etmək  vacibdir.  Bu  məqsəd  üçün  yarımkeçirici 

termistorla  işləyən  və  bir  hissəsi  uzun  qılınca  oxşayan  elektrik  termometrlərindən 

hazırlanmışdır.  Termometrin  qılınc  hissəsini  torpağa  daxil  etməklə  torpağın 

temperaturunu  təyin  etmək  olur.  Bu  cür  termometrlər  vasitəsilə  bir  yerə  yığılmış 

meyvə,  tərəvəz,  buğda  və  başqa  bitki  tığlarının  daxilindəki  temperaturu  ölçmək 

olur.  Tığların  daxilindəki  temperaturun  yüksəkliyi  məhsulun  xarab  olması  ilə 

nəticələnə  bilər.  Odur  ki,  tığ  daxilindəki  temperaturu  düzgün  təyin  etməklə 

məhsulun xarab olmasının qabağını vaxtında almaq olur. 

Bitkilərin inkişafına nəzarət etmək üçün yarımkeçiricilərdən istifadə olunur. 

Belə  ki,  bitkilərin  əksərinin  əsas  orqanları  onların  yarpaqlarıdır.  Yarpaqlar 

vasitəsilə bitki xarici mühitdə müxtəlif mübadilələr aparır. Bitkinin yarpaqlarından 

müntəzəm  olaraq  su  buxarlanması  gedir.  Həmin  buxarlanmanın  sürəti  xarici 

mühitin nəmliyindən, əsən küləyin və havanın temperaturundan asılıdır. Bitkilərin 

inkişafında  yarpaqlardan  suyun  buxralnamısının  böyük  rolu  vardır.  Bu  məsələni 

ətraflı öyrənmək  üçün  yuxarıda dediyimiz  kimi,  yarımkeçirici cihazlardan  istifadə 

edilir. Bu cihazlar vasitəsilə havanın nəmliyi və küləyin sürəti təyin edilir. 

Çox  kiçik  ölçülü  yarımkeçirici  termoelementlə  işləyən  cihaz  isə  müntəzəm 

olaraq  yarpağın  səthindən  suyun  buxarlanmasını  təyin  edir.  Bu  məqsəd  üçün 

termoelement  kiçik  ölçülü  tutacaqlarla  yarpağın  səthinə  bərkidilir.  Yarpağın 

səthindən  su  buxarlandıqca  onun  gövdəsinin  nəmliyi  dəyişir.  Yarpaqla  əlaqədar 

olan  termoelementin  elektrik  keçirməsi  isə  nəmlikdən  asılı  olaraq  dəyişir.  Bunun 

da nəticəsində cihaz yarpaqdan suyun buxarlanma sürətini təyin edir. 

Bitkilərin  inkişafına  nəzarət  etməyə  imkan  verən  maraqlı  yarımkeçirici 

cihazlardan  biri  də  bitki  gövdəsi  daxilindən  axan  şirənin  sürətini  təyin  edən 

cihazdır.  Cihazın  əsas  hissəsini  elektrik  enerjisi  ilə  qızdırılan  yarımkeçirici 

termistoru  təşkil  edir.  Həmin  termistor  bitkinin  gövdəsinə  və  başqa  orqanına 

sancılır.  Termistordan  bir  qədər  aralı  onun  solunda  və  sağında  iki  həmin  növdən 



42 

 

olan  termistor  sancılır.  Birincidən  fərqli  olaraq  bu  termostorlar  qızdırılmır. 



Qızdırılan  mərkəzi  termistordan,  istilik  bitkinin  gövdəsi  boyunca  yayılır. 

Kənardakı  termistorla  istiliyin  yayılması  qeyd  olunur.  Istiliyin  yayılması  bitki 

işarəsinin  hərəkət  sürətindən  asılı  olduğuna  görə,  bu  yolla  şirənin  hərəkət  sürəti 

öyrənilir. 

Bəzən  elə  olur  ki,  müxtəlif  kimya  məhsullarının  hazırlanması  zamanı 

gözlənilmədən  kimyəvi  reaksiyanın  gedişi  pozulur.  Reaksiyanın  düzgün  gedişinin 

pozulmasının  ilk  nişanələri  qabda  qazların  ayrılması,  temperaturun  yüksəlməsi  və 

s.  səbəblərdir  ki,  onları  da  bəzən  vaxtında  müşahidə  etmək  olmur.  Nəticədə 

təhlükəli partlayışlar  verə bilər.  Fotoreledən  istifadə etməklə bu cür təhlükənin də 

qarşısı alınır. 

Bundan  başqa,  yarımkeçiricilərin  kimya  sənayesində  bir  əhəmiyyəti  də 

vardır. 


Kimya 

sənayesində 

müxtəlif 

maddələrin 

alınmasında 

müxtəlif 

reaksiyalardan  istifadə  edirlər.  Reaksiyaların  sürəti  müxtəlif  olur.  Elə  kimyəvi 

reaksiyalar  vardır  ki,  onların  başa  çatması  üçün  saatlar,  hətta  günlər  tələb  olunur. 

Bu qədər böyük vaxt tələb edən reaksiyalar istehsalat  üçün, əlbəttə əlverişli  hesab 

edilə bilməz.  

Kimyəvi reaksiyaların sürətləndirilməsi üçün bir neçə yol vardır. Bunlardan 

biri  reaksiyaya  katalizator  adlanan  maddə  qatmaqdan  ibarətdir.  Katalizatorlar 

kimyəvi  reaksiyaların  sürətini  çox-çox  artıra  bilirlər.  Bunların  müasir  kimya 

sənayesində  böyük  rolu  vardır.  Bu  katalizatorların  ən  yaxşısı  yarımkeçirici 

maddələrdir. 

Müxtəlif  anbarlarda  saxlanılan  tez  alışan  maddələri  yanğından  qorumaq 

üçün bir sıra tədbirlər görülür. Həmin anbarlara yanan papiros və ya kibrit ilə daxil 

olmaq qadağandır. Yaranan təhlükəni aradan qaldırmaq  üçün qum, su  və kimyəvi 

odsöndürənlərdən  istifadə  edilir.  Lakin  öz  xüsusiyyətlərinə  görə  fotoelementlər 

yanğın işində, demək olar ki, əvəzedilməzdir. Burada gözə görünməyən şüadan və 

fotoreledən  istifadə olunur. Yanacaq saxlanılan  yerin  bir tərəfində şüa  mənbəyi, o 



43 

 

biri  tərəfində  isə  fotorele  bərkidilir.  Qabın  səthində  tüstü  nişanəsi  göründükdə 



şüanın  qabağı  kəsilir  və  fotorele  işə  düşür.  Bu  zaman  fotorele  ilə  əlaqədar  olan 

xüsusi  mexanizmlər  nasosları  və kranları  işə salır.  Nəticədə  yanğın  təhlükəsi  olan 

yeri su və odsöndürən əhatə edir, eyni zamanda təhlükə siqnalı çalınır. 

Əvvəllər  səsli  kino  yox  idi.  Danışıqlar  və  izahat  hər  bir  kadrın  aşağı 

hissəsində  yazılırdı.  Tamaşaçı  kadrlara  baxır,  eyni  zamanda  kinonu  başa  düşmək 

üçün  yazıları  da  oxuyurdu.  Sonralar  bu  vəzəiyyət  aradan  qaldırıldı.  Kino  lentinin 

əsas  hissəsində  kadrlar  yerləşdi.  Lakin  lentin  qırağında  ilk  nəzərə  cızma-qaraya 

oxşar cızıq  və  ləkələr çarpdı.  Həmin qara  cızıq  və  ləkələr səs cırılarıdır.  Kinofilm 

nümayiş etdirilən zaman sabit  işıq  verən elektrik  lampasından  hərəkət edən  lentin 

səs cığırlarına  işıq salınır.  Səs cığırının arxasında  isə  gücləndirici  və səs dinamiki 

ilə birləşdirilmiş fotoelement vardır. Səs cığırı xətlərinin uzunluğu və enindən asılı 

olaraq  fotoelementin  üzərinə  gah  az,  gah  da  çox  işıq  şüası  düşür.  Bu  zaman 

fotoelementdə  şiddətli  sabit  olmayan  elektrik  cərəyanı  yaranır.  Həmin  cərəyanlar 

gücləndirilərək  səs  dinamikinə  verilir.  Dinamikə  gələn  elektrik  impulsları  səs 

rəqslərinə  çevrilir.  Dinamikdə  alınan  səslər  kinolentin  cığırına  yazılmış  səsləri 

təkrar edir. 

Kosmik  gəmiyə  qoyulan  cihazlar  bir  çox  şərtləri  ödəməlidir.  Onlar 

titrəməyə,  zərbəyə  davamlı  olmalı,  çəkicə  kiçik  olub,  mümkün  qədər  az  yer 

tutmalı,  uzun  müddət  işləyib  çox  az  elektrik  enerjisi  sərf  etməlidir.  Bu  şərtləri 

yarımkeçirici maddələrdən hazırlanmış cihazlar ödəyir.  

Kosmik  uçuşlarda  mühüm  məsələlərdən  biri  də  gəminin  radio  aparaturasını 

elektrik  enerjisi  ilə  təmin  etməkdir.  Məlumdur  ki,  kosmik  gəmi  uçuşda  olduğu 

zaman  yer  kürəsindən  elektrik  enerjisi  almaq  imkanı  olmur.  Peyk  və  ya  kosmik 

raketin  aparaturasını  qidalandırmaq  üçün  akkumulyator  batareyaları  şəklində 

müəyyən miqdarda ehtiyat enerjisi mənbələri götürülür. 

Ayın  görünməyən  hissəsinin  ilk  fotoşəklinin  alınıb  Yerə  verilməsində 

yarımkeçiricilərdən  istifadə  edilmişdir.  Ayın  fotosunu  çəkmək  üçün  kosmik 



44 

 

stansiya elə dönməli idi ki, oradakı fotoaparatların obyektivləri Ayən səthinə tərəf 



yönəlmiş  olsun.  Bu  iş  yarımkeçirici  şüaqəbulediciləri  vasitəsilə  görülmüşdür. 

Kosmik  stansiya  şüaqəbuledicilərin  köməyi  ilə  elə  döndərilmişdir  ki,  onun  dibi 

Günəşə,  fotoaparatın  obyektivləri  olan  tərəfi  isə  Aya  doğru  yönəlmiş  və  bu 

vəziyyətdə şəkil çəkilmişdir. 

Gələcəkdə  insanlar  uzun  sürən  planetlərarası  uçuşlara  çıxacaqlar.  Bu 

uçuşlarda  müxtəlif  məqsədlərin  həllində,  əsasən  yarımkeçiricilərlə  işləyən 

avtomatik  cihazlar  əsas  yer  tutacaqdır,  çünki  böyük  sürətlə  hərəkət  edən  kosmik 

gəmini cihazsız idarə etmək qeyri-mümkündür. 

Kosmonavtların  uçuşu  zamanı  aramsız  olaraq  yerdən  onların  orqanizminə 

nəzarət  edilir.  Kosmonavtların  ürək  döyüntülərinin  sayı,  onların  nəfəsalmaları, 

qanının tərkibi və s. haqqında məlumatların kosmik gəmidən Yerə verilməsində də 

yarımkeçiricilərin böyük rolu vardır. 

 

 

 




45 

 

NƏTICƏ VƏ TƏKLIFLƏR 

 

Xalq  təsərrüfatının  inkişafında  yarımkeçiricilərin  əhəmiyyəti  böyükdür. 



1948-ci  ilə  qədər  yarımkeçiricilər  haqqında  çox  az  məlumat  var  idi.  Onların 

istifadəsi yolları sonralar aşkar edilmişdir. Belə ki, başqa elm sahələrinin tərəqqisi 

ilə  yanaşı  olaraq,  yarımkeçiricilər  haqqında  da  elm  inkişaf  etmiş  və  hazırkı 

səviyyəyə çatmışdır. 

Əvvəllər  ancaq  bir  yarımkeçirici  kristal  üzərində  tədqiqat  aparılırdısa, 

hazırda bu kristalların sayı xeyli artmışdır. Hazırda bu kristalların köməyi ilə istilik 

və günəş enerjisini birbaşa elektrik enerjisinə, habelə maşınlardan istifadə etmədən 

elektrik enerjisini  mexaniki energiyə və ya əksinə çevrilməsi, elektrik cərəyanı ilə 

soyuqluq  əmələ  gətirilməsi  və  termodinamiki  qızdırılma  əldə  edilməsi, 

yüksəktezlikli elektrik və maqnit enerjilərinin ehtiyat halında toplanması və s. kimi 

əsaslı məsələlər həll edilir. Bu məsələlərin həll edilməsində aşağıdakı yarımkeçirici 

elementlərdən istifadə edilir. 

Selen  yarımkeçirici  maddələr  içərisində  ilk  dəfə  geniş  tətbiq  olunanıdır. 

Germanium  da  yarımkeçirici  elementlər  qrupunun  səciyyəvi  nümayəndəsidir. 

Germanium bir yarımkeçirici maddə kimi müəyyən xüsusiyyətlərinə görə selendən 

üstündür.  Ondan  istifadə  edərək  radiotexnikada  istifadə  olunan  diodlar  və  triodlar 

istehsal olunur. 

Silisium  elementindən    də  yarımkeçirici  kimi  çox  istifadə  edilir.  Onun 

əsasında  hazırlanmış  fotoelementlər  başqa  növ  fotoelementlərə  nisbətən  yüksək 

faydalı iş əmsalına malikdir. 

Yuxarıdakı  yarımkeçirici  elementlərdən  başqa,  kükürdlü  tallium,  kadmium-

sulfat,  mərgümüş-qalmium,  kadmium  tellur  və  kuporoks  fotoelementləri  də 

yarımkeçiricilər texnikasında geniş istifadə olunur. 

Yarımkeçirici elementlərdən hazırlanmış cihazlar xalq təsərrüfatının bir çox 

sahələrində  istifadə  edilir.  Bu  sahələrdən  biri  radiotexnikadır.  Yarımkeçiriciləriən 



46 

 

radiotexnikada tətbiqinə səbəb, onların bizə məlum olan qiymətli xüsusiyyətləridir. 



Bu  xüsusiyyətlərdən  ən  mühümləri  yarımkeçirici  cihazların  kiçik  ölçülü,  yüngül 

mexaniki möhkəmliyinin yüksək olması, işləmə üçün az güc tələb etməsidir. 

Radiotexnikada  istifadə  olunan  yarımkeçirici  cihazlardar  biri  diodlardır. 

Bunlar  p-n  keçidli  yarımkeçiricidir.  Bu  yarımkeçiricinin  köməyi  ilə  dəyişən 

cərəyanı  sabit  cərəyana  çevirmək  olur.  Radiotexnikada  «tunel»  diodlarından  da 

geniş istifadə olunur. 

 

 

 



 


47 

 

ƏDƏBIYYAT 

 

1.  Ə.P.Həsənov,  T.R.Osmanov,  N.N.Həsənov,  S.İ.Abdullayeva.  Mədəni-



məişət  təyinatlı  malların  ekspertizası.  I  hissə.  Bakı.  Iqtisad  Universiteti. 

2014. 


2.  Ə.P.Həsənov, T.R.Osmanov, N.N.Həsənov, S.İ.Abdullayeva. Qeyri-ərzaq 

mallarının ekspertizasının praktikumu. Bakı. İqtisad Universiteti. 2014. 

3.  T.R.Osmanov.  Qeyri-ərzaq  mallarının  əmtəəşünaslığı  və  ekspertizasının 

əsasları. Bakı. İqtisad Universiteti. 2014. 

4.  Həsənov  Ə.P.,  Vəliməmmədov  C.M.,  Həsənov  N.N.  və  Osmanov  T.R. 

Əmtəəşünaslığın nəzəri əsasları. Bakı, 2003. 

5.  Həsənov  Ə.P.,  Vəliməmmədov  C.M.,  Həsənov  N.N.,  Osmanov  T.R. 

İstehlak mallarının ekspertizasının nəzəri əsasları. Bakı, 2006. 

6.  Həsənov  Ə.P.,  Nuriyev  D.Ə.,  Vəliməmmədov  C.M.,  Həsənov  N.N., 

Osmanov  T.R.,  Babayev  M.A.,  Səmədov  E.Ə.  Qeyri-ərzaq  mallarının 

ekspertizası. I və II hissə. Bakı, 2006. 

7.  C.M.Vəliməmmədov. Mədəni mallar əmtəəşünaslığı. Bakı. Maarif. 1986. 

8.  Андрусяк  Я.  В.  Организация  и  технология  торговли.  Минск: 

Издательство БГУ, 2002.  

9.  Брилевский  О.А.  Товароведение  непродовольственных  товаров.  М., 

2003. 


10. Бурмистров  В.  Г.  Организация  торговли  непродовольственными 

товарами. - М.: Зерцало, 2001.  

11. Новикова  А.М.,  Голубкина  Т.С.,  Товароведение  и  организация 

торговли непродовольственными товарами. М., 2002. 

12. Байбеков  Ш.С.  «Товароведение  культтоваров»  М,  «Экономика», 

1983г 



48 

 

13. Орловский  Э.И.  «Товароведение  культтоваров»  М:  «Экономика», 



1987г. 

14. Остановский  Т.С.  «Товароведение  культтоваров»  М:  «Экономика», 

1981г. 

15. Чечик  А.М.  «Товароведение  и  экспертиза  товаров  культурно-



бытового назначения», М «Дашков и К», 2004 – 534с. 

16. Щясянов 

Н.Н., 

Вялимяммядов 



Ж.М. 

«Фото-кино 

маллары 

ямтяяшцнаслыьы», Бакы 1985. 

17. М.А.Николаева. «Товарная экспертиза». Москва. 1998. 

18.  Н.М.Чечеткина, Т.И.Путилина. «Экспертиза товаров». Москва. 2000. 

19. С.В.Семенко. «Экспертиза товаров». Белгород. 1999. 

20. Н.М.Чечеткина.  «Управление  качеством  продукции  и  экспертиза». 

Ростов-на-Дону. 1998. 

21. «Экспертиза  потребительских  свойств  новых  товаров».  Валицкий 

С.П., Заденесец Е.Е., Зотова И.А. и др. М.; Экономика. 1981. 

22. Лысов  И.  «Самоучитель по фотографии». Международное агентство 

АДиТ. 1986. 

23.  Пешков А.Ф. «Современные фотоаппараты» - СПб; Арлит, 2001. 



24. Справочник фотографа. М.: Высшая школа, 1999. 

 

Yüklə 300,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə